Azəri
Saturday 27th of April 2024
0
نفر 0

«Əllinci Görüş»

Bu əhvalatıMəfatihul-cinankitabından nəql edirik. Hacı Nuri deyir ki, bu əhvalatı mənə Rəşt sakini olan təqvalı, xeyirxah əməlisaleh tacir seyyid Əhməd ibn seyyid Haşim ibn seyyid Həsən Musəvi Rəşti mənə nəql etmişdir. O, deyir:

1280-ci hicri şəmsi ilində həcc ziyarəti məqsədilə Rəştdən Təbrizə gedib, məşhur Təbriz taciri Hacı Səfər Əlinin evində qonaq oldum. Orada `lum oldu ki, hələ ziyarət karvanı hazır deyil. Mən bundan çox narahat oldum edəcəyimi fikirləşirdim. Bir eşitdim ki, hacı Cabbar Cəludar Sədəhi İsfahani Trabzona getməyə hazırlaşır. Mən ondan bir az mal kirayə edib onunla birlikdə yola düşdüm. Yolda axşamladığımız birinci gecədə hacı Molla Məhəmməd Baqir Təbrizi, (Təbrizli tacir) seyyid Hüseyn Təbrizi hacı Əli adlı başqa üç nəfər şəxs mənə qoşuldu. Səhər açıldıqda hamılıqla yola düşdük nəhayət, Rum ərazilərinə gəlib çatdıq. Sonra oradan da Trabzona yola düşdük.

Yolda istirahət etdiyimiz yerlərdən birində hacı Cabbar Cəludar bizə dedi: Qarşıda gecələməli olacağımız yer çox qorxuludur, xahiş edirəm ləngiməyin, tez hərəkət edib dəstəyə qoşulun (bundan əvvəlki yerlərdə `zən biz dəstədən aralı düşürdük). Səhərə iki saat yarım ya üç saat qalmış olardı. Biz tez hərəkət edib dəstəyə qoşulduq. Təxminən, üç kilometr getmişdik ki, yolda güclü qar yağmağa başladı hava qaraldı. Yoldaşlarım başlarını örtüb sür`ətlə hərəkət etməyə başladılar. Özümü onlara çatdırmağa çalışsam da bu mümkün olmadı. Beləliklə, onlar yollarına davam edib getdilər, mən isə tək qaldım. Son dərəcə narahat iztirab içində yolun kənarında atdan düşüb yerə əyləşdim. Özümlə cəmi altı yüz tümən xərclik pulum var idi. Fikirləşib belə qərara gəldim ki, səhərə qədər elə burada qalaram. Çünki, qaldığım yerə yaxın idim, ən pis halda geri qayıdıb özüm ilə bir neçə bələdçi cangüdən götürüb onların köməyi ilə dəstəyə çata bilərdim. Bu fikirdə idim ki, bir gördüm yolun kənarındakı bağda bağbana oxşar bir şəxs əlindəki bel ilə ağaclara vurub onların qarını tökür. Məni görcək, yaxınlaşıb fars dilində dedi: Kimsən? Dedim: Yoldaşlarım gedib, mən isə burada tək qalmışam üstəlik yolu da itirmişəm. Dedi: Yolu tapmaq istəyirsənsə, nafilə namazlarını qıl.

Mən şam namazının nafiləsini qılmağa başladım. Namazları qılıb dua etdikdən sonra yenə yanıma gəlib dedi: Hələ getməmisən? Dedim: And olsun Allaha ki, yolu tanımıram. Dedi: “Camiəziyarətnaməsini oxu! Mən əslaCamiəziyarətnaməsini əzbər bilmədiyim halda, birdən, onu səhvsiz əzbər oxumağa başladım. O, yenə yanıma gəlib dedi: Sən hələ getməmisən? Qeyri-ixtiyari olaraq məni ağlamaq tutdu, bir təhər özümü saxlayıb dedim: Bəli burdayam, axı yolu tanımıram, necə gedim. Dedi: OndaAşuraziyarətnaməsini oxu. “Aşuraziyarətnaməsini əzbər bilmədiyim halda yenə onu da əvvəldən axıra qədər həzin səslə əzbərdən oxumağa başladım. Ziyarətnaməni oxuyub qurtardıqdan sonra Peyğəmbər Əhli-beytinə zülm edənlərə yüz dəfə `nət, onların özlərinə isə yüz dəfə salam dedim. Bundan sonraƏlqəməziyarətnaməsini oxudum. Mən duanı qurtarmışdım ki, yenə o gəlib dedi: Hələ getməmisən?! Darıxma, mən indi səni dəstəyə çatdıraram. O, uzunqulağına oturdu belini çiyininə qoyub dedi: Sən mənim tərkimə əyləş. Mən onun arxasında əyləşib atın yüyənini çəkməyə başladım. Amma qədər çəkdimsə, at yerindən tərpənmədi. Buyurdu: Atının yüyənini mənə ver! Mən atın yüyənini ona verdim. O, beli sol çiyininə qoyub sağ əli ilə atımın yüyənindən yapışdı. Bundan sonra at dərhal yoluna davam etdi. Yolda əlini dizimin üstünə qoyub buyurdu: Siz üçün gecə nafilələrini qılmırsınız? Nafilə, nafilə, nafilə... (`kid üçün onu neçə dəfə təkrar etdi) Sonra buyurdu. Siz üçün Aşura ziyarətnaməsini oxumursunuz? Aşura, Aşura, Aşura... Sonra buyurdu: Bəs üçün Camiə ziyarətnaməsini oxumursunuz? Camiə, Camiə, Camiə... Bununla da hər üçünün son dərəcə əhəmiyyətli olduğuna `kid etdi. O, yolu dairəvi gedirdi birdən mənə buyurdu: Onlar sənin yoldaşlarındır. Baxıb gördüm ki, onlar doğrudan da mənim yoldaşlarım idi. Dəstəmaz almaq üçün yolun kənarındakı çaya tərəf enmişdilər. Onların yanına getmək üçün tez uzunqulaqdan düşüb ata minmək istəsəm , ata minə bilmədim. O, uzunqulaqdan düşüb mənə ata minməyə kömək etdi. Atımın başını yoldaşlarıma tərəf yönəltmək istəyərkən, birdən öz-özümə dedim: Bu qədər yolu gəlib mənə kömək edən bu şəxs, görəsən, kim idi? Onun mənimlə fars dilində danışmağı məndə başqa bir sual da yaratdı. Çünki həmin məntəqədə yalnız türklər yaşayır yolüstü hərdən məsihilərlə rastlaşmışdıq. Onun mənə nafilə namazlarını qılmağı, “AşuraCamiəziyarətnamələrini oxumağı tapşırması o qədər ləngidikdən sonra çox qısa müddətdə məni yoldaşlarıma çatdırması bir az da məni həyəcanlandırdı. Bunları götür-qoy edib başa düşdüm ki, o şəxs İmam Zaman (ə) olmuşdur. Dönüb arxaya baxdıqda, artıq bir kimsədən əsər-əlamət yox idi.

