Azəri
Saturday 4th of May 2024
0
نفر 0

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)

İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (2)

 

 

1. Xəvaric firqəsinin yaranma səbəbləri nədən ibarətdir?

2. Əqidəvi kəlami məzhəblər hansı amil əsasında yaranmışdır?

3. Fiqhi məzhəblər necə formalaşmışdır?

 

 

İSLAM ÜMMƏTİNİN İXTİLAFLARI

Osman ibni Əffan öldürüldükdən sonra müsəlmanlar Əli ibni Əbi Talibə (ə) üz tutdular o Həzrəti xəlifə ᾿yin etdilər. İmam Əmirəl-᾿minin Əli ibni Əbi Talibin (ə) xilafətinə qarşı çıxanlar, o Həzrətin əməl rəftarını bəyənməyənlər «Cəməl» «Siffeyn» müharibələrini törətdilər nəticədə müsəlmanlardan bir qrupu qətlə yetirildi.

Peyğəmbərin (s) məşhur səhabələrinin yaxın adamlarının hər iki cəbhədə iştirak etməsi, haqqı batildən ayırmağa qadir olmayan ᾿zi müsəlmanların heyrət çaşqınlığa düçar olmasına nəticədə onların camaat məzhəbindən xaric olmasına şərait yaratdı. Onlar xəlifələrin barəsində mühakimə yürütməkdən imtina edərək, bu işi Allaha həvalə etdilər. Bu dəstə sonralar «mürciə» adı ilə məşhurlaşdı.

Siffeyn müharibəsindəki həkəmiyyət məsələsinin icrasından sonra onun nəticələrindən narazı qalan müsəlmanlardan bir qrupu Əlinin (ə) bey᾿ətindən xaric olub, Müaviyənin tərəfdarlarına da qoşulmadılar. Onlar, sonralar İslam tarixində xəvaric adı ilə məşhur olan digər bir dəstəni yaratdılar. Bu da İslam ümmətində ikinci ən böyük parçalanma sayılır.

Qeyd etmək lazımdır ki, həmişə dini cəmiyyətlərdə əqidə baxımından qarşıdurma yaranan zaman ifratçı ideoloji qruplaşma əmələ gəldikdə, qarşı tərəfdə başqa bir ifratçı cərəyan meydana gəlmişdir. Əli ibni Əbi Talib (ə)-ın imaməti müqabilində ifratçı xəvaric cərəyanı formalaşmışdı. Belə ki, onlar Əmirəl-᾿minin əleyhissəlamın bütün dəyər fəzilətlərini inkar edirdilər hətta o həzrəti həmin firqənin üzvlərindən biri şəhadətə yetirmişdi. Onların da qarşısında başqa bir dəstə formalaşdı ki, Əli əleyhissəlama itaət etməkdə ifrata vararaq, o həzrəti Allahlıq məqamına qədər yüksəltdilər. Bu firqə İslam tarixində «ğulat» adı ilə məşhurdur.

Zaman keçdikcə İslam ümmətində təfriqələr daha da dərinləşdi böyük məzhəblər öz növbəsində kiçik firqələrə bölündü.

ƏQLİ BƏHSLƏRƏ VARİD OLMAQ

Müxtəlif dəstə firqələrin yaranmasının ikinci əsas səbəbi müsəlmanlar arasında əqli ideoloji məsələlərin irəli sürülməsi idi. İslamın zühurundan Peyğəmbər (s) əsrindən uzaqlaşdıqca, dini əsasların haqq olmasını isbat etmək üçün əqli dəlillərə üz gətirməyin zərurəti artırdı. Xüsusilə, İslamın sərhədləri genişləndikcə cəmiyyət inkişaf edib böyüdükcə bu ehtiyac daha artıq hiss olunurdu. Müsəlmanlar müxtəlif millətlərlə üzləşdikləri zaman İslam daha güclü dəlillərlə təqdim olunmalı idi ki, onlar bu dinə cəzb edilsinlər. Bu zərurət Peyğəmbərin (s) dövründə o qədər hiss olunmurdu, çünki o həzrət özü şəxsən e᾿tiqadi şübhələrə cavab vermək üçün ən ᾿təbər müraciət yeri hesab olunurdu. Buna görə müsəlmanlar nəzəri fikri məsələlərə, eləcə əqli dəlillər üzərində fikirləşməyə bir o qədər ehtiyac duymurdular.

