Azəri
Thursday 18th of July 2024
0
نفر 0

İSLAM PARTİYASININ MÜRACİƏTİ

İSLAM PARTİYASININ MÜRACİƏTİ

AİP sədri Mövsüm Səmədov, partiya funksionerləri və din alimlərinin hüquqlarını müdafiə komitəsinin toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən daxil olan məlumata görə, toplantıda KİV vasitəsi ilə hüquq təşkilatlarına, Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin səfirliklərinə və ictimai xadimlərə müraciət ünvanlanıb.
 

 

 

 


Müraciətdə deyilir:


04 avqust 2011-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsində AİP sədri M.Səmədov partiya funksionerləri və  Azərbaycanın tanınmış din alimlərinin qərəzli və qondarma (hakimiyyəti zorla ələ keçirmək, qanunsuz silah-sursat saxlamaq, teror törətməyə hazırlıq görmək) ittihamı ilə cinayət işi üzrə məhkəmə işi davam etdirildi.


Təqsirləndirən şəxslər, onların vəkilləri elan olunan ittihamnaməyə qəti etiraz bildirdilər. Vəkillər və təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatətlərin heç bir əsas gətirilmədən rədd edilməsi məhkəmənin obyektiv aparılmamasını göstərir. Bütün qanuni vəsatət və etirazlara baxmayaraq, hakim Eldar İsmayılovun sədrliyi ilə heyyət, məhkəmə istintaqına başlamaq haqda qərar qəbul etməklə, Azərbaycan Respublikası CM-in müvafiq qayda və maddələri pozulmuşdur.


Müdafiə Komitəsi məhkəmə prosesinin qanuni və ədalətli aparılmayacağına, qərəzli və sifarişli qərarlarının qəbul ediləcəyi ehtimalının yüksək olduğunu nəzərə alaraq, sizlərə müraciət edir:


İttiham tərəfi obyektiv sübut və dəlillər olmadan ittihamın əsas istiqamət və detallarını açıqlamadan təqsirləndirilən şəxslər və onların vəkillərini müdafiəni hansı istiqamətdə və necə təşkil edəcəyinə imkan vermir. Digər tərəfdən həbs olunanlara, əvəllər elan olunmamış yeni qondarma ittiham - yəhudilərə qarşı silahlı hücuma hazırlıq - ittihamı irəli sürülür ki, bu da Azərbaycanda milli-dini zəmində süni qarşıdurma yaratmaq, Azərbaycanın bütün dünyada həqiqi tolerant ölkə imicinə güclü zərbədir.


AİP sədri Mövsüm Səmədov və digər ittiham olunanlar siyasi və vicdan azadlığı məhbuslarıdır. Ölkə və dünya ictimaətinə məlumdur ki, AİP sədri, partiya funksianerləri Azərbaycanın tanınmış din alimlərinin və ruhanilərinin həbsinə səbəb məhz M.Səmədovun AİP-in 02.01.2011 Baş Məclisinin toplantısında hicaba qarşı olan təxribat və qadağalara, insan azdlığı və hüquqlarının pozulmasına ölkədə baş alıb gedən korrupsiya və rüşvətxorluğa, yalançı islamofobyaya görə hakimiyyəti tənqid etməsi olmuşdur. Bu kimi tənqidi çıxışlar Azərbaycan Konstitusiyası ilə bütün vətandaşlara verilmiş qanuni bir hüquqdur. Dünyanın demokratik ölkələrində qəbul edilmiş, ümumdünya insaq haqqı və hüququ kimi tanınan hər bir vətəndaşın öz fikir və əqidəsini sərbəst ifadə etmək azadlığı mövcuddur.


Müdafiə Komitəsi Azərbaycan xalqına, ictimai siyasi təşkilatlara, hüquq müdafiə təşkilatlarına, KİV nümayəndələrinə Azərbaycanda akkreditə olunmuş xarici dövlət səfirliklərinə, beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edərək, xahiş edir ki, AİP sədri M.Səmədov partiya funksionerləri, din alimləri və ruhanilərə qarşı aparılan qərəzli məhkəmə prosesinin qarşısının alınması, prosesin qanun və ədaələt çərçivəsində aparılmasına, demokratık dəyərlərə hörmət olunmasına, prosesin audio-video işıqlandırılmasına fəal yardım gostərsinlər.


Müdafiə Komitəsi inanır ki, birgə səylər sayəsində həqiqət üzə çıxacaq və əsl günahkarlar layiqli cəzalarına çatacaqlar.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub

 
user comment