Azəri
Friday 19th of July 2024
0
نفر 0

Səmavi kitabların nazil olmasının fəlsəfəsi

 Biz inanırıq ki, Allah-Taala bəşər övladlarını doğru yola hidayət etmək üçün ilahi peyğəmbərlərin vasitəsilə müqəddəs kitablar göndərmişdir. İbrahim və Nuh peyğəmbərin (ə) «Sühufu»[1], Musanın Tövratı, İsa (ə)-ın İncili, həmçinin daha kamil və hərtərəfli təlimlərə malik olan Quranı göndərmişdir.[2]

Əgər Allah-Taala öz peyğəmbərləri ilə bu müqəddəs kitabları göndərməsəydi, İnsan Allahını tanımaqda və ona ibadət yolunda çoxlu çətinliklərə və xətalara düçar olardı. Uca Yaradanın ona bu kitablar vasitəsilə bəxş etdiyi təqva, əxlaq, tərbiyə və ictimai qanunlardan məhrum olardı.

Allah-Taalanın göndərdiyi bu müqəddəs kitablar rəhmət yağışı tək susuz qəlblərə yağaraq, onları çiçəkləndirdi. İlahi təqva, əxlaq, tanrı mərifəti, elm və hikmət nuru ilə qaranlıq və ölü qəlbləri, gülüstana çevirdi. Qurani-Kərim buyurur: «Peyğəmbər Rəbbi tərəfindən nazil olana inanır və bütün möminlər Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə inanırlar.» (Bəqərə, 285)

Təəssüflər olsun ki, zaman keçdikcə bir çox cahil və nadan adamların, öz maddi mənfəətlərini düşünən bəzi ikiüzlü din nümayəndələrinin vasitəsilə bu müqəddəs kitablar əsaslı surətdə təhrifə uğramışdır. Lakin Qurani-Kərim (qarşıda söyləniləcək dəlillərə əsasən) heç bir təhrifə uğramayaraq, öz həqiqət nuru ilə hər bir əsrdə və məkanda olan insanlara doğru yol göstərmişdir. Müqəddəs kitabımızın Maidə surəsinin 15-16-cı ayələrində oxuyuruq: «Allah tərəfindən nur və aydın (aşkar dəlillərə malik) bir kitab sizə nazil olmuşdur ki, Allah onun vasitəsilə Onun rizasının dalınca olanları salamat (və səadətli) yollara hidayət edə. Öz əmrilə onları qaranlıqdan işıqlığa çıxara və onları doğru yola yönəldə!»

  Quran Həzrət Məhəmməd (s. ə)-in ən böyük möcüzəsidir

Quran İslam peyğəmbərinin ən əhəmiyyətli möcüzəsidir. Təkcə fəsahət-bəlağət, bəyanın şirinliyi, axıcı olması və yetiriciliyi cəhətindən deyil, həqiqətdə müxtəlif cəhətlərdən Qurani-Kərim möcüzə sayılır (Bu barədə əqidə kitablarında geniş şəkildə bəhs olunmuşdur).

Maraqlıdır ki, heç kəs, Quran kimi bir kitab yarada bilməmişdir. Hətta indinin özünədək onun bir surəsi kimi bir yazı belə yaradılmamışdır. 14 əsrə yaxındır ki, dünyanın bütün alimləri, düşünən beyinləri Quran kimi bir kitab yaratmağa qadir deyildirlər. Halbuki, Quran 14 əsrə yaxındır ki, bütün bəşəriyyəti mübarizəyə, özü kimi bir kitab yaratmağa çağırır. İsra surəsi, 88-ci ayədə buyurulur: «De ki, əgər insanlar və cinlər (bir yerdə) toplanalar, bu Quranın tayını (mislini) gətirmək istəsələr, hər nə qədər bir-birinə yardım etsələr də, onun tayını (mislini) gətirə bilməzlər.» Yaxud başqa bir ayədə buyurulur:

«Öz bəndəmizə nazil etdiyimiz Qurana şübhə edirsinizsə, siz də buna bənzər bir surə gətirin. Və doğru deyirsinizsə, Allahdan başqa olan şahidlərinizi də, çağırın!» (Bəqərə, 23)

Biz etiqadlıyıq ki, Qurani-Kərim zaman keçdikcə köhnəlmir, əksinə dövran ötdükcə, bəşərin istedadı yüksəldikcə Qurani-Kərimin bəhs etdiyi mövzular bəşərə daha da aydınlaşır. İmam Sadiq (ə) buyurur: «Allah-Taala Quranı yalnız müəyyən bir qrup (dəstə) və xüsusi bir zaman üçün göndərməmişdir. Elə bu səbəbdən də, o hər bir zamanda təzə və hər bir qrupun (dəstənin) yanında qiyamət gününədək daha da, təravətlidir!» (Biharul-ənvar, c 2, s 280, hədis 44)

