Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Yevlaxın axunduna iftira atanlar üzr istədilər

Hacı Ramin isə, bu qarayaxmanın əsil sahibinin kimliyi açıqlanmadığı təqdirdə məhkəməyə verəcəklərini qeyd edib.





Əhli Beyt - - xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yevlax məscidinin axundu Hacı Namiq Əliyevə qarşı çox iyrənc bir iftira atılıb.


İftira sahibləri dindarlar və sadə əhali arasında çox böyük nüfuza və hörmətə malik olan Hacı Namiq Əliyevin guya namaz üstündə bir qadını zorlamasını qondarıblar.


"Yeni Dövr" qəzeti isə bu xəbəri qəzetdə dərc etmişdi.


Yevlaxın İmam Camaatı Hacı Ramin Quliyev bu məsələ ilə bağlı İslam-Azeri.az İnternet qəzetinə yeni məlumat verib.





Onun sözlərinə görə, "Yeni Dövr" qəzetinin rəhbərliyi onlara telefon vasitəsilə zəng edərək rəsmən üzr istədiyini bildiriblər.


Dindarlar isə, bu qarayaxmanın nəinki axunda, bütün dindarlara qarşı olduğunu onlara bildirərək bu iftiranın əsil səbəbkarının adını söyləməyi tələb ediblər.


Qəzet rəhbərliyi bu yazılanların şaiyə və yalan olmasını, həmçinin rəsmi olaraq üzr istəyəcəklərini bildirərək 4 iyulda "Yeni Dövr" qəzetində bununla bağlı təkzib və üzrxahlıq yayımlayacaqlarını önə çəkiblər.


Hacı Ramin isə, bu qarayaxmanın əsil sahibinin kimliyi açıqlanmadığı təqdirdə məhkəməyə verəcəklərini qeyd edib.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment