Azəri
Friday 19th of July 2024
0
نفر 0

TN-NİN SEKTOR MÜDİRİ HƏTTA BAKI MERİNİ DƏ “BAQAJA QOYDU”

TN-NİN SEKTOR MÜDİRİ HƏTTA BAKI MERİNİ DƏ “BAQAJA QOYDU”

 Elman Əzimov: “Təhsil Nazirliyi sadəcə, Nazirlər Kabinetinin sərəncamını icra edir, tender keçirir. Hacıbala Abutalıbov başda olmaqla torpaq sahəsi ayrılır, sənədlər ekspertizadan keçirilir. Fövqəladə Hallar Nazirliyi başda olmaqla tikinti başa çatdırılır və Təhsil Nazirliyinə təhvil verilir. Tək bir deyil, bir sıra dövlət qurumları bu işlərin inkişafına nəzarət edir...”


TN-NİN SEKTOR MÜDİRİ HƏTTA BAKI MERİNİ DƏ “BAQAJA QOYDU”

 -  agentliyinin verdiyi xəbərə əsasən: Məlum olduğu kimi Təhsil Nazirliyinin məktəb tikintisi ilə bağlı yeyinti faktları aşkarlanıb. Artıq bu məsələyə TN-dən reaksiya verilib.

Təhsil Nazirliyi Əsaslı Tikinti İdarəsinin sektor müdiri Elman Əzimov “Azadlıq Radiosu”na açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin sifarişi ilə inşa edilən məktəblərin hamısı çox yüksək səviyyədə tikilir:

«Təhsil Nazirliyi sadəcə, Nazirlər Kabinetinin sərəncamını icra edir, tender keçirir. Hacıbala Abutalıbov başda olmaqla torpaq sahəsi ayrılır, sənədlər ekspertizadan keçirilir. Fövqəladə Hallar Nazirliyi başda olmaqla tikinti başa çatdırılır və Təhsil Nazirliyinə təhvil verilir. Tək bir deyil, bir sıra dövlət qurumları bu işlərin inkişafına nəzarət edir.

Obyekt istismara verilən vaxt aydın məsələdir ki, bütün aidiyyəti qurumlar möhürləyib, imza atırlar. Məktəblərin tikintisində istifadə olunan taxtalar Azərbaycanda istehsal edilmir ki, Məsələn, Rusiyadan gətirilir, gömrükdə keyfiyyəti yoxlanılır. Biz də ondan döşəməyə vururuq. Hər otaqda döşəmədən 1 və ya 2 kvadrat metr yer çürüyüb. Belə hal evdə də olur».

Əslində bu açıqlamadan da bəlli olur ki, TN rəhbərliyi məsuliyyətdən boyun qaçırmağa çalışır. Diqqət edin nazirliyin sektor müdiri hətta heç nədən çəkinməyərək onlara qarşı olan ittihamı Bakı meri Hacıbala Abutalıbov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovla da “paylaşır”.

Əslində bu məsuliyyətdən boyun qaçırma anlamını daşıyır. Onu da xatırladaq ki, TN-də tikinti sektoru nazir Misir Mərdanovun xalası oğlu olan Allahverdi Dəmirovun nəzarətindədir.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment