Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Azərbaycanda etirazçılar amansızcasına susdurulur

IslamTimes - Kommunist rejiminin 70 il Azərbaycanda hökumət başında olması və dini dəyərlərlə amansız mübarizəsi hamımıza məlumdur. Azərbaycan müstəqil dövlət olduqdan sonra da antidin mübarizələrdən qurtulmadı.

Sovet hakimiyyətinin ardınca Qərb və Sionizm Azərbaycanda dinlə mübarizəyə başladı. Onların liberalism və Qərb mədəniyyətini Azərbaycanda yaymaq səylərinə baxmayaraq, etiraf etməliyik ki, hələ də əksər xanımlar zahiri görünüşə baxmayaraq islami həya, şərq qadını xüsusiyyətlərini özlərində qoruyub saxlayır. Onlar qeyri-müsəlman Qərb qadını kimi iffətsiz deyillər. Azərbaycan Respublikasında hicablı xanımların sayı günü-gündən artır. Hazırda cəmiyyətin bütün təbəqələrində hicablı xanımlara rast gəlmək olur. 

Son illərdə azyaşlı qızların hicab taxmasına daha çox təsadüf edilir. Elə bu məsələ Qərb meylli “Olaylar” qəzetinin “Ekstremizm” adlı məqalədə antidin mövqe nümayiş etdirərək, hicablı xanımların cəmiyyətdə artmasından narahat olduğunu açıqlamasına səbəb olub. Məqalədə yazılır: “Paytaxt və digər şəhərlərdə hicablı xanımların çoxalması problem deyil. Bir neçə il öncə hicablılarla yalnız müəyyən məkanlarda rastlaşmaq olurdu. Bu xanımlar örpək bağlamağı özləri üçün vacib vəzifə hesab edirdilər. Amma indi hicablı xanımlarla məktəblərdə, universitetlərdə və iş yerlərində üzləşirik. Hicablılar arasında azyaşlı qızlara daha çox təsadüf edilir. 2 yaşlı uşağın başını bağlamasına ifratçılıqdan başqa heç bir ad qoya bilmərik.” 

Artıq dövlət rəsmiləri və sionistlərə bağlı qüvvələr də ölkədə hicablıların çoxalmasına reaksiya göstəriblər. Milli Məclis nümayəndəsi və Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva da ölkədə hicablıların sayının çoxaldığına görə narahat olduğunu dilə gətirib. O, övladlarını hicab bağlamağa alqışlayan ailələri tənqid edərək deyib: “Quran hicab bağlamağı təkcə həzrət peyğəmbərin (s) həyat yoldaşlarına vacib edib.” 

Bu şəxslər İslam mədəniyyətinin yayılmasından qorxuya düşüblər. Bu səbəbdən də İslamla mübarizə və dinin sütunlarını qazmaq üçün televiziya kanallarına üz tutublar. Onlar Azərbaycan xalqını, xüsusilə də gəncləri zəngin İslam mədəniyyətindən uzaqlaşdırmaq üçün “İTV”, “AzTV”, “ANS”, “LiderTV”, “SPACE” kimi kanalların köməyindən yararlanırlar. Bu kanallar əxlaqsız, anti-din, Qərb mədəniyyətini təbliğ edən filmlər yayımlamaqla xalqı tədricən İslam mədəniyyətindən uzaq salırlar. 

Adı çəkilən kanallar liberalizm himayəçisi olan “İsrail telekommunikasiya şirkəti - Backell”, “Sony”, “Sumsung” şirkətlərinin dəstəyi ilə mahnı yarışmaları, musiqi festivalları, konsertlər təşkil edirlər. “Azəri-star” mahnı yarışması da bu tədbirlərdən biridir. Bu yarışmada iştirak edən azəri qızlar və oğlanlar etik normalara belə riayət etmirlər. Ölkədə qızların açıq-saçıq geyimləri hətta Qərb mədəniyyətindəki çılpaqlığı da arxada qoyub.

İslami geyim 

Azərbaycanda yeni bir nəsil səhnəyə gəlir. Bu nəsil dini göstərişə uyğun olaraq zahirən geyim normalarına əməl edirlər. Yeni nəsil dini təlimləri Türkiyə telekanlarından öyrənirlər. Bu məsələni gənclərin geyim tərzindən belə anlamaq olur. Türkiyə gənclərdə dinə maraq yaratmaqda müəyyən həddə müvəffəqiyyət əldə edib. Bu ölkənin təbliğatları nəticəsində Bakı şəhərində də Türkiyə dindarlarının geyim tərzindən istifadə edənlərin sayı sürətlə artmaqdadır.

