Azəri
Saturday 27th of April 2024
0
نفر 0

Zikrin bəhrəsi

Zikrin bəhrəsi


Bu qüdsi hədisin araşdırdığımız bəzi bəndlərində həzrət Musaya xitabən Allaha diqqət və Allah zikrini, bu işdə xüzu və xüşunu gözləməyin zəruriliyi bildirilir. Digər bir bənddə zikr zamanı Allaha etimad zəruri sayılır. Bildirilir ki, zikr za-ma¬nı Allaha etimad göstərmək lazımdır:
“Zikr zamanı mənə etimadın olsun, mənə etimadı olan insanın diqqətini mənim zikrimə yönəlt”.
Şübhəsiz ki, müvəhhid (təkallahçı) və mömin insan üçün Allahın zikri çox dəyərlidir. Zikr ibadətlərin səbəbi kimi təq-dim olunur. Allah-taala həzrət Musanın besətinin baş¬lan¬ğı-cın¬da tövhid məsələsini bəyan etdikdən sonra mühüm etiqadi prin¬sip kimi öz zikrindən danışır, bildirir ki, zikr insan səadətinin əsası, ibadətin hədəfidir. Buyurulur ki, Allahdır ye¬ganə məbud, Ondan savayı məbud yoxdur, Ona pərəstiş et¬mək və onun zikri olaraq namaz qılmaq lazımdır.

Rəftarın iman və etiqadla əlaqəsi
Allah zikrinin əhəmiyyətini bilmək üçün onun insan səadəti ilə əlaqəsini nəzərdən keçirmək lazımdır. Nəticədə mə¬lum olur ki, Allah zikri imanlı rəftarı gücləndirir, insan xoş¬bəxtliyini təmin edir. Həyatdakı bir çox qərarlar və rəftarlar istər-istəməz insanın etiqadlarından qaynaqlanır. Hətta öncə¬dən etiqadını yada salmamış şəxs addım atdıqda uyğun eti¬qad¬dan təsirlənir. İlahi etiqadlar mömin insanın rəf-tar¬la¬rı¬nın mənbəyidir. Necə ki, materialist bir insanın rəftarları onun uy¬ğun etiqadından nəşət tapır. Qərara gəlməzdən, addım at¬maz¬dan qabaq insan öz etiqadını yada salmasa da, onun eti¬qa¬dı təsirlidir. Mömin insanla dinsiz insanın əməlləri zahirən eyni görünə bilər. Amma uyğun əməllərin mahiyyətinə varsaq, ciddi fərqlərlə rastlaşarıq. Dinsiz insan addım atarkən yalnız dünya ləzzətlərini, mömin insan addım atarkən həm də axirəti nəzərdə saxlayır. Mömin və dinsiz tələbə hər ikisi təh¬sildə çalışır, amma yalnız mömin tələbənin təlaşları dəyər¬li¬dir. Çünki bu tələbə ali məqsəd uğrunda səy göstərir.
Deyilənlərdən aydın olur ki, iman və mərifətə diqqət yetirilməsinin mühüm bir səbəbi onların insanın rəftarlarına tə¬siridir. Bəli, bizim rəftarlarımız iman və mərifətimizdən ası-lı¬dır. Bu səbəbdən də Allah-taala bəzi ayələrdə saleh əməli iman¬la yanaşı zikr etmişdir. Bu yolla nəzərə çatdırılır ki, əmə-lin dəyəri Allaha imandan asılıdır və saleh əməl Allaha iman¬dan qaynaqlanır. Bu ayələrdən üçünü nəzərdən keçirək: “İman gətirib saleh işlər görənlər Behişt əhlidir və orada əbədi qala¬caqlar”.  “İstər kişi, istər qadın saleh iş görüb mömin ol¬sa, hökmən ona pak bir həyat verərik. Onları gördükləri yaxşı işlərə görə mükafatlandırarıq”.  “Axirəti istəyib son həddə ça¬lı¬şan və mömin olan hər kəs təlaşı dəyərləndirilənlərdəndir”.
Bəli, saleh əməl imandan qaynaqlanır. Əməllə iman ara-sın¬da qarşılıqlı rabitə var. Bu əsasla imandan qaynaqlanan əməl ima¬nı gücləndirir, dinsizlikdən qaynaqlanan əməl dinsizliyi qüv¬vətləndirir.

