Yəhudi-mason sivilizasiyasının avanqardı və episentri Amerika birləşmiş ştatları idi. ABŞ-ın siyasi təşkilatlanmasının təməlini qədim İudeyanın təşkili prinsipi təşkil etdi. Yəhudilər Misirdən Fələstinə qayıtdıqdan sonra onun ərazisi 12 hissəyə bölündü və püşkatma yolu ilə İsrailin 12 şəcərəsinə verildi. Hər bir hissə yerli elita tərəfindən öz qanun və ən᾽ənələri əsasında idarə edilirdi və ümumi Sinedriona tabe olmurdu. ABŞ-ın əsasını qoyanlar da (onların demək olar ki, hamısı yəhudilərdən ibarət olan mason lojalarının üzvi idi) bu prinsipdən yararlandılar. Öz yerli qanun və ən᾽ənələri olan 13 ştat birləşdirildi. Lakin onların hamısı vahid federal mərkəzə tabe edilirdi. Həmin mərkəz isə ABŞ-ın yarandığı ilk gündən masonlar tərəfindən formalaşdırılmışdı və onların tam nəzarəti altında idi.
Birləşmiş ştatların demək olar ki, bütün mason lojalarında mason geyimində olan millət atalarının şəkilləri və xüsui olaraq da ən ali mason fərqlənmə nişanlarının tam dəstini taxmış ilk ABŞ prezidenti C.Vaşinqtonun portireti asılmışdı.13
Bir dövlət kimi ABŞ-ın yaradılmasına dair ilk layihəni 1747-ci ildə Amerika masonluğunun banisi və başçısı B.Franklin işləyib hazırlamışdı.14 Yüksək vəzifəli bu mason bütün ömrü boyu yəhudi dairələri ilə bağlı olmuşdu və özünü yəhudi kapitalının «nökəri» sayırdı. Onun «pul – sikkələnmiş azadlıqdır» qanadlı ifadəsi azadlığın nəyin bahasına olursa-olsun pula yiyələnməkdən ibarət olmasına dair amerikasayağı, daha dəqiq desək, yəhudi mason anlanmının özünəməxsus simvoluna çevrildi. B. Franklinin və digər millət atalarının tamahkarlığa açıq-aşkar sitayişi bir-başa ona dəlalət edir ki, elə ilk andan bu dövlətin təməlini xristian deyil, yəhudi-talmudi prinsipləri təşkil etmişdir.
ABŞ-ın yaradılmasının təməlini qoyan deklarasiyanı bir çox masonlar, o cümlədən də artıq adını çəkdiyim amerikanın ilk masonu B.Franklin də imzalamışdı.15
ABŞ konstitusiyası – bəşər tarixində ən riyakar hüquqi sənət də yəhudi mason ideologiyasının törəməsidir. Azadlıq və demokratiyanı bəyan edən bu konstitusiya amerikalılara bu ölkənin yerli əhalisi olan hinduların hüquqi vətəndaşlıqdan məhrum etmək imkanı verir (onlar vətəndaşlıq hüququn yalnız 20-ci əsrdə əldə etdilər). Demək olar ki, 100 il quldarlığa və qul alverinə dəstək olur. Ölkə əhalisnin böyük əksəriyyətini (hindularla zənciləri) seçki hüququndan məhrum edir. Varlıların kasıblara münasibətdə ağlasığmaz özbaşınalıq və qanunsuzluqlarına rəvac verirdi. 1857-ci ildə ABŞ ali məhkəməsi qul alverini konstitusiyaya müvafiqliyi barədə aşağıdakı qərarı vermişdi: Hazırda qullar üzərində sahibkarlıq hüququ konstitusiyada aydın və konkret şəkildə təsdiq olunmuşdu. Adi əmtəə və ya əmlak alqı-satqısı kimi vətəndaşların qul alveri hüququ da hər bir ştatda təsbit edilmişdi. Konqresə verilən yeganə səlahiyyət mülkiyyət sahibinin hüquqlarının qorunması vəzifəsilə bağlıdır.16
Yalnız 1870-ci ildə konstitusiyaya edilən əlavə zəncilərin seçmək hüququndan məhrum olunmasını qadağan etdi. Belə bir konstitusiyanın tərtib və qəbul edən konvertin bütün rəhbərləri və iştirakçılarının da təxminən üçdə bir hissəsi masonlar idi.17 ABŞ-ın təməl dövlət sənədlərinin və ideologiyasını formalaşdırılmasında qatı mövhumatçı illüminat mason ordeni həlledici rol oynadı.
Amerikada bu ordeni «Fi-Beta-Kappa» adlandırırlar - «qoy fəlsəfə həyatın təməli olsun» ifadəsinin yunanca deyilişinin baş hərflərinə görə. Bu orden Amerika torpağında 1776-cı ildə meydana çıxdı. Onun yaradılmasını isə, sonralar ABŞ prezidenti olmuş T. Cefersonun adı ilə bağlayırlar.18 «Fi-Beta-Kappa»-nın 19-cu əsrdə yaşamış bir təhqiqatçısı qeyd edir ki: Bu gizli satanist təşkilatı cəmiyyət, onun mülki və dini insitutları üçün böyük təhlükədir.19 İlk ABŞ prezidenti C. Vaşinqtonun dünya görüşü də illuminatçılıq ideologiyasından qidalanırdı. O, dostu pastor Q. V. Snayderə məktubunda e᾽tiraf edirdi: «İlluminatların doktrinalarının və yakobin prinsiplərinin guya ki, ABŞ-da yayıldığına şübhə etmək niyyətində olmamışam. Əksinə, heç kim bu faktdan mənim qədər məmnun ola bilməz.» (C. Vaşinqtonun məktubları, 1941-ci il nəşri).
Mason tarixçisinin qeyd etdiyi kimi: «İndinin özündə də Amerika masonları «millət-ataları» ilə fəxr edirlər və bir çox masonlar 1776-cı il deklarasiyasının təməl prinsiplərinin mason səciyyəli olduğunu vurğulayırlar.»20
Yüksək mənsəbli 33 mason H. Klausenin qeyd etdiyi kimi, masonlar Amerika millətini formalaşdırdılar. Şübhəsiz, o bu fikrində haqlıdır. ABŞ-ın bütün siyasi və sosial sistemi mason lojalarının yəhudi-talmudi ideologiyası əsasında təşəkkül tapmışdır. Həmin ideologiya isə qəddarlıq, tamahkarlıq, riyakarlıq, özünün xüsusi missiyasına inam, bu dəhşətli sistemi qəbul etməyən adamlara qarşı təkəbbür aşılayırdı.