«Əlli Birinci Görüş»

Hacı Nuri (Allah ona rəhmət etsin) deyir: Son dərəcə əməli saleh təqva sahibi olan Şeyx Məhəmməd Tahir Nəcəfi Kufə məscidinin xidmətçisi olmuş uzun müddət ailəsi ilə birlikdə orada yaşamışdır. Mən özüm onu uzun illər idi ki, təqvalı dindar bir şəxs kimi tanıyırdım. Uzun müddət zöhd Kufə məscidində ibadətlə məşğul olan təqvalı bir alim mənə şeyx Məhəmməd Tahirin təqva dindarlığını `rifləyərək ondan belə bir əhvalat nəql etdi:

Keçən il Kufə məscidinə getmişdim. Onunla görüşüb hal-əhval tutdum. Mənə belə bir əhvalat danışdı: Neçə il əvvəl Nəcəf-Əşrəfin iki qəbiləsi arasında qarşıdurma yarandığından ziyarətçilər elm adamlarının Kufə məscidinə gəlişi azaldı. Mənin evimin ehtiyacları da yalnız bu yolla `min olunduğu üçün maddi vəziyyətim həddindən artıq çətinləşdi. Neçə yetim uşağa da himayədarlıq etdiyimdən yaranmış şərait məni lap ağır vəziyyətə saldı.

Bir cümə axşamı idi. Mənim pulum qalmışdı, ki, pul qazanmağa taqətim. Yetimlər acından nalə edir, mən isə dərd çəkirdim. Təndir adı ilə tanınansəfinəməhəlli ilədəkkətül-qəzaarasında üzü qibləyə oturub düşdüyüm vəziyyətdən Allah-təalaya gileyləndim. Axırda dedim: İlahi! olar, mən bu vəziyyətimə razıyam, amma heç ağam İmam Zaman (ə)-ın mübarək camalını da görmək mənə nəsib olmur. Əgər bunu mənə nəsib etsən, Səndən bundan artıq bir şey istəməyəcəyəm ömrümün sonunadək yoxsulluğuma səbir edəcəyəm. Birdən, qeyri-ixtiyari olaraq ayağa qalxdım özümə gələndə gördüm ki, bir əlimdə səccadə var, o biri əlimdən isə üzündən nur yağan alicənab, vüqarlı bir cavan tutmuşdur. Onun əynində qaraya çalan nəfis paltar var idi. Bunun üçün mən onu şahzadələrə oxşatdım. Lakin, gördüm ki, başında yaşıl əmmamə, yanında isə paltarlı başqa bir şəxs vardır.

Nəhayət, biz üç nəfərdəkkətül-qəzaya tərəf gedib mehraba yaxınlaşdıq. Ora çatdıqda, mənə dedi: Ey Tahir, səccadəni sər! Mən səccadəni sərdim. O, olduqca parlaq idi, amma onun nədən hazırlandığını bilmədim. Mən səccadəni qibləyə tərəf açdım o şəxs onun üstündə dayandı təkbir (Allahu Əkbər) deyib namaz qılmağa başladı. Ondan ətrafa nur yayılırdı. Mən onda əzəmət nurun hər an artdığını hiss edirdim. Tədricən, onun nuru o qədər çoxaldı ki, artıq üzünü görə bilmədim. Onunla gələn şəxs dörd qarış fasilə ilə arxada dayanıb namaza başladı.

Mən onlarla üzbəüz dayanıb fikirləşirdim ki, görəsən onlar kimdirlər? Namazı qılıb qurtardıqdan sonra birinci şəxsin arxasında namaz qılan şəxsi artıq görmədim. Amma birdən arxada namaz qılan şəxs görünməz oldu gördüm ki, qarşıda namaz qılan şəxs isə hündürlüyü iki metir yuxurısı taclı parlaq bir taxtın üzərində əyləşmiş müqəddəs vücudu hər tərəfə işıq saçır. Vücudu o qədər parlaq idi ki, gözləri qamaşdırır onu görmək olmurdu. Sonra üzünü mənə tutub dedi: Ey Tahir! Məni hansı hökmdara bənzətmişdin?! Dedim: Ey ağam! Siz hökmdarlar hökmdarı, bütün dünyanın ağasısınız. Siz onlardan deyilsiniz. Buyurdu: Ey Tahir! Öz arzuna çatdın. İndi de görüm, istəyirsən? Məgər biz hər gün sizin fikrinizdə deyilikmi? Bil ki, sizin gördüyünüz işlər mövcud vəziyyətiniz barədə ardıcıl bizə xəbər verilir.

