Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Hərəkət və sükunət

Hərəkət və sükunət

 Əgər materiya məkan və zaman məhdudiyyəti ilə mövcuddursa, onun hərəkətlə, bilavasitə, əlaqəsi aşkarlanır. Gördüyümüz (eləcə də görmədiyimiz) materiya aləminin bütün predmetləri hərəkətlə sıx əlaqədədir. Hərəkət materiyadan ayrılmazdır, daimidir. Maddi obyekt zahirən hərəkətsiz görünsə də, mövcud olduğu sistemlə birgə hərəkətdədir. Eləcə də, onun daxili elementlərinin hərəkəti bizim diqqətimizdən yayınır. Deməli, aləmdə mütləq sükunət mövcud deyildir. Sükunət nisbidir (Bu məsələyə bir daha qayıtmalıyıq). Biz hərəkətin «mexaniki yerdəyişmə» kimi sadə nümunələri ilə tanışıq, lakin fəlsəfi səviyyədə hərəkət, təkcə bu deyil. Elə isə, gəlin, hərəkətin fəlsəfi tə’rifi ilə tanış olaq: «Hərəkət –materiyada baş verən bütün tədrici dəyişkənliyə deyilir».

Bəs, tədrici dəyişkənlik nədir?

Fəlsəfi baxışlara əsasən mövcudat iki qismə ayrılır:

Sabit mövcudlar: Bu mövcudlarda mexaniki yerdəyişmə, kəmiyyət və keyfiyyət kimi, ümumiyyətlə, heç bir növ dəyişkənlik olmur. Əslində, bu mümkün deyil. Sabit mövcudlara, ancaq metafizika daxildir.

Dəyişkən mövcudlar: Bu mövcudlar isə, müəyyən dəyişkənliyə uğrayır. Dəyişkənlik, yalnız materiyaya aiddir. Metafizikada dəyişkənlik yoxdur. Dəyişkənlik özüdə iki cür baş verə bilər:

a)Əgər mövcudların uğradığı dəyişkənliyə zaman sərf olunarsa (cüz’i olsa da belə), bu dəyişkənlik tədrici adlanır.

b)Dəyişkənlik zaman çərçivəsində olmazsa, qeyri-tədrici sayılır. Məsələn, diri insanın ölüyə çevrilməsi kimi dəyişkənlik zaman tələb etmir. Cismin ruhla əlaqəsi kəsilən kimi, bir an belə, zaman sərf olunmadan ölüyə çevrilir.

Fəlsəfədə hərəkət, yalnız tədrici dəyişikliyə deyilir. Məhz bununla da, hərəkət və zaman arasındakı zərurət ortaya çıxır. Molla Sədranın sözü ilə desək, zamansız hərəkət və hərəkətsiz də zaman təsəvvür etmək olmaz. Materiyanın hərəkətlə, eləcə də, hərəkətin öz növbəsində zamanla əlaqəsi, habelə digər tərəfdən materiya-məkan bağlılığı fəlsəfi bir konsepsiyadır. Məşhur fizik A.Eynşteyn nisbilik nəzəriyyəsinin dünyagörüşü fundamenti kimi, məhz, bu dörd anlayışa istinad etmişdi.

Materiyada hərəkətin mütləqliyi və sükunətin nisbiliyi məsələsinə bir də qayıdaq. Sükunət nisbidir. Deməli, mütləq sükunətdə olan heç bir şey yoxdur. Bu sözlər Molla Sədranın «Dörd səfər» kitabında da öz əksini tapmışdır. Ortaya belə bir sual çıxır: Metafizika mütləq sükunətdə deyilmi? Sükunətdə deyilsə, bu onların hərəkətinə (bununla da materiya olmalarına) dəlalət etmirmi?

Burada bir məsələyə diqqət etsək, anlaşılmazlıq aradan gedəcək. Sükunət hərəkət imkanı olub, hərəkət etməyən varlığa aidddir. Məsələn, insanın fitrətən görmə imkanı və qabiliyyəti var. Buna görə də, görməyən insanlara kor deyilir. Lakin divar görmədiyi üçün kor adlanmır. Çünki o, fitrətən bu imkana malik deyil. Metafizika da belədir. O, əslən hərəkət imkanına malik olmadığı üçün hərəkətsizliyinə görə «sükunətdə olan» adlandırılmır. Deməli, metafizika nə hərəkətdə, nə də sükunətdədir. Hərəkət və sükunətin hər ikisi materiyanın xassəsidir.

Hərəkətin növləri, onun materializm fəlsəfəsində necə ifadə olunmasına dair danışmazdan öncə hərəkətlə bağlı əsas terminlərlə tanış olaq:

Hərəkətdə olan obyekt: Tədrici dəyişkənliyə uğrayan materiya hərəkətdə olan obyekt sayılır.

Hərəkətverici qüvvə: Bütün proseslərin səbəbə ehtiyacı olduğu kimi, hərəkəti də meydana gətirən səbəblər var. Bu, hərəkətverici qüvvə sayılır. Hərəkətverici qüvvələr obyektin daxilində və xaricində yerləşir, ona spesifik tə’sir göstərir.

Hərəkətin başlanğıc və son nöqtəsi: Bütün hərəkətlər bu iki nöqtənin arasında baş verir.

Məsafə: Başlanğıc və son nöqtə arxasındakı traektoriya məsafə adlanır. Bu iki nöqtə (başlanğıc və son) traektoriya ilə birlikdə hərəkətin məkanını təşkil edir.

Zaman: Zaman barəsində xüsusi söhbət açmışıq. Onunla hərəkətin qırılmaz əlaqəsi, artıq bizə mə’lumdur.

Sür’ət: Məsafə və zamanın nisbətinə bərabər olan kəmiyyət sür’ət hesab olunur. Bir cismin müəyyən məsafəni «tez», digərinin isə «gec» qət etməsi sür’ət fərqindən irəli gəlir. Hərəkət zamandan ayrılmazdırsa, onda bütün hərəkətlərdə sür’ətin mövcudluğu labüddür.

Qədim dövrlərdən işığın sür’ətsiz olduğunu düşünürdülər. 1676-cı ildə danimarkalı Astronom Ole Kristensen Römer (1644-1710) ilk dəfə olaraq işığın təxmini sür’ətini ölçə bildi: 300 000 km/san. İşıq sür’ətinin bu qədər böyük olması yaxın məsafədə onun ölçülməsini çətinləşdirir1. İşığın vakkumdakı sür’əti ən yüksək sür’ətdir.

İndi isə hərəkətin növləri haqqında; Hərəkətin aşağıdakı növləri mə’lumdur:

Mexaniki hərəkət – cismin fəzadakı məkanda nisbi yerləşməsidir. Bu hərəkət düzxətli olduğu kimi, dairəvi də ola bilər. Lakin dairəvi hərəkətdə hərəkətverici qüvvə biri digərinə zidd olan bir neçə tə’sirdir.

Keyfiyyətdə hərəkət. Fəlsəfədə araşdırılan hərəkət növlərindən biri də «tədrici-keyfiyyət» dəyişkənliyidir. Bu növ hərəkəti başa düşmək üçün keyfiyyət haqqında qısaca mə’lumat lazımdır. İnsan ilk növbədə öz daxilində sevinc, kədər, qorxu və s. kimi, digər tərəfdən isə, xarici aləmdə rənglər, isti, soyuq və s. kimi hisslər duyur. Bütün bunlar keyfiyyət adlanır. İnsanın daxilində yerləşən keyfiyyətlər «nəfsani keyfiyyətlər», hissiyyat üzvləri ilə xarici aləmdən duyulanlar isə «hissi keyfiyyətlər» adlanır. Bundan əlavə «potensial keyfiyyətlər» də mövcuddur. Bə’zən, mövcudatda müəyyən keyfiyyət olmasa da, o, bu keyfiyyəti kəsb etmək imkanına malik olur. Bu imkan «Potensial keyfiyyət» sayılır. Bütün bu keyfiyyətlərin, tədricən, haldan-hala düşməsinə «keyfiyyətdə hərəkət» deyilir.

Kəmiyyətdə hərəkət. Ötən bəhsimizdə kəmiyyət barəsində danışmışdıq. Riyazi və həndəsi kəmiyyətin tədrici dəyişkənliyi «kəmiyyətdə hərəkət» sayılır.

Haqqında danışdığımız üç növ hərəkət filosoflar tərəfindən materiyanın ümumiliyi kimi ifadə edilmişdir. Deməli, fəlsəfə öz vəzifəsini icra etmişdir. Bu hərəkətlərin səciyyələri və fiziki mexanizmlərinin tə’yini, artıq fizika alimlərinin öhdəsinə düşür. Klassik mexanika materiyanın məkanda yerdəyişməsini (mexaniki hərəkət), yalnız qismən araşdıra bilmişdi. Kvant mexanikası və eləcə də nisbilik nəzəriyyəsi mexanikanın klassik təsəvvürləri ilə vidalaşsa da, keyfiyyət və kəmiyyət dəyişkənliyi barədə konkret bir şey deyə bilmədi.

Haqqında danışdığımız bütün hərəkət növləri, yalnız təzahür (hadisə) xarakteri daşıyır. Mahiyyətin özündə hərəkətin mümkünlüyü haqqında isə nə filosoflar, nə də fiziklər danışmışlar. Mahiyyət, hamının fikrincə, dəyişməzdir. Subatom səviyyəsində diskret varlıqların kontinual (və əksinə) çıxış etməsi kimi müəmmalı dəyişkənliklər belə, mahiyyətin deyil, təzahürün hərəkətidir. Bəşər tarixində mahiyyətin hərəkətini ilk dəfə olaraq Molla Sədra Şirazi isbat etmişdi. Filosof bu nəzəriyyə ilə fəlsəfədə uzun illər problemə çevrilən sirləri aça bildi. Mahiyyətin hərəkəti («Cövhəriyyə hərəkəti – substansional hərəkət») düzgün qavranılarsa, bir çox fəlsəfi və fiziki nəticələrə yetişmək mümkün olar.1

Bəhsimizin əvvəlində hərəkətin materializm fəlsəfəsində necə ifadə olunduğunu açıqlayacağımıza söz vermişdik:

Materialistlər özlərini hərəkətin yeganə ifadəçiləri hesab edirlər. Buna görə də onlar klassik və müasir mexanikanın bütün nailiyyətlərinin dünyagörüşü-fundamentini materializmdə görürlər. Xüsusilə, K. Marksın sistemləşdirdiyi dialektik materializm hərəkətə dair özünəməxsus təhlillər verir. Məsələ burasındadır ki, dialektika nümayəndələri metafizikləri hərəkətin müxalifətçiləri hesab etmişlər.

Biz hərəkətlə bağlı materializmin nəzəriyyələrini açıqladıq. İslam-mütəaliyə fəlsəfəsində materiya metafizikadan fərqli olaraq, daimi hərəkətdə hesab olunur (nisbi sükunət istisna olmaqla).

Əziz oxucunun diqqətini bir məsələyə cəlb etmək istəyirik. Dialektikanın qanunlarına səthi baxış materialistlərin həqiqəti necə dərk etdiklərini açıqlayır. Mahiyyət e’tibarı ilə eyni proses üç qanunla təhlil olunur:

İnkarı inkar qanunu;

Kəmiyyətdən keyfiyyətə keçid qanunu;

Əksliklərin vəhdəti və mübarizəsi qanunu.

