Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

AZƏRBAYCAN İSLAM PARTİYASI BƏYANAT VERDİ

"Feyzulla Axundov AİP-in üzvü deyil və real və ya qərəzli şəkildə ittiham olunmasında AİP-in adının hallanmasını yolverilməz hesab edirik"
 

 


Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən:

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib ki, Azərbaycan İslam Partiyasının üzvü Feyzulla Höcətulla oğlu Axundov İrandan Azərbaycana gələrkən, Astara Sərhəd Nəzarət Məntəqəsində yoxlanışda anusundan 53 qram heroin və 12 qram həşiş aşkar olunaraq götürülüb. Hadisədə adı hallanan Azərbaycan İslam Partiyası bəyanat verib. Bəyanatda deyilir:


"Bu gün ölkəmizin kütləvi informasiya vasitələrində yayılan məlumata görə, Astara gömrükxanasında Azərbaycan vətəndaşı olan Feyzulla Axundov İrandan Azərbaycan ərazisinə keçərkən saxlanılıb. Xatırladaq ki, saxlanılan şəxsin üzərində narkotik maddə aşkar edilib. Kütləvi informasiya vasitələrində F.Axundov Azərbaycan İslam Partiyasının üzvü kimi qeyd olunub. AİP-in hazırkı rəhbərliyi partiyanın yerli Astara rayon komitəsi, komitənin özək təşkilatları ilə saxladığı əlaqələrə əsaslanaraq, bəyan edir ki, Feyzulla Axundov AİP-in üzvü deyil və real və ya qərəzli şəkildə ittiham olunmasında AİP-in adının hallanmasını yolverilməz hesab edir.


Bu, partiyamızın ünvanına gələcəkdə də bu kimi ləkələrin gətirilməsini, ölkəmizdə insanların əqidə azadlığına qarşı antikonstitusion addım kimi qiymətləndiririk."


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment