Azəri
Friday 19th of April 2024
0
نفر 0

QAN TÖKMƏYİN NƏTİCƏSİ VƏ QİSAS CƏZASININ ZƏRURİLİYİ

QAN TÖKMƏYİN NƏTİCƏSİ VƏ QİSAS CƏZASININ ZƏRURİLİYİ

Həzrət buyurur:

وَلاَ عُذْرَ لَكَ عِنْدَ اللهِ وَلاَ عِنْدِي فِي قَتْلِ الْعَمدِ، لاَِنَّ فِيهِ قَوَدَ الْبَدَنِ، وَإِنِ ابْتُلِيتَ بِخَطَإ وَأَفْرَطَ عَلَيْكَ سَوْطُكَ أَوْ سَيْفُكَ أَوْ يَدُكَ بِعُقُوبَة، فَإِنَّ فِي الْوَكْزَةِ فَمَا فَوْقَهَا مَقْتَلَةً، فَلاَ تَطْمَحَنَّ بِكَ نَخْوَةُ سُلْطَانِكَ عَنْ أَنْ تُؤَدِّيَ إِلَى أَوْلِيَاءِ الْمَقْتُول حَقَّهُمْ

“Bilərəkdən qətlə görə Allah dərgahında və mənim yanımda üzr və bəhanə yoxdur. Çünki onun cəzası qətldir. Amma xətaya yol versən, qamçın, qılıncın və ya əlin istəmədən işgəncə verməkdə həddi aşsa, bu halda qürur sənə qalib gəlməsin, qətlə yetənin qan bahasını onun vərəsəsinə ödəməkdən boyun qaçırma.”

Həzrət mövlanın bu bəyanından iki nöqtə aydınlaşır:

1.Həzrət Əlinin (ə) nəzərincə haqsız tökülən qanın ən böyük əsəri dövlətin süquta uğramasıdır. Zalım Pəhləvi rejiminin tarixi uyğun baxışın ən üstün dəlillərindəndir. Müsəlman ümmət şahid oldu ki, çirkin Pəhləvi xanədanı nahaq qanlar hesabına tarixin zibilqabısına necə atıldı. Bu rejimdən çirkin addan başqa bir şey qalmadı.

2.İnsanların dinc yanaşı yaşayışı qisas hökmünün icrası sayəsində gerçəkləşir.

Bu səbəbdən həzrət Əli (ə) Malikə xatırladır ki, bilərəkdən qətlə görə qisas alınacaq və bu işdə (hətta Malik üçün) heç bir güzəşt yoxdur. Bilməyərəkdən baş vermiş qətllərdə də müqəssir diyə (qan bahası) ödəyib qətlə yetirilənin sahibindən razılıq almağa vəzifəlidir.

XÜDPƏSƏNDLİYİN (ÖZÜNÜ BƏYƏNMƏNİN) ƏLACI

Mə’sumlar və hakimlərlə əlaqədə ictimai əhəmiyyət kəs edən mühüm əxlaqi məsələlərdən biri xüdpəsəndlik, xüdbinlik, mənəm-mənəmlikdir.

Təkəbbürün ən tə’sirli əlacı odur ki, insan Allahla rabitəsini möhkəmləndirsin, Allah qarşısında heç nə olduğunu anlasın, hər an möhtac olduğu halda özünü çəkməyin axmaqlıq olduğunu dərk etsin. Məgər Allah buyurmayıbmı ki, kibr və böyüklük mənə məxsus libasdır?![1] Təkəbbürlü insan özünü Allaha oxşatmırmı? Məgər bu iş məxfi şirk deyilmi?

Bəli, məhz bu nöqtələr həzrət Əlini (ə) vadar edir ki, Maliki təkəbbürün acı nəticəsi ilə qorxutsun. Həzrət buyurur:

وَإِيَّاكَ وَالاِْعْجَابَ بِنَفْسِكَ، وَالثِّقَةَ بِمَا يُعْجِبُكَ مِنْهَا، وَحُبَّ الاِْطْرَاءِ، فَإِنَّ ذلِكَ مِنْ أَوْثَقِ فُرَصِ الشَّيْطَانِ فِي نَفْسِهِ، لِـيَمْحَقَ مَا يَكُونُ مِنْ إِحْسَانِ الْـمُحْسِنِينَ.