Qanunların xüsusi şəkildə araşdırılması, o qədər də, əhəmiyyət kəsb etmir. Burada əhəmiyyət kəsb edən bir məsələ var. Dialektika qanunlarının «orta məxrəci» hərəkətin ziddiyyətlərdən təşkil olunmasıdır. Dialektikaya görə, hər bir şey öz ziddini özündə saxlayır (əksliklərin vəhdəti). Məsələn, sperma öz əksini (sperma olmayanı–insanı) özündə birləşdirir. Bu əksliklər vəhdət təşkil etdikləri kimi mübarizə də edirlər. Mübarizə isə, spermanın hərəkətdə olaraq insana dönməsi ilə tamamlanır. Bu qanun çox qəribə və gülüncdür. Sperma, bir gerçəklikdir və ona nisbətdə heç bir əkslik yoxdur. İnsanlıq isə onda, yalnız imkan formasında gizlənir. Əgər insanlıq da bir gerçəklik kimi spermada mövcuddursa, bəs, onda hərəkət nəyə lazımdır?! Sperma eyni zamanda öz əksi–insanı (gerçəkliklə) öz daxilində gizlədirsə, bəs, nə üçün yenidən insana çevrilir?!

Bir şeyin başqa bir şeyə çevrilmək imkanı ziddiyyət sayıla bilməz! Hərəkət–bu imkanın gerçəkliyə çevrilməsidir. Materialistlərin hərəkəti ziddiyyət kimi başa düşmələri bə’zilərinin hərəkəti, hətta, qəti şəkildə rədd etmələrinə səbəb olub. Bunlardan biri qədim dialektikaçı sofist Eleyalı Zenondur1. Zenon hərəkətin bu və ya digər formasını qəti şəkildə rədd edir və onun saysız sükunətlər olduğunu deyirdi. İslam alimlərindən imam Fəxrəddin Razi2 hərəkəti ziddiyyətlərin vəhdəti kimi qavramaq səbəbinə yeganə şəxs kimi onu (hərəkəti) qətiyyən qəbul etməmişdir. Ziddiyyət gerçəklik formasında nə hərəkətdə, nə də başqa bir şeydə birləşə bilər. Bu, Aristotelin formal məntiqində ən mühüm nəzəriyyədir. Bu nəzəriyyə dəyişməz bir əqli nəticə kimi bütün mühakimələrdə ən əsas rol oynayır. Dialektik məntiqə əsasən, bir-birinin əksi olan nəzəriyyələrin hər ikisi həqiqət ola bilər. Elə isə, materialistlər növbəti çıxılmaz vəziyyət qarşısında qalırlar. Çünki, onlar, təkcə öz nəzəriyyələrinin doğru və həqiqət olduğunu deyə bilməyəcəklər. Beləliklə materialistlər özlərini hərəkətin yeganə müdafiəçisi hesab etmələrinə baxmayaraq onun ən böyük «düşməni» sayılmalıdırlar. Onların hərəkət barədə fundamental fəlsəfi baxışları, hərəkəti inkar etməkdə heç də öz sələfləri Zenon və digər sofistlərdən geri qalmır. Digər tərəfdən hərəkətin mütləq, sükunətin nisbi hesab edilməsi üçün materialistlər metodoloji nöqteyi-nəzərdən formal məntiqi ziddiyyət və paradoksla üz-üzə qalırlar. Çünki materialist təfəkkürün arxalandığı yeganə metod-təcrübə heç nəyi ümumiləşdirə bilmədiyi kimi materiya-hərəkət bağlılığını da ümumiləşdirməyə acizdir. «Sonsuz materiyada» hərəkətin mütləq və dükənməz olduğunu təcrübədən keçirmək şübhəsiz ki, imkan daxilində deyildir. Beləliklə, materialistlər özlərini hərəkətin yeganə müdafiəçisi hesab etməklərinə baxmayaraq, onun ən böyük «düşməni» sayılmalıdırlar. Onların hərəkət barədə fundamental fəlsəfi baxışları, hərəkəti inkar etməkdə heç də öz sələfləri Zenon və digər sofistlərdən geri qalmır. Digər tərəfdən hərəkətin mütləq, sükunətin nisbi hesab edilməsi üçün materialistlər metodoloji nöqteyi-nəzərdən formal məntiqi ziddiyyət və parodoksla üz-üzə qalırlar. Çünki, materialist təfəkkürün arxalandığı yeganə metod - təcrübə heç nəyi ümumiləşdirə bilmədiyi kimi, materiya-hərəkət bağlılığını da ümumiləşdirməkdə acizdir. «Sonsuz materiyada» hərəkətin mütləq və tükənməz olduğunu təcrübədən keçirmək şübhəsiz ki, imkan daxilində deyildir.