Müsəlmanların inkişaf etmiş mədəni xalqlarla ünsiyyətdə olması, İslami fəthlər nəticəsində yeni ölkələrin müsəlman ərazilərinə qatılması, xüsusilə onların yunan mədəniyyəti ilə tanış olmaları cəmiyyətdə yeni bir ab-hava yaratmışdı. Bundan əlavə, ᾿zi xəlifələrin bu xalqlar arasında məşhur olan elmlərin müsəlmanlar üçün tərcümə tədrisinə çalışmaları da əqli fəlsəfi bəhslərə, həmçinin İslamın əqidə prinsiplərinin fəlsəfi yollarla araşdırılmasına kəskin bir təmayül yaratdı. Bu da İslamda əş᾿əri, ᾿təzilə bu kimi digər fikri-ideoloji məzhəblərin formalaşmasına səbəb oldu.

FÜRUİDİNDƏ İXTİLAF

Müsəlmanlar arasında e᾿tiqad prinsipləri, xüsusilə imamət məsələsi ilə əlaqədar yaranan ixtilaflardan əlavə, şəriət hökmlərində, ᾿ni füruidində bir çox fikir müxtəlifliyi meydana gəldi. Bu da nəticə e᾿tibarilə Hənəfi, Hənbəli, Maliki, Şafei ᾿fəri məktəbləri kimi mühüm fiqhi məzhəblərin formalaşmasına səbəb oldu.

İSLAM ÜMMƏTİNDƏ TƏFRİQƏNİN ƏSAS MEHVƏRİ

Son iki dərsdə bəyan olunan mətləblərdən belə nəticə alırıq ki, İslam ümməti üç əsas mehvərdə parçalanma təfriqəyə ᾿ruz qalıb:

1. İmamət canişinlik məsələsi, imamın şəxsi xüsusiyyətləri onun necə ᾿yin olunması;

2. Əqli məsələlər əqidə prinsipləri;

3. Füruidin məsələləri.

Bu üç mehvər əsasında İslam cəmiyyəti müxtəlif firqə məzhəblərə bölünmüşdür. Bu kitabda e᾿tiqadi məsələlər araşdırıldığından, burada birinci ikinci amil əsasında yaranan firqə məzhəblər söhbətimizin əsas mövzusu olacaq, fiqhi məsələlərin araşdırılmasına isə toxunulmayacaq. Fikri-e᾿tiqadi prinsipləri İslamdakı firqə məzhəbləri araşdırmazdan əvvəl, onların əsas məzhəblərinin adlarını təqdim edirik.

Qeyd etmək lazımdır ki, İslam dünyasında bir çox məzhəblərin yaranmasında bilavasitə rolu olan digər bir cərəyan da mövcuddur. Bu hələ öz xüsusiyyətini davam etdirən ifratçı zahidlik cərəyanıdır ki, istisnasız olaraq, sufi məzhəblərinin hamısı bu məsləkdən doğmuşdur. Bunların formalaşmasında qeyri-islami cəmiyyətlərlə təmas əqli bəhslərin rol oynamasına baxmayaraq, fikri-fəlsəfi cərəyanlarla olan fərqlərinə görə, onlar öz yerində ayrıca araşdırılacaq.

Buna əsasən, İslam ümməti aşağıdakı dörd cərəyanla qarşılaşır:

1. Sünnülük;

2. Şiəlik;

3. Xəvaric;

4. Sufilik.

DÖRDLÜK TƏŞKİL EDƏN MƏZHƏBLƏRİN FİRQƏLƏRİ

Yuxarıdakı dörd cərəyandan hər biri öz növbəsində müxtəlif firqələrə bölünür. Bu dərsin mövzusunu təşkil edən ən mühüm firqələr aşağıdakılardır:

1. Sünnü firqələri:

aƏhli-hədis;

bƏş᾿ərilik;

v᾿təzilə;

qMatüridiyyə;

ğSələfilik;

dVəhhabilik.

2. Xəvaric firqələri:

aƏzariqə;

bBuxdat;

vBeyhəsiyyə;

qÜcaridə;

ğƏbaziyyə;

dSəfəriyyə;

əŞəbihiyyə.

3. Şiə firqələri:

aKeysaniyyə;

bZeydiyyə;

vİsmailiyyə;

qFətəhiyyə;

ğİmamiyyə;

dQadiyaniyyə;

əBabiyyə.

4. Sufi firqələri:

aNurbəxşiyyə;

bNəqşbəndiyyə;

vTicaniyyə;

qSənusiyyə;

ğBektaşiyyə;

dŞazliyyə;

əSəfəviyyə;

iNe᾿mətullahiyyə.

İzahlar:

1. Sünnü, şiə sufi firqələrinin ən məşhurlarının adlarını sadaladıq. Lakin bu məzhəblərdən ayrılan firqələrin sayı qeyd olunanlardan daha çoxdur.

2. Xəvaric firqələrindən isə, hal-hazırda yalnız əbaziyyə firqəsinin ardıcılları vardır onun başqa firqələrindən əsər-əlamət qalmamışdır.

3. İslam firqələrini araşdırarkən ᾿zən elə firqələrlə rastlaşırıq ki, onlar özü aradan getmişdir, amma hal-hazırda mövcud olan məşhur firqələrin formalaşmasında mühüm rol oynamışdır. Məşhur firqələri araşdırarkən belə firqələrin haqqında da qısa şəkildə danışacağıq.

4. ᾿zi firqələr ikiyönlü xüsusiyyətə malikdirlər: Üsulidinin ᾿zi məsələlərində bir məzhəbə, ᾿zilərində isə digər məzhəbə yaxındırlar. Bunlar da sonradan araşdırılacaq.

5. Son bir neçə əsrdə formalaşan əksərən inhirafçı azğın xüsusiyyətlərə malik olan ᾿zi firqələr haqda da yeri gəldikcə danışılacaq. Bu firqələr haqda belə bir ifadənin işlədilməsinin səbəbi budur ki, ana məzhəbin ardıcılları o firqələri rəsmi şəkildə qəbul etmir onlar da öz əsas məzhəblərinin ardıcıllarını tanımaq istəmirlər. Misal üçün, dəqiq araşdırmalara əsasən, qadiyaniyyə, yaxud bəhai firqəsi imamiyyə məzhəbindən ayrılmışdır. Lakin, imamiyyə şiələri qadiyaniyyə bəhai ardıcıllarını mürtəd kimi tanıyır bu iki firqə ardıcılları da şiəliyi rəsmi şəkildə qəbul etmirlər. Burada biz, elmi nöqteyi-nəzərdən bu iki firqəni şiə firqələri sırasında araşdırmaq məcburiyyətindəyik.

6. Hər bir firqəni araşdırarkən onun banilərini mühüm şəxsiyyətlərini təqdim edəcəyik. Bundan əlavə, həmin firqələrin yaranma səbəblərinə tarixçəsinə toxunmaqla, onların ən əsas əqidə prinsiplərini araşdıracağıq.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ
İmam Səccadın(ə) şəhadət günü
YƏ᾽QUB İBNİ İSHAQ
İlahi bərəkəti cəlb etməyin 8 yolu
BU SUALLARIN IZAHI

 
user comment