وَإِيَّاكَ وَالْمَنَّ عَلَى رَعِيَّتِكَ بِإِحْسَانِكَ، أَوِ التَّزَيُّدَ فِيَما كَانَ مِنْ فِعْلِكَ، أَوْ أَنْ تَعِدَهُمْ فَتُتْبِعَ مَوْعِدَكَ بِخُلْفِكَ، فَإِنَّ الْمَنَّ يُبْطِلُ الاِْحْسَانَ، وَالتَّزَيُّدَ يَذْهَبُ بِنُورِ الْحَقِّ، وَالخُلْفَ يُوجِبُ الْمَقْتَ عِنْدَاللهِ وَالنَّاسِ، قَالَ اللهُ سبحانه: (كَبُرَ مَقْتاً عِنْدَ اللهِ أَنْ تَقُولُوا مَا لاَ تَفْعَلُونَ

“Xüdpəsəndlikdən, xoşun gələn bir şeyə arxayınlıqdan, xalqın sitayiş və tə’rifindən həzər qıl. Çünki bu hallarda şeytan fürsət tapır, xeyir əməl sahiblərinin işini məhv edir.

Məbada, rəiyyətə etdiyin ehsana görə onlara minnət qoyasan. Onlar üçün gördüyün işi həddindən artıq üzə vurub böyük göstərəsən. Məbada, rəiyyətə verdiyin və’di pozasan. Çünki minnət ehsanı puça çıxarır, qiymətdən salır. Həddindən artıq önə çəkmək həqiqət nurunu aradan götürür. Və’dəxilaflıq Allahın və xalqın qəzəbini artırır. Allah-taala buyurur: “Siz söz verib əməl etməyəndə çox qəzəblənirəm.”

Hazırkı cümlələrdə həzrət Əli (ə) təkəbbürün çirkinliyini bəyan etdikdən sonra diqqəti üç mühüm nöqtəyə yönəldir:

1. Hakimin xalqa minnət qoymağa haqqı yoxdur.

İslam tə’limlərində minnət qoymaq prinsipcə məhkum edilmişdir. İstər insanın insana minnət qoyması, istər dövlətin xalqa minnət qoyması! Əvvəla, infaq və sədəqə yoxsulları sıxıntılı vəziyyətdən çıxarmaq üçündür. Əgər infaq və bəxşişə görə minnət qoyularsa, nəinki əsas məqsəd ödənməz, əksinə möhtacların ruhuna daha ağır zərbə vurular. İkincisi, dövlətin gördüyü işlər onun vəzifəsidir. Vəzifənin icrasına görə minnət qoyulmamalıdır. Üçüncüsü, infaq və bəxşişin ilahi rəngi olmalıdır. Minnət işin ilahi olmadığını göstərir. Dördüncüsü, Allah-taala bir bu qədər ne’mət əta etdiyi halda insanlara minnət qoymur. Ehsan edən şəxs minnət qoyarsa, demək, verdiyi şeyi özününkü sayır. Hansı ki, bütün varlıq aləminin həqiqi sahibi Allahdır.

2. İslam hakiminin və’dəxilaflığının nəticəsi

İslamda və’dəxilaflıq dinsizlik, imansızlıq hökmündədir. Əksinə, əhdə vəfa iman nişanəsi, İslam hökmlərinə bağlılıq göstəricisidir. Əgər hakim xalqa verdiyi və’di pozursa, həm Allahın qəzəbinə gəlir, həm də onun və’dəxilaflığı dövlətə zərbə vurur. Yaxşı olar ki, məs’ullar əmin olduqda və’d versinlər və boş və’dlərdən çəkinsinlər.

3. Şişirtmə (mübaliğə) İslam hakiminə layiq sifət deyil.

Həqiqət və həqiqətdən qaynaqlanan hər şey xüsusi bir nuraniyyət kəsb edir. Məsələn, yalan danışan insan daxilən əzab çəkir, qəlbində bir qaranlıq duyur. Hansı ki, doğruçu insan nuraniyyətdən bəhrələnir. Demək, həqiqəti danışmaq nifrət oyatmır, əksinə, nuraniyyət müşahidə edən insanlar daha da cəzb olunur. Görülmüş işləri şişirdərək xalqa təqdim etmək İslam dövlətinə layiq deyil. Çünki xalq həqiqəti görür, mübaliğəni hiss edir. Belə vəziyyətdə məs’ullar xain, İslam əsaslarına e’tiqadsız qəbul olunur.

VƏZİYYƏTİ DÜZGÜN DƏYƏRLƏNDİRMƏK MÜVƏFFƏQİYYƏTLİ QƏRAR RƏMZİDİR.