Qərb siması, Şərq xisləti 

Azərbaycan Respublikası təkcə coğrafi mövqeyinə görə yox, zahirinə görə də bir Avropa dövləti olmaqda iddialıdır. Bu ölkədə Avropanı xatırladan, Coco-Coladan tutmuş memarlıq abidələrinədək hər şeyə rast gəlmək olar. Bakı küçələrində şütüyən qiymətli Mercedes maşınlarından, camaatın geyim tərzindən bu ölkənin bir Avropa ölkəsi olduğunu təsəvvür etmək olur. Amma hər şey zahirdə gördüklərimizlə bitmir. Bu qərbsayağı mədəniyyətin arxasında insanların şərq xarakterini görmək olur. 

Azərbaycan xalqı keçmişdən qalma adət-ənənələri, inancları hələ də yaşadır. Bu ölkədə hələ də “ailə” məfhumu cəmiyyətdə ən dəyərli məfhumlardandır. Azərbaycanda indi də ailədə böyüyə hörmət bəsləyirlər. Siz əgər bu ölkədə avtobusa minsəniz görərsiniz ki, gənclər hansısa bir yaşlı şəxsin və yə bir qadının ayaq üstə dayandığını gördükdə tez ayağa qalxaraq ona yer verir. Ölkədə hələ də verilən vədə böyük etimad var. Azərbaycanda verilən söz möhürlənmiş sənəddən də mötəbərdir. Bu xalq inanclı xalqdır. İslam Azərbaycanda etiqadi yöndən əlavə şəxsiyyət yönünə də malikdir. Bəziləri dinin vacib göstərişlərinə əməl etməsələr də, onların gündəlik həyatlarında dinin hansı mövqeyə sahib olduğunu görmək olar. Onlar Allahla yanaşı Əbülfəzl-Abbasa də and içirlər. Bu andlar xalqın ən çox işlətdiyi andlardandır. Bakıda “Həzrət Əbəlfəzlin ehsanı” sözləri ilə bəzədilmiş süfrələrə çox rast gəlmək olur. Paytaxtda seyidlərə, pirlərə yüksək hörmət bəsləyirlər. Bir çox mənzillərdə, nəqliyyat vasitələrində şəhərin məşhur seyidlərinin şəkilləri gözə çarpır. 

Azərbaycanlı qadının cəmiyyətdəki rolu, iranlı, türkiyəli qadının rolundan çox fərqlənir. Azərbaycanda qadınlar kişilərlə baş-başa işləyir. Universitetlərdə işləyən qadın müəllimlərin sayı kişi müəllimlərdən 3 qat çoxdur. Bu ölkədə iranlıların kişi vəzifəsi hesab etdiyi küçələrin təmizlənməsi qadınlara tapşırılıb. Bakı küçələrində süpürgəçi qadınlara çox rast gəlinir. Ölkədə ərin öz arvadını döyməsi demək olar ki, adi bir haldır. İqtisadi problemlər və daimi iş yerinin olmaması ailə həyatına ciddi təsirlər qoyub.
 
Hicablı xanımlara dövlət tərəfindən yaradılmış məhdudiyyətlər 

Azərbaycan iqtisadiyyatına, siyasətinə və mədəniyyətinə təsirli şəxslər hökumətlə yanaşı fəsad amillərinin artmasına kömək edirlər. Onlar bununla kifayətlənməyib, dövlət qurumlarında və təhsil müəssisələrində də xanımların hicab bağlamasına qarşı çıxırlar. Onların bu əməlləri artıq dinə meylli olmayan qəzetlərin də əsamövzusuna çevrilib.
Yeni Müsavat qəzeti bu məsələ ilə bağlı yazır ki, dövlət işçiləri ilə xalq arasında problemlərin yaranmasının əsas səbəbi hicablı xanımların öz dini vəzifələrinə riayət etmələridir. 

Hicablı xanımlar şəxsiyyət vəsiqəsi və xarici pasport əldə etmək üçün ciddi problemlərlə üzləşir. DEVAMM sədri Hacı İlqar İbrahimoğlu deyir: “Bir çox ölkələrdə şəxsiyyət vəsiqələri və xarici pasport üçün lazım olan fotoşəklin hicabla çəkilməsinə icazə verirlər. Onlar hicabın heç bir problem yaratmadığını söyləyirlər. Amma bizim məmləkətdə bu problem hələ də həll edilməyərək qalır. Yalnız Azərbaycanda qadınların şəxsiyyət vəsiqəsi üçün hicablı şəkil çəkdirməsinə maneə törədirlər. Halbuki, konstitusiyada qadınların hicab bağlamaq hüququna malik olmamaları haqqında heç bir qanun yoxdur. (“Yeni Müsavat” qəzeti) 

Hazırda hicablı müəllimələr və şagirdlərin məktəbə daxil olmasına icazə verilmir. “Mənəvi Saflıq” İB-nin rəhbəri Elşən Mustafaoğlu bu barədə deyir: “... Ən təhlükəlisi isə, başörtüsü qadağasının müəllifləri dindar əhali ilə dövlət arasında qarşıdurma üçün zəmin yaradır, inanclı vətəndaşları dövlətdən incik salırlar. Bu isə daha çox milli birliyimizə və milli təhlükəsizliyimizə qarşı bir təxribat planına bənzəyir. Görəsən inanclıları küsgün salmaqla plan müəllifləri nəyə nail olmağa çalışırlar?” 