  Quran təhrif olunmamışdır
Bütün dünya müsəlmanları fəqət bir Qurana inanırlar. (Başqa təhrif olunmuş səmavi kitabların əksinə olaraq, Quran bir vahid nüsxədir. İkinci «Quran» mövcud deyildir.) Onların inandığı bu Qurani-Kərim İslam peyğəmbərinə nazil olan həmin «Quran»ın özü və eynidir. Qurandan heç bir şey azalmamış və ona heç bir kəlmə və ya cümlə v s. artırılmamışdır. Quranın nazil olduğu ilk günlərdən başlamış, onun tamamlanan gününədək müsəlmanlardan böyük bir qrupu onu yazmağa məşğul idilər. Müsəlmanların ən mühüm vəzifələrindən biri də Quran ayələrini gecə və gündüz oxumaqdan ibarət idi. Bundan əlavə onlar öz gündəlik namazlarında da, Quranı təkrar edərək, oxuyurdular. Müsəlmanların böyük bir dəstəsi Quran əzbərləməyə məşğul idilər. Belə ki, Quranı əzbər bilən şəxslər və onu gözəl oxumağı bacaranlar həmişə böyük hörmətə malik oldular. Və bu, indi də belədir. Bütün bunlar və mövcud olan digər cəhətlər səbəb oldu ki, Quranda hətta azacıq da olsun təhrifə yol verilməsin. Bunlardan əlavə, Allah-Taala Quranın toxunulmazlığını qiyamət gününədək təmin etmişdir. Belə ki, bu vədəyə əsasən Quranda heç bir təhrif ola bilməz. Hicr surəsi 9-cu ayə: «Biz Quranı nazil etdik və biz də onun qoruyucusuyuq!»

Bütün İslam alimləri və tədqiqatçıları (istər şiə, istərsə də sünni) Quranda heç bir təhrifin olmadığına inanırlar. Lakin təkcə çox az bir dəstə, hər iki qrup (şiə və sünni)-dan Quranda təhrifə etiqadlıdırlar. Onlar bir sıra hədisləri bu barədə şahid sayaraq, bu nəticəyə gəlmişlər. Lakin şiə və sünni qruplarının rəhbərləri, alim və görkəmli şəxsiyyətləri Quranda heç bir təhrifin olmadığına təkid edərək, müxaliflərin şahid gətirdikləri hədisləri əsassız sayırlar. Çünki bu hədislər «cə`li» – «qurama-asxta» hədislərdir və heç bir əsasa malik deyildir. Bu hədislərin bəzisi alimlərin qəti əqidəsinə əsasən «mənəvi təhrifi» Quranda mümkün sayır («Mənəvi-təhrif» Quran ayələrinin düzgün olmayan şərhinə və təfsirinə deyilir. Və Quranın özünə aid deyildir.) Bəzi dar düşüncəli insanlar (bütün şiə və sünni alimlərinin əksinə olaraq) Quranda təhrifin olmasına olan inamları ilə, bu böyük səmavi kitabı təhqir etmiş olur və bir növ Allah düşmənlərinə xidmət edirlər.

Əslində Quran ayələrinin toplanması tarixinə nəzər saldıqda Quranın təhrifin olmamağına bir daha əmin ola bilərik. Tarix şəhadət verir ki, müsəlmanların, Quranı yazmağa, əzbərləməyə, oxumağa, onu qoruyub saxlamağa olan qeyri-adi həvəsləri və məxsusən vəhy nazil olan əvvəl gündən xüsusi katiblərin onu diqqət ilə yazması təhrifin qeyri-mümkünlüyünü yetirir.

Onu da qeyd etmək lazımdır ki, biz müsəlmanların müqəddəs kitabı olan Quran bir dənədir. Onunla ixtilaflı və fərqli olan ikinci «Quran» yoxdur! Bu barədə tədqiq etmək niyyətində olan hər bir kəsə bu həqiqət gün kimi aydındır. Çünki bizim hamımızın evində, məscidlərdə, ümumi kitabxanalarda, hətta qədim Quran nüsxələrində (muzeylərdə) mövcud olan Quranlar heç bir ixtilafa malik deyildir! Quran buyurur: «Müxtəlif sözləri eşidib, onların ən gözəlini seçən bəndələrimə müjdə ver!» (Zümər, 18)

Bizim elmi-hövzələrimizdə (tədris mərkəzi), Quran elmləri geniş və hərtərəfli surətdə tədris edilir. Bu bölmədə ən əhəmiyyətli dərslərdən biri də, Quranda təhrifin olmamağıdır!

 

--------------------------------------------------------------------------------

[1] - Sühuf – səhifələr

[2] - Davudun (ə) Zəburu


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
VACİB VƏ VACİBDƏN DAHA VACİB NƏDİR?
ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR

 
user comment