Məs’ulların qələbə rəmzi onların qərarlarında xülasələşir. Yerində çıxarılmış qərar müvəffəqiyyətə, yersiz qərar uğursuzluğa aparır.

Bu hesabla məs’ul şəxs əvvəla konkret məqsəd izləməlidir. İkincisi, münasib şərait yarandıqda qərara lazımınca əməl olunmalıdır. Əlbəttə, layiqli qərar lazımınca yerinə yetirildikdə müvəffəqiyyət əldə edilir.

 

 

 

 

 

 

 

AXİRƏT FİKRİ AZĞIN NƏFS İSTƏKLƏRİNİN QARŞISINI ALIR.

Bilirik ki, axirət dünyası dünya təlaşlarının nəticəyə çatdığı, xislət və rəftarların üzə çıxdığı dünyadır.

Əgər hakimiyyət kürsüsündə oturmuş hakim (hər bir insan) bilsə ki, nəfs istəklərinin sövq etdiyi istənilən bir büdrəmə onu süquta uğradacaq, axirətdə əzab-əziyyətlə nəticələnəcək, öz nəfsini cilovlamağa çalışar, Qur’an və İslam yolundan çıxmaz. Həzrət buyurur:

و إيَّاكَ وَالْعَجَلَةَ بِالاُْمُورِ قَبْلَ أَوَانِهَا، أَوِ التَّسَاقُطَ فِيهَا عِنْدَ إِمْكَانِهَا، أَوِ الَّلجَاجَةَ فِيهَا إِذا تَنَكَّرَتْ، أَوِ الْوَهْنَ عَنْهَا إذَا اسْتَوْضَحَتْ، فَضَعْ كُلَّ أَمْر مَوْضِعَهُ، وَأَوْقِعْ كُلَّ عَمَل مَوْقِعَهُ وَإيَّاكَ وَالاْسْتِئْثَارَ بِمَا النَّاسُ فِيهِ أُسْوَةٌ، وَالتَّغَابِيَ عَمَّا تُعْنَى بِهِ مِمَّا قَدْ وَضَحَ لِلْعُيُونِ، فَإِنَّهُ مَأْخُوذٌ مِنْكَ لِغَيْرِكَ، وَعَمَّا قَلَيل تَنْكَشِفُ عَنْكَ أَغْطِيَةُ الاُْمُورِ، وَيُنْتَصَفُ مِنْكَ لِلْمَظْلُومِ،

امْلِكْ حَمِيَّةَ أَنْفِكَ، وَسَوْرَةَ حَدِّكَ، وَسَطْوَةَ يَدِكَ، وَغَرْبَ لِسَانِكَ، وَاحْتَرِسْ مِنْ كُلِّ ذلِكَ بِكَفِّ الْبَادِرَةِ، وَتَأْخِيرِ السَّطْوَةِ، حَتَّى يَسْكُنَ غَضَبُكَ فَتَمْلِكَ الاْخْتِيَارَ، وَلَنْ تَحْكُمْ ذلِكَ مِنْ نَفْسِكَ حَتَّى تُكْثِرَ هُمُومَكَ بِذِكْرِ الْمَعَادِ إِلَى رَبِّكَ

“Məbada, hamıya bərabər pay düşəsi bir şeydən özün üçün çox götürəsən. Xalqa mə’lum olan işdə özünü nadanlığa vurma. O şey səndən alınıb başqasına verilər, tezliklə pərdə qalxar və sən məzlumların xeyirinə məhkum olunarsan.

Qəzəb və sərtliyinin, əliuzunluq və diliuzunluğunun qarşısını al. Pis söz və hədyandan çəkinin, qəzəbin soyuyanadək, özünü ələ alanadək, gözün haqqı görənədək sakit dayan. Özünə gəldikdə Rəbbinə doğru qayıdacağını yada sal, nigarançılığın artsın.”

Yuxarıdakı cümlələri qruplaşdırdıqda bə’zi məsələlər diqqəti cəlb edir:

1. Eyş-işrət
Eyş-işrət təhlükəsi adi insanlardan daha çox hakimləri hədələyir. Böyük imkanlara malik hakimi təqvadan başqa heç bir qüvvə eyş-işrətdən çəkindirə bilməz. Demək, hakim təqvaya başqalarından daha çox ehtiyaclıdır.

2. Ümumi büdcənin düzgün bölüşdürülməsi zərurəti
Bütün xalqa məxsus olan əmlak onlar arasında bərabər bölünməlidir. Hakim ümumi əmlakı özünə və ya xüsusi bir qrupa aid edə bilməz. Hakim bu işdə ayrıseçkiliyə yol versə, zülmə uğramışdır və bir gün məzlumların hökm verəcəyi mühakimədə zülmdə ittiham olunacaq, zülmünün cəzasına çatacaq.

 

 

 

 

 

3. İctimai rə’yə ehtiram zərurəti
İctimai fikirə hörmət hakimin xüsusi vəzifələrindəndir. Əgər xalqı narahat edən xilaf işlər, əyintilər, əxlaqi və idari fəsadlar e’tinasızlıqla qarşılansa, hakim özünü nadanlığa vursa, onu bəd bir aqibət gözləyir.

4. Qəzəbdən pəhriz və əxlaqi prinsiplərə riayət olunması zərurəti
Xalq hakimə ehtiyac duyub dərdinə çarə gözlədiyindən onun qəzəb və e’tinasızlığına dözə bilmir. Kiçik bir yersiz hərəkət ağrılı dərdlə nəticələnir. Məs’ul şəxslər öz sərt rəftarları ilə xalqı incitməməli, onları özlərindən qaçırmamalıdırlar.

İBRƏT GÖTÜRMƏK, QUR’AN VƏ SÜNNƏ ƏSASINDA HƏRƏKƏT

Qur’an və sünnənin cəmiyyətdə yeri haqqında danışarkən qeyd olundu ki, Qur’an və sünnə bütün ictimai, siyasi, iqtisadi məsələlərin mənbəsi sayılır. Hakim bu iki mənbə əsasında hərəkət etməlidir. Qur’an və sünnənin hökmündən çıxmaq qəbuledilməzdir. Hakimin Qur’an və sünnəyə biganəliyi onun kənarlaşdırılması ilə nəticələnəcək.

Həzrət Əli (ə) Malikə hərəkət me’yarlarını tanıtdırarkən tarixdən ibrət götürməyi hakim üçün zəruri sayır. Həzrət buyurur:

وَالْوَاجِبُ عَلَيْكَ أَنْ تَتَذَكَّرَ مَا مَضَى لِمَنْ تَقَدَّمَكَ: مِنْ حُكُومَة عَادِلَة، أَوْ سُنَّة فَاضِلَة، أَوْ أَثَر عَنْ نَبِيِّنَا(صلى الله عليه وآله) أَوْفَرِيضَة فِي كِتَابِ اللهِ، فَتَقْتَدِيَ بِمَا شَاهَدْتَ مِمَّا عَمِلْنَا بِهِ فِيهَا

“Ədalətli hökumətləri, fəzilətli sünnələri, Qur’ani-məciddəki zərurətləri, kitablarda peyğəmbərdən nəql olunmuş üsulları yadda saxlamalı, bizim əməl etdiklərimizə və şahid olduqlarına tabe olmalısan.”

MƏS’ULLARA İŞ PROQRAMI VERMƏK RƏHBƏRİN VƏZİFƏSİDİR.

Hökumət məs’ulları üçün iş proqramı hazırlamaq, onların vəzifələrini şərh etmək rəhbərin vəzifəsidir. Rəhbər bu vəzifəsinə əməl etməsə, höccət tamamlanmamış, xəbərdarlıqlar başa çatdırılmamış qalır. Bu vəzifəyə əməl etdikdə məs’ullar üçün üzr yeri qalmır. Həzrət buyurur:

وَتَجْتَهِدَ لِنَفْسِكَ فِي اتِّبَاعِ مَا عَهِدْتُ إِلَيْكَ فِي عهْدِي هذَا، وَاسْتَوْثَقْتُ بِهِ مِنَ الْحُجَّةِ لِنَفْسِي عَلَيْكَ، لِكَيْلاَ تَكُونَ لَكَ عِلَّةٌ عِنْدَ تَسَرُّعِ نَفْسِكَ إِلَى هَوَاهَا، فَلَنْ يَعْصِمَ مِنَ السُّوءِ وَلاَ يُوَفِّقَ لِلْخَيْرِ إلاَّ اللهُ تَعَالى

“Çalış, bu fərmanda sənin üçün tənzimlədiklərimə tabe olasan, göstərişlərimə əməl edəsən. (Ey Malik) Mən bu fərman vasitəsi ilə səninlə əhd-peymanımı möhkəmləndirdim, höccəti tamamladım. Belə ki, əgər nəfsin azğınlıq etsə, həvəs ardınca getsən, bəhanən olmayacaq. Əlbəttə ki, yalnız Allah insanı pisliklərdən hifz edir, ona yaxşılıq tövfiqi verir.”

NAMAZ VƏ ZƏKATIN BƏRPASI, XİDMƏTÇİLƏRLƏ YAXŞI RƏFTAR

Həzrət buyurur:

وَقَدْ كَانَ فِيَما عَهدَ إليَّ رَسُولُهُ(عليه السلام) فِي وَصَايَاهُ: "تَحضيضاً عَلَى الصَّلاةِ وَالزَّكَاةِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ"، فَبِذَلِكَ أَخْتِمُ لَكَ مَا عَهِدَ، وَلاَ قُوَّةَ إلاَّ بِاللهِ العَظِيمِ

“Həzrət Peyğəmbər (s) daim mənə buyurardı ki, namaz və zəkatınıza, qulamlarınızla yaxşı rəftara çox diqqətli olun.”

ŞƏHADƏT, YOLUN SONU

Mö’min insan üçün xüsusi ilahi ne’mətlərdən bir Allah yolunda, Allah hökmlərinin bərqərar olması naminə şəhadətdir. Şəhadətə qovuşmaq yolun sonu, insan yüksəlişinin zirvəsi sayılır. Buna görə də həzrət Əli (ə) özü və Malik üçün şəhadət diləyərək öz valisini duanın tə’sirləri ilə tanış edir.

Söhbətimizin sonunda həzrətin duasını birlikdə oxuyaq:

وَأَنَا أَسْأَلُ اللهَ بِسَعَةِ رَحْمَتِهِ، وَعَظِيمِ قُدْرَتِهِ عَلَى إِعْطَاءِ كُلِّ رَغْبَة، أَنْ يُوَفِّقَنِي وَإِيَّاكَ لِمَا فيهِ رِضَاهُ مِنَ الاِْقَامَةِ عَلَى الْعُذْرِ الْوَاضِحِ إِلَيْهِ وَإِلَى خَلْقِهِ، مَعَ حُسْنِ الثَّنَاءِ فِي الْعِبَادِ، وَجَمِيلِ الاَْثَرِ فِي الْبَلاَدِ، وَتَمَامِ النِّعْمَةِ، وَتَضْعِيفِ الْكَرَامَةِ، وَأَنْ يَخْتِمَ لِي وَلَكَ بالسَّعَادَةِ وَالشَّهَادَةِ، إِنَّا إِلَيْهِ رَاغِبُونَ، وَالسَّلاَمُ عَلَى رَسُولِ اللهِ كثيراً

“Mən böyük Allahdan diləyirəm ki, sonsuz rəhməti və əzəmətli qüdrəti ilə məni və səni razı olduğuna vadar etsin. Bizim yersiz və aşkar üzrümüzü özü və xalqı qarşısında qəbul etsin. Bəndələr arasında yaxşı adla, şəhərlər və diyarlarda xoş ünvanla, bütün ne’mətlərlə, böyük izzətlə, səadət və şəhadət sorağıyla ömrümüzü başa çatdırsın. Biz Ondanıq və Ona doğru qayıdacağıq.

Salam olsun Allahın rəsuluna və onun pak-pakizə ailəsinə. Amin ya Rəbbəl-aləmin.”

 

--------------------------------------------------------------------------------

[1] “Mustədrəkul-vəsail”, 12-ci cild, səh.31.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Sələfi terrorçuları təslim olmaq istəyən 19 ünsürünü edam etdi
Ərdoğanın yürütdüyü siyasətlərin nəticəsi, İstanbulda terror, 11 nəfər ölü
Yəhud kökənli ali Səud qüvvələri Ramazan ayında da Yəmənliləri qətlə yetirir
Nyu-Yorkda Tramp əleyhinə aksiya keçirilir
Bəhreyn Kəramət İnqilabının ildönümü günü ilə əlaqədar inqilaçılarla ...
İsfəhan şəhərinin xalq incəsənətkarları Qədir Xum Hadisəsini səhnələşdirib
ÖMƏRIN RƏVAYƏTI
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Ərbəin üzrə İdarəsi “1439-cu ilin ...
Nigeriya Ordusu '' Ərbəin yürüşünə '' qoşulan şiələrə hücum etdi: 10 Şəhid
İstanbulun Yeniqapı meydanında 'Böyük Qüds Mitinqi' təşkil edildi

 
user comment