ABŞ dövlət maşınının quraşdırılmasına başlayan əsas masonlar – C. Vaşinqton və B. Franklin bu işə lojalardakı «qardaşlarını» və yəhudi işbazları da cəlb etdilər (əksər hallarda bunlar elə eyni adamlar idi). ABŞ-ın ilk xarici işlər naziri (katibi) Nyu-York ştatının mö᾽təbər üzvü (ali ustası) Robert Levinqston oldu.21 Bu dövlət xadimi ABŞ xarici işlər idarəsinin rəhbərliyini yalnız masonlardan formalaşdırmaqla həmin idarənin möhkəm mason təməlini qoydu. Yüksək rütbəli başqa iki mason – Robert Morris və Aleksandr Hamilton elə həmin əsaslarla dövlət maliyyə və vergi sisteminin təməlini qoydular və bu sistemlə şəxsi zənginləşmə mənbəyinə çevrildilər. Mason lojasına şəxsən qəbul etdiyi Morrisi C. Vaşinqton ABŞ-ın maliyyə naziri (superintendant) tə᾽yin etdi.
1782-ci ildə Vaşinqtonla Morrisin təşəbbüsü ilə ABŞ-ın ilk dövlət bankı yaradıldı. Bankın aksiyalarının əsas sahibləri isə aparıcı simaları – Franklin, Cefferson, Hamilton, Monra və Cey oldular.22 ABŞ-ın ilk ali hakimi bu nəzərdə ömrünün sonuna (1835) qədər qulluq edən mason Con Marşall oldu. Bu vəzifəni tutduğu onilliklər ərzində Marşall ABŞ-da mason hüququnun təməlini qoydu və onu ədalət və sağlam fikir üzərində istehzaya çevirdi.
Qanunlar azadlıq və demokratiyanı bəyan etsələr də, hüquqi baxımdan Amerika vətəndaşlarının bir qismini əşyaya (zəncilər), digər qismini isə əcnəbilərə (hindular) çevirdi. Masonsayağı Femida hinduların və zəncilərin soyqırımı və təhqirlər barədə şikayətlərini tamamilə qulaqardına vururdu. C. Marşallın vəzifədə olduğu dövr ərzində bir neçə milyon hindu məhv edilib, onların ərazisi və əmlakı isə ağdərili işğalçılar tərəfindən talan olunub.
Mason mənbələrinin mə᾽lumatlarına görə, sonradan ABŞ‒nın paytaxtına çevrilən federal şəhər Vaşinqtonu Ceyms Hobanın başçılıq etdiyi mason me᾽marları inşa etmişlər. 1№‒li mason lojasının birinci ustası olan C. Hobanı 1792‒ci ildə şəxsən Vaşinqton baş me᾽mar tə᾽yin etmişdi. 23
Şəhər demək olar ki, boş yerdə inşa edildiyindən, mason me᾽marları nəhəng imkanlara malik idi. Layihəni hazırlayarkən onlar mason fiqura ayinlərinin fiqur və nişanlarından istifadə edirdilər.
Yəhudi‒mason sivilizasiyasının gələcək paytaxtının əsas me᾽marlıq dominantları prezident sarayı («Ağ ev» adını alan bu tikilini Hovan özü tikdirdi), mason templi (ilk əvvəllər Süleymanın mə᾽bədi şəklində nəzərdə tutulurdu) və masonların memorialı (sonralar‒mason T. Ceffersonun xatirə abidəsi) oldu. Vaşinqtonun planına nəzər saldıqda, mason simvolikası fiqurları aşkar şəkildə nəzərə çarpır.24 Ağ evdən və mason memorialından keçən xətlər mason templində kəsişir və sirkur şəkli əmələ gətirir. Yuxarıdan baxarkən azad daş yonanların‒masonların əsas işarələri‒bucaqlar, sirkurlar, pentaqramlar və s. yaxşı görünür. Hovan ağ evin yuxarı hissəsində mason hakimiyyəti rəmzi olan beş pentaqram yerləşdirmişdi.
Amerika masonları yəhudi işarələrindən törəyən rəmzlərə Qərbi avropadakı «qardaşlarından» daha artıq önəm verir, onları öz güclərinin rəhni sayırdılar. Bu onunla izah olunur ki, ABŞ-da mason lojalarında yəhudilərin sayı avropadakından xeyli çox idi, hətta bə᾽zi lojalar yalnız yəhudilərdən ibarət idi.25
Mason simvolikası ABŞ-ın bir çox dövlət sənədlərində, ilk növbədə, pul əskinaslarında öz əksini tapıb.26 Məsələn, bir dollarlıq əskinası nəzərdən keçirək. Onun sol tərəfində kəsik piramida təsvir edilib, piramidanın üstündə isə masonların sənədlərində «kainatın möhtəşəm me᾽marı» adlandırılanın üçbucaq şəklindəki «gözü» hakimdir. Azad daş yonanlarda «kainatın möhtəşəm me᾽marı» mistik e᾽tiqad obyektidir və bu səbəbdən də piramidanın yanındakı «biz tanrıya inanırıq» ifadəsi dəhşətli küfr təsəvvürü yaradır, çünki burada həqiqi Tanrı kafircəsinə mason e᾽tiqad obyekti ilə əvəzlənir.
Piramida on üç qatdan ibarətdir ki, bunların hər bir kərpici hər bir xalqın və insanın zirvəyə münasibətdə yerini təcəssüm etdirir. Hakimiyyət zirvəsinin simvolu isə masonların özlərini də aid etdikləri «seçilmiş» xalq tərəfindən idarə olunan çoxsaylı xalqlardan təşkil olunmuş kosmopolitik sürü yaradılmasını nəzərdə tuturdu.
«Seçilmiş» xalqın çox asanlıqla tanınan rəmzi qismində qartalın üstündə 13 beş guşəli mason ulduzundan əmələ gələn Davud ulduzu (yəhudiliyin və israilin simvolu) yüksəlir. Bu halda o, düz olaraq israilin 13 şəcərəsini əks etdirir.
(İllustrasiyaları «Naməlum səhifələr...»in müəllifləri əlavə edirlər.) ABŞ da masonluğun inkişafı xüsusilə dəhşətli səciyyə daşıyırdı. İlluminatların «Fi-Beta-Kappa» cinayətkar sektasının yayılmasından savayı, Amerika masonları arasında Bafometin simasında iblisə sitayiş ən᾽ənəsi də dəstəklənirdi. «Böyük Toronun arkanları» mistika kitabında Bafomet dırnaqlı ayaqlarını çarpazlayıb yer kürəsinin üstündə oturan qadın döşlü buynuzlu keçi kimi təsvir edilir. Onun alnında pentaqram var. Bafometin heykəli yəhudi İsaak Lonqun 31 may 1801-ci ildə Çarlston şəhərində (Cənubi Karoline ştatı) tə᾽sis etdiyi «Dünyanın Ali Şurası»nda qoyulmuşdu. Şura «qara ibadətlər» quran və bunlara hətta aşağı səviyyəli masonları da cəlb edən bir sıra mason lojalarına nəzarət edirdi. O, bu qəbildən olan cəmiyyət və təşkilatlar arasında birincilik iddiasında idi. Amerika masonlarının bu qanadı bir sıra ölkələrdə, o cümlədən Polşada və inqilabaqədərki Rusiyada da yayılmışdı. Onun Rusiyadakı səlahiyyətli təmsilçisi Çeslav Çinski özünü açıq şəkildə satanist adlandırmaqdan da çəkinmirdi.
