Azəri
Thursday 18th of July 2024
0
نفر 0

"Mübariz möminlərin məqamı evdə oturanlardan daha yüksəkdir"

"Cəfəri Heyəti"nin növbəti məclisində moizə edən xətib hicab məhbusları haqqında danışılıb.


"Mübariz möminlərin məqamı evdə oturanlardan daha yüksəkdir"

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Binə qəsəbəsindən olan Azərbaycanın nüfuzlu ruhanisi Höccətülislam vəl muslimin Hacı Əli Əlioğlu ilk öncə İmam Zaman (ə.f) müntəzirlərinin sifətlərindən danışıb. Əhli-Beyt davamçılarına Allahın böyük lütf etdiyini bildirən Hacı Əli deyib: “İmam Sadiq (ə) buyurur ki, bizə görə yağış yağır, Allahın neməti əta olunur. Digər hədislərdə isə buyurulur ki, İmamlar ən gözəl atadır. Ata olanlar bilərlər, gəlin görək ata nə qədər öz övladlarını fikirləşirlər. İmam Sadiq (ə) buyurur ki, biz sizi hər gün 100 dəfə yad edirik. Bəs İmamlar bizə ən gözəl atadır. İmam Şeyx Mufidə yazdığı məktubda deyir ki, “elə deyil ki, biz sizi yaddan çıxarmışıq. Elə olsa idi, düşmənlər sizin sümüklərinizi sındırardılar, sizə zülm olunardı”. Düzdü müsibətlər var. Hicabla bağlı məhbuslarımız var. Aksiyalarda başları yarılanlar, dəyənəklə döyülənlər olub. Bu da olmasın? Əlbəttə ki, olmalıdır. İmtahan olmalıdır. İmtahan olmasa möminlərin imanları məlum olmaz. Sıxıntılar olması, təbiidir. Möminlrəin imanı görsənir, məlum olur. Hədə qorxular olur, sıxıntılar olur, aparıb dindirirlər, olsun. Ancaq bizim qəlbimizdə rahatçılığımız var. Amma xofda var. Xof vəsvəsədir. Tamamilə xofun olmaması isə, İmam Zamanın (ə.f) zühurunda olacaqdır. Həyatımızda biz İmam Zamanın (ə.f) duasını hiss etməliyik. Biz əjdahanın ağzındayıq. Sözümüzü deyirik, etirazımızı edirik, amma həmd olsun Allaha ki, yaşayırıq, nəfəs ala bilirik, bu da İmamlarımızın duası sayəsindədir ki, Allah onlara görə bizə lütf edir. İzzətlə durmuşuq. İmam Zamanın məxsus nəzəri altındayıq. Allah şükrlər olsun ki, bizi öz imanımızla imtahan edir".

Hicab məsələsinin bir imtahan kimi dəyərləndirən xətib deyib: “Məhərrəmlikdə bizlər çox deyirik “kaş olaydıq Kərbəlada”. Bunu imtahan etməlidir də, Allah. Məhərrəmlikdə sinə vurmaqla hər şey bitməyəcək. Quranda deyilir ki, biz iman gətirdik deməklə elə bilirsiniz ki, sizi imtahan etməyəcəyik? İmtahanlar, sıxıntılar olmalıdır. İmanımız yoxlanmalıdır. Gərək hicab qadağası olsun ki, əsil iman edənlər seçilsin. Ancaq əlbəttə ki, biz etiraz etməliyik, hicab qadağasını həyata keçirənlərə “siz zalimsiz” deməliyik. Bir hədis də var ki, ən böyük əməl İmam Zamanın müntəziri olmaqdır. Gəlin görək bu, ancaq “kaş İmam zühur etsin” və ya Fərəc duasını oxumaqladır? Xeyir. Müntəzirin mənası bu deyil. Müntəzir həmişə ədalət teşnəsi olmalıdır. Müntəzir özünü düzəldən şəxsə deyilir. Yaşadığı yerdə zülmlə barışmamalıdır. Müntəzir heç vaxt qonşunun haqqını tapdalamaz. Müntəzirəm görək möminin haqqını əda edirəm, ya etmirəm? Haqqını əda etmirəmsə, onda zalımam. Diqqət etməliyəm ki, möminə dinsiz deməyim. Bir bu cür əməllə insan öz imanını yandıra bilər. Müntəzir İmam Zamanın proqramını qəbul edənlərdir. Əgər mən İmamı sevirəmsə, ədaləti sevməliyəm, zülmlə mübarizə aparmalı və ən azı özüm zülm etməməliyəm. Aşağı adamın imtahanı aşağı. Böyük adamın imtahanı isə böyük olur”.Hicab qadağasında kişilərin məsuliyyət daşıdığını önə çəkən Hacı Əli sözlərini belə davam edib: “Kişilər öz ailəsini qorumalıdır. Hicaba, əxlaqa dəvət etməlidir. Sinə açıq, kürək açıq, qısa paltarlar. Hə, ay ata sən ona pis gözlə baxmırsan. Amma çölə çıxanda ona pis gözlə baxacaqlar. Bu dövlət başçlarını hicab qadağasını həyata keçirməyə kim vadar edir? Əlbəttə ki, zəif möminlər. Hicab ailədə möhkəm olsaydı, bütün ailələrdə güclü iman olsaydı, onda bu qadağanı ortaya atmazdılar. Məsələn bizim kəndimizdə hamının qızı hicablı olsaydı, onlar bizə deyə bilərdilər ki, hicabı açın? Mən kəndimizin kişilərin deyirdim, niyə məktəb direktorlarının yanına gedib demədiniz ki, nə işin var bizim qızlarımızın hicabında? Bunlar deyirlər ki, biz bunları dəvət etməmiş bizim dalımızla gedirlər. Haram toylar, haram işlər. Bizim öz zəifliyimizdir”.

Ancaq ölkədəki müqavimətin varlığına da işarə edən Höccətülislam vəl muslimin Hacı Əli sözlərini belə davam edib: “Zəifliyə baxmayaraq ölkədə inkişaf da var. Yuxarı dairələr bizə güc gəlirlər, azan məsələsi, məscid məsələsini atırlar. Möminlər durdu ayağa, dala verdilər. Bəs niyə bunlar tövbə etmirlər? Onlar bizi zəif görürlər ona görə. Onlar nə qədər məkr etsələr də Allah məkrlərini öz başlarına qaytarır. Allah Həkimdir, Əzizdir. Əzizin mənası budur ki, Allah Məğlubedilməzdir. Peyğəmbər buyurardı ki, ey kafirlər ölün öz qəzəbinizdən, kininizdən. Siz istəməsəniz də, İslam yayılacaq, qalib olacaq. Ola bilər ki, bunlar 8 aydan sonra peşman olublar. Ancaq bu məsələ həll olsada, bunlar bizdən əl çəkən deyillər. Biz həmişə müntəzirlik vəzifəmizə əməl edək. Müntəzirlik təkcə narahatçılıq deyil. Müntəzir hərəkətdə olmalıdır. Müntəzir hərəkətli olsa gərək hicab qadağasını ortaya atanlara qarşı bir şey etsin. Müntəzir hazır vəziyyətlə razı olmamalıdır. Mən çox vaxt bunu moizələrimdə deyirəm, 1-2 İslama əməl edən dövlət rəhbərlərini, prezidentlərini çıxmaq şərtilə, bütün dünya liderləri, prezidentləri, milyarderləri, müstəkbirləri dünən tövbə edən namazda səcdə edən cavanın və ya qocanın ayağının tozu ola bilməz. Mömin həmişə qalibidr. İmam Huseynin (ə) başını kəsdilər, amma nə olsun, qalib O oldu. Sən mömin xoşbəxtsən. İslamla mübarizə aparan dövlət başçıları hamısı bədbəxtdirlər. Ən zəif möminin cənnətdə mənzili çox böyük olacaq. Əgər bütün cinlər və möminləri orada qonaq etmək istəsə o mömin mənzili o qədər böyükdür, yemək də hamıya çatır. Təsəvvür edirsiz. Amma dinin qeyrətini çəkən mübariz möminlərin məqamı lap ucadır. Son olaraq bir hədisi qeyd etmək istəyirəm. Cəhənnəmə ilk daxil olanlar haqdadır. Təkəbbürlü fəqir. Fəqirdi amma təkəbbür edir. Haqqı əda etməyən sərvətli insan, xums vermir, kasıba görüm baxım etmir, kasıbları evləndirmir. Və ya məsələn şəhərdə gərək aksiya olsun, mitinq olsun. Hamının maşını yoxdur. Canından keçmirsən heç olmasa malından keç. Qoy kasıblar özlərini çatdırsın həmin yerə. Və ədaləti icra etməyən dövlət başçısı. Əgər ədalətlə rəftər etməsən cəhənnəmə girəcəksən. Hicab problemi var. O həll olmasa, hicabla bağlı məhbus olanlar azad olmasa cəhənnəm əhli olacaq. Vətəndaşların haqqı var bunun boynunda. Möminlərin haqqı var bunun boynunda. 8 aydır ki, məsələ həll edilmir, bu məsələdə bayraqdar prezident olmalıdır. Sən Qurana and içmisən. Yəni Quran mənim kitabımdır. Əgər Quran sənin kitabındırsa, onun içindəkilərə əməl etməlisən. Əməl etməsən hədisdə deyilən dövlət başçılarına aid ediləcəksən. Bir nömrəli adam xalqın sosial problemləri, mənəvi rəfahını təmin etməlidir. Əgər etməsə cəhənnəmin odu onun üçündür”.

Emin / islamazeri.az


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub

 
user comment