İmanla elm və mərifət arasında əlaqə
Saleh əməl imandan qaynaqlandığı kimi, iman da öz növbəsində elm və mərifətdən nəşət tapır. Bəli, saleh əməl iman mərtəbəsi ilə əlaqəlidir. İnsanın mərifəti, elm və tanışlığı müəyyən bir baxımdan iki növə bölünür: Qazanılan (hüsuli) və dərk olunan (hüzuri). Hüsuli mərifət vasitəli mərifətdir və düşüncə yolu ilə əldə olunur. Məsələn, bizdən Allah və tövhid haqqında soruşularkən düşüncəmizdə olanı dilə gətiririk. Bu mə¬rifətin dərəcələri var. Onun ən aşağı dərəcəsi də insanın əməl və rəftarlarına təsir göstərir. Uyğun mərifət gücləndikcə onun əmələ təsiri də güclənir. Amma hüzuri elm vasitəsiz elm¬dir. Belə bir mərifətə malik olan insan həqiqəti dərk edir. Bu mərifətdə xəta yoxdur. Əmirəl-möminindən (ə) “Rəbbini gör¬müsənmi?” soruşularkən həzrət buyurur: “Görmədiyim Allaha necə ibadət edim?!” Ondan bu müşahidənin necəliyi haq¬qında soruşularkən həzrət buyurur: “Gözlər onu aşkar gör¬məz, amma qəlblər düzgün iman həqiqətləri ilə onu dərk edər”.

Zikr və onun rəftara təsiri
Müəyyən bir həqiqətdən xəbərdar olduğumuz vaxt həmin xə¬bərdarlığa diqqətli olduqda onun təsirlərindən faydalanırıq. Bəli, nəzərdə saxlanılan mərifət rəftarlara təsir göstərir. Diqqət elmdən fərqli bir həqiqətdir. Bəzən insanın elmi olur, amma diq¬qəti olmur. Məfhumundan xəbərdar olduğumuz bir hə¬qi¬qə¬tin nümunələrinə diqqətsiz qalmağımız da mümkündür. Həqiqəti təsirli edən onun nümunələrinə diqqətdir. Diqqət nə qə¬dər əhatəli olarsa, onun təsiri də güclü olar. Namaz və oru¬c¬dan başlamış bütün ictimai-siyasi fəaliyyətlərimiz Allaha diq¬qətdən təsirlənir. İman və diqqətimiz nə qədər güclü olarsa, onların əməldə təsiri də güclü olar.
Bilirik ki, iman əməlin ruhudur. Amma bunu bilmək bəs etmir. Bunu əməl məqamında unutmamaq lazımdır. Yalnız əməl¬də özünü göstərən iman və diqqət dəyərlidir. Əgər Allah-taala Allaha etimad məsələsini həzrət Musaya bəyan edirsə, bu o demək deyil ki, Musa (ə) bu həqiqətdən xəbərsizdir. Şüb¬həsiz ki, həzrət Musa deyilənlərə etiqadlı bir insandır. Bizim etiqadımıza görə, ilahi peyğəmbərlər peyğəmbərliyə seçil¬məz¬dən əvvəl də məsum və təkallahçı olmuşlar. Allahın bu nöq¬tələri bəyan etməkdə məqsədi budur ki, həzrət Musanın və mömin bəndələrin iman və diqqəti fəallaşsın. Yalnız fəal iman və diqqət əmələ təsir göstərir. Belə bir diqqətin sayəsində in¬sa¬nın mərifəti daha da kamilləşir, onun həyatının bütün sa¬hə¬lə¬ri¬nə yetərli təsir göstərir. Bəli, həqiqi zikr və diqqət Allahın hü¬zurunun dərki ilə şərtlənir. Bu diqqət gücləndikcə insanın əməl və rəftarlarına daha çox təsir göstərir.
Allah hüzurunun dərki və Ona qəlbən diqqət dil zikrindən uca bir məfhumdur. Namaz və digər ibadətlərdə ardıcıl zikr ona görə tez-tez vurğulanır ki, insan qəlb zikri vasitəsi ilə Alla¬hın hüzurunu dərk edir. Belə bir zikr mərifəti fəallaşdırır, in¬sanı qəflətdən qurtarır. İlahi mərifət fəallaşdıqca məbuda diq¬qət artır, əməl daha çox təsirə məruz qalır. Qəlbən diqqətlə mü¬şayiət olunmayan dil zikri, zikrin ən aşağı mərtəbəsidir və rə¬f¬tarlara bir o qədər də təsirli deyil. Əmələ təsirli zikr qəlb zikridir və onun da öz mərhələləri var. Onun ən ali mərtəbəsi Alla¬ha kamil diqqət və insanın bu diqqətdə qərq olmasıdır. Mə¬buda diqqətdə qərq olan insan hətta, özünü unudur, məbuddan savayı hər şeyi yaddan çıxarır.

