Azəri
Saturday 20th of July 2024
1
نفر 0

Əziz Peyğəmbərimizin (s) başqa nigaranlıqları

 Əziz Peyğəmbərimizin (s) başqa nigaranlıqları

                             

1. Əziz Peyğəmbərimiz sileyi-rəhim[1] barəsində ni‌garan idi.

Allah-Rəsulu (s) ümmətinin sileyi-rəhimi tərk edə‌cə‌yin‌dən na‌rahat idi. O həzrət ümmətinin öz qohumları ilə əla‌qələri kəs‌məsi və çətinliklərində onlara kömək et‌mə‌mə‌sindən ni‌ga‌ran idi.

Ənəs bu barədə nəql edir: “Bir gün Peyğəmbərimizin (s) ya‌nı‌na getdim. Onun həsir üzərində yatdığını gör‌düm. Həsirin iz‌ləri onun mübarək bədənində qalmışdı...

O həzrət mənə buyurdu: “Təksən, yoxsa kiminləsə gəl‌m‌i‌sən?!”

Dedim ki, təkəm.

O həzrət buyurdu:

“Bil ki, mənim vəfatım yaxınlaşır. Mənim Allah və qar‌daş‌la‌rımla, yəni özümdən əvvəlki peyğəmbərlərlə (ə) görüşə şöv‌qüm çoxalıb. Mənim üçün bu dünyadan əbədi dün‌yaya tə‌ləs‌mək‌dən daha sevimli bir şey yoxdur. Mö‌minin asayiş və ra‌hat‌lığı yalnız onun Allahla görüşə tə‌ləs‌məsindədir”.

Sonra o həzrət ağladı. Soruşdum ki, nə üçün ağla‌yır‌sınız?

Buyurdu: “Necə ağlamayım?! Özümdən sonra üm‌mə‌timin ba‌şına nələr gələcəyini bilirəm”.

Dedim: “Ey Allah Rəsulu! Sizdən sonra nə baş ve‌rə‌cək?”

Buyurdu: “Məndən sonra müxtəlif növ həvayi-nəfslərə ita‌ət olunacaq və qohumlarla əlaqələr kəsiləcək. (Üm‌mə‌tim) Mal, sə‌rvət və məqamı sevəcək, və bidətlər zahir olacaq”.[2]

Həzrət Peyğəmbərimiz (s) yenə də buyurmuşdur:

“Mən ümmətimdən hazırda burada olanlara və olmayanlara, ana rəhimindəkilərə, ata belində olanlara və Qi‌ya‌mətə qədər gələcək bütün camaata tapşırıram ki, hətta əgər aralarında bir il məsafə olsa belə, öz qo‌hum‌la‌rı ilə əlaqə saxlasınlar[3]. Çünki sileyi-rəhim dinin gös‌tə‌riş‌lərindəndir”. [4]

 

2. Əziz Peyğəmbərimiz (s) ibadət və namaz ba‌rə‌sin‌də nigaran idi.

 

Həzrət Peyğəmbərimiz (s) müsəlmanların ibadət və na‌maz‌la‌rında riyakarlığa düşərək onları batil et‌mək‌lə‌rin‌dən nigaran idi:

“Mənim ən çox qorxduğum şey ümmətimin əməllərində riya et‌məsidir. Bilin ki, əməllərdə riya gizli şirkdir”. [5]

Riya Allaha qoşulan şirklərin bir növüdür. Riyakar mü‌ş‌rik‌dir.

Şidad ibn Ovs deyir: “Bir gün Peyğəmbərimizin (s) ya‌nı‌na get‌‌mişdim. Gördüm ki, o həzrət çox qəmlidir. Sə‌bə‌bi‌ni so‌ruş‌dum”.

Bu‌yurdu: “Mən ümmətim barəsində şirkdən qor‌xu‌ram”.

Ərz etdim: “Məgər ümmətiniz sizdən sonra müşrik və kafir olacaq?”

Buyurdu: “Yox, mənim ümmətim məndən sonra aya, ul‌du‌za və ya bütə sitayiş etməyəcək. Onlar əməllərində riya edə‌cək‌lər. Riya da (bir növ) şirkdir. Allah-taala Qu‌r‌an‌da buyurur:   

“Hər kəs Allaha yetişməyə ümidvardırsa, gərək, əməli saleh ol‌sun və etdiyi ibadətlərdə Allaha şirk qoşmasın”. [6]

Ümidvaram, Allah-taala bu əsəri əziz Peyğəmbə‌ri‌mi‌zin (s) mübarək varlığının bərəkətinə xatir bizdən qəbul et‌sin və Öz höccəti İmam Zamanın (ə. f.) qəlbini bizdən ra‌zı salsın.

 

 

--------------------------------------------------------------------------------

[1] Yaxın və uzaq qohumlarla əlaqə saxlamaq.— Red.

[2] “Müstədrəkül-vəsail”, 12/64

[3] İndiki zamanda bəzən bəzi qohumlarla get-gəl insanı müxtəlif günahlara salır. Belə anlarda insan günaha düşməyəcəyi həddə qohumlarla əlaqə saxlamalıdır. Məsələn, əgər evlərinə getmək günah yaradırsa, zəng edib hal-əhval tutmaqla kifayət‌lən‌mə‌lidir. Yaxud, onların evlərinə getmək günah yaratmır, amma onların haram yeməkdən isti‌fadəsi onu günaha salırsa, bu zaman müxtəlif yollarla orada yemək yeməkdən çəkinməlidir. İmkan varsa, hökmü anlatmalı, yoxdursa, özünü (məsələn) üzürlü gös‌tər‌məli və s. Əlbəttə, hər kəs öz vəziyyətini, qohumlarını daha yaxşı tanıyır, ona uyğun davranır.

Amma qohumlarla əlaqəni tam kəsməyə icazə verilmir. Qohumların birincisi, şəxsin valideynləri, sonra qardaş-bacısı, daha sonra əmi-dayı və s. Qeyd edək ki, ana dün‌yada olmadığı təqdirdə xala ilə əlaqə saxlamağa çox təkid edilmişdir.— Red.

[4] “ əl-Kafi”, 2/151

[5] İbn Əbil-hədid, “Nəhcül-bəlağənin şərhi”, 1/ 326

[6] “Müstədrəkül-vəsail”, 1/109

1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment

Liza
And I thought I was the sensible one. Thanks for steting me straight.
پاسخ
0     0
2011-08-05 14:13:14