Siyasi və ictimai şöbə: Əhli-sünnənin görkəmli ruhanisi və İmam cüməsi Mövlana Əzhar Boxari İslamabadda keçirilən “İslamın dirçəlişində alim və elm xadimlərinin rolu” forumunda dedi: İslam dünyası alimlərinin birliyi Amerikanın inkişafının neytrallaşdırır.
İran Quran Xəbər Agentliyi : İslam mədəni əlaqələr təşkilatının məlumatına əsasən, o yuxarıdakı mətləbi nəzərə çatdıraraq dedi: Əgər alimlər birləşsələr, Amerikanın inkişafını neytrallaşdıra bilər və biz də firqəçilikdən xilas olaq.
İslam dünyasının hal-hazırda güclü vəhdətə ehtiyacı vardır və bizim düşmənlər müsəlmanlar arasında təfriqəçilik salmağı bacarırlar və bu ixtilaf müsəlmanların bir-birinə düşmən kəsilməsinə səbəb olur. Bir halda ki, Quran, qiblə, Allahımız birdir, firqələrə bölünməyə heç bir əsas sübutumuz yoxdur.
Qeyd olunmalıdır ki, “İslamın inkişafında alimlərin və elm xadimlərinin rolu” adlı forum Pakistan islam dini təşkilatı tərəfindən tir ayının 8-də İslamabad otelində keçirildi.
source : ایکنا