
Beynəlxalq şöbə: III illik Qurani-Kərim qurultayı beynəlxalq Qurani-Kərim qarilərinin iştirakı ilə tir ayının 30-u Malaziyanın paytaxtı Kovalalampur şəhərində başlandı və bir gün davam etdi.
İran Quran Xəbər Agentliyi : Malaziyanın rəsmi “bernama” xəbər bürosunun məlumatına əsasən, Malaziya islam inkişaf təşkilatının (JAKİM) rəhbəri Osman Mustafa bu barədə dedi: Malaziyanın paytaxtı Kovalalampur şəhərinin islam mərkəzində keçirilən bu Quran qurultayında Malaziyanın 53-cü beynəlxalq Quran müsabiqələrinin münsifləri və məşhur qarilər iştirak edir.
O, əlavə etdi: Bu qurultay Malaziyanın baş naziri Mohiyəddin Yasinin iştirakı ilə açıldı.
Qeyd olunmalıdır ki, Malaziyanın 53-cü beynəlxalq Quran müsabiqələri tir ayının 25-dən Malaziya padşahı və onun həyat yoldaşının iştirakı ilə Kovalalampur şəhərində açıldı. Malaziya islam inkişaf təşkilatının (JAKİM) tərəfindən keçirilən bu müsabiqələrdə dünyanın 50 ölkəsindən 81 qari iştirak edirdi.
source : ایکنا