Bundan sonra mənə dedi ki, maddi vəziyyətim yaxşılaşaraq yoxsulluqdan yaxa qurtaracağam. Elə bu vaxt tanıdığım adını bildiyim günahkar bir nəfər həzrət Müslim (ə)-ın ziyarətgahının həyətindən çıxıb Kufə məscidinə daxil oldu. Bu an həzrətin mübarək simasında qəzəb nişanələri gördüm. O, üzünü həmin günahkar şəxsə tərəf tutub dedi: Ey! Hara qaça bilərsən? Məgər yer üzü bizə məxsus deyilmi? Məgər göylər bizə məxsus deyilmi? Bil ki, göydə yer üzündə bizim hökmlərimiz icra olunmalıdır sənin onlara tabe olmaqdan başqa çarən yoxdur.

Sonra üzünü mənə tutub gülümsəyərək dedi: Ey Tahir! İstəyinə nail oldun. Bundan başqa istəyirsən? Onun heybəti məni o qədər tutmuşdu ki, hətta danışa belə bilmirdim. O, bir daha dediklərini təkrar etdi. Mən yenə ağzımı açıb bir kəlmə deyə bildim, ondan bir şey soruşa bildim. Mən o qədər sevinc hissi keçirirdim ki, bunu dillə demək olmur. Elə bu vaxt bir anda özümü məsciddə gördüm. Ətrafımda bir kimsə var idi, ondan bir əsər-əlamət qalmamışdı. Bu vaxt gördüm ki, artıq gün yavaş-yavaş üfüqdən baş qaldırır.

Şükür olsun Allaha, o vaxtdan bu günədək ruzim boldur heç vaxt maddi çətinlik çəkmirəm.

«Əlli İkinci Görüş»

Vəsailüş-şiə"nin müəllifi böyük alim Şeyx Hürr Amuliİsbatül-hüdakitabında yazır:

On yaşım olardı. Çox ağır xəstəliyə düçar olmuşdum. Belə ki, həkimlər məni müalicə edə bilmədilər. Qohum-əqrabam öləcəyimi zənn edib başımın üstə dayanıb ağlayırdılar. Həmin gecə yuxuda gördüm ki, Peyğəmbər (s) `sum imamlar ətrafıma toplaşıblar. Onlara salam verib hər biri ilə ayrı-ayrılıqda söhbət etdim. İmam Sadiq (ə)-la mənim aramda müzakirə oldu, amma nəyi müzakirə etdiyimiz dəqiq yadımda deyil. Yadımda qalan budur ki, o həzrət mənim üçün dua etdi. Fədası olduğumuz İmam Zamanla (ə) söhbət etdiyim zaman ağlayıb dedim: Ey mənim ağam! Ey mənim sərvərim! Qorxuram bu xəstəlik ömrümə son qoya mən təhsil alıb xeyirxah işlər görə bilməyəm. Buyurdu: Qorxma, sən bu xəstəliklə ölməyəcək Allahın yaxşı bir bəndəsinin vasitəsilə şəfa tapıb, uzun müddət yaşayacaqsan. Sonra mənə bir qab dolu su verdi mən həmin sudan içən kimi sağaldım.

Xəstəliyim birdəfəlik məndən dəf oldu. Qohum-əqrabam bizi tanıyanların hamısı heyrətə gəlmişdilər. Bir neçə gündən sonra onlar da baş verdiyindən agah oldular.

«Əlli Üçüncü Görüş»

Mərhum hacı NuriNəcmus-saqibkitabında yazır: Bir çox elmlərə yiyələnən zahid təqvalı alim, iti qələm sahibi Şeyx Əli Rəşti, böyük ustad Şeyx Mürtəza Ənsarinin (Allah onun məqamını uca etsin) fəal şagirdlərindən biri olmuşdur. Ümumiyyətlə, çox vaxt bir yerdə olardıq. Mən onun kimi gözəl əxlaqa üstün xüsusiyyətlərə malik çox az adam görmüşəm. O, mənə belə bir əhvalat danışdı:

Neçə il əvvəl İmam Hüseyn (ə)-ın ziyarətindən su yolu ilə Nəcəfə qayıdırdım. Fəratın Kərbəla ilə Tuveyric arasında işləyən gəmilərindən birinə əyləşdim. Hillədən olan müsafirlər yol boyu bir-birləri ilə boş-boş zarafatlaşır, elə hey gülüb əylənirdilər. Onlardan yalnız biri vüqarlı olduqca özünü ağır aprırdı. `zən məzhəbinə görə ona yersiz `nələr vurur masqara edirdilər. O, öz yerliləri ilə deyib-gülür, onların bihudə zarafatlarına qoşulurdu. Amma buna baxmayaraq, yemək-içmək xərclərində onlarla şərik idi. Mən bundan çox təəccüblənsəm , gəmidə ondan bir şey soruşa bilmədim. Bir qədər getdikdən sonra çayın dayaz yerinə gəlib çatdıq. Gəmi ağır olduğundan hər an gilə otura bilərdi. Gəmiçi bizi sahildə düşürdü biz bu bir qədər yolu sahil boyu getməli olduq. Fürsətdən istifadə edib mən həmin şəxsdən soruşdum: üçün siz onlarla belə rəftar edirsiniz, halbuki onlar sizə yaman əziyyət edirlər? Dedi: Onlar mənim həmyerlilərimdir hamısı sünni məzhəbdirlər. Mənim atam sünni, anam isə şiə olub. Mən özüm bir vaxtlar sünni məzhəbində idim. Lakin İmam Zaman (ə)-ın bərəkəti ilə şiə məzhəbini qəbul etdim. Dedim: Bəs, siz necə şiə oldunuz? Dedi: Mənim adım Yaqutdur. Hillə körpüsünün yanında yağ satardım. Bir neçə il bundan əvvəl yağ almaq üçün Hillə ətrafında olan kəndlərə getmişdim. Oradan istədiyim qədər yağ alıb Hillə əhalisindən olan neçə nəfərlə birgə geri qayıtmalı olduq. Yolda bir mənzil başında istirahət üçün oturaq saldıq mən yuxuya qalıb onlardan ayrı düşdüm. Oyandıqda, gördüm ki, artıq yoldaşlarımın hamısı getmiş mən isə tək-tənha səhranın ortasında qalmışam. Oradan Hilləyə qədər isə quraqlıq ot-ələfsiz bir sahə idi. Yaxınlıqda bir abadlıq, ki, yaşayış yeri gözə dəyirdi. edəcəyimi bilmirdim. Naçar, yükümü atıma yükləyib onların ardınca hərəkət başladım. Doğrusu, yolu itirmişdim. Həm susuzluq, həm ətrafda hər an yırtıcı heyvanların peyda olma ehtimalı məni dəhşətə gətirirdi. O vaxtlar `təqid olduğum Əbu Bəkr, Ömər, Osman Müaviyə kimi övliyalara təvəssül edib onlardan kömək istədim. Amma bir xəbər olmadı.

Birdən, anamınBizim İmam Zamanımız var diridir. vaxt işimiz çətinə düşsə ya yolu itirsək, o bizim dadımıza çatır. Künyəsi isəƏbu Salehdir!” – dediyi sözləri yadıma düşdü. Elə həmin an Allah-təala ilə əhd-peyman bağladım ki, əgər o mənə bu çətinlikdən nicat versə, anamın məzhəbini qəbul edəcəyəm. Nəhayət, İmam Zaman (ə)-dan kömək diləyib dadıma çatmasını istədim. Uca səslə fəryad etdim: «Ya əba Salihil-Məhdi, ədrikni (Ey Əbu Saleh Mehdi, dadıma çat!) Bir gördüm, bir şəxs mənimlə birgə yol gedir, başında da yaşıl əmmaməsi var. O, yolu mənə göstərib dedi: Ananın məzhəbini qəbul et! İndi əhalisi şiə olan bir kəndə çatacaqsan. Dedim: Ey ağam! Birgə gəlib məni özünüz ora çatdıra bilərsinizmi? Buyurdu: Yox, çünki dünyanın müxtəlif yerlərində minlərlə insan məni yardıma çağırır. Mən onların dadına çatıb nicat verməliyəm. Bunu deyib dərhal gözlərimdən itdi.

 Bir az getdikdən sonra həmin kəndə çatdım. Qaldığım yerlə həmin kənd arasında xeyli məsafə olmasına baxmayaraq mən ora çox qısa müddətdə, yoldaşlarım isə səhəri gün ora çatdılar. Hilləyə çatdıqda, fəqihlər seyyidi Seyyid Mehdi Qəzvininin yanına getdim başıma gələnləri ona danışıb, elə həmin gün şiəliyi qəbul etdim. Şiə məzhəbinin fiqh əsaslarını da ondan öyrəndim. Bir gün ondan soruşdum: İndi mən edim ki, bir daha fədası olduğum İmam Zamanla (ə) görüşə bilim? Buyurdu: Qırx cümə axşamı Kərbəlaya gedib İmam Hüseyn (ə)- ziyarət et.

Mən hər cümə axşamı Hillədən Kərbəlaya İmam Hüseyn (ə)-ın ziyarətinə getdim. Sonuncu cümə axşamı gördüm ki, `murlar şəhərə girmək üçün icazə vəsiqəsi istəyirlər. Nədənsə, bu dəfə hamını çox ciddi sorğu-suala tuturdular. Mənim isə vəsiqəm var idi, ki, icazə almaq üçün pulum. Şəhərə daxil olmaq üçün böyük izdiham yaranmışdı. qədər çalışdımsa, şəhərə daxil olmaq üçün gizli bir yer tapmadım. Elə bu vaxt uzaqdan İmam Zamanı (ə) başında əmmamə iranlı elm adamlarına məxsus paltarda şəhərin darvazalarından içəridə gördüm. Mən tab gətirə bilməyib ondan kömək dilədim. O, həmin anda yanıma gəlib əlimdən tutaraq məni içəri keçirdi. Doğrusu, kimsə məni görmədi. Şəhərə daxil olduqda, onunla söhbət etmək istədim. Amma o, qeybə çəkilib gözdən itdi.

«Əlli Dördüncü Görüş»

Hacı NuriNəcmus-saqibkitabında Molla Zeynəlabidin Səlmasidən belə bir əhvalat nəql edir:

Bir gün Nəcəf-Əşrəfdə Ayətullah Seyyid Sind böyük alim Bəhrul-Ülumun dərsində iştirak edirdim. Təxminən, yüz nəfər tələbə dərsdə iştirak edirdi. Birdən, “Qəvaninkitabının müəllifi Mirzə Qumi içəri daxil oldu. O, İrandan bura müqəddəs yerləri ziyarət etmək üçün gəlmişdi. Bundan sonra Məkkəyə həcc ziyarətinə getməli idi. Onun Bəhrul-Ülumla görüşünə hörmət əlaməti olaraq tələbələr durub dağılışdılar. Yalnız üç nəfər böyük alim müctəhid birgə qaldı. Mən onların bu görüşündə iştirak etdim.

Söhbət əsnasında Mirzə Qumi seyyid Bəhrul-Üluma dedi: Siz həm cismən, həm ruhən Əhli-beytə mənsub olub yüksək `nəvi məqam sahibisiniz. Uzaq yoldan gəlirəm xahiş edirəm əldə etdiyiniz tükənməz `nəvi ne`mətlərdən bizə bəxş edin, biz faydalanaq. Seyyid Bəhrul-Ülum sözü uzatmadan dedi: Elə dünən, gecə namazının nafiləsini qılmaq üçün Kufə məscidinə getmişdim. Qəti fikrim var idi ki, səhər tezdən qayıdım dərsləri `xirə salmayım. Sübh tezdən məsciddən çıxdıqda, yaman ürəyimdən keçdi ki, Səhlə məscidinə bir baş çəkim. Lakin dərsə gecikməyim deyə fikrimdən daşındım. Amma ora getmək istəyi isə məndə hər an artırdı. Elə bu vaxt tozlu külək qalxıb məni Səhlə məscidinə tərəf istiqamətləndirdi. Çox keçmədən özümü Səhlə məscidinin qarşısında gördüm. Məscidə daxil olduqda, orada fədası olduğumuzdan başqa kimsə yox idi. O, elə münacat edirdi ki, qəlblər lərzəyə gəlir, gözlər isə yaşla dolurdu. Onu bu halda görcək, əl-ayağım tutuldu, dizlərim əsdi. O vaxta qədər elə həzin səs eşitməmiş, dua kitablarında elə duaya rast gəlmişdim. Başa düşdüm ki, Həzrət münacatı bədahətən deyir. Elə dayanıb münacatına qulaq asır böyük həzz alırdım. Münacatını qurtardıqdan sonra üzünü mənə tutub fars dilində buyurdu: Mehdi, bura gəl! Mən bir neçə addım irəliləyib dayandım. Bir daha buyurdu: Yaxın gəl! Mən bir az da qabağa gedib dayandım. Mən o qədər irəlilədim ki, mənim əlim onun əlinə, onun əli mənim əlimə çatırdı. Bu vaxt mənə bir söz dedi.

Seyyid Bəhrul-Ülum daha İmam Zaman (ə)-ın ona dediyini söyləməyib Mirzə Quminin ona əvvəl verdiyini suala cavab verməyə başladı bir sıra başqa məsələlər haqda söhbətini davam etdirdi. Söhbətin axırında Mirzə Qumi soruşdu: İmam Zaman (ə)-ın buyurduğu o söz idi? Bəhrul-Ülum dedi: O daha bir sirdir.

«Əlli Beşinci Görüş»

Seyyid Həsən Əbtəhi deyir: 1361-ci (h.ş.) ildə İranın inqilabçı alimlərinin terror olunması, `zi münafiq qrupların gəldikləri hədə-qorxular nəhayət, əmniyyətin olmaması məndə qeyri-adi nigarançılıq iztirab hissi yaratmışdı. Allaha təvəkkül etməklə bu nigarançılıqdan yaxa qurtarmaq üçün qədər çalışsam da, buna nail ola bilmirdim. Daha dəqiq desəm, cümə axşamı artıq nigarançılığım son həddə çatmış tamam yuxum qaçmışdı. Bunun üçün telefonu da çıxarmışdım ki, kimsə mənə zəng edib hədə-qorxu gəlməsin. Amma bir yerə zəng etmək üçün telefonu qoşan kimi, birdən zəng çaldı. Dəstəyi götürdüm. Gördüm uzaq yerdən zəng edən tanış bir adamın səsi gəlir. Ondan kim olduğunu soruşduqda, dedi: Mən Xadimiyəm. Başa düşdüm ki, hacı Məhəmməd Xadimi Şirazidir. Dedim: Haradan zəng edirsiniz? Dedi: Qumdan, Cəmkəran məscidindən. Sonra dedi: Bu gecə sizi tanıyan bir şəxs İmam Zamanla (ə) görüşüb Həzrət ona demişdir ki, Məhşəddə Əbtəhi böyük nigarançılıq hissi keçirir. Xadimiyə de, yoldaşınıza xəbər etsin ki, nigaran olmasın, biz ona kömək edəcəyik. Biz onu qoruyacaq bu bəlanı ondan dəf edəcəyik. Əgər xəbər göndərməklə nigarançığı aradan getməsə, Xadimi özü Məşhədə gedib onu nigarançılıqdan qurtarsın.

Bu sözləri eşitcək məni ağlamaq tutdu öz-özümə dedim: Gör biz qədər İmam Zaman (ə)-dan qafilik, o isə bizi qədər fikirləşir. Özü mənim kimi günah içində qərq olan səlahiyyətsiz bir şəxsi. Bir sözlə həmin gecə nigarançılığım birdəfəlik aradan qalxdı. Qalxmaya da bilməzdi. Çünki o gün mənim nigarançılığımdan Allah İmam Zamandan başqa kimsənin xəbəri yox idi Xadimi telefonda mənə elə sözlər dedi ki, nigarançılığa heç bir yer qalmadı. Əgər imanım güclü olsaydı, gərək bundan əvvəl bu qədər nigarançılıq hissi keçirməyəydim. Dostuma dedim: Sizin bu zənginizlə nigarançılığım tamamilə aradan getdi. İndi ki, ağamız bu qədər bizim fikrimizi çəkir, lap şirin ağzına girməyə belə hazıram. Amma əgər siz Məşhədə İmam Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gəlsəydiniz, bizə o vaxt çox sevinərdik. Buyurdu: Xeyr, mənim üzərimə düşən vəzifə elə bundan ibarət idi. Bu xəbərlə mənim özümün İmam Zaman (ə)-a olan inam bağlılığım daha da artdı.

«Əlli Altıncı Görüş»

Əllamə NuriNəcmus-saqibkitabında yazır ki, bir çox kəramət sahibi olan Seyyid Baqir Qəzvininin oğlu seyyid `fər deyir:

Bir vaxtlar atamla birlikdə Səhlə məscidinə get-gəl edirdik. Bir gün məscidə çatıb atamdan soruşdum: Camaat deyir ki, kim qırx cümə axşamı Səhlə məscidinə gedib orada ibadətlə məşğul olsa, İmam Zamanla (ə) görüşə bilər. Amma `lum deyil ki, bu sözlər qədər doğrudur! Atam qəzəblənərək dedi: Haradan deyirsən? Əgər sən bir şeyi görməmisənsə, deməli onun əsası yoxdur?! O, məni o qədər danladı ki, dediklərimə peşman oldum.

Bir azdan sonra məscidə daxil olduq orada kimsə yox idi. Atam məscidin ortasında dayanıbistiğasə” (imdad) namazını qılmaq istərkən, İmam Zaman (ə)-ın məqamı tərəfdən bir şəxs ona tərəf gəldi. Atam onunla salamlaşıb əl verərək görüşdü. Sonra mənə dedi: Bəs bu kimdir? Təəccüblə dedim: O, İmam Zamandırmı? Dedi: Bəs kimdir? Mən dərhal yerimdən qalxıb ona tərəf yüyürməyə başladım. Amma məscidin içində, ki, çölündə kimsəni görmədim.

«Əlli Yeddinci Görüş»

Mərhum Ayətullah seyyid Əbül-Həsən İsfahani zamanımızın məşhur mərcəi-təqlid alimlərindən biri olmuşdur. O, dəfələrlə fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olmuşdur. “Alimlərin xəzinəsikitabında böyük alim Məhəmməd Həsən Mircahanidən belə bir əhvalat nəql olunur:

Yəməndə yaşayan zeydiyyə məzhəbli Bəhrul-Ülum adlı bir alim fədası olduğumuz İmam Zaman (ə)-ın müqəddəs vücudunu inkar edirdi. O, dövrünün alimlərinə məktub göndərib onlardan İmam Zaman (ə)-ın mövcudluğuna dair əsaslı dəlillər gətirmələrini istəyirdi. Alimlər ona cavab versələr , qane olmurdu. O, məktublardan birini seyyid Əbül-Həsəni İsfahaniyə göndərir ondan bu məsələyə dair cavab istəyir. Seyyid Əbül-Həsən İsfahani ona belə bir cavab məktubu göndərir: “Əgər Nəcəf-Əşrəfə gəlsəniz, mən sizin sualınıza şifahi olaraq cavab verərəm.”

Yəmənli Bəhrul-Ülum cavab məktubunu aldıqdan sonra oğlu seyyid İbrahim bir neçə müridi ilə birlikdə Nəcəfə, Əbül-Həsən İsfahaninin yanına gəlir. Görüşüb hal-əhval tutduqdan sonra Bəhrul-Ülum deyir: Mən bura sizin `vətinizlə gəlmişəm. Ümid edirik ki, `d verdiyiniz cavabdan bəhrələnə biləcəyik. Əbül-Həsən İsfahani buyurur: Sabah axşam bizim evə gəlin, orada sizin cavabınızı verim.

Ertəsi gün axşam Bəhrul-Ülum oğlu ilə birlikdə Əbül-Həsən İsfahaninin evinə gedir. Şam yeməyini yeyib qurtardıqdan sonra İmam Zaman (ə)-ın mövcudluğu barədə müzakirələr başlayır. Nəhayət, gecə başqa qonaqlar dağılışdıqdan sonra Ayətullah İsfahani xidmətçisi Məşhədi Hüseyndən çıraq gətirməsini istəyir. Sonra Bəhrul-Ülum oğlu İbrahimə deyir: Gedək, siz özünüz o həzrəti görün.

Məhəmməd Həsən Mircahani deyir: Biz orada idik. Onlarla birlikdə getmək istədikdə, Ayətullah İsfahani dedi: Siz gəlməyin, yalnız Bəhrul-Ülum oğlu gəlsin.

Biz daha onların hara getdiklərini bilmədik. Amma həmin gün səhər mən Bəhrul-Ülum oğlu İbrahimlə görüşə bildim onlardan gördükləri haqda soruşdum. Bəhrul-Ülum yalnız bunu dedi: Şükür olsun Allaha ki, sizin məzhəbinizə keçdik İmam Zamanın müqəddəs vücudunun hal-hazırda mövcud olduğuna iman gətirdik. Soruşdum: Necə? Buyurdu: Ayətullah İsfahani İmam Zamanı bizə göstərdi. Soruşdum: O, İmam Zamanı sizə necə göstərdi? Buyurdu: Evdən çıxdıqdan sonra hara getdiyimizi bilmədik. Nəhayət, “Vadiyus-salamadlı yerə çatdıq. Vadiyus-salamın ortasındaİmam Zamanın məqamıadlı bir yer var idi. Ayətullah İsfahani ora çatdıqda, çırağı Məşhədi Hüseyndən alıb tək məni özü ilə birlikdə məqama daxil etdi orada dəstəmazını təzələdi. Oğlumun onun gördüyü işlərə gülməyi gəlirdi. Nəhayət, orada dörd rükət namaz qılıb başa düşmədiyimiz bir neçə kəlmə söz dedi. Bir gördük ki, fəza işıqlandı.

Bu yerdə yəmənli alimin oğlu İbrahim dedi: Bu vaxt mən məqamdan kənarda dayanmışdım, atam isə Ayətullah İsfəhani ilə birlikdə məqamın içində idilər. Bir neçə dəqiqədən sonra atamın fəryad etdiyini eşitdim sonra o, huşunu itirib özündən getdi. Yaxınlaşıb gördüm ki, Ayətullah İsfahani atamın çiyinlərini ovxalayır ki, özünə gəlsin. Oradan qayıtdığımız zaman atam dedi: Mən orada İmam Zaman (ə)-ı gördüm! O, məni on iki imamçı şiə məzhəbinə `vət etdi.

O, bundan artıq orada gördükləri haqda bir söz demədi. Bir neçə gündən sonra Yəmənə qayıtdı dörd min nəfər müridini şiə etdi.

«Əlli Səkkizinci Görüş»

Hacı NuriNəcmus-saqibkitabında yazır: Ədalət bir çox üstün xüsusiyyətləri ilə şöhrət tapmış böyük alim Hacı Molla Möhsün İsfahani Kərbəlanın yaxınlığında yaşayardı. Onun insanlığı, dindarlığı əmanətə son dərəcə vəfalı olması hamının dillər əzbəri idi. O, böyük alim seyyid Məhəmməd Qətifidən belə bir əhvalat nəql edir:

Bir cümə axşamı tələbələrdən biri ilə Kufə məscidinə getmişdim. O zamanlar belə vaxtlarda məscidə gedib-gəlmək olduqca qorxulu idi. Çünki, yolkəsənlər ətrafa yayılıb soyğunçuluqla məşğul idilər. Bunun üçün ziyarətə gələnlərin sayı nəzərə çarpacaq dərəcədə azalmışdı.

Biz məscidə daxil olduğumuz zaman orada dua oxuyan bir tələbədən savayı kimsə gözümüzə dəymədi. Biz məscidin əməllərini yerinə yetirdikdən sonra kimsənin gələ bilməyəcəyindən əmin olmaq üçün içəridən məscidin qapısının qabağına xeyli daş-kəsək yığdıq. Sonradəkkətül-qəzada üzü qibləyə tərəf oturub dua ibadətlə məşğul olmağa başladıq. Gözəl əxlaqlı həmin tələbə isə həzin səsləbabul-filməqamına yaxın oturubKumeylduasını oxuyurdu. Hava olduqca saf, ay da tam dairəvi şəkildə idi. Onun işığı məscidə düşdükcə məni özünə cəzb edirdi. Birdən, məscidi müşk ənbərdən qoxusu gözəl ətir iyi bürüdü. Sonra ətrafa elə parlaq işıq yayıldı ki, ayın işığını belə üstələdi. İşıq məscidin bütün fəzasını bürüdü. Uca səsləKumeylduasını oxuyan həmin tələbə susaraq diqqətini ətrafı bürüyən iyə məscidi nura qərq edən işığa yönəltdi. Elə bu vaxt möhkəm bağladığımız qapıdan çiyinində səccadə, əynində hicazlılara məxsus paltar olan bir şəxs içəri daxil oldu. O, qeyri-adi vüqarla həzrət Müslimin (ə) məqbərəsinə tərəf gedirdi. Bizim isə nəzərimiz qeyri-ixtiyari olaraq onun camalına dikilmişdi. Həyəcandan sanki qəlbimiz yerindən qopacaqdı. Bizə yaxınlaşıb salam verdi. Amma dostum o qədər həyəcanlı idi ki, salam verməyə taqəti olmadı. Mən isə çətinliklə olsa salamının cavabını verdim.

O, həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdikdən sonra biz əvvəlki vəziyyətimizə qayıtdıq. Dostumdan soruşdum: Bu şəxs kim idi? Haradan məscidə daxil oldu? Sonra yerimizdən qalxıb onun ardınca həzrət Müslimin (ə) ziyarətgahına tərəf getdik. Gördük ki, orada olan tələbə köynəyini cırıb uşağı ölmüş ana kimi zar-zar ağlayır. Ondan niyə belə ağladığını soruşduq. Dedi: Qırx cümə axşamıdır ki, İmam Zamanı (ə) görmək üçün bu məscidə gəlirəm. Amma arzuma çata bilmədim. Bu gün özünüz gördünüz, İmam Zaman (ə) gəlib başım üstə dayanıb etdiyimi soruşdu. Mən isə üzündəki heybətdən dilim tutulub bir söz deyə bilmədim. O da üzünü çevirib getdi.

Məscidə qayıdıb qapının arxasına nəzər saldıqda, gördük ki, daşları ora necə düzmüşdüksə eləcə qalmışdır.

 

 

 

«Əlli Doqquzuncu Görüş»

Dizful alimlərindən biri orada baş verən maraqlı bir əhvalat nəql edir ki, o əhvalatƏş-şəmsut-taliəŞeyx Ənsarikitablarında da nəql olunmuşdur. Həmin əhvalat belədir:

Məhəmməd Hüseyn Təbrizi, Təbrizin tanınmış tacirlərindən biri idi. Övladı olmadığından uzun müddət müalicə dava-dərmandan sonra nəhayət, ziyarətgahlara üz gətirir. O deyir: Bir gün Nəcəf-Əşrəfə gedib orada Səhlə məscidində dua münacat edərək İmam Zaman (ə)-dan kömək istədim. Gecə mükaşifə halında gördüm ki, alicənab bir şəxs mənə yaxınlaşıb dedi: Dur, get Dizfula, toxucu Məhəmməd Əli Culagərin yanına bil ki, istəyin yerinə yetmişdir.

Mən Dizfula gedib həmin şəxsin ünvanını axtarmağa başladım. Bir qədər axtardıqdan sonra axır ki, onun yaşadığı yeri tapa bildim. Onu gördükdə, çox xoşum gəldi. Çünki o olduqca sadə bir adam idi balaca dükanında toxuculuqla məşğul idi. Onunla salamlaşdım. Salamımın cavabını verib dedi: Məhəmməd Hüseyn, gözlərin aydın! İstəyin yerinə yetmişdir.

Məni birinci dəfə görməsinə baxmayaraq adımı bilməsindən çox təəccüb etdim ondan gecəni yanında qalmağı xahiş etdim. Dedi: Eybi yoxdur, qala bilərsən.

Sonra balaca dükanına daxil oldum elə bu vaxt axşam azanı verildi. Birlikdə şam xiftən namazlarını qılıb axşamdan bir qədər keçdikdən sonra süfrə açdı ortaya bir az arpa çörəyi, bir az da qatıq qoydu. Beləcə, birlikdə axşam yeməyini yedik. Gecə oldu yatdıq. Səhər sübh namazını qılandan sonra o, bir az dua oxudu sonra yenə dükanına girib işi ilə məşğul olmağa başladı.

Mən ona dedim ki, sizə iki sualım var: birinci, mənim hacətimin qəbul olduğunu haradan bildiniz ikinci, belə bir yüksək məqama necə nail olmusunuz? Dedi: Axı, bu sualdır ki, verirsən?! İstəyin yerinə yetib, daha başqa bir şey lazım deyil çıx öz yolunla get. Dedim: Mən sizin qonağınızam siz gərək qonağa hörmətlə yanaşasınız. Xahiş edirəm, özünüz barədə mənə danışasınız bilin ki, danışmayınca, yerimdən tərpənən deyiləm. Çox isrardan sonra dedi:  Mən əvvəldən elə gördüyün həmin bu məhəllədə bu işlə məşğulam. Əvvəllər dükanımın qarşısında olduqca zülmkar bir dövlət `murunun evi var idi. Əskərlər növbə ilə onun evini mühafizə edirdilər. Bir gün əsgərlərdən biri gəlib məndən soruşdu: Siz özünüz üçün yemək-içməyi haradan əldə edirsiniz? Mən ona dedim ki, mənmi əhli-əyalım yoxdur. Hər il üç yüz kiloqram arpa alıram, unundan çörək bişirirəm beləcə, yaşayıram. Əskər dedi: Mən burada gözətçi işləyirəm, amma bu zalımın haram yolla qazandığı bizə verdiyi yemək-içməkdən istifadə etmək istəmirəm. Əgər sənə zəhmət deyilsə, mənin üçün yüz kilo arpa al özün üçün çörək bişirdiyin zaman mənim üçün gündə bir çörək bişir ondan yeyim. Əgər mənim üçün bu işi görsən, sənə çox minnətdar olaram. Mən onun xahişini qəbul etdim hər gün gəlib məndən iki çörəyini götürüb gedirdi.

Bir gün çörəkləri bişirib hazır qoymuşdum ki, gələndə ona verim. Amma qədər gözlədimsə, gəlib çıxmadı. Gedib onu tanıyanlardan soruşdum, dedilər xəstədir. Mən onu yoluxmaq üçün yanına getdim həkim gətirmək üçün ondan icazə verməsini istədim. Dedi: Lazım deyil, mən bu gecə ölməliyəm. Gecə yarısı bir nəfər gəlib sənə ölüm xəbərimi verəcək. Sən bura gəlib desələr, onu da edərsən. Unun qalanı da sənin olsun. Mən axşam onun yanında qalmaq istədim. Amma mənə icazə vermədi. Sonra mən dükanıma qayıtdım.

Gecənin bir aləmində gördüm ki, kimsə dükanın qapısını döyür. Qapını döyən şəxs məni səsləyib dedi: Məhəmməd Əli, gəl bayıra. Mən tez eşiyə çıxdım dükanın qabağında tanımadığım bir şəxs gördüm. Birlikdə məscidə getdik. Ora çatdıqda, gördüm ki, həmin əskər artıq dünyasını dəyişmiş iki nəfər cənazəsinin kənarında dayanmışdır. Onlar məni görcək, dedilər: Gəl kömək et cənazəni çaya aparıb orada qüsl verək.

Bir sözlə onu aparıb çayın kənarında qüsl verdik. Sonra kəfənləyib namazını qıldıq məscidin kənarında dəfn etdik. Bundan sonra mən öz dükanıma qayıtdım. Bir neçə gündən sonra gecə yarısı dükanımın qapısını döydülər. Eşiyə çıxdım. Yenə tanımadığım bir şəxs mənə dedi: Ağa səni çağırır, gəl birlikdə yanına gedək.

Paltarımı geyinib onunla birlikdə yola düşdük. Nəhayət, bir çöllüyə gəlib çatdıq. Gecə yarısı ayın axırı olmasına baxmayaraq hava on dörd gecəlik ay kimi, olduqca aydın işıqlı idi. Heyrət məni bürümüşdü. Bir neçə dəqiqədən sonra parlaq bir çöllüyə çatdıq. Uzaqdan gördüm ki, bir neçə nəfər dairəvi şəkildə oturmuş onların kənarında bir nəfər ayaq üstə dayanmışdı. Oturanlardan biri olduqca vüqarlı heybətli idi. Başa düşdüm ki, o şəxs İmam Zaman (ə)-dır. Bu səbəbdən bütün vücudumu qeyri-adi qorxu hissi bürüdü bütün bədənim titrəməyə başladı. Mənim ardımca gələn şəxs dedi: Bir az qabağa get. Mən qabağa gedib dayandım. Ayaq üstə duran şəxs mənə dedi: Qabağa gəl, qorxma. Mən yenə bir qədər qabağa getdim. İmam Zaman (ə) onlardan birinə buyurdu: Bizim şiəmizə xidmət etdiyi üçün əskərin vəzifəsini ona verin. Dedim: Mən bir toxucuyam, necə əskər ola bilərəm? Belə fikirləşdim ki, məni dünyasını dəyişən həmin əskərin yerinə `yin etmək istəyir.

İmam Zaman (ə) gülümsəyərək dedi: İstəyirik onun mənsəbini sənə verək. Mən yenə sözlərimi təkrar etdim. İmam Zaman (ə) yenə buyurdu: Biz istəyirik mərhum əskərin tutduğu məqamı sənə verək demirik ki, sən onun yerinə əskərlik edəsən. Get bil ki, bundan belə sən onun yerini tutacaqsan.

Sonra tək geri qayıtdım. Hava isə artıq çox qaranlıq idi. şükür Allaha ki, o vaxtdan bu günədək İmam Zaman (ə)-ın göstərişləri mənə çatır mən onunla sıx əlaqədəyəm. Sənə bu əlaqəmiz onun verdiyi göstərişlərdən biri idi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əlhusi: Ərəbistan və BƏƏ-nin hədəfi, Yəmənin işğalıdır
Ali Xəlifə rejimin muzdluları gecə saatlarında bəhreynliləri silahla atəşə ...
İŞİD terror təşkilatının təsisçisi olan H. Klinton Məsciddə yıxılaraq ...
Hədis-3
Qaçqınlar: Bir məmurun ki, həyat yoldaşı erməni ola... -
ŞOK! Misirdə qadın paltarı geyinmiş sələfi terrorçu həbs edildi
IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Nimei Şəbanda Tehran və Qəzvinin küçə və xiyabanları bəzədildi
Ərdoğan Suriya qaçqınlarını İstanbulda dilənçilərə çevirib
İnqilab Rəhbəri: Nano-texnologiyası insanların həyatında hiss olunmalıdır

 
user comment