*  *  *

Burada əziz oxucuları tanış etmək istədiyimiz fəlsəfi bəhslər sona çatır. Nəticə əvəzi olaraq bunu demək istərdik ki, hansı bir elmin qapısından daxil olsaq, müqəddəs İslamımızın sonsuz dərya olduğunu görəcəyik. Bu dəryadan heç olmazsa, damcılar mənimsəyib, doğma azəri xalqımızı bir əsrlik fikri-mə’nəvi böhrandan xilas etmək, ilk növbədə, biz gənclərin borcudur.

Bu kitabın ilk işimiz olduğunu nəzərə alaraq, şübhəsiz mövcud olan hər növ qüsura görə üzr istəyirik.

Hər xeyir işə müvəffəqiyyət verib, Öz lütfünü əsirgəməyən Allaha həmd edir, Ondan bu kiçicik əməli qəbul etməsini diləyir, yalnız Onu tanıyır və yalnız Ona sığınırıq.

 

--------------------------------------------------------------------------------

1 Mәhz buna görә dә, O.Römer işıq sür’әtini uzaq mәsafәdә ölçә bilmişdi. Belә ki, astronom Yupiterin «İo» peykini müşahidә edәrkәn görmüşdü ki, bu peyk planetin kölgәsinә girib yenidәn göründükdә 42 saat 28 dәqiqә keçmişdi. Bir neçә aydan sonra Yer Yupiterdәn uzaqlaşdıqda tәkrar müşahidә zamanı peyk kölgәdәn 22 dәqiqә gec çıxmışdır. Bu onu gösәtrirdi ki, Yerlә Yupiter arasında olan mәsafә çoxaldığı üçün Peykin işığı gecikir. Belәliklә, bu hadisә işığın müәyyәn sür’әtә malik olduğunu öyrәnmәyә vә onu ölçmәyә imkan verdi.              

1 Molla Sәdranın «Dörd sәfәr» kitabından başlayaraq, әksәr mütәaliyә filosoflarının kitablarında «mahiyyәtin hәrәkәti» öz әksini geniş tapmışdır. Biz bu kitabın hәcminә uyğun olaraq bu növ hәrәkәtә qısa işarә ilә kifayәtlәndik. XVII әsrin әvvәllәrindә Molla Sәdranın irәli sürdüyü «mahiyyәtin hәrәkәti» nәzәriyyәsinin isbatı fizikanın «hava-su» kimi möhtac olduğu «saxlanma prinsiplәri»ni açıqlayır. İmpulsun vә enerjinin saxlanması prinsipi ilә cismin «özbaşına» hәrәkәti tәhlil olunur. Molla Sәdra bunu «mahiyyәtin hәrәkәti»nin forması kimi görmüş vә cismin tәzahüründә hәrәkәtdәn başqa mahiyyәtin dә hәrәkәt qabiliyyәti kimi izah etmişdi.

1Eleyalı Zenon–eradan әvvәl 490-430-da yaşamış qәdim yunan filosofu, dialektikaçı materialist.

2Fәxrәddin Əbu Abdullah Mühәmmәd ibn Ömәr Razi –1148-1209-ci illәrdә yaşamış әhli-sünnә alimi, Əş’әri tәriqәtindәn olan kәlami. Qur’ani-Kәrimә tәfsir yazmışdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
İbadətdə tövhid və şirk
Vahabilərin digər dəlili
NAMAZ
Xəlifəlik və xəlifələr
Zəkat
CAVANLARA XÜSUSI ƏHƏMIYYƏT VERMƏK
ƏLI (ƏLEYHISSALAM)-IN MÜAVIYƏ ILƏ OLAN MACƏRASI
Əxlaqı dəyişdirmək mümkündürmü?

 
user comment