Azəri
Friday 26th of April 2024
0
نفر 0

İslamçıların məhkəməsi başladı və...

İslamçıların məhkəməsi başladı və...

«İSLAM PARTİYASI XALQIN QƏLBİNDƏ QEYDİYYATDADI»

İslamçıların məhkəməsi başladı və...

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiya sədrinin müavini Vaqif Abdullayev, partiyanın Astara rayon komitəsinin sədri Rufulla Axundzadə, Masallı ruhanisi Hacı Fəramiz Abbasov, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin işi üzrə hazırlıq iclası keçirilib.

Hazırlıq iclası məhkəmə salonunda əyləşmiş dindarların ucadan səsləndirilən təkbirləri ilə başlayıb.

Hakim əvvəlcə AİP sədri Mövsüm Səmədova müraciət edib:

- Səmədov, qalxın.

- Bismillahirrəhmanirrəhim.

- Səmədov, cinayət işinin materialları ilə tanış olmusunuz?

- Bəli. Vəkilimdən xahiş edirəm ki, məhkəmə prosesi əsassız olduğuna görə, əsaslı dəlillər gətirilmədiyinə görə, bizim azadlığa buraxılmağımız, işə xitam verilməsi ilə əlaqədar vəsatət qaldırsın.

Hakim Mövsüm Səmədovun anket məlumatlarını elan etdikdən sonra digər müttəhimlərə keçdi:

- Abdullayev Vaqif, qalxın.

Vaqif Abdullayev:

- Hal hazırda Azərbaycan İslam Partiyasının sədr müaviniyəm.

Hakim:

- Aydındır. Qeydiyyatdan keçməyən partiyanın.

Vaqif Abdullayev:

- Qeydiyyatdan keçməyən deyəndə ki, bu dəqiqə bizim sənədlər Ədliyyə Nazirliyindədir, tutulmağıma bir həftə qalmış da getmişəm...

«İSLAM PARTİYASI XALQIN QƏLBİNDƏ QEYDİYYATDADI»

Mövsüm Səmədov müdaxilə edir:

- Qeydə alınmasına ehtiyac yoxdur, Azərbaycan İslam Partiyası kökündən qeydiyyatdadır bu xalqın qəlbində.

Hakim:

- Səmədov, yerinizdən danışmayın, sakit olun.

Vaqif Abdullayev:

- Biz bir yerdəydik, yolda gedəndə maşını saxladılar ki, guya QAİ reyd keçirir, reyd adıyla apardılar bizi...

Hakim:

- Ayın neçəsi?

Vaqif Abdullayev:

- Yanvarın 7-də. Tutub apardılar ki, bizə qarşı müqavimət göstərmisiniz. Mən də demişəm ki, bizim heç bir təqsirimiz yoxdur, mənə inzibati qaydada 10 sutka verdilər. Cəzanı bitirməyə 1 saat qalmış gəldilər apardılar Nəsimi Məhkəməsinə. Mən də Hacı Mövsüm kimi tələb edirəm ki, bizim heç bir təqsirimiz olmadığına görə işimizə xitam versinlər.

Hakim:

- Abbasov Fəramiz, qalxın ayağa.

Fəramiz Abbasov:

- Mən yanvarın 24-də saat 12-də  Masallının Qoradili qəsəbəsində yas məclisi aparırdım, polislər gəlib məni məclisdən çıxardıb qandallayıb gətirdilər. Mən heç bir cinayət etməmişəm, Mən o cinayətləri mənə oxuyanları cani bilirəm. Möhtərəm hakim, sizi demirəm.

PARTİYA SƏDRİ DƏMİR BARMAQLIQDAN ÇIXMAQ İSTƏMƏDİ

Rufulla Axundzadənin, Dəyanət Səmədovun, Firdovsi Məmmədrzayevin, Zülfüqar Mikayılovun da anket məlumatları elan olunduqdan sonra Mövsüm Səmədovun vəkili Anar Qasımov vəsatət qaldırdı ki, təqsirləndirilənlər dəmir barmaqlıqlardan kənarda oturdulsunlar. Ancaq Mövsüm Səmədov və daha bir neçə dustaq vəsatətə etiraz etdiyinə görə vəsatət təmin olunmadı.

Sonra vəkil ikinci vəsatətini elan etməyə başladı. O, dedi ki, Mövsüm Səmədov bu il yanvarın 2-də partiyanın mənzil-qərargahında keçirilən toplantıda hicab qadağası ilə bağlı çıxışına görə həbs olunub. Müdafiə etdiyi Səmədov barəsində açılan cinayət işində heç bir sübut yoxdur. Ancaq məhkəmə vəsatətə münasibət bildirə bilmədi. Çünki zamində olan Zülfüqar Mikayılovun dövlət təyinatlı vəkili Gülşən Salmanova iş materialları ilə tanış olmadığını bildirdi. Hakim vəkilin iş materialları ilə tanış olması üçün hazırlıq iclasını iyulun 14-dək təxirə saldı.

Bundan sonra məhkəmə salonunda olan dindarlar yenə də ucadan «Allahu Əkbər» və müxtəlif təkbirlər (SALAVAT) səsləndirməyə başladılar.

ŞƏRLƏNMİŞ MÜTTƏHİMLƏR ÖZLƏRİNİ TƏQSİRSİZ BİLİR

Bu iş üzrə İbtidai İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb. İttihama görə, güya Mövsüm Səmədov İslam Partiyası adı altında quruma daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib. İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi Mövsüm Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı güya onlardan silahlar aşkar edilib, bu silahların terror məqsədilə istifadə üçün əldə olunduğu sübuta yetirilib.

Ancaq Mövsüm Səmədov və onunla birlikdə həbs olunanlar ibtidai istintaqa verdikləri ifadələrində özlərini təqsirli bilmədiklərini deyiblər. Onlar silahların yaşadıqları mənzilə kənardan atıldığını bildiriblər (“Azadlıq” radiosu).


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...
59 ölkə beynəlxalq Quran müsabiqəsi keçirmək üçün razılaşdı
Suriyada "müsəlman-məsihi qardaşlığı" adlı konfrans keçiriləcək
ABŞ Hazırda 7 Ölkəni bombalayır; 7-si də müsəlman ölkələridir.
Xəlifə rejimini muzdlu əskərləri İmam Hüseyn (ə) Əzadarlığının ...
Fazil Mustafa Azərbaycan xalqına “siyğədən əmələ gəlmişlər” Hz. Aişəyə ...
Hacı Taleh: “Sizin arxanızda İlham Əliyev dayanıbsa, bizim də arxamızda Allah ...
İslam Həmkarlar Təşkilatı Qəzzada 100 min yaşayış məntəqəsinin tikilməli ...
Məsumların (ə) Bəqidəki hərəmlərinin dağıdılmasından 93 il ötür
Sumqayıt məktəblərində hicab yasaqdır

 
user comment