Zikr və Allaha etimadın mərtəbələri
Allah-taalanın həzrət Musanın nəzərinə çatdırdığı kimi, zik¬rin uca mərtəbəsinə çatmaq üçün bu işdə müti olmaq la-zımdır. İnsan Allah hüzurunda nə qədər kiçilərsə, bir o qədər də zikrin uca mərtəbəsinə nail olar. Belə bir zikr insanda aram¬lıq və arxayınlıq yaradır. Uyğun zikr haqqında Allah-taala buyurur: “O kəslər ki, iman gətirmişlər və qəlbləri Allah zikri ilə aramlıq tapır. Bil ki, qəlblər Allah zikri ilə aram olur”.  “Bil ki, Allahın zikri ilə qəlblər aramlıq tapar”. -cümləsində “Alla¬hın zikri” təbirinin “aramlıq tapar” təbirindən öncə gəl¬məsi zikrin əhəmiyyətini önə çəkir. Belə bir ardıcıllıqda ilahi zikr daha çox vurğulanır və onun əhəmiyyəti nəzərə çatdırılır. Baş¬qa sözlə, qəlbin aramlığı ilahi zikrdən qaynaqlanan haldır. Amma başqa cümlələrdə öncə arxayınlığın, sonra Allah zik¬rinin qeyd olunduğu ilə rastlaşırıq. Bir cümlədə zikrin, digər bir cümlədə arxayınlığın vurğulanması göstərir ki, zikr və ar¬xa¬yınlığın mərtəbələri var. Zikri başlayıb, qəlbən diqqətli ol¬ma¬ğa çalışan insan zikrin daha uca mərtəbəsinə nail olur. Belələri davamlı zikr vasitəsi ilə zikrin ali mərtəbəsinə çatır, aram¬lıq və arxayınlıq əldə edirlər. Belə bir zikri Əmirəl-mö¬minin (ə) şəbaniyyə münacatında yada salır: “Pərvərdigara! Mənə öz zikrində heyranlığı ilham buyur”.
Uyğun iki cümlədə aramlıq və arxayınlığın iki dərəcəsinə işa¬rə olunur. Birinci dərəcə ilə qüdsi hədisdə Allah-taalanın həz¬rət Musaya nəsihətində rastlaşırıq. Burada söhbət diqqətli zikr¬dən qaynaqlanan aramlıq və arxayınlıqdan gedir. Bu zik-rin aşağı mərtəbəsidir. Amma yada saldığımız ayədə zikrin ali mər¬təbəsinə işarə olunur. Bu ayədə nəzərdə tutulmuş aramlıq və arxayınlıq Allahın tövfiqi ilə özünütərbiyədən sonra əldə olu¬nur. İnsana belə bir aramlıq lütf olunduqda onun bütün izti¬rablarına son qoyulur. Allah zikrinə məşğul aşiq bəndənin qəlbində məbuddan qeyrisinə diqqətə yer qalmır. Əslində belə bir diqqət və iztirabın kökü ilahi mərifətin çatışmazlığındadır.

Dünyapərəstlərin və Allah düşmənlərinin doğru     yoldan imtinası
Allah-taala həzrət Musaya tövsiyə edir ki, Allaha diqqətlə aram¬lıq tapanları Onun zikrinə çağırsın. Deyilənlərdən aydın olur ki, insan öz ətrafında doğru yola gəlişi üçün zəmini olan¬ları, Allahı yada sala biləcək fərdləri Ona doğru dəvət et-mə¬lidir. Allahla düşmənçilik edən, Allahın qoyduğu hədləri məs¬xə¬rəyə qoyan insanları Allaha doğru çağırmağa dəyməz. On¬lar nəinki Allahı zikr etmir, hətta bu işdən ikrah duyurlar. Be¬lə¬ləri Allahın qoyduğu hədləri dünya ilə bağlı arzuları üçün ma¬neə sayırlar. Allah-taala onlar haqqında buyurur: “Allah bir¬liyi ilə xatırlandığı vaxt axirətə inanmayanların qəlbləri sı¬xılır. Elə ki Allahdan qeyrisi yada salındı, onlar qəfildən se¬vi¬nir¬lər”.
Allah-taala həzrət Musaya tövsiyə edir ki, vaxtını doğru yola gəlişi üçün zəmini olan insanlara sərf etsin. Yalnız belələrinə Allahı xatırlatmaq və belələrinin qəlbinə Allah zikri ilə aramlıq vermək olar. Yalnız dünya ləzzətləri haqqında dü¬şü¬nən, mənəvi inkişafı üçün zəmini olmayan insanlara vaxt sərf edilməməlidir. Belələrinə Allahı xatırlatmağın faydası yox¬dur. Çünki küfr və şirk onların vücudunu başdan-başa əha¬təyə almışdır. Allah zikri onların yalnız düşmənçiliyini ar¬tırır. Demək, Musa (ə) bütün diqqətini dünya və onun ləzzətinə yönəldənlərə arxa çevirməlidir. Necə ki, Allah-taala öz Peyğəmbərinə (s) buyurur: “Zikrimizdən üz çevirən, bu dünya həyatından savayı bir şey istəməyən hər kəsdən üz döndər”.

İnsan dəyərinin ölçü meyarı
Yaxşı baxsaq, görərik ki, vücudumuzun dəyəri sevdiyimiz şeyin dəyəri həddindədir. Məsələn, gözəl bir avtomobil almaq fik¬rinə düşmüş insan daim hansı yolla pul əldə etmək fikrinə dü¬şür. Belə bir insanın qəlbi növbənöv maşınların girib çıxdığı qa¬raj kimidir. Maşın olmayan qədim vaxtlarda daim yaxşı at haq¬qında düşünən insanın qəlbini tövlə adlandırırdılar!
Bəli, dünya cazibələrinə bağlanan, dünyəvi xülyalar qəlbini bü¬rümüş insan axirəti yada salmır, Allahın öz bəndəsi üçün nəzərdə tutduğu uca məqamdan qəflətdə qalır. Belələri yalnız ot və su haqqında düşünən canlıya bənzəyir. Amma ilahi tövfiqlə zehnini puç maddi düşüncələrdən təmizləyən şəxs ali insanlıq məqamına can atır və bu yolda səy və təlaşını əsir¬gəmir. Belə bir insanın varlığı çox dəyərli olur. Hədisdə bu¬yu¬ru¬lur ki, möminin qəlbi Rəhmanın ərşidir.  Görəsən, belə bir istedad əta olunmuş və qəlbi Allahın ərşi ola biləsi insanın hey¬van səviyyəsinə enməsi ona layiqdirmi?!
Aydın oldu ki, insanın dəyəri onun qəlbən bağlandığı şey-lər dəyərindədir. Düşüncəyə uyğun şəxsiyyətlər adi insanlara giz¬li qalsa da, həqiqətlərin mahiyyətinə varmış Allah öv-liyaları qarşı tərəfin şəxsiyyətini olduğu kimi dərk edir, on¬la-rın düşüncəsini oxuyur. Mərhum molla Fəthəli Sultanabadi mər¬hum Mirza Şirazinin dövründə onun nümayəndəsi olaraq Sa¬mirrada imam təyin olunmuşdu. O təfsir və əxlaq dərsləri də tədris edirdi. Böyük alimlərdən biri nəql edir ki, bir gün mər¬¬hum Sultanabadinin camaat namazında iştirak edərkən ya¬nımda bir kəniz dayanmışdı. Bu şəxs namazın ortasında iqtidadan çəkinib tənha namaz qılmağa başladı. Namazı başa çatdırdıqdan sonra yavaşca dedi: “Bu axund da şirə ardınca getdi!” Namazdan sonra mərhum Sultanabadinin yanına ge¬dib əhvalatı danışdım. Mərhum Sultanabadi göstəriş verdi ki, həmin adamı tapıb gətirim. Amma nə qədər axtardımsa da, onu tapa bilmədim. Yenidən mərhum Sultanabadinin yanına qa¬yıtdım. O dizinə vurub ağlayaraq dedi: “Həmin adam doğ¬ru deyib. Mən cümə axşamları qonaq qəbul edirəm. Bu gecə də qonağım olmalıdır. Evdə qonaq üçün kətə hazır¬la¬ya¬caq¬dı¬lar. Düşündüm ki, xuruşsuz kətə yaxşı olmaz, gərək bir qədər şirə alım. Namazın ortasında bu barədə düşünürdüm. Həmin mü¬safir zehnimdən ötəni oxuyub!”
Maddiyyata diqqət insanın dəyərini azaldır. İlk addımda Allah zikrinə məşğul olmaq lazımdır. İkinci addımda bu zikri dərinləşdirmək zəruridir. Uyğun hal zəif dalğa kimi ötüb keçməməlidir. İnsan qəlbən Allahla rabitəyə girdikdə onun qəlbi Allahın ərşinə çevrilir. Belə bir hal əldə edən insan onu qorumağa çalışmalıdır. Müxtəlif təxəyyüllər və vəsvəsələr qəl¬bə yol tapdıqda həmin sərmayəni puça çıxarır. İnsan bil-mə¬lidir ki, nail olduğu zikr məqamı onun əbədi səadəti üçün əsas şər¬t¬dir. Bu hal problemlər qarşısında qəlbin aramlığını qo¬ru¬yur.
Bəli, Allah zikri insana şəxsiyyət bəxş edir. Belə bir insan təhlükələrlə üzləşdikdə narahatçılıq keçirmir. Çünki o özünü son¬suz qüdrət sahibi olan Allahın himayəsində görür. Anasını itir¬miş körpə onu tapan kimi ağuşuna sığınıb rahatlaşır. Problemlər dəryasında özünü itirmiş insan da Allaha sığınıb həqiqi zikrə məşğul olduqda itkisini tapdığını hiss edib misilsiz aramlıq duyur. Əmirəl-möminin (ə) bu barədə bu¬yu¬rur: “Özünü itirib bu itkini gəzməyən, amma itki sorağında olan kəsə təəccüb edirəm!”


source : Ayətullah Misbah Yəzdi
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Əhzab" surəsi
Qiyamətin şahidlik evi
Filippində Quran Kərim yarışının 10-cu dövrəsi keçirildi
Haramdan doğulan uşağın əlamətləri
VƏHHABİLİK (3)
Rəcət nədir?
İmam Məhəmməd Baqirin(ə) mübarək miladı günü mübarək olsun!
AŞURA QIYAMININ ŞƏRAITI 1
Dua sağalma prosesini tezləşdirir
Allahla rabitə və başqalarından ehtiyacsızlıq

 
user comment