«Dünyanın Ali Şurası» mütəmadi olaraq «qara antipapalar» seçirdi ki, bunların sırasında ardıcıl olaraq «qara messalar» keçirən Albert Payk xüsusilə fərqlənirdi. 1871-ci ildə A. Payk «Əxlaq və Ehkam» adlı kitab buraxdırdı ki, həmin kitab masonlar arasında «mason İncili» adını aldı.
«Dünyanın Ali Şurası» ona yaxın olan digər bir satanist təşkilatı‒İsanı təhqir edən, alçaldan və Dəccala e᾽tiqadın kafiranə ən᾽ənələrinin davamçısı olan cəngavər‒tampliyerlər ordeni ilə (1805-ci ildə yaradılıb) bilavasitə əlaqədədir. 1850-ci ildə meydana çıxan «Şərq ulduzu» mason ordeninin orgiyalarında qadınlar da iştirak edirdilər. Məxfi qatillərin‒assasinlərin ən᾽ənələrini bərpa edən «Qədim ərəb məxfi mə᾽bəd ordeni» də göstərilənlərə yaxın idi.
1832-ci ildə bu qəbildən olan daha bir gizli cəmiyyət meydana çıxdı‒«Kəllə və sümüklər». Onun «vətəni» Yel unverisiteti, banisi isə Almaniyada masonluğu qəbul etmiş Uilyam Rassel oldu. Özünə məxsus elitar sektaya çevrilən bu cəmiyyətin üzvləri 1856-cı ildən etibarən Nyu-heven unversitet şəhərciyinin «movzoley» adlandırılan binasında hər həftə toplaşır, kəllə və sümüklər olan tabutda uzanmaq və buna bənzər digər iblisanə ayinləri icra edirlər. Təşkilatın üzvləri sırasında ABŞ-ın bir sıra görkəmli dövlət xadimləri, o cümlədən prezidentlər də daxildir (məsələn, ABŞ-nın keçmiş prezidentləri B. Klinton və ata C. Buş bu sektanın üzvləridir).
Yəhudilərin tamahkarlıq və işbazlığı xristian sivilizasiyasının qalıqlarını da sıxışdırıb aradan çıxarır, onu yəhudi işbazlarının mənfur və pozğun psixologiyası ilə əvəz edirdi.
Amerika tarixçisi C. Adams yazırdı: «İşbazlar sinfinin Amerikanın hakim və yeganə sinfinə çevirməklə, bu ölkə eksperiment keçirir ‒ öz sivilizasiyasını işbazların ideyaları üzərində qurur. İşbazların hökmranlığı altında olan digər siniflər öz həyati fəlsəfələrini tezliklə həmin ideyalara uyğunlaşdırırlar. Görəsən alverin dükanı, fəlsəfəsi və yeganə əsas ideya ‒ gəlir ideyası əsasında möhtəşəm sivilizasiya qurmaq mümkündürmü?».31
Öz kapitallarını quldarlıq, qul alveri, sələmçilik və hindularla fırıldaqçı ticarətlə qazanan yəhudi işbazları Amerikanın iqtisadi inkişafına yönüm verdilər. Zombart haqlı olaraq qeyd edirdi ki: «Ümumiyyətlə, birləşmiş ştatlar mövcud olmaları üçün yəhudilərə minnətdar olmalıdır... Birləşmiş ştatlar yalnız yəhudi elementinin mövcudluğu sayəsində bizim onları tanıdığımız şəkildə, yəni məhz ABŞ şəklindədir. Çünki bizim amerikaçılıq adlandırdığımız, öz əsas cəhətlərinə görə kristallaşmış yəhudi ruhundan başqa bir şey deyil».32
19-cu əsrin sonunadək yəhudilər Amerika iqtisadiyyatının əsas sahələrini‒poladtökməni (Qugenheymlər), tütün, teleqraf, asfalt sahələrini əllərinə keçirə, yaxud nəzarətə götürə bildilər. Amerika təsərrüfatının əhəmiyyətli hissəsinə nəzarət edən bir sıra iri banklar yəhudilərin ixtiyarındadır. Belə ki, Amerikadakı bütün dəmir yol şö᾽bələrini birləşdirməyə can atan «Harriman sistemi»ni, əsasən, Nyu-yorkdakı Leb, Kun və Ko bankerlər birliyi dəstəkləyirdi. Qərbdə, xüsusən də Kaliforniyada hakim mövqelərə yiyələn yəhudilərin sayı xüsusi ilə çox idi. Bu ştatın təməli qoyularkən yəhudilər həm hakim, deputat, qubernator, mer və s. vəzifələrə namizədliklərini irəli sürdülər, həm də sənaye sahəsində aparıcı mövqelərə yiyələndilər‒Zeliqman qardaşları, Vil, Helm, Cesse, Cem San‒Fransiskoda; Lui Sloss, Luis Berstl Sakramentoda; Helman və Nümark Los-ancelesdə. O dövrün ən iri maliyyə sövdələşmələri B. Davidson (Roxtildin agenti), Albert Prist (Rod-Aylend), Dayer (Baltimor), Lazar qardaşları (bu üç qardaş Paris, London və Sanfransiskoda «Lazar Brazers» bank birliyinin təməlini qoymuşdu), Zeliqmanlar, Qlezye, Vormserlər kimi yəhudi işbazları tərəfindən həyata keçirilirdi. Morits Fridlender ən böyük buğda krallarından biri idi, Adolf Sutro isə Komstok kapitallarının istismarı ilə məşğul olurdu.33
20-ci əsrin əvvəlləri üçün ABŞ-da aparıcı yəhudi maliyyəçilərinin‒Kun, Leb, Benmon, Lazar, Solomon Landeburq, Talman, Şpeyer, Y. Şif, Zeliqman və Qugenheymin başçılıq etdikləri qüdrətli yəhudi maliyyə qruplaşması meydana çıxdı.34
Pulla ələ alma və şantaj yolu ilə hərəkət edən bu yəhudi bankerləri 1912-ci ildə ABŞ-ın maliyyə fəaliyyəti üzərində nəzarət hüquqlarını rəsmiləşdirdilər. Seçki kompaniyası zamanı maliyyə yardımı əvəzində mason-prezident Vudro Vilson Federal ehtiyat sistemi barədə qanun imzaladı. Bu qanuna görə, ölkənin maliyyə ehtiyatlarına sərəncamvermə və milli valyutanın çapı beynəlxalq yəhudi bankerlərinin əlinə keçirdi. Qanun Pol Varburq və F. Vanderlipin (Kun‒Leb maliyyə qrupunun aparıcı simaları), həmçinin Rotşildlə sıx əlaqədə olan C. P. Morqan maliyyə imperiyasının təmsilçiləri H. Davidson, Ç. Norton və B. Stronqun fəal iştirakı ilə tərtib olmuşdu.
ABŞ konqresinin üzvü Lindberqenin qeyd etdiyi kimi, federal ehtiyat sistemi haqqında qanun «dünyada ən böyük trestin təməlini qoydu. Prezident bu qanunu imzaladıqdan sonra pulun hakimiyyəti ilə idarə... qanuniləşdiriləcək.» Bir qədər sonra isə bir konqresmen‒L. Mak Fedden yəhudi maliyyə hökmranlığının bu alətinin daha düz qiymətini verdi: «Federal ehtiyat sistemi haqqında qanun qəbul edilərkən bizim xalqımız ABŞ-da dünya bank sisteminin qurulduğunu dərk etmirdi.
Dünyanı öz iradələrinə tabe etmək üçün əlbir fəaliyyət göstərən bankirlərlə sənayeçilərin idarə etdikləri super dövlət. Federal ehtiyat sistemi öz imkanlarını gizlətmək üçün var gücü ilə sə᾽y göstərir. Lakin həqiqət ondan ibarətdir ki, Federal ehtiyat sistemi hökuməti ələ keçirib. O, ölkəmizdə baş verənlərin hamısını idarə edir və bütün xarici əlaqələrimizi nəzarətdə saxlayır. O, hökumətləri istədiyi kimi yaradır və məhv edir».35
Amerika dövləti və cəmiyyəti ideal yəhudi qoruğuna çevrildi. Burada tamahkarlıq və acgözlük hər şey etmək hüququnua malik «seçilmiş» xalqın yəhudi-mason ideologiyasının satanizmi ilə birləşmişdir. Amerikanın «milli seçmə» olması barədə əfsanə «seçilmiş» xalq haqqında yəhudi tə᾽liminin dəyişdirilmiş forması idi.
Artıq bu dövrdən ABŞ bütün dövlət və xalqlarla münasibətdə yəhudilərin seçilmişlik və özbaşınalıq prinsiplərinə üstünlük verir.
1823-cü ildə Amerikanın iki yüksək vəzifəli masonu-prezident D. Monro və dövlət katibi C. Adams sonradan «Monro doktirinası», yaxud «Amerika amerikalılar üçün» adı almış sənət hazırladılar. Burada ABŞ-ın planetin bütün qərb yarımkürəsində hökmranlıq iddiası bəyan edilirdi. Sənəd bütün mason lojaları tərəfindən bəyənildi və təbliğ edildi. Masonlar onu Şimali və Cənubi Amerikanın bütün ölkələrini ABŞ-a birləşdirilməsi yolunda ilk addım kimi qiymətləndirirdilər.
Hinduları qırdıqdan və onların ərazilərini ələ keçirdikdən sonra da yəhudi-mason dövləti qəddar işğalçılığını və dünyanı qana qərq etməsini davam etdirdi. ABŞ, İspaniyanın əlindən Floridanı, Meksikadan isə Texasın nəhəng ərazilərini zor gücünə aldı. Daha sonra ABŞ yeni təcavüzə əl ataraq, Meksikanın yeni ərazilərini‒Yeni Meksikanı və Şimali Kaliforniyanı da ələ keçirdi. Xaincəsinə hücum sayəsində ABŞ İngiltərənin Oreqomdan onun xeyrinə imtina etməsinə nail oldu. 1848-ci ildən sonra ABŞ Kanadadan Meksikaya qədər bütün ərazidə Sakit okean sahil boyuna yiyələndi. 1776-cı illə müqayisədə ABŞ-ın ərazisi yeddi dəfə böyüdü.
ABŞ‒YƏHUDİ‒MASON SİVİLİZASİYASININ ŞƏR SİMASININ RƏMZİ KİMİ
Faşizmə qarşı qəhrəman mübarizəsi sayəsində rus xalqı yəhudi‒mason sivilazasiyasının Rusiya ərazisinə keçməsinin qarşısını ala bildi. Lakin o, bu sivilizasiyasının ABŞ və Qərbi Avropada möhkəmlənməsi və kök salmasının qarşısını ala bilmədi. İkinci dünya müharibəsi başa çatandan sonrakı bütün dövr antixristian qüvvələrin xərçəngvari inkişafı ilə səciyyələnir. Bədxassəli iudizm və masonçuluq xəstəliyi keçmiş xristian dünyasının bütün mühüm həyatı mərkəzlərini məhv etdi.
Yəhudi‒mason sivilazasiyasının Yer üzünə gətirdiyi ümumbəşər zülmün timsalı Amerika Birləşmiş Ştatlarıdır.
Xristianlığın və «Əhdi‒cədid»in mə᾽nəvi dəyərlərinin demək olar ki, 2000 illik təntənəsindən sonra bu ölkə xristian dünyasının cismində İsa peyğəmbərin pislədiyi bütün bağışlanmaz günahların‒tamahkarlıq və sərvətə aludəçiliyin, pozğunçuluq və sodamitliyin, özbaşınalıq və pul kultlarının timsalı olan sağalmaz yaraya çevrildi.
Azad mə᾽nəvi seçimin mexanizmi demək olar ki, olmadığı birtərəfli cəmiyyət formalaşdı. Hər bir amerikalıya yalnız yəhudi‒mason sivilazasiyası dəyərləri hüdudlarında seçim hüququ verilir. Bu hüdudlardan bircə addım da sapınma ictimai mövqeyin, gəlirin, karyeranın itirilməsi, sosial qınaq deməkdir.
ABŞ-ın ictimai-siyasi sistemi totalitarizmin ifrat formasını təmsil edir. Bu totalitarizm faşist Almaniyasındakı totalitarizmdən daha mütləq və daha təhlükəlidir. 200 ildir ki, amerikalılar öz prezidentlərini yəhudi‒mason elitasının əvvəlcədən hazırladığı cəmi iki namizəd arasında seçirlər.
Birləşmiş Ştatları əxlaqsız şəxslər idarə edir. Bu gün bütün Amerika Klintonun pozğun, əxlaqsız, əliəyri olduğunu bilsə də, yenə onu dəstəkləyir. Vaxtaşırı rüşvətxorluq, dövlət əmlakının talanması və digər cinayətlərlə bağlı qalmaqallar yaranır. Lakin «qüdrətli və zəngin» adamlarla əlaqədar olduğu üçün onların hamısı bahalı hüquqşünasların köməyilə ört-basdır edilir. Hər şey kimi, Amerikada ədalət məhkəməsi də satılır və alınır.
1995-ci ildə iki nəfəri vəhşicəsinə qətlə yetirmiş idmançı‒multimilioner üzərində ümumamerika miqyaslı məhkəmə‒məzhəkənin şahidi oldum. Demək olar ki, üç ay ərzində bütün Amerika televiziya ilə səhərdən axşamadək bu dəhşətli cinayətin bütün xırdalıqlarını izləmişdi. Bütün amerikalılara tamamilə aydın idi ki, cinayətkar məhz həmin adamdır. Cəzadan xilas olmaq üçün qatil milyonlarla dollar xərclədi və məhkəmənin onu günahsız e᾽lan etməsinə nail oldu. Amerikalılar isə heç hiddətlənmədilər də. Sadəcə, bir qədər danışdılar və unutdular.
Həqiqətən də Amerika xalqı özünün təkrarsız qul vəziyyətinə, isti tövlədə ləzzətli saqqız gövşəyən qaramal vəziyyətinə tamamilə layiqdir.
Hər bir xalqın öz arzusu və baş əydiyi qəhrəmanları var. Tarixi Rusiyada qəhrəman «müqəddəs ruha yiyələnənlər» - pravoslav müqəddəsləri və zahidləri, doğma torpaq uğrunda döyüşən sərkərdələr və əsgərlər sayılırdı, arzu isə vətənin qüdrəti və çiçəklənməsi, rus kilsəsinin sarsılmazlığı barədə düşüncələrdən ibarət idi. Ruslar üçün şəxsi maraqlar kilsə, vətən və dövlətin mənafelərindən qat-qat önəmsiz idi. Bu, «Əhdi-cədid»in mə᾽nəvi dəyərlərinə əsaslanan həyat modeli idi. BŞD-da isə həyat tamamilə başqa cür qurulurdu. Bu ölkənin sakinlərinin psixologiyasının təməlini «Talmud»dan gələn tamahkarlıq, varlanmaq prinsipləri, torpaqlarına və əmlaklarına yiyələnmək üçün bütün «özgələri» qarət etmək və öldürmək hüququ təşkil edirdi. Amerikalıların əksəriyyətinin pərəstiş etdikləri qəhrəmanlar dəniz quldurları, qarətçilər və «uğur» qazanan digər cinayətkarlar oldu. ABŞ-ın əxlaqsızlıq mərkəzlərindən birinə - dünyada ən iri qumarxana biznesi, əxlaqsızlıq, fahişəlik yuvası olan Las-veqas şəhərinə səfər edərkən dəniz quldurlarının və qarətçilərin (Al-kaponeyə bənzər) qızıl çərçivələrə salınmış portretlərinin qumarxanaların divarlarından asıldığını öz gözlərimlə görmüşəm. Müştəriləri cəlb etmək məqsədilə qumarxanalardan birinin yaxınlığındakı göldə dəniz quldurlarının hərbi gəmiləri ilə ingilis hərbi gəmiləri arasında «dəniz döyüşü» də təşkil edilirdi. Amerikalıların təqdiredici bağırtıları altında həmişə dəniz quldurları qalib gəlirdilər. Amerikanın digər bir cinayətkar mərkəzi olan Atlantik-siti kimi, Las-veqasda da gündə on minlərlə amerikalı olur. Şəhərin əsas küçəsi boyu çoxmərtəbəli mehmanxanalarla qumarxanalar yerləşir, minlərlə fahişə və sodomit isə müştərilərə daim xidmət göstərirlər. Amerikalıların əsas arzusunu və ehtirasını – tamahkarlığı, nəyin bahasına olursa-olsun varlanmaq istəyini məhz bu qumarxanalarda daha aydın şəkildə dərk edirsən. Tamahkarlıqdan və ehtirasdan əyilmiş üzləri, hərisliklə parıldayan gözləri gördükcə, Amerikanın cinayətkar və bütün dünya üçün təhlükəli olan təbiətini dərk edirsən.
Amerikanın ictimai şüurunda ən əsas olanlar pul, şey, əmtəədir. Həyat əmtəə və xidmətlərin yeni-yeni çeşidləri ardınca aramsız qaçha-qova tabe etdirilmişdir. Amerika cəmiyyətinin əsas qanunu istehlak malları ardınca yüyürmək, insanı «pul əldə edən maşına» çevirməkdir.
Amerikada milli şüurdan məhrum olan, hətta öz vətəninə qarşı nifrət hissi ilə yaşayan adamlar toplaşmışdılar. Bura gələrkən, onlar özlərini Kaliforniyadakı qızılaxtaranlar kimi hiss edirdilər.
Amerikanizm sistemi nəyin bahasına olursa‒olsun milyonlarla adamı istehlak yarışına cəlb edir, onları dünyanın mə᾽nəvi qurluşuna zidd, onu primitiv və məzmunsuz varlığa döndərən pozğun və miskin bir qurluşun qullarına çevirir. Şəxsiyyətin tənəzzülü, aşınması, cılızlaşması Amerika cəmiyyətinin əsas inkişaf göstəricisinə çevrilir.
Bir çox amerikalı üçün pul və əşyalar onların qəlblərində, ruhlarındakı boşluğu doldurur, onların arzu və amallarının miskinlik və cinayətkarlığını pərdələyir. Amerikalılar daim nə isə almaq istəyilə yaşayırlar.
Psixi xəstlərə xas bir ardıcıllıqla onlar yeni əşyalar almaq üçün daim hələ yaxşı vəziyyətdə olan əşyalarını tullayır, yaxud dəyər-dəyməzinə satırlar. ABŞ-ın istənilən şəhər və qəsəbəsində «qarajseyl» (şəxsi əmlakın qarajda satılması) bazar günü müşahidə edilən səciyyəvi əlamətdir.
Əsas milli istirahət və əyləncə növü «şopinq»dir. Bə᾽zən amerikalılar dolaşır, sonra isə aldıqlarını tanışları və qonşuları ilə uzun-uzadı müzakirə edirlər.
Amerikansayağı Qula ‒ öldürülən və işgəncələrə mə᾽ruz qalan on milyonlarla hindu və zəncilər amerikansayağı mədəniyyətin təməli oldu. Bu mədəniyyətə məxsus örnəklərin 90 faizi zənginləşmə və tamahkarlıq kultuna, zorakılığa valeh olma, güclü və varlının özbaşınalığına istiqamətlənib, bunu pərdələmək üçün isə demokratiya və ədalət haqqında riyakar mühakimələrdən istifadə edilir.
Amerikalıların əksəriyyəti son dərəcə oxşar adamlardır... Onların bütün həyati dəyərləri pul əldə etmək və istehlak yarışı üzərində cəmlənib. Amerikalıların, təxminən, 60 faizi ümumiyyətlə kitab oxumur, kitaba müraciət etdikdə isə detektivlərə və pornoqrafiyaya üstünlük verirlər. Onların böyük əksəriyyəti bütün asudə vaxtını televizorun qarşısında keçirir, bir qayda olaraq son dərəcə bayağı və məzmunsuz verlişlərə və detektivlərə baxırlar. Mədəni baxımdan bu xalq, fikrimcə, dünyada ən bəsit xalqdır. Onlar üçün mədəniyyət nə mə᾽nəvi mühit, nə də daxili tələbat yox, cah‒calalın bir növüdür və amerikalılara elə gəlir ki, onu pulla da almaq mümkündür.
ABŞ ərazisində mədəniyyət sahəsində önəmli olanların hamısı amerikanizm sisteminə zidd, onunla qarşıdurmanın nəticəsi kimi meydana çıxmışdır.
Edqar Po, Mark Tven, Uolt Uitmendən başlayan, Cek London, T. Drayzer, O᾽henri, S. Luislə davam edən, nəhayət, E. Heminquey, D. Selincer, U. Folknerlə tamamlanan bütün ədəbiyyat amerikanizm əleyhinə e᾽tiraz, Amerikanın ictimai dəyərlərilə sərt mübahisədir.
Hələ 19-cu əsrin yarısında R. Emerson, Toro, H. Qotorn kimi amerikalı yazıçı və mütəfəkkirlər insanı «pul əldə etmək üçün maşın»a çevirən amerikanizm sistemini kəskin ifşa edirdilər. Amerika cəmiyyətində əsl mədəniyyətin əvəzləyicisi kino və telebiznes oldu. Bunların simvolları isə Amerika kinosunun bütün bayağılığı, primitivliyi və bəsitliyini özlərində təcəssüm etdirən Şvarsneger, yaxud Stallone kimi degenerativ şəxsiyyətlərdir. Amerika kinofilmlərində canlı insani hisslərin əks olunmaması, mə᾽nəvi bəsitlik və kasadlıq, əlbəttə, parlaq rənglər, gözəl tryuklar, kəskin süjet, insanı həyəcanlandıran zorakılıq və seks səhnələrilə pərdələnə bilməz. Hazırda Amerikada ən yüksək mükafatlara layiq görülən filmlər, əslində, ümumbəşəri mədəniyyətdə tənəzzülün ifadəsidir, çünki onlar insanı bəsit anlayışlardan, basmaqəlib, yekrəng söz yığınlarından, təbəssüm və ifadələrdən istifadə edən sadələşdirilmiş bir varlığa çevirir.
Ümumbəşəri xristian mədəniyyəti anlamında «Hollivud» adı ilə tanınan Amerika kino müəssisələri mənfilik, insan mə᾽nəviyyatı xəzinəsini zəiflədən mənfi vahiddir.
Lap əvvəldən hollivud yəhudi işbazlar tərəfindən yaradılmışdı. Onu yaratmaqda məqsəd isə xristian mədəniyyətini pozmaq, xristian xalqların sürüyə, asanlıqla idarə olunan varlıqlara çevirmək idi.
2000 illik mədəniyyət işığında, hollivudun yaratdığı bayrağı, yeknəsəq obrazlar və qəhrəmanlar «Əhdi-cədid»in yüksək mə᾽nəvi dəyərlərini təhqir etmək deməkdir.
Pul, pozğunluq, var-dövlət və həyatın gözəlliyi barədə bəsit təsəvvürlər yer üzündə bir çox nəsillərin şüurunu şikəst etdi.
Daim yəhudi dünyası hökmdarlarının bilavasitə idarəçəliyində olan hollivud yalançı oriyentirlər və obrazlar yaratmaqla zəif qəlbə malik olanları pulla baş əyməyə, var-dövlət, sərvət hərisi olmağa, zahiri parıltıya üstünlük verməyə sövq edir.
Hollivud aktyorları və «ulduzları», adətən, ruhən və mə᾽nən miskin şəxsiyyətlərdir və onların zahiri gözəlliyinin arxasında daxili heçlik və puçluq durur. Əslində hollivud ulduzları adlananların demək olar ki, hamısı nəinki tamaşaçılara xoş hiss və obrazlar bəxş etməyə qadir olmayan, hətta öz həyatlarından da baş aça bilməyən adamlardır. Onların əksəriyyəti sodamit, narkoman, tamamilə pozğun adamlardır.
Yəhudi müğənnisi Madonnanın «yaradıcılığı» on milyonlarla xristianın hisslərinə təhqirdir. Yəhudi bankirlərinin pulları ilə nəhəng sabun köpüyü şişirdildi və qərb yəhdui ‒ «şoumenləri» ona xristianlar üçün təhqiramiz olan bir ad da verdilər ‒ Madonna (Müqəddəs Məryəm Ana, Allah Anası). Fahişəliyi hamıya bəlli olan, sodomitliklə də məşğul olmuş bu pozğun qadın bəsit, pozğun mahnılarını oxuyarkən çılpaqlaşır, müqəddəs xaçı ayaqları arasında oynatmaqla onu təhqir edirdi.
Xristian mədəniyyətinin Amerika yəhudiləri tərəfindən ritual təhqirləri hər şeydə, ilk növbədə, yəhudi modelyerlərinin cəmiyyətə aşıladığı modada özünü göstərir. Adətən, yəhudi bankirləri tərəfindən maliyyələşdirilən, «yüksək moda dünyası» adlandırılan dünya birbaşa xristianlıq əleyhinə rüsvayçılıqdır, «Əhdi-cədid» dəyərlərinə təhqirdir. Onu, bir qayda olaraq, pozğun şəxslərin, narkomanların, sodomitlərin, fahişələrin əlilə formalaşdırırlar.36
Qərb modelyerləri heç də insanı yüksəltməyə can atmırlar. Onların əsas məqsədi ondan, onun şəhvani bioloji təbiətindən yararlanmaqdır. Bədənin çılpaqlaşmasının xristianlıqda nəzərdə tutulan hüdudları aşması artıq qərb modelyerlərini qane etmir. 90-cı illərdə qərb modası xristianların müqəddəs dəyərləri üzərində istehza meydanına çevrildi. Madonna kimi xristian adına müraciət edən başqa bir amerikalı yəhudi ‒ Donna Karan Amerika modasında «yeni istiqamət» yaratdı. Burada ən᾽ənəvi xristian geyimləri və xaç təsvirindən istifadə olunurdu. Məsələn, tamaşaçılar qarşısında çıxış edən maneken qadınların əyninə rahibələrin geyiminə bənzər paltarlar geyindirilirdi, xaç isə bu zaman onların sinəsindən deyil, beldən bir az aşağıdan asılırdı.37
Amerikansayağı, antixristian kütləvi mədəniyyətinin xüsusi elementi rok-musiqi oldu. Onun banisi aşkar antixristian əhval-ruhiyyəli yəhudi müğənnisi Elvis Presli idi. Həddən artıq narkoman yəhudi Qərb antixristian gənclərinin sevimlisinə çevrildi. Ölümündən sonra ABŞ və İsraildə bu satanistə çoxlu abidələr qoyuldu. Onlardan biri 1996-cı ildə Tel-Əvivdə qoyulan abidə yəhudi gənclərinin ziyarətgahına çevrildi. Şahidlər söyləyirlər ki, ziyarətə gələnlərə abidəni təqdim edən ekskursiya rəhbərləri daim Preslinin sadəcə müğənni yox, məhz yəhudi müğənnisi olduğunu vurğulayırdılar. Yəhudi gənclərilə söhbət edən yəhudi rahibi (ravrin) xüsusi olaraq qeyd edirdi ki, «Presli irticaçı xristian şüurunun parçalanması üçün bütöv bir moizəçilər ordusundan çox iş görüb».
ABŞ antixirstian mədəniyyətinin formalaşdırılması hələ uşaqlıqdan, körpələrin — şüurlarına «Uolt Disney ideologiyası»nın aşılanmasından başlanır. Ən məşhur Amerika masonlarından biri olan bu adam38 uşağın şüurunun deformasiyaya uğradılmasının xüsusi metodikasını işləyib hazırlamışdı ‒ uşağın diqqətini ən᾽ənəvi xristian dəyərlərindən və təsəvvürlərindən həyatın əhəmiyyətsiz olan detallarına, pornoqrafiya, sodomitliyin təbliğinə, e᾽tiqad üzərində istehzaya və s. yönəldilməsi.39 «Dünyanı oyunla dərketmə» və sün᾽i qayğısızlıq sayəsində uşaqlar xristian şüuru dəyərlərinin ‒ xeyirxahlıq, vicdanlılıq, gözütoxluğun bərqərar edilməsi üçün zəmindən məhrum edilirlər. Uşağın gözləri önündə həyat oyun, yaxud əyləncə şəklində canlanır və burada əsas elementlər pul və hakimiyyət uğrunda mübarizə olur. Kosmik müharibələri, superqəhrəmanları təcəssüm etdirən çoxsaylı multiplikasiya serialları uşaqda anadangəlmə olan xeyirxahlıq, mərhəmət hissini məhv edir. Multiplikasiya filmləri və kompüter oyunları uşaqlarda təqlidetməni qüvvətləndirir ‒ onlar düşmənlərini ən müxtəlif üsullarla ‒ güllələməklə, partlatmaqla, tikə-tikə doğramaqla, odda yandırmaqla, suda boğmaqla məhv edən superqəhrəmanlara oxşamağa can atır və körpələrin şüurlarında zorakılıq bərqərar olur.
Oyundakı zorakılıq və qətllər dünyasına qoşularkən uşaq böyüdükcə zorakılığa narkotikə alışan kimi alışır, yeni-yeni zorakılıq və qətllərlə dolu səhnələr görmək zərurəti duyur. Yeniyetmə yaşlarında belə uşaq artıq normal filmlərə baxmağa, yaxşı kitablar oxumağa qadir olmur. Belə filmlər və kitablar onun üçün cansıxıcı olur. Yaşa dolduqdan sonra isə savaş filmlərinə, trillerlərə, dəhşət filmlərinə üstünlük verir.
Gənc amerikalı sonrakı «mə᾽nəvi» tərbiyəsini reklam süjetlərindən əldə edir. Gözünü açdığı gündən izlədiyi reklamların zahiri ziyansızlığı arxasında insanların ruhlarına tə᾽sir göstərən, onları eyni cür geyinməyə, gülümsəməyə, davranmağa və i. a. sövq edən qüdrətli vasitə gizlənir. Həm də bu tə᾽sir tədricən, hiss olunmadan göstərilir, uşaq dünyanı, ilk növbədə, əmtəə və əşyaların istehlakı prosesi şəklində qavrayır.
Uolt Disney ideologiyası və reklam süjetləri tə᾽sirilə tərbiyə olunan uşaq əksər hallarda artıq xristian mədəniyyətini qavramağa qabil olmur, kütləvi, yaxud pop adlandırılan mədəniyyətin tərəfdarına çevrilir. Bu antixristian olayın əsl mədəniyyətə heç bir aidiyyatı yoxdur. Həqiqi mədəniyyət şəxsiyyəti ucaldır, onu mə᾽nən zənginləşdirir, pop-mədəniyyəti isə insanı heyvanlaşdırır, onu xırda qüsurların və cılız ehtirasların quluna çevirir. İnsanın ruhu məzmunlaşdırılır və o, normal insani hiss və həyacanları yaşamağa qadir olmur.
Amerikalılar öz övladlarını daha çox dinsiz və xudpəsənd, işləməyi bir o qədər də xoşlamayan, əyləncələrə üstünlük verən şəxsiyyətlər kimi tərbiyələndirirlər. 1997-ci ildə «Perents» («Valideynlər») jurnalı ABŞ və Kanadadan olan 7700 valideyn arasında sorğu keçirilmiş, Amerika ailəsinin həyati dəyərləri barədə onların rə᾽yini öyrənmişdi. Sorğunun nəticələri əsasən amerikalıların fikrincə önəmli olan həyati və ailə dəyərləri ardıcıl şəkildə cədvəllərdə göstərilmişdi.
Amerikalılar ailənin əsas vəzifəsi (dəyəri) kimi öz övladlarına nəyin yaxşı, nəyin isə pis olduğunu başa salmağı nəzərdə tuturlar. Onlar uşaqlarını hər şeydən mənfəət əldə edə bilən praqmatiklər kimi yetişdirməyə çalışırlar. Bu bacarıq Amerika ailəsinin həyati dəyərlər cədvəlində birinci yeri tutur. İkinci yerdə isə həyatda və işlərdə uğur qazanmaq üçün təhsilin mühümlüyünün dərk edilməsi durur. Cinslərin davranışı barədə ən᾽ənəvi təsəvvürlər amerikalı valideynlər tərəfindən demək olar ki, seksual azlıqlara (sodomitlərə) münasibətdə dözümlülüklə bərabər qiymətləndirilir və dəyərlər sırasında bunlar üçüncü və dördüncü yerləri tutur.
Sodomitlərə münasibətdə dözümlü olmaqdan sonra amerikalı valideynlər ailə və nikahı (5-ci yer) yüksək dəyərləndirirlər. Sonrakı yerləri (6‒8) dostluğun zəruriliyi (praqmatik baxımdan), ədəb-ərkan və özünü göstərə bilmək bacarığı tutur.
