Suriya hökumətinə qarşı mürəkkəb fitnənin başlanması ilə Türkiyə mülayim bir tonla Suriya hakimiyyətinə qarşı mövqe tutdu. Lakin Suriyada qırğın və təxribatların şiddətlənməsindən sonra Türkiyə rəsmiləri də Suriyaya qarşı tonu sərtləşdirib açıq-aşkar bu ölkə əleyhinə mövqe tutmağa başladılar. Bununla da Türkiyə rəsmiləri bu məsələdə Amerika cəbhəsində olduqlarını nümayiş etdirdilər.
“SEPAH” Türkiyəyə xəbərdarlıq etdi
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) orqanı olan həftəlik “Sobhesadeq” (Sübhi sadiq) nəşrində iyulun 18-də dərc edilən bir yazıda Suriya ilə bağlı apardığı siyasətə görə Türkiyəyə xəbərdarlıq olunub.
Rza Gərmabdərinin “İranın Suriya ilə bağlı ciddi mövqeyi” başlıqlı yazısında bildirilir ki, Türkiyə İranı seçim qarşısında qoymamalıdır, çünki İran iki ölkədən birini seçmək məcburiyyətində qalsa, Türkiyəni yox, Suriyanı seçəcək: “Əgər Türkiyə rəsmiləri çoxlu çaxnaşmaya gətirib çıxaracaq hazırkı siyasətin davam etdirilməsində israrlı olsalar, bunun nəticəsində isə İran Türkiyə ilə Suriyadan birini seçmək məcburiyyətində qalsa, strateji mənafe məntiqi İranı Suriyaya doğru sövq etdirəcək. Yaxısı budur ki, Türkiyə rəsmiləri İran üçün önəm daşıyan bu məsələni dərk etsinlər, ağıllı bir siyasət yürüdərək İranı seçim etmək məcburiyyətində qoymasınlar.
Suriya hökumətinə qarşı mürəkkəb fitnənin başlanması ilə Türkiyə mülayim bir tonla Suriya hakimiyyətinə qarşı mövqe tutdu. Lakin Suriyada qırğın və təxribatların şiddətlənməsindən sonra Türkiyə rəsmiləri də Suriyaya qarşı tonu sərtləşdirib açıq-aşkar bu ölkə əleyhinə mövqe tutmağa başladılar. Bununla da Türkiyə rəsmiləri bu məsələdə Amerika cəbhəsində olduqlarını nümayiş etdirdilər. Türkiyə iki mərhələdə Suriya müxalifətinin bir araya gəlib toplantı keçirməsinə ev sahibliyi edib. Türkiyə Suriya ilə sərhəd zonalarında düşərgələr salmaqla Suriya müxaliflərinə yardım göstərib. Suriyanın bir sıra rəsmilərinin dediyinə görə, Suriya hakimiyyətinə qarşı çıxan müxaliflərin ixtiyarında olan silahların bir qismi Türkiyə sərhədindən Suriyaya gətirilib.
Belə görünür ki, Türkiyə rəsmiləri belə bir nəticəyə gəliblər və ya bəlkə də onları belə bir nəticəyə çatdırıblar ki, guya Suriya qəti süquta doğru irəliləyir və Bəşər Əsədin süqutundan sonra onlar (Türkiyə) bu ölkədə (Suriyada) yaranacaq münbit vəziyyət və şəraitdən yararlanaraq burada böyük sərmayələr yatırıb öz arzularına çatacaqlar. Halbuki məsələ tamamilə mürəkkəbdir və Türkiyə rəsmilərinin təsəvvür etdiyindən tam fərqlidir”.
source : ابنا