Bir neçə il bundan öncə hicablı bir xanımla həmsöhbət oldum. O deyirdi ki, Müqəddəs Məşhəd və digər bir neçə ziyarətgaha səfər etmək arzusundayam. Mən bu xanımdan indiyədək neçə dəfə müqəddəs məkanları ziyarət etdiyini soruşdum. O cavabında dedi: “İqtisadi cəhətdən heç bir problemim yoxdur və həmişə bu məkanları ziyarət etmək arzusunda olmuşam. Amma təəssüf ki, indiyədək ölkədən kənarda heç bir ziyarətgaha getməmişəm. Səbəb isə pasport üçün hicabsız fotonun lazım olmasıdır. Mən iffətimi qorumaq üçün qəlbimdəki ziyarət eşqini boğuram!”

Cümə günü hicab tərəfdarlarının vəhşicəsinə susdurulması 

Dünya müsəlmanları İmam Hüseyn (ə) və onun vəfalı davamçılarının qətlə yetirilməsinə əza saxlayaraq göz yaşları axıtdığı bir gündə dünyanın bu tayında şiələr yaşayan Bakı şəhərində minlərlə insan Təhsil Nazirliyi qarşısında toplaşaraq etiraz kasiyası keçirdilər. Bu şəxslər ölkədə hicablı xanımların məktəblərə, universitetlərə, dövlət müəssisələrinə məhdudiyyətsiz buraxılmasını tələb edirdilər. 

Azərbaycan hökuməti bu ölkənin demokratik dövlət olduğunu və dinlərin azad olduğunu iddia edir. Bəs nə üçün xanımların hicab bağlamasını yasaqlayan qanunlar qəbul edilir?! Onlar hicabdan qorxurlar, yoxsa iqtisadi mənafelərinin təhlükə altına düşəcəyindən çəkinirlər?! Yoxsa qorxurlar ki, islamçıların çoxalacağı təqdirdə onların mənafeləri təhlükə altına düşəcək?! Onlar hicabdan qorxurlar, yoxsa xalqın İslama olan meylinə görə sionistlərin ölkəni tərk etməsindən?! 

Şəksiz, onlar dindarların ədalətsevərliyindən qorxurlar. Qorxurlar ki, dindarlar ölkədəki fəsadlara qarşı çıxalar! 

Tarix isbat edib ki, zalım hökumət davamlı olmur. Ola bilsin ki, zalımların hökmranlığı bir müddət davam edə. Amma zalımlar tezliklə məhv olacaqlar. Azərbaycan hakimləri də bilməlidirlər ki, onlar bu əməlləri ilə dövlətin öz ömürünü qısaldırlar. Allahın hicab əmri ilə mübarizə aparmaq olmaz. İranda Rza xan kimi diktator bir hakim hicabla mübarizə apara bilmədi. Şəksiz xalqa arxalanmayan dövlət də hicabla mübarizə apara bilməyəcək. Allahın nurunu söndürmək qeyri-mümkündür, çünki şeytanın hiylələri zəifdir. 

Dindar kişi və qadınların böyük etiraz aksiyaları sübuta yetirdi ki, bu xalq öz şəri hüquqlarına göz yuma bilməz. Azərbaycanın qeyrətli xanımları hicabsız şəkil çəkdirərək pasport almaqdan vaz keçirlər. Onlar qəlblərində Əhli-Beytə olan məhəbbətlərini iffətlərinə fəda edirlər. 

Azərbaycan hökumətinin dinə qarşı təzyiqləri güclənir. Bu təzyiqlər ölkədə dini intibahın güclənməsi ilə eyni vaxta təsadüf edir. Hökumətin təzyiqləri İslam təşkilatları, müstəqil qurumların etirazları ilə qarşılanır. Onlar həbs edilənlərə azadlıq, dini məhdudiyyətlərin aradan qaldırılması, hicablı qadınların təhsil müəssisələri və idarələrdə maneəsiz fəaliyyətini tələb edirlər.

"IslamTimes" - Tərcümə şöbəsi 
 
Şiə sosioligiyası üzrə ekspert
Vəli Cəbbari 

http://islamtimes.org/vdcci4q0.2bqepyjavua82.cy2sbt.html


source : 184.154.47.229
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

“BISMILLAHIN” LƏTIF GÖRÜNTÜLƏRI-1
"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir

 
user comment