Allaha inam yalnız 9-cu (!) yeri tutur, bundan sonra isə Amerika ailəsinin dəyərlər sırasında 10-cu (!) yerdə əməksevərlik və qazancı ilə kifayətlənmək gəlir.
Vətənpərvərlik, ədəbiyyat və incəsənət nümunələrinin dərki Amerika ailəsinin dəyərlər cədvəlinin sonunda yerləşir.
Çox səciyyəvidir ki, həmin sorğu amerikalı valideynlərin öz övladlarının məktəbi bitirməkdən imtina etmələrindən onları homoseksualist, atesit olmalarından, nikahdan kənar uşaqların olmalarından, qeydiyyatsız ailə qurmalarından, boşanmalarından qorxduqlarından daha çox qorxduqlarını göstərdi.
Amerika təhsil və tərbiyə sisteminin mə᾽nəvi əbləhlər törətdiyi heç də təəccüblü deyil. Heç bir ölkədə ABŞ-dakı qədər kütbeyin, ifadəsiz simalara rast gəlməzsiniz. Belə bir şəraitdə mərhəmət və vicdanlılıq kimi keyfiyyətlərini qoruyub saxlaya bilən adamlar, ən yaxşı halda, infantil adamlardır və onlar lazım gəldikdə öz xoş hisslərini qorumağa qadir deyillər. Amerikalılar ən yorucu və cansıxıcı həmsöhbətlərdir. Onların maraqları demək olar ki, həmişə yalnız dörd şey ətrafında dolaşır ‒ pul, bazarlıq, maşın və seks. Orta məktəbi bitirən amerikalıların yarıya qədəri funksional baxımdan savadsızdırlar, yə᾽ni normal yazmağı və oxumağı bacarmırlar. Universitetlərin buraxılışı kurslarında oxuyan böyük bir qrup arasında aparılan sorğu göstərdi ki, onların əksəriyyəti Amerikanın nə vaxt kəşf edildiyini hətta 50 il xəta ilə də göstərə bilmir, hər dörd nəfərdən biri K. Marksın əsəri ilə ABŞ konstitusiyasını fərqləndirə bilmir, təxminən, 40 faizi şimalla cənub arasında müharibənin neçənci ildən başlandığından xəbərsizdir.41
Belə bir tərbiyə əsasında 60-cı illərdən ABŞ və qərbi avropada gənclərin antixristian «xippi» hərəkatı meydana gəldi. Bu hərəkatın başında Herbert Markuze və Cerri Rabin adlı yəhudi liderləri, masonlar durur, bunlardan sonuncusu hətta mason nişanlarını nümayişkəranə şəkildə sinəsində də gəzdirirdi.42
«Et!» kitabında C. Rabin bəyan edirdi: Biz gəncliyi, musiqini, seksi, narkotikləri və üsyankarlıq ruhunu xəyanətkarlıqla qarışdırdıq. Belə bir qarışığa üstün gəlmək isə çətindir.43
Burjua dünyasının «köhnəlmiş» əxlaqından imtina şüarı altında Markuze, Rabin və onların həmfikirləri müasir qərb cəmiyyətində xristian dünyagörüşünün son qalıqlarını da dağıtmağa can atırdılar. «Xippi» hərəkatının üsyankar, tanrı əleyhinə, antixristian ruhu xeyir və şər haqqında xristian təsəvvürlərini xeyrilə şərin, işıqla zülmətin bərabərliyi haqqında mənfi təsəvvürlərlə əvəz etdi.
Qərbi avropa, ABŞ, daha sonra isə rusiyada da milyonlarla gənc yəhudi başçılarının pozğun ruhuna aludə oldular, əxlaqın, dövlətin, xristian kilsəsinin «köhnəlmiş» normalarını rədd etdilər və öz evlərindən çıxıb getdilər. Hər yerdə xristian sivilizasiyasına düşmən kəsilən, narkotiklərin və heyvani seksin tə᾽sirindən çıxa bilməyən gənclərin minlərlə toplantıları meydana çıxdı. «Əhdi-cədid» normalarını inkar edən, cinsi əlaqələri «bir içim su» səviyyəsinə qədər endirən «seksual inqilab» da məhz «xippi» hərəkatı ilə əlaqədardır. Xippilər arasındakı cinsi münasibətlər heyvani, yaxud qrup səciyyəli olur, istənilən yerdə həyata keçirilə bilirdi. Bunlar sodomitliyə və fahişəliyə geniş rəvac verirdi. Heyvani sekslə və sodomitliklə məşğul olan xippilər özlərini «məhəbbət e᾽tiqadının» tərəfdarları e᾽lan etmişdilər.
Xippiliyin kinomatoqrafik simvolu M. Formanın «saçlar» filmi oldu. Bu filmin kulminasiya anı xristian kilsəsində həyata keçirilən eyş-işrət məclisi səhnəsi idi.44
Bu günkü Amerikada çox az adam yəhudi-mason sivilizasiyası ilə qarşıdurmaya cəsarət edər. Yalnız tək-tək adamlar Amerika cəmiyyətinin tamahkarlıq və pozğunluq, sodometlik dünyasına qarşı çıxa bilirlər. Bu səbəbdən də keşiş D. Raytın Kanzas ştatının qanunvericilik şurasında söylədiyi sözlər bütün Amerikanı lərzəyə gətirdi və yəhudi-mason təşkilatları tərəfindən hiddətlə qarşılandı. Bu keşiş şuraya dua oxumaq üçün də᾽vət olunduğu halda ürək ağrısı ilə tanrıya üz tutdu:
Pərvərdigara, bizə rəhm et! Biz yalançı tanrılara e᾽tiqad edirik və bunu mədəni rəngarənglik adlandırırıq. Biz sodometliyi qanuniləşdirmişik və bunu dözümlülük adlandırırıq. Biz uşaqları ana bətnində öldürürük və bunu abort etmək hüququ adlandırırıq. Biz gəncləri əxlaqsızlıq və pozğunluq içində böyüdürük və bunu mütərəqqi tərbiyə adlandırırıq. Biz xirtdəyə qədər pornoqrafiya və hədyan bataqlığındayıq və bunu fikir azadlığı adlandırırıq. Biz əcdadlarımızın mə᾽nəvi irsini təhqir edir və bunu savadlılıq adlandırırıq. Pərvərdigara, bizi cəzalandır, bu pisliklərdən xilas et!»
Vicdanlı keşişin duası bomba kimi partladı. Onu eşidən bir sıra qanunvericilər, əsasən, masonlar və yəhudilər qəzəb içində oranı tərk etdilər. «Onların sonradan donuz sürüsünə qoşulub-qoşulmamaları və özlərini sıldırımdan atıb-atmamaları barədə qəzetlər xəbər vermir».
source : الشیعه