Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Quran və insanların maddi-mənəvi ehtiyacları

 
Biz inanırıq ki, insanın öz həyatı boyu ehtiyaclı olduğu maddi və mənəvi istəklərinin həlli və bu yolda lazım olan əsillər, qayda-qanunlar Qurani-Kərimdə zikr olunmuşudur. Cəmiyyətin idarə olunması, müsəlmanlar ilə başqa cəmiyyətlərin rabitəsi, qarşılıqlı anlaşma, müharibə, sülh, iqtisadi məsələlər, məhkəmə və s. bu kimi lazım olan qayda-qanunlar, ümumi formada (şəkildə) Quranda bəyan olunmuşdur. Qurani-Kərim bu barədə buyurur: «Və biz hər şeyi açıqlayan (bəyan edən) və müsəlmanlara hidayət, rəhmət və bəşarət olan Quranı sənə nazil etmişik!» (Nəhl, 89) İslam dini müsəlmanları öz dini-mənəvi dəyərlərini qorumağa çağırır və müsəlman cəmiyyətinin bir surətdə tərbiyə olunmasını istəyir ki, istənilən mövqedə ədalətli olaraq, daim ədaləti icra etsinlər. Quran hətta dost və düşmənə də eyni dərəcədə ədalətli olmağı tapşırır. Nisa surəsinin 135-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, kamilən ədalətli olun, hətta sizin ata-ananızın, qohumlarınızın, (istər varlı olsunlar, istər yoxsul) zərərinə də belə olsa (ədalətli olun) və Allah üçün şahidlik edin!» yaxud; Maidə surəsinin 8-ci ayəsində belə əmr olunur: «Ey iman gətirənlər,... başqa bir tayfa ilə düşmənçilik sizi ədalətsiz olmağa və günaha məcbur etməsin! Ədalətli olun ki, bu, təqvaya daha yaxındır!»
  Quran oxumaq, onda təfəkkür etmək və onun əmrlərinə əməl etmək
Quran oxumaq ən üstün ibadətlərdən biridir! Çox az ibadətlər onun misli ola bilər. Çünki Quran oxumaq, onun ayələrində təfəkkür etmək gözəl və saleh əməllərin sərçeşməsi və səbəbidir. Qurani-Kərim İslam Peyğəmbəri (s. ə)-ə müraciətlə buyurur: «Gecə durub oyaq qal, bir azından başqa. Yarısını (oyaq ol) ya da, yarısından da azını (oyaq ol) Və yaxud yarısına bir az artır və Quranı aydın oxu!» (Muzzəmmil, 2)
Başqa bir ayədə müsəlmanlara xitab olunaraq, deyilir: «Hər nə qədər bacarırsınızsa Quran oxuyun! (Muzzəmmil, 20)
Söylənildiyi kimi, onun ayələrində təfəkkür edərək, onu anlayaraq oxumaq lazımdır. Bu anlayış və təfəkkürün özü də onun əmrlərinə, göstərişlərinə əməl etməyə səbəb olmalıdır. Qurani-Kərimdə oxuyuruq:
«Quranın ayələrində (haqqında) fikirləşmirlər (düşünmürlər), ya ürəkləri qıfıllanıbdır!» (Məhəmməd, 24) yaxud; «Və biz bu Quranı asanlaşdırdıq ki, ondan öyüd alsınlar, heç öyüd alan (əməl edən) varmı?!» (Qəmər, 17) və ya Ənam surəsinin 155-ci ayəsində buyurulur: «Bu, bərəkətlə dolu bir kitabdır ki, (sənə) nazil etdik, belə isə ona itaət edin!».
Beləliklə, yalnız Quranı oxuyaraq, onu əzbərləməyə adət edən şəxslər, əgər onun ayələrində fikirləşib, bu müqəddəs kitabın göstərişlərinə əməl etmirsə, əslində uduzmuşdur. Çünki bu şəxslər üç əsas əmrin (oxumaq, düşünmək və əməl etmək) yalnız birini yerinə yetirmiş olurlar.
  Azdırıcı bəhslər
Uzun illər, müsəlmanların Quran ayələri barəsində fikirləşərək, ondan ibrət almaq istəklərinin qarşısını almaq üçün, bəzi dinsiz və anlamaz insanlar bir sıra azdırıcı bəhsləri ortaya atmışlar. Məsələn; bəni-Üməyyə və bəni-Abbas hakimiyyəti dövründə Quran ayələrinin «qədim yaxud hadis»  olması  bəhsi meydana atılmışdı. Beləliklə də, müxtəlif müsəlman qrupları bir-birlərinin canına düşərək, nahaq qanlar axıtdılar. Lakin hazırkı dövrdə biz bu bəhslərin nə qədər lazımsız, dəyərsiz və utandırıcı olduğunu görürük. (Çünki əgər, Quran ayələrindən məqsəd onun yazılışıdırsa, məlumdur ki, bu sonradan meydana gələrək, yaranmışdır. Amma, əgər Quran ayələrindən məqsəd Allahın elmidirsə, məlumdur ki, Allahın elmi Onun pak zatının eynidir. Və Onun pak zatıdır ki, o da qədimdir.) Peyğəmbərin və onun pak Əhli-beytinin (ə) düşmənləri olan bu zalım xəlifələr müsəlmanları belə azdırıcı bəhslərin vasitəsilə əsir edərək, onları istismar edirdilər. Müasir zamanda da müsəlmanlar arasında ixtilaf salmaq istəyən bəzi xarici qüvvələrin niyyətlərindən agah olmaq lazımdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment