ABŞ-da cəmi Vaşinqtaonda
Mason lojaları----------3800----------------------150
Rotari klublar------------489------------------------73
Bnay-Brit----------------------400-----------------------57
Küvenis-------------------------258------------------------5
Layons---------------------------605-----------------------88
Elki-----------------------------1250----------------------35
Kolumb cəngavərləri-------1127-------------------50
Muzalar--------------------------1020-------------------10
İqlz---------------------------------850---------------------3
Old Fellouz---------------------609--------------------22
Pifiya cəngavərləri--------250--------------------80
Yəhudilər bütün mason loja və təşkilatlarının üzvüdür. Bununla yanaşı, onların bir sıra yəhudi mason qardaşlıqları da var ki, ora yəhudi olmayanlar buraxılmır, toplantılar isə xüsusi qapalılıq şəraitində keçirilir. Artıq 30-cu illərdə yalnız ABŞ-da 15 belə «qardaşlıq» yaranmışdı, onların 2451 lojası, yaxud filialında 574163 nəfər vardı. Üzvlərdən başqa, 160000 nəfər də «sionizm zəvvarları»‒milli yəhudi təşkilatı sıralarında birləşmişdi.56
Əlbəttə, yəhudi masonluğunun özəyi «Bnay-Brit» ordenidir‒yəhudi xalqının «vicdanı, əqli, zəkası». 60-cı illərdə bu orden 400 minə yaxın amerikalı yəhudini birləşdirdi ki, bunlardan da 57 mini Vaşinqtonda yaşayır, hökumətdə və biznesdə məs᾽ul vəzifələrdə işləyirlər.
Yəhudilərin başçılığı altında 500000 paytaxt masonu ABŞ-ın bütün siyasətini müəyyənləşdirir. Yəhudi-mason elitasının hakimiyyətinin nə qədər mütləq olduğuna belə bir fakt da dəlalət edir ki, siyasətlə məşğul olmaq fikrinə hər hansı bir amerikalı ilk növbədə mason lojasına üzv yazılır, həm də eyni zamanda bir neçə mason loja və təşkilatlarına üzv olur.
Siyasətçi nə qədər yüksək zirvə fəth edirsə, lojalarda bir o qədər çox və müxtəlif mason dərəcələri əldə edir. ABŞ və Rusiyanın mason kitabxana və arxivlərində işləyərkən məşhur masonların siyasi karyeraları barədə çoxlu material toplamağa nail olmuşdu. Lakin ən böyük təəssüratım ABŞ prezidenti H. Trumenin (1884-1972) mason karyerası ilə bağlıdır. Dünya tarixində ən dəhşətli zalımlardan biri olan bu adam iki yapon şəhərinə ‒ Naqasaki və Xirosimaya atom bombaları atılması əmrini vermiş, nəticədə 200 yüz min dinc əhali qırılmışdır.
Trumenin mason karyerası 1909-cu ildən ‒450 №-li Belton lojaya (Missuri ştatatı) üzv olmasından başlamışdır. 1917-ci ildə Trumen artıq «usta» idi, ABŞ prezidenti olmaq ərəfəsində isə ən yüksək dərəcəyə (330) yüksəlmişdi.57
Bir neçə ayin lojasının üzvü olmuş bu adamın masonluq tarixçəsi aşağıdakı kimidir:
Simvolik masonluq
Belton loja № 450 (Missuri ştatı)
Yanvar‒1909‒şagird
1 Mart‒1909‒usta köməkçisi
18 Mart‒1909‒usta mason
Qrendvyu loja № 615 (Missuri)
1911‒loja administratoru
1911-1917‒müqəddəs-usta
1917-1925‒loja katibi, usta-edalt
Böyük Missuri lojası
1925-30‒Ali Ustanın bölgə müavini, bölgə lektoru
1940-41‒Ali Usta
Missuri elmi lojası
1941‒fəxri usta (Böyük Missuri lojasında Ali Usta olmaqla yanaşı)
York ayini
Orienti çarter lojası № 102
Noyabr 1919‒Kral arkası masonu
Şekina Kaunsil № 24
Dekabr 1919‒Kral xüsusi ustası
Fələstin komandanlığı lojası №17
Şotland ayini
Kanzas Siti vadisinin şərqi lojası (Missuri)
Mükəmməllik lojası (1912)
Rozenkreyser (27 mart 1917)
Kadoş cəngavərlər Şurasının üzvü (29 mart 1917)
Konsistoriya üzvü 320 (3№ mart 1917)
Möhtərəm 330 (29 oktyabr 1945)
Eyni zamanda Trumen Şrayperlər ordeninin üzvü olmuş, həmçinin bir çox digər Amerika mason ordenlərinə fəxri üzv seçilmişdir.
Trumen ən yaxşı mason mə᾽ruzəçilərindən biri sayılırdı. 1941-ci ilin fevralında o, radio ilə «Corc Vaşinqton: İnsan və mason» mövzusunda çıxış etdi. Mə᾽ruzənin əsas mahiyyəti ‒ «Vaşinqton ABŞ-ın mason prinsipləri əsasında quran dahi mason idi».
Yaponiyanın vəhşicəsinə bombardmanı və Rusiyaya «soyuq müharibə» edilməsi barədə qərarları Trumen 330 mason şurasında müzakirədən sonra qəbul etdi.
Bir mason kimi, Trumen üçün bu cinayətkar, bəşəriyyət əleyhinə yönəldilmiş addımlar ayini ‒ iblisanə səciyyə daşıyırdı. Bunlara hazırlıq və həyata keçirməsinə başlanılması xüsusi mason ayini ilə müşayiət olunurdu.
Ali lojada 1946-cı ilin yanvarındakı müzakirədən sonra Ali Usta (həmçinin Tampliyer, rozenkreyser və kadoş cəngavərləri) və ABŞ prezidenti Trumen fevralın 22-də «mason müqəddəslərini» ziyarət etmək üçün C. Vaşinqton adına mason milli memorialına gəlir və burada təntənəli şəkildə and içir ki, ABŞ-ı mason prinsipləri əsasında idarə edəcək, daxili və xarici siyasəti onlara əsaslanaraq həyata keçirəcək. Mart ayında Trumenin də᾽vəti ilə onun doğma şəhəri Fultona (Missuri ştatı) digər bir yüksək mənsəbli mason ‒ U. Çörçill qonaq gəlir. Birgə iclasdan və Missuri böyük lojasında ayindən sonra hər iki mason yerli unverisiteti ziyarət etdilər və U. Çörçill burada məşhur nitqini söylədi. Həmin nitqdə o, Qərbin yəhudi-mason dairələrini Rusiyaya qarşı xaç yürüşünə səslədi.59
İki ildən sonra yəhudi-mason dünyasının Rusiyaya qarşı soyuq müharibəsinin nəticələrinə sanki yekun vuran Trumen Biç Qrof № 694 lojasının toplantısında çıxış etdi. Mason-prezident bir daha vurğuladı ki: «Mən öz dövlət fəaliyyətimi masonluq prinsipləri əsasında qururam. Hesab edirəm ki, bu idarəetmə prinsipləri bütün dünyaya yayılmalı, bütün sivilizasiya onlara əsaslanaraq qurulmalıdır». Elə həmin iclasda Trumen bəyan etdi ki, ən yüksək mülki vəzifələrə yiyələnsə də, onun üçün ən önəmlisi Ali Usta rütbəsidir. «Mən onu hər şeydən üstün tuturam, çünki masonların Ali Ustası olmaq sadəcə yaxşı dövlət xadimi olmaqdan üstündür. Çünki bu rütbə nəcib prinsiplərə əsaslanaraq bütün dünyaya mason maarifi aşılayır.»60 Şahidlər danışırlar ki, Yaponiyanın masonvari maarifləndirilməsindən ‒ Naqasaki və Xirosimaya atom bombaları atıldıqdan sonra ali usta Trumen şən, xoş bir əhval-ruhiyyədə idi və əməkdaşları ilə aramsız zarafat edirdi.
Masonları öz hakimiyyətinin əsas dayağı sayan Trumen ABŞ prezidenti olarkən onların qarşısında tez-tez çıxış edirdi. Belə ki, 1949-cu ilin iyununda o, şraynerlərin Çikaqodakı İmperiya toplantısında iştirak və onların nümayişində çıxış etdi, sentyabrda isə mason lojaları ustalarının Ümumamerika toplantısına qatıldı (2 min iştirakçı) və orada da nitq söylədi.
Trumenin formalaşdırdığı hökumət yalnız masonlar və yəhudilərdən ibarət idi ki, əksər hallarda bu elə eyniyyət təşkil edirdi. Daim prezident ilə yanaşı olan əsas siyasi fiqur yəhudi, Trumen kimi 330 mason Bernard Baruh idi. O, Trumenin yanında «dünya pərdəarxasının» komissarı rolunu oynayırdı. Onun iştirakı olmadan heç bir siyasi qərar qəbul edilmirdi. Dövlət katibi C. Marşall və general Omar Bredli kimi yüksək səviyyəli siyasi fiqurlar da Baruhu öz şefləri sayırdılar.
Amerikanın dövlət işlərini mason lojalarında həll etmək ən᾽ənəsi Trumendən sonra da qalmaqda idi. Eyzenhauer, Kennede və Nikson istisna edilməklə bütün ABŞ prezidentləri mason olmuşlar. Onlardan Conson, Fort, Reyqan və Buş ən fəalları sayılıb.
Amerika mətbuatında dəfələrlə belə bir mülahizə səsləndirilib ki, Kennedin öldürülməsi Conson «qardaş»a hakimiyyətdə yer etmək üçün mason lojaları tərəfindən təşkil olunub. Kennedinin qətlinin araşdırılması üçün prezident Consonun təşkil etdiyi komissiya yalnız masonlardan ibarət idi. Ona Kaliforniya ali lojasının Ali Ustası Erl Uorren, senator Riçard Rassel (Vinder lojası №33) və nümayəndələr palatasının üzvü, gələcək prezident Cerald Fort başçılıq edirdilər. Mə᾽lum olduğu kimi bu komissiya prezident Kennedin öldürülməsi barədə həqiqətləri gizlətmək üçün əlindən gələni etdi.
Əlamətdar haldır ki, «Uotergeyt» işinin araşdırılmasına qeyri-mason prezident Niksonun hakimiyyətdən uzaqlaşdırılması prosesinə də mason senator Samuel Ervin (Katavba lojası №17) başçılıq edirdi. Nəticədə ABŞ-ın yeni prezidenti fəal mason Cerald Ford oldu.
Amerika masonları öz hakimiyyətlərini təkcə ABŞ və yer üzündə deyil, hətta kosmosda da bərqərar etməyə can atırlar. Amerika kosmonavtlarının böyük hissəsi də masondur.
Texasın ali lojasında, Dallas şəhərindəki tempildə mən Amerika kosmonavtlarının ayda mason rituallarını icra etmələrini təsvir edən rəsm əsəri görmüşəm.
Amerika kosmonavtı mason Edvin Oldrin ayda üzərində satanist cəngavər ‒ tampliyerlər ordeninin təsviri olan bayraq qoyub gəlmişdir. Bundan başqa o, ayın səthinə iki qızıl halqa qoymuş və onların tə᾽yinatını açıqlamaqdan imtina etmişdir. Sonralar jurnalistlər öyrənmişlər ki, satanistlər bu halqaları ayda ruhlarla (iblislərlə) okkut əlaqə yaratmaq vasitəsi sayırdılar. Mason rituallarının keçirilməsinə ABŞ kosmik araşdırmalar mərkəzinin (NASA) direktoru, mason iyerarxiyasında ali rütbənin sahibi ‒ Şotlant ayini ordeninin baş katibi S. F. Kleynknext «xeyr-dua» vermişdi.61
Yəhudilərlə yanaşı masonlar da xristianlara qarşı mübarizənin əsas təşəbbüskarlarından idi. Onlar ABŞ idarə və məktəblərində xristian rəmzlərinə qarşı mübarizəyə başçılıq etdilər. Amerikada xristianlara dövlət torpaqlarında xaç işarəsi və Xilaskarın çarmıxının rəmzini yerləşdirmək qadağan edilmiş, əvvəllər qoyulan xaçlar çıxarılmışdır. Dövlət məktəb və universitetlərinin tədris auditoriyalarında İsanın təsvirinin yerləşdirilməsinə yol verilmir. 1994-cü ildə yəhudilər və masonların tələbi ilə Finks şəhərindəki (Arizona ştatı) kiçik universitet kilsəsinin üzərində qurulan xaç çıxarıldı. Bu küfr hərəkəti izləyən xristianlar hiddətlənsələr də əllərindən heç nə gəlmirdi. Buna bənzər hadisə 1997-ci ildə San-fransiskoda (Kaliforniya)da baş vermişdi və nəticələri də eyni idi.
Amerika masonları müqəddəs kitabın (İncil) yenidən «yazılmasına» ilk səs verənlərdən oldular. Mason lojalarından olan kafirlər «Əhdi cədidi» qısaltdılar, oradan yəhudilər üçün «naqolay» və iblisə qarşı yönələn bütün hissələri çıxardılar. Cildində mason sirkulu və David ulduzunun təsviri olan «yeni incil» hazırda mason kitab mağazalarında satışdadır.
Həqiqi, provoslav xristianların azsaylı icmaları müasir Amerikada bütpərəst Romadakı xristianların həyatını yaşayırlar ‒ tə᾽qib və təhqirlərə mə᾽ruz qalırlar. Onlar ABŞ-ı başdan ayağa bürüyən kütləvi pozğunluq, satanizm, sodomitliyə qarşı e᾽tiraz edə bilmirdilər. Amerikanın yəhudi-mason qanunları satanist və sodomitlərin hüquqlarını qoruyur. Onlara qarşı e᾽tiraz edən hər bir adam hüquq pozuntusuna yol vermiş olur və bu səbəbdən də Amerika qanunlarına əsasən həbs edilməlidir.
Amerikanın provaslav xristianları bu ölkənin gələcəyi ilə bağlı ümidlərindən çoxdan əllərini üzüblər və müt᾽i şəkildə dünyanın axırını gözləyirlər. Onların bu barədə təsəvvürləri «yeni dünya nizamı» və nişanı olan «sahibbəzzamanla» bağlıdır. (M.Qorbaçov).
1990-cı ildə Amerikada çıxan «xristianlıq bu gün» jurnalının üz qabığında əyinlərində masonların bayram libasları olan və dəmirçi gürzü üzərində üstündə «yeni dünya nizamı» yazılmış yer kürəsini çəkiclə döyən SSRİ prezidenti M. Qorbaçovu və ABŞ prezidenti Buşu təsvir edən rəsm verilmişdir.
ƏHDİ-CƏDİDƏ QARŞI
Müasir dövrümüzdə «Amerikanın kristallaşmış yəhudi ruhu» (V.Zombart) möhtəşəm bir buz aysberqinə çevrilmişdir və bu ölkənin digər həyat formaları onun ətrafında təşkilatlanır. İudaizmin buz dağı xristian sivilizasiyası və mə᾽nəvi mədəniyyətin bütün təzahürlərini də buza döndərdi. Yəhudilər ABŞ hökumətində ən mühüm siyasi vəzifələrin 50‒60 %‒ni tutur, biznes, maliyyə, KİV, elm və mədəniyyətə tam nəzarət etdiyi kimi: «Bu gün biz ABŞ-da özümüzü səpələnmiş şəkildə (diaspora) yox, doğma ölkəmizdəki kimi hiss edirik. Hazırda ABŞ hökumətində yəhudilər bütün səviyyələrdə qərarlar qəbulunda bərabərhüquqlu tərəfdaşlardır». Ravvinin fikrincə, Klintonun prezidentliyi xüsusilə önəmli olmuşdur. Onun hakimiyyəti dövründə «yəhudilərin hökmranlığını əhəmiyyətli dərəcədə genişləndirən» bir sıra dəyişikliklər həyata keçirilmişdir.63
Hər bir Amerika prezidenti və görkəmli siyasi xadimi Vaşinqtondakı Adat İzrael sinaqoqunda İsrailin «böyüklüyü» qarşısında baş əyməyi özünə borc bilir. Sinaqoqun qapısında daim iki‒İsrail və ABŞ bayraqları asılır. Yəhudilər üçün müqəddəs olan yerlər və məzarlar, məsələn, T. Hersl və V. Jabatinski kimi baş sionistlərin məzarları qarşısında mütləq diz çökmək və baş əyməklə İsrailə səfər edilməsi də ABŞ prezidentləri üçün ayin səciyyəsi kəsb etmişdir. Müharibədən sonrakı Amerikada bircə prezidentin belə bu ayinə riayət etməmək cəsarətinə malik olması barədə məndə bir dənə də olsun fakt yoxdur. Lakin bu hələ hamısı deyil. Demək olar ki, hər yeni prezident yəhudiliyə tam loyal olduğunu təsdiq etmək üçün vaxtaşrı mö᾽min yəhudi nəzdində şabes-qoy funksiyasını icra edir. Mə᾽lum olduğu kimi, din yəhudilərə şənbə günləri işləməyi, hətta sinaqoqda, evdəki mərasim şamdanlarındakı şamları söndürməyi də qadağan edir. Bunu yalnız yəhudi olmayan şabes-qoy edə bilər. Budur, şənbə günlərindən birində ABŞ prezidentinin maşın karvanı öz yəhudi əməkdaşlarından birinin evi qarşısında dayanır, superdövlətin başçısı yəhudi mərasimində iştirak etmək ‒ mərasim şamlarını söndürmək üçün evə daxil olur.
Mən artıq dəfələrlə qeyd etmişəm ki, ABŞ-ın maliyyə-kredit sistemi tamamilə beynəlxalq yəhudi bankerlərinin əlindədir.
ABŞ federal ehtiyat sisteminin əsas səhmdarları arasında aşağıdakıların adları var:
Rotşildlər (Londan, Berlin), Lazars Brazars (Paris), İzrail iff (İtalya), Kun-Leb kompani (Almaniya), Zarburqlar (Almaniya, Hollandiya), Leman Bravers (Nyu-york), Holdman və Zaks (Nyu-york), Rokfeller (Nyu-york).
Yalnız federal ehtiyat sisteminin (FES) əməliyyatları sayəsində beynəlxalq yəhudi bankerləri 100 milyardlarla dollar qazanc əldə edirlər. FES-in əməliyyatlarına nə prezident, nə ABŞ hökuməti nə də maliyyə naziri nəzarət etmək hüququna malik deyildir. Əksinə, onlar hamısı yuxarıda sadalanan səhmdarlardan asılı vəziyyətdədirlər.
Yəhudi liderlər təkcə bu ölkənin sərvətlərini nəzarətə almayıblar, üstəlik onlar ölkə əhalisinin üzərinə yəhudi mərasim vergisi də qoyublar ki, həmin vergini hər bir amerikalı bu və ya digər şəkildə ödəməlidir. Bu, koşer vergisi adlanan vergidir.
Koşer sözü qidanın yəhudiliyin mərasim normalarına əsasən yemək üçün yararlı olduğunu bildirir. Bunun üçün xüsusi ravvinlər qida üzərində mərasim hərəkətləri həyata keçirirlər. Yalnız bundan sonra onlar həmin qidadan istifadəyə icazə verirlər. Lakin öz mərasim işləri üçün ravvinlər pul tələb edirlər ki, həmin pulu onlara ərzaq malları istehsal edən şirkətlər ödəyirlər. Təbii ki, şirkət ravvinlərə ödədiyi pulu məhsulların qiymətinə daxil edir, həmin məhsulların dəyəri isə bütün alıcılar tərəfindən ödənilir, halbuki, yəhudilər onların arasında cəmi bir neçə faiz təşkil edir.
Yəhudilərin xristianlardan aldığı bu ödənişlər ilk dəfə 1919-cu ildə Nyu-yorkda reallaşdırılıb. Bir neçə yəhudi ərzaq müəssəsi ravvinlər də᾽vət etmək qərarına gələrək onların mərasim əməliyyatından sonra məhsulların üstündə çevrə içində «k» hərfi işarəsini qoymağa başladılar. Sonralar belə müəssisəələrin sayı artır və daha bir işarə ‒ çevrə içində «o» işarəsi də meydana çıxdı. 1960-cı illərdə ravvinləri də᾽vət edən ərzaq şirkətlərinin sayı 225, 1966-cı idə 475, 1975-ci ildə 800 oldu. 1990-cı ilin ortaları üçün koşer vergisi çay, kofe, koka-kola və başqa içkilər daxil olmaqla, 16 min adda ərzaq məhsulunu əhatə edirdi.
1988-ci ilin iyulunda Çikaqo yəhudi sazişi imzalandı. Sazişə görə 30 milyard dollar dəyərində ərzaq yəhudi koşer vergisinə mə᾽ruz qalmalıdır. On ildən sonra isə bu məbləğ təxminən üç dəfə artdı.
Amerika ravvinləri ərzaq məhsulları istehlakçılarını saymaqla məşğul olan bir sıra möhtəşəm təşkilatlar yaradıblar. Mərasim vasitəsilə qoyunçuluqla məşğul olan ən böyük təşkilat ‒ ortodoksal yəhudi konqresiyası ittifaqı oldu. O, 1200 kompaniyaya, yaxud bütövlükdə koşer bazarının 80 faizinə mərasim xidməti göstərir. Koşer mərasimini həyata keçirmək sahəsində burada 600 ravvin «zəhmət» çəkir.65
Ərzaq məhsulları istehsal edən şirkətlərin əksəriyyətinə zorla qəbul etdirilən koşer mərasimi üçün yəhudi təşkilatları və ravvinlərin illik gəliri 100 milyard dollardan çoxdur. Bu pullar yəhudiliyin ehtiyaclarına sinaqoqlar tikilməsinə və tə᾽mirinə, talmudi təhsilə və i.a. sərf olunur.
Yəhudi təşkilatları ABŞ dövlət büdcəsinin üzərinə də özünəməxsus vergi qoyublar ‒ büdcə digər ölkələrdən xüsusən Rusiyadan gəlmiş mühacirləri təmin etməlidir. Keçmiş sovet yəhudilərinə xüsusi şərait yaradılır, imtiyazlar verilir. Amerika torpağına qədəm qoyan hər bir yəhudi 7 min dollar pul havayı, yaxud aşağı qiymətə mənzil alır. Sonralar bunların işə düzəldiləcəyi də nəzərdə tutulur.
Lakin yəhudilərin 40 faizi işləmək istəmir və onlara relfera adlanan xüsusi müavinat verilməsini, pulsuz tibbi xidmət göstərilməsini tələb edir. Məndə olan mə᾽lumata görə yalnız 1994-cü ildə ABŞ-a demək olar ki, 200 min sovet yəhudisi köçmüş, Amerika vergi ödəyişləri onların saxlanılmasına, ən azı bir milyard dollar xərcləmişlər.66
Keçmiş sovet yəhudilərinin böyük əksəriyyətinin ABŞ-da aldığı nasizim tə᾽qiblərinə mə᾽ruz qalanlar üçün müavinəti Almaniya hökuməti ödəyir. Beynəlxalq yəhudi dairələrinin bu dövlətə zorla qəbul etdirdikləri qanuna görə müharibə qurtaranadək anadan olan, almanların işğal etdikləri ərazilərdə müəyyən müddət yaşayan, yaxud sonradan almanlar tərəfindən işğal edilən ərazilərdən qaçan (köçürülən) hər bir yəhudinin (rus, polyak, çexin yox) 5 min marka həcmində müavinat almaq hüququ var (1989).67 Bu müavinəti alan yəhudilərin 90 faizindən çoxu heç nasizmin əsil qurbanları da olmayıblar. Onların aldıqları pullar əslində, faşist işğalından həqiqətən ziyan çəkmiş milyonlarla rusa (maloroslar və beloruslar da daxil olmaqla) verilməli idi.
2-ci dünya müharibəsindən sonra yəhudilər xristianlıq üzərinə hücumlarını daha da gücləndirdilər. Bu özünü ilk növbədə satanist və sodomist təşkilatların açılmasında göstərdi. Bir qayda olaraq belə təşkilatlara yəhudilər və masonlar başçılıq edirdilər. Amerika yəhudi və mason təşkilatları sodomist hərəkatların əksəriyyətinin təşəbbüskarı oldular, onların təşəbbüsü ilə ştatların əksəriyyətində sodomistliyi leqallaşdıran qanunlar qəbul edildi. Bu qanunlara görə, sodomistlər xüsusi status və «köhnə fikirlilikdən» müdafiə əldə edirlər. 1995-ci ildə ravvinlərin ümumamerika qurultayı sodomistliyi dəstəklədi və onun iuadizmə aid olmadığını qeyd etdi.
1996-cı ildə bir sıra yəhudi və mason fəalları «Amerika ailəsi uğrunda mütərəqqi ittifaqda» adlı ümumamerika təşkilatını yaratdılar. İttifaqın başında yəhudi və mason M. Lerner dayandı, onun proqramında birinci yeri abort hüququ və homoseksualların hüquqları uğrunda mübarizə tutdu.68
«Bnay-brit» tipli yəhudi təşkilatları xristianların yəhudilərin ədalətsiz, tanrı əleyhinə siyasətlərini, onların müəyyən dairələrinin tüfeyliliyinə qarşı əks-təsir cəhdlərini diqqətlə izləyir. Ədalətin bərpasına yönəlmiş istənilən cəhd «antisemitizm» e᾽lan edilir və bunun baisi xristianlıq göstərilir.
1979-cu ilə Bnay-britin himayəsi ilə çapdan çıxan «Amerikada antisemitizm» adlı kitabda həmin yəhudi mason lojasının üzvləri açıq aşkar xristianları antisemitizmdə ittiham edir, səbəb kimi isə xristianların yeganə qurtuluş yolunu İsada görmələrini, ona inanmayanların hamısını lə᾽nətləmələrini göstərirdilər.69
1964 və 1981-ci illərdə elə həmin lojanın himayəsi ilə amerikalılar arasında aparılan sorğu-sualda onların yəhudilərə münasibətinin aydınlaşdırılmasına cəhd göstərilmişdir.
Sorğu yəhudiləri dəhşətə gətirən bir mənzərə yaratdı ‒ «kristallaşmış yəhudi ruhu» ölkəsində əhalinin əksər hissəsi yəhudiləri sevmir və onlara inanmır.c
Cədvəldə sorğuların əsas nəticələri verilir.70
Bu nəticələr yəhudi təşkilatlarının özləri tərəfindən əldə edildiyindən, xüsusilə mühümdür.
1964-1981-ci illər ərzində amerikalıların yəhudilərə mənfi münasibəti bir qədər azalmışdır. Bununla belə 52-57 faiz yəhudilərin qapalı təcrid olunmuş şəkildə yaşamaları, işə yalnız yəhudiləri götürməyə çalışdıqları və hər bir işdə başda durmağa can atmaları üçün qınayırlar. 43-46 faiz isə yəhudiləri beynəlxalq banklar, həmçinin kino və televizya üzərində hökmranlığa görə qınayır. Rə᾽yi soruşulanların üçdə bir hissəsinin fikrincə yəhudilərin çoxlu çatışmayan cəhətləri var, belə ki, onlar məqsədlərinə çatmaq üçün biznesdə şübhəli və heç də təmiz olmayan üsullara əl atırlar.
ABŞ ƏHALİSİNİN YƏHUDİLƏRƏ MÜNASİBƏTİ
Yəhudiləri sevməyən, onlara amansızlıqla yanaşan amerikalıların faizi
Yəhudilərə məhəbbət və inamın olmamasının səbəbləri
1964 1981
Yəhudilər kino və televiziyanı ələ keçirdikləri üçün ------------------------------------------70--------------------46
Yəhudilər işə yalnız özününküləri götürdükləri üçün -------------------------------------------60--------------------57
Yəhudilər hər işdə başda olmaq istədikləri üçün-------------------------------------------63--------------------52
Yəhudilər ayrıca, təcrid olunmuş şəkildə yaşadıqları üçün-------------------------------58--------------------53
Beynəlxalq banklar yəhudilərin tabeliyində olduğu üçün----------------------------------------------55-----------------43
Yəhudilər nasist almaniyasında başlarına gələnlərdən həddən artıq çox şikayət etdikləri üçün----------------------------------------------51-----------------40
Yəhudilər məqsədlərinə yetmək üçün şübhəli, qeyri-qanuni vasitələrdən istifadə etdikləri üçün-------------------------------------------------------48-----------------33
Yəhudilər qıcıq yaradan çoxlu qüsurlara malik olduğu üçün------------------------------------48-----------------29
Yəhudi iş adamları öz məqsədlərinə nail olmaq naminə qabiliyyətli iş adamlarına onlarla bərabər rəqabət aparmaq imkanı verməyən vasitələrə əl atdıqları üçün------------------------------40-----------------27
Yəhudilər İsrailə Amerikadan daha çox meylli olduqları üçün ------------------------------------39----------------48
Yəhudi iş adamları bütün digər iş adamlarına nisbətən az vicdanlı olduqları üçün---34-------------22
Yəhudilər başqa adamlarla nə ola biləcəyi barədə düşünməyərək daha çox öz qeydlərinə qaldıqları üçün-------------------------------------------------30--------------22
Yəhudilər dünya biznesində həddən artıq hakimiyyətə malik olduqları üçün------33--------------37
Yəhudilər arzu edilmədikləri yerlərə can atdıqları üçün---------------------------------21--------------19
Yəhudilər Amerikada həddən artıq hakimiyyətə malik olduqları üçün------------------------13--------------23
Yəhudilər öz şübhəli ideyaları ilə başqa adamlara çoxlu narahatçılıqlar gətirdikləri üçün---------------------------------------------------13------------14
80-cı illərdə bir çox amerikalı yəhudilərin hökumətdə və biznesdə həddən artıq hakimiyyətə malik olduqlarını anlamağa başladı. (23-37%). Amerikalıların demək olar ki, yarısı yəhudilərin İsrailə daha çox meyilli olduqlarını düşünürdü (60-cı illərdə belə amerikalıların sayı 39% idi).
60-cı illərdə amerikalıların 45%-i, 80-cı illərdə isə 34%-i yəhudilərlə qohum olmağın yolverilməzliyini iddia edirdi.
Yəhudilərin Amerikanın digər xalqlarına nisbətən daha çox pula malik olmaları fikrini amerikalıların 56%-i təsdiq etmişdir. ABŞ əhalisinin təxminən 45%-i yəhudilərin daha xudpəsənd və yalnız özlərini düşünən olduğunu güman edirdi.
Sorğuları yekunlaşdırıb ümumiləşdirici nəticələr çıxararkən Bnay-Britdən olan yəhudi sosioloqları iddia edirdilər ki, amerikalıların orta hesabla 34%-i «antisemitlərə» aid etmək lazımdır. Rəqəmlə ifadə etdikdə isə bu o demək idi ki, ABŞ-da 70 milyon antisemit, yə᾽ni iudaizmə əsaslanan pozğun ictimai sistemi qəbul etməyən adam yaşayır.
Müasir Amerikada antisemitizm pozğun və bəşəriyyət əleyhinə yönəlmiş yəhudi-mason sivilizasiyası ilə qarşıdurmanın bir formasıdır. Amerikalıların yəhudiləri sevməmələrinin səbəblərinin sadəcə sadalanması da göstərir ki, «əhdi cədidin» dəyərləri gizli, «dondurulmuş» şəkildə olsa da, amerikalıların bir hissəsinin qəlbində yaşamaqdadır. Amerika cəmiyyətində «antisemit»lərin sayı «ən᾽ənəvi Amerika (yə᾽ni yəhudi) dəyərlərini» qəbul etməyənlərin sayı ilə demək olar ki, eynidir (30‒40%).
SATANİZMİN RƏSMİ DƏSTƏKLƏNMƏSİ
Hasidizm kimi, satanizm də yəhudiliyin gizli, qaniçən və kabbalist sektorlarından doğub.71 18-ci əsrədək o, gizli yəhudi sektası kimi nikişaf etmiş, daha sonra isə yəhudilikdən ayrılaraq masonluğun ən nüfuzlu cərəyanlarından birinə çevrilmişdir. Amerika və Avropa «azad daşyonanları»‒nın ən məşhur başçıları da (A. Payk‒Bafanet kultu; Y. Balavatskayk‒«lütsiferlik»; A. Krum‒İblisə, «Vəhşi sitayiş») iblisanə mərasimlərin masonluğun özəyini təşkil etdiyini demək olar ki, açıq-aşkar e᾽tiraf etmişdilər.
19-cu əsrdə fransalı yəhudi Elifas Levi satanist sekta yaratdı. Magiyanın güc mənbəyi olduğunu qeyd edən Levi, seks və narkotiklərə xüsusi diqqət yetirdi.72 19-cu əsrin 40-cı illərində yaranan daha bir satanist sektasından isə sonralar keçmiş keşiş və keçmiş rahibənin başçılığı altında «Karmila kilsəsi» yarandı.73
Özlərindən əvvəlki gizli qanlı yəhudi sektaları kimi, satanist sektalarının mərasimlərinin özəyini də qanlı ayinlər təşkil edirdi.
Xələfləri kimi, satanistlər də belə hesab edirdilər ki, mə᾽sum qurbanların qanı iblisə sitayiş ayinlərinin uğurunun rəhnidir. Satanistlərin də təşəkkülünə rəvac vermiş kabbalist sektaların tə᾽liminə görə, qan təkcə həyat rəmzi deyil, həm də həyatın özüdür, ölüm anında kənarlaşan enerjinin məkanıdır. Həmin enerjidən isə sehr və magiya üçün istifadə etmək olar.
Mason‒satanist A. Kroulinin qeyd etdiyi kimi, maksimum mə᾽nəvi tə᾽sirə nail olmaq üçün ən böyük və ən saf qüvvəyə malik qurban seçmək lazımdır.
Qurban qismində «mütləq bəkarətli» oğlan uşaqları xüsusilə yararlıdır.
Demək olar ki, bütün hallarda insan qurbanı sehrli qüvvə əldə etmək üçün ən yaxşı vasitədir.74
Satanistlərin mərasim qətllərini və iblisə sitayiş məqsədilə qurbanların qanı ilə həyata keçirilən ayinləri «qara messalar» (ibadətlər) adlandırırdılar. Katoliklərin kilsə ibadətlərinə bənzəyən bu cür ilk messalar barədə mə᾽lumatlar 17-ci əsrin 2-ci yarısı‒18-ci əsrin əvvəllərinə aiddir. Bu messaları yerinə yetirmək üçün satanistlər kilsədən kənarlaşdırılmış keçmiş katolik keşişlərini cəlb edirdilər.
Keçmiş keşişlərdən biri, satanist Qvidburq belə «messaların» necə keçirildiyini təsvir etmişdir: «Çılpaq qadın çarpayıya uzandı. Başı və ayaqları kənara sallanmışdı. Onun döşünün üstünə xaç və salfet, qarnının üstünə isə xüsusi qab qoydular. Qvidburq bıçaqla uşağın boğazını kəsdi və qabı onun qanı ilə doldurdu. Uşağın bədənini «sehrli» maddə düzəltmək üçün saxladılar».75
Əsl «qara messalar» daha peşəkar səciyyə kəsb edib. İblis kultunun bütün detalları cilalanıb. Əvvəllərdəki çarpayı əvəzinə «iblis qurbangahı»‒uzunluğu, təxminən 2 metr, eni 1 metr olan stoldan istifadə edilir. «Qurbangahın» üstünə çılpaq qadın, əksər hallarda fahişə uzadılır. Onun qarnının üstündə pentaqram işarəsi çəkilir. Pentaqramın beş zirvəsi yer, hava, su, alov və ruhun rəmzləridir. Şamlar qara rəngli «qurbangahın» üstündə yerləşdirilir. Onları xaç suyuna çəkilməmiş uşaqların piyindən düzəldirlər. Satanistlərin istifadə etdikləri qab istənilən metaldan (qızıldan başqa) düzəldilə bilər. Qabda çaxırla fahişənin sidiyini qarışdırırlar. Ayin zamanı güc rəmzi, yaxud insanı qurban kəsmək aləti kimi qılınc istifadə edilə bilər. «Qurbangahın» yanında başıaşağı çevrilmiş xaç qoyulur.
Satanistlərdən biri Müqəddəs Pay əldə etmək üçün kilsəyə yollanır. Qara messa zamanı onların murdarlanması baş verir. Kilsədə bir şey əldə etmək mümkün olmadıqda, insan qurbanı verilir. Onun qanı qaba əlavə edilir və iştirakçıların hamısı bu məhlulla «paklaşırlar». Messa iştirakçıları onu orgiya ilə başa vururlar.76
Los‒Ancelesdən olan uşaq həkimi H.Simpsonun qənaətinə görə, «Balaca uşaqlara münasibətdə satanistlərin zorakılıq aktlarının dəhşətli reallıq olduğunu e᾽tiraf etmək zəruridir. Bu, həkimlərin cəmiyyətin diqqətini cəlb etməli olduqları ən ciddi problemlərdəndir».77 90-cı illərin əvvəllərində Amerika radiosu və televiziyasında gedən reportaja görə, hər il ABŞ-da 40 minə yaxın uşaq yox olur və 5 minə yaxın tanınmayan uşaq meyidi tapılır. Amerika fahişələri arasında xüsusi biznes növü var‒onlardan bə᾽ziləri özünəməxsus inkubator rolunu oynayır, doğduqları körpələri «qara messalar» üçün satırlar (80-cı illərin axırlarında hər körpə üçün 3‒5 min dollar verirdilər).
Lakin qurbanlar təkcə körpə uşaqlardan ibarət olmur. İblisə sitayiş edən amerikalılar öz ayinləri zamanı dəfələrlə yaşlı adamları da qətlə yetiriblər. 1986-cı ildə Amerika ayin zamanı A.Perrinin qətlindən dəhşətə gəldi. Bu hadisə Stanford universitetinin (Kaliforniya) memorial kilsəsində baş vermişdi. Kilsə qulluqçularının ifadəsinə görə, «bu, satanist ayin idi».78 Qətl, qurbangah hissəsində baş vermişdi. İblisə sitayiş edənlər meyidin ətrafına şamlar düzmüş, cəsədi təhqir etmişdilər. Polis yalnız bir iblissevər‒qatili‒David Berkoviçi müəyyənləşdirməyə nail oldu.
Mən bu kilsədə oldum. Bura kifayət qədər tutumlu, pis işıqlandırılmış, qalın divarları olan, yə᾽ni «qara messalar»ın və digər iblisanə ayinlərin icarsı üçün ideal bir yerdir. Kilsə arxivi 1996-1997-ci illərdə arxivində işlədiyim Quver institutunun yaxınlığında yerləşdiyindən, burada baş verən bə᾽zi hadisələri izləmək imkanına malik oldum. Kilsə sodomitlərin sevimli yerinə çevrilmişdi‒burada protestant keşişləri mütəmadi olaraq keylər (kişiləri «sevən» kişilər) və lesbiyan qadınlar (qadınları «sevən» qadınlar) arasında «nigahlar» bağlayırdılar. Bu, kifayət qədər əsrarəngiz bir prosesdir. Deyilənlərə görə, bə᾽zi «nigah» proseslərinə ABŞ-ın bir çox şəhərlərindən yüzlərlə sodomit gəlir. «Nigah» bağlayan keşiş qətlin və cəsədin təhqir olunduğu yerin düz mərkəzində dayanır.
Hazırda bu kilsə, şübhəsiz, iblissevərlər və sodomitlərin ziyarət etdikləri ən sevimli yerlərdən birinə çevrilib. Görünür, Birləşmiş Dinlər Təşkilatının tə᾽sisçilərinin öz konfranslarını məhz burada keçirmək qərarları da təsadüfü deyil. Bu barədə sonuncu fəsildə daha ətraflı danışacağam.
20-ci əsrin ən məşhur iblissevəri və iblisanə kilsənin banisi macar yəhudisi Anton Lavey olub. (1930-cu ildə doğulub). A. Kroulinin «mə᾽nəvi şagirdi olan Lavey də öz müəllimi kimi, əsas vəzifəsini xristianlığı məhv etməkdə görürdü.
A. Kroulinin yazılarına əsaslanaraq, Lavey indi hər bir müasir iblissevərin stolüstü kitabına çevrilən 2 kitab tərtib etdi‒«İblis bibliyası» və İblisanə mərasim». 1967-ci ilin yanvarında o, ilk iblisanə «nigah», iyun ayında ilk iblisanə «xaç suyuna çəkmə», dekabrda isə «dəfn» həyata keçirdi.
Bütün bunlar açıq-aşkar, izdihamın iştirakı ilə keçirilirdi. Ən iri qəzetlər onun əməllərini ətraflı işıqlandırırdı.
İblisin Ali Kahini A. Lavey «nigah» prosesini San‒Fransiskodakı ilk iblissevərlər kilsəsində həyata keçirdi. Mərasimdə ondan başqa, daha 30 «zülmət knyazı» da iştirak etdi.
Özünün iblisanə mərasimlə dəfn olunmasını vəsiyyət edən E. Oleen adlı dənizçinin dəfni də eynilə geniş reklam olundu. Mərasim elə həmin kilsədə keçirildi, daha sonra isə cəsəd hərbi-dəniz donanmasına xas ehtiram göstərməklə basdırıldı.80
1970-ci ildə iblisanə kilsə ABŞ kilsələrinin Milli İttifaqına qəbul edildi. Digər konfessiyalarla yanaşı, Pentaqonun nəzdində iblisanə kilsənin də baş kapellanı təmsil olundu. Onun himayəsi altında ABŞ Silahlı Qüvvələrinə xidmət göstərən yüzə yaxın kapellan-iblissevər qulluq edirdi.
Öz davamçıları üçün Lavey iblisin 9 prinsipini göstərdi:
1. İblis məhdudlaşdırma əvəzinə şəhvani, cismani arzulara himayə təklif edir!
2. İblis mə᾽nəvi xülyalar əvəzinə dolğun həyat təklif edir!
3. İblis üzdəniraq özünüaldatma əvəzinə kamil müdriklik təklif edir!
4. İblis nankorlara məhəbbət əvəzinə layiqlilərə sevgi təklif edir!
5. İblis hamını bağışlama əvəzinə qisas hüququ təklif edir!
6. İblis psixi qaniçənlərə qayğı əvəzinə məs᾽uliyyətli insanlara qarşı məs᾽uliyyət təklif edir!
7. İblis insanı davranışı 4 ayaq üstə gəzən heyvanlardan bə᾽zən yaxşı, əksər hallarda isə pis adi heyvan növü kimi təqdim edir!
8. İblis günah adlandırılanların hamısına izn verir, çünki onlar fiziki, hissi və emosional tə᾽minat verir!
9. İblis həmişə kilsənin ən yaxşı dostu olub, çünki onun sayəsində kilsə uzun illər boyu özünə məşğuliyyət tapıb!
Satanizmi xüsusi olaraq öyrənən amerikalı keşiş Cefri Steffon hesab edir ki, iblisə yaxınlaşmanın 7 səviyyəsi var.
1-ci səviyyədə falçılıq və ən᾽ənəvi magiyanın sadə formaları ilə məşğul olanlar yerləşir.
Steffon 2-ci səviyyəyə spritizmə, alkoqola, narkotiklərə və «ağır rok» tipli musiqiyə aludəçliyi olanları aid edir. Bu qrupun nümayəndələrinin bir hissəsi «İblis bibliyası» və «İblisanə mərasimlər» tipli kitablar oxuyurlar, hərdən isə hətta bu ayinlərdən bə᾽zilərini yerinə yetirməyə təşəbbüs də göstərirlər.
3-cü səviyyədə kortəbii satanist qruplar yerləşir. Onların liderləri Krouli və Lavey tipli adamlar olur. Bir çox adamlar narkotiklərdən istifadə və orgiyalarda iştirak nəticəsində bu qruplarla əlaqə yaradır, yeniyetmələri isə bu cür toplantılara yaşlı satanistlər də᾽vət edirlər.
Hər bir qrupda özəl inanc və ayinlər sistemi formalaşır və bunlar bir qayda olaraq, həmin qrupun mənafelərinə müvafiq olur.
4-cü səviyyə «İblis kilsəsi», «Seta mə᾽bədi» və bu qəbildən olan digər təşkilatların üzvlərini ehtiva edir. «İblis kilsəsi» ona qoşulmaq arzusunda olanları əsaslı şəkildə, hərtərəfli öyrənir. Satanistlərin əsas dini ayini «qara messa»dır. 4-cü mərhələdə olan iblispərəstlər okkultizm haqqında gənclər üçün nəzərdə tutulan yazıların yayılması üçün məs᾽uliyyət daşıyırlar.
5-ci səviyyəni satanistlər («möhkəm özək») təşkil edirlər. Onlar qurban verilməsini (o cümlədən insanları) nəzərdə tutan ayinləri yerinə yetirirlər. Hazırda bu adamlar gizli fəaliyyət göstərdiklərindən, onların mövcudluğunu sübut etmək çox çətindir.
Müxtəlif nəsillərin nümayəndələrini əhatə edən gizli qruplar da bu səviyyəyə aiddir. Bu qrupların üzvləri ikrah doğuran mərasimlər icra edir, uşaqlara münasibətdə zor işlədir, öz uşaqlarını narkotik maddələrə dəyişir, heyvanları və insanları qurban verirlər.
6-cı səviyyə satanistlərini adeptlər adlandırırlar. «Onlar iblisi görməyə qadirdirlər, həmçinin xırda cinlər üzərində hakimiyyətə malikdirlər».
Ali səviyyə satanistləri illüminatlar, «sırf iblis pərəstişkarları» adlanırlar. Onlar öz iradə və şəxsiyyətlərini iblisə bəxş edirlər.81
70‒80-cı illərdə ABŞ-da iblis kilsəsinin baş templi San-Fransiskodakı Kaliforniya küçəsində idi. Bura itiuclu damı olan, hündür məftil çəpərə alınmış o qədər də böyük olmayan qara binadır. Satanizmin Ali Kahini A. Lavey də elə burada xidmət edib.82 Mən 90-cı illərin ortalarında satanist templinin yaxınlığında oldum. Yerli sakinlərdən onun haqqında hər hansı mə᾽lumat toplamaq cəhdlərim boşa çıxdı, çünki hamı bu barədə danışmaqdan imtina edirdi. Sorğu-suallarıma templin çəpərinə bitişik olan kiçik bərbərxananın işçilərini xüsusilə dəhşətləndirdi. Bir dəfə templin qarşısında xarici görünüşünə görə satanistə oxşayan bir nəfərlə söhbət etməyə nail oldum. O, könülsüz şəkildə bildirdi ki, templ artıq fəaliyyət göstərmir. Sonralar öyrəndim ki, baş mə᾽bəd həqiqətən Los-Ancelesə köçsə də, köhnə də öz fəaliyyətini dayandırmayıb. Əvvəllər satanizmə aidiyyatı olan şahidlərin sözlərinə görə Kaliforniya küçəsindəki evin altında dərin və geniş zirzəmidə sütunlar və iblis «qurbangahı» var. Təxminən ayda bir dəfə, həmçinin satanistlərin bayram günlərində məhz bu zirzəmidə «qara messalar» keçirilir.83
Onların iştirakçıları maşınlarını buradan xeyli uzaqda saxlayır və templə tək-tək gəlirlər. Bununla belə, indi iblispərəst mə᾽bədlərin ‒ templlərin telefon nömrələrini San-fransisko, Los-anceles, Nyu-yorkdakı istənilən telefon kabinəsində öyrənmək mümkündür. San-fransiskoda telefon kitabçasını açaraq, buna şəxsən əmin oldum.
Satanizmin tədqiqatçısı C. Brennanın mə᾽lumatına görə ABŞ-da 100 min iblissevəri birləşdirən 8 minə yaxın «toplantı» mövcuddur.84 Amerika satanistlərinin Qərbi Avropanın bir çox ölkələrində həmçinin Kanada, Avstralya və Yeni Zelandiyada çoxsaylı filialları var.
Satanizmin Amerika qanadından başqa, digər qanadları da var. Bunlardan bə᾽ziləri aşağıdakılardır:
«Kelt-şərq ayini» lütsiferçilərin (iblissevərlərin) beynəlxalq assosiyasiyası öz «tə᾽limində» qədim kelt iblissevərlərinin ‒ druidlərin kultunu və yəhudi kabbalasının ayinlərini birləşdirir. Onun İngiltərə, Fransa, ABŞ, İrlandiya və bir sıra digər ölkələrdəki gizli geniş təbəqəsində bir neçə min üzv var.
5 milyonadək üzvü olan daha kütləvi iblissevərlər təşkilatı mərkəzi İngiltərədə yerləşən beynəlxalq druidlər (kelt ayini) cəmiyyətidir. O, mason prinsipi ilə qurulub və ali loja tərəfindən idarə edilir.
Fransadakı yaşıl orden də beynəlxalq druyidlər cəmiyyətinə yaxındır. Onun üzvləri özlərini «kelt ayini» lütsferçiləri adlandırır və rəmz kimi başında tac, əlində gürz olan buynuzlu keçi şəklindən istifadə edirlər.
İblissevərlər gənclərə xüsusi diqqət yetirirlər. Onların rəhbərləri bu və ya digər namizədə uzun müddət diqqət yetirir, sonra isə sekta üzvü olduqlarını bildirmədən həmin adamla tanış olurlar.
Vaxtı ilə rozenkreyserlər etdikləri kimi, iblissevərlər də gənclərə qeyri-adi güc, şəhvani həzz, sərvət və şöhrət və᾽d edirlər.
«Yeniyetmə ilə təmas yaradandan bir qədər sonra iblissevərlər onu görüşə dəvət edir, havayı narkotik və seksual əyləncələr və᾽d edirlər. Daha sonra onun biabırçı vəziyyətdə (məsələn, narkotik maddə qəbul etmiş halda) fotoşəklini çəkir və ondan şantaj üçün istifadə edirlər. Bu cür şənliklər «heve metal» musiqisi sədaları altında keçir. Narkotik uyuma vəziyyətində bu musiqi birbaşa şüura tə᾽sir edir və nəticədə insan sanki özünü mahnının sözləri və musiqisi ilə eyniləşdirir, onları dərindən qavrayır.»85
C. Brennan iblissevərlərə qoşulan Suzanna adlı 18 yaşlı qızın tarixçəsini danışır: «İki il ərzində bu qız iblissevərlər toplantısında fahişə olmuşdu. Suzanna danışırdı ki, o qrupun üzvü olan kişilərlə cinsi əlaqəyə girirdi, bə᾽zən onlardan bir neçəsi qısa fasilərlə onunla yaxınlıq edirdi. Bu, iblis şərəfinə ayinin tərkib hissəsi idi.
Bu kultda iştiraka onu nə vadar etdiyini soruşduqda Suzanna cavab verdi ki, çoxlu problemləri və ailədə fikir ayrılıqları vardı. Atası ilə tez-tez mübahisə edirdi, evlərində nəinki qarşılıqlı məhəbbət, heç anlaşma və sakitlik də yox idi. Əksinə, hamı bir-birinə düşmən kəsilmişdi. Qız dərin mə᾽nəvi böhrana düşmüşdü, özünün heç kim tərəfindən sevilməyən və heç kimə lazım olmayan artıq bir adam hiss edirdi.
Elə bu zaman onun qayğısına qalan bir gənclə rastlaşır. Qız ona aşiq olur, onu fırtına zamanı sığına biləcəyi sakit bir guşə timsalında görür. Gənci yanında saxlamaq üçün Suzanna hər şeyə hazır idi. Buna görə də onun satanizmə aludə olduğunu eşidəndə e᾽tiraz etmədən ardınca gedir. Qıza elə gəlir ki, sevgisini sübut edə və aralarındakı ittifaqı möhkəmləndirə biləcək.
İblis kultu qız üçün ailəsini də əvəz edir. Qrupun digər üzvləri ilə təmasda olarkən ən çox zərurət duyduğu bir şeyi ‒ özünə qarşı diqqət qazanır. Lakin digər tərəfdən qrupun üzvləri də ondan özlərinə lazım olanı ‒ onun bədənini tələb edirdilər. Nəticədə qız fahişə oldu».86
Satanizm Amerika gənclərinin həyatında özünə möhkəm yer tutub. ABŞ məhkəmələrində satanizm və ayini qətllərlə bağlı işlərə mütəmadi olaraq baxılır və bunlarda əsas müttəhimlər gənc iblissevərlər olur. 80-cı illərdə baş verən bir neçə hadisəni nümunə gətirək.
Gənc amerikalı iblissevərlərdən ibarət qrup 15 nəfəri iblisə qurban verərək qətlə yetirir. Şahidlərin sözlərinə görə, meyitlər o dərəcədə dəhşətli vəziyyətdə idi ki, insanların başına gətirilənləri görərkən polis işçilərindən çoxunun halı pis oldu.87
Lonq-Aylenddən olan iki gənc‒17 yaşlı Rikki Kasso və 18 yaşlı Cimmi Troyano 17 yaşlı Harrini ayin zamanı qətlə yetirirlər. Bundan başqa, Rikki qəbirlərin açılmasında, «cəhənnəmin sahibinə» məktubların tərtibində iştirak edirdi. Onun həyatında əsas yeri narkotiklər tuturdu. Bu gənclərin dostlarının əksəriyyəti iblisi çağırmaqla bağlı olan ayinlərlə maraqlanırdı.88
Floridada 19 yaşlı Conatan Kantero öz anası Patrisiya Annanı qətlə yetirdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmişdir. Anasının boğazını kəsən Conatan, bunu iblisin şərəfinə dualarla müşayət etmiş və üstəlik, qadının sol qolunu da demək olar ki, kəsib atmışdı. Conatan mə᾽lumatları okkultizm barədə kitablardan əldə edirdi və qətl zamanı oxuduğu dualar da elə oradan götürülmüşdü: «Tanrım iblis, bilirsən ki, mən bu qadını ‒ məni doğan bu varlığı məhv etdim. Onun mənim şüurum üzərində hökmranlığına son qoydum. O, mənimlə əlaqəsini tamam itirmiş və daha aşağı səviyyədə yerləşən bir ilana çevrilmişdir.»89
1986-cı ildə Oklaxoma məhkəməsi 17 yaşlı Son Sellersi üç qətlə ‒ anasını, ögey atasını və mağazadakı satıcını öldürdüyünə görə mühakimə etdi. Sellers özünün məktəbdəki şkafında «iblisanə bibliya» saxlayırdı. «Zülmət kitabı» adlandırdığı gündəliyində o yazırdı: «Yer və kainat hökmdarı iblis naminə zülmət qüvvələrinə öz güclərini mənə vermələrini əmr edirəm». İstintaq iblisanə tə᾽limin müxtəlif vasitələrini də aşkar etdi ‒ «Zülmət kitabı», «iblislə qanla möhürlənmiş müqavilə», «Susma kodu», «Tərsinə çevrilmiş pentaqram şəkli», «Ağır rok» üslubunda musiqi, həmçinin dəhşət filmləri.90
Gənclərin böyük bir hissəsi üçün satanizmlə ilk tanışlıq helloin bayramıdır. Bu, ölüm hökmdarı iblisə qədim bütpərəst sitayiş mərasimidir. Bu bayram zamanı demək olar ki, bütün əhali ölüləri təqlid edir və bunun üçün ölü qiyafəsinə girərək dilənir. «Pislik yaxud hədiyyə» mərasimi zamanı amerikalılar ölülərin ruhlarına iblislə bağlı bəxşişlər verirlər. Təsadüfü deyil ki, Amerikadakı iblis kilsəsi bu günü özünün bayramı e᾽lan etmişdir. Onların fikrincə bu bayramdan iblisin varlığına şəhadət kimi istifadə olunmalıdır.91
İblisanə sektaların əksəriyyətində rok-musiqi (xüsusilə ağır rok) iblisə ibadət onu səsləmə ayininin özünəməxsus girişi rolunu oynayır. Qərbdəki kütləvi mədəniyyətin əsas tərkib hissələrindən birinə çevrilən rok musiqisi yəhudi rəhbərlərin başçılığı altında xristian şüurunun dağıdılmasının qüdrətli alətinə çevrildi.92 Mən artıq qeyd etmişdim ki, rokun banisi E. Presle yəhudi olması ilə fəxr edir və xristianlığın dağıdılmasındakı xüsusi missiyası onu sevindirirdi. Onun konsertlərini görən xristianların fikrincə narkoman və sodomit presle iblissevərlərin parlaq tipi idi. Satanizm tədqiqatçısı Con Todd qeyd edir ki: «İblisə həsr olunmuş musiqi vallarının (rok musiqi) hamısı eyni prinsip əsasında qurulub. Cinsi münasibətlər zamanı edilən hərəkətlərə müvafiq şəkildə inkişaf edən ritmi hissəsindən istifadə edilir. İnsana qəflətən elə gəlir ki, o, dəli olub və sonda bu, isterikaya gətirib çıxarır... Gənclər müəyyən müddət bu səslərin tə᾽sirinə mə᾽ruz qaldıqda onlarda depressiya, qıcıqlanma, təcavüzkarlıq hissləri baş qaldırır. Mahnıların mətnlərini araşdırmaq üçün özlərində səbr tapanlar tezliklə belə bir qənaətə gəlirlər ki, bu mətnlər, bir qayda olaraq, yeknəsəqdir. Onlarda valideynlərə, cəmiyyətə, bütün varlığa qarşı müqavimət təbliğ edilir. Anarxiya yaratmaq üçün zəruri şərait insanın bütün şəhvani hisslərini azad etməkdir ki, bu da öz növbəsində satanizmin bütün dünyada hökmranlığına yardımçı olur.»93
Bə᾽zi mahnılarında rok müğənnilər açıqca iblisə sitayiş edirlər. Belə ki, Con Lennon ona müraciətlə deyirdi: «İnsanları elə indi, dərhal azad et, bunu yerinə yetir, bizim əlimiz havada qalıb... Biz sənə dualar bağırmaq istəyirik: İnsanları azad et... 666-dır sənin adın.»94
Müasir dünyada iblisanə ‒ misdiq ədəbiyyat artıq yuxarıda sadaladığım Krouli, yaxud Lavey kimi yazıçıların əsərləri ilə məhdudlaşmır. Onlardan başqa külli miqdarda daha zərif, daha çox ziyalılalar tərəfindən istifadə edilən iblisanə kitablar da var. Onların müəlliflərinin ad çeşidi də çox zəngindir: K. Kastanyeda, H. Mayrinq, Umberto Eko, Kristofer Faulerdən başlamış, Stiven Kinq, Artur Klark və hətta rus yazıçısı Dannil Andreyevə qədər.
70-ci illərdə dünya satanizm hindli cadugər don Xuanın şagirdlərinin əsərləri ilə də zənginləşdi. Karlos Kastanyed, Florində Donner, Tayşi Abelyarın kitabları vasitəsilə, narkotik bitkilərdən magik ayinlərdən istifadə etməklə don Xuanın davamçıları ruhlar dünyası ilə əlaqəyə girirdilər. Əksər hallarda bu, narkotik seanslar olurdu ki, cadugar-şarlatanlar onlara dini don geydirirdilər. Qərbdə məşhur olan bir çox musiqiçi, rəssam, şair ruhlular dünyasından geri qayıda bilmədi. «Misdiq ayinə aludə olmaqla, onlar narkotikdən həlak oldular. Karlos Kastanyedanın o dünya qüvvələrinə cəlb etdiyi və özlərinə qəsd edən minlərlə adamın taleyi isə bizim üçün həmişəlik qaranlıq qalacaqdır.»95
Yalnız ABŞ-da bu iblissevərlərin əsərləri milyonlarla tirajla çap olunub. Bu nəşrlərin bir hissəsini ABŞ hökuməti maliyyələşdirib.
İblissevrlər hərəkatı demək olar ki, həmişə prezident-masonlar tərəfindən gizli şəkildə dəstəklənib. Lakin prezident Reyqandan başlayaraq, bu dəstək aşkar şəkil almağa başladı. 1987-ci ildə Reyqan «müasir Amerika həyatında satanizmin mühüm rolunu»96 kütlə qarşısında e᾽tiraf etdi və seçicilərin bu hissəsinin mənafelərinin nəzərə alınmasının zəruriliyini vurğuladı.
Reyqan hökuməti iblissevərlərin hüquqlarını genişləndirən bir sıra qərarlar da qəbul etdi:
‒dövlət qulluğuna, o cümlədən dövlət vəzifələrinə qəbul zamanı iblissevərlərin hüquqlarının pozulmasına yol verməmək;
‒«Amerikanın aparıcı görücülərini, okkultuçularını və nekromanlarını prezident və hökumət orqanlarına məsləhətlər vermək işinə cəlb etmək;
‒dövlət material və sənədlərində iblissevərlərin hisslərini təhqir edəcək söz və ifadələrdən istifadəyə yol verməmək.97
Amerika mətbutatı Reyqanın iblissevərlərə münasibətdə yeni siyasətini onun cəmiyyətə tə᾽sirini artırmaqla bağlı praqmatik addımı kimi dəyərləndirdi. Reyqan hökumətinin bə᾽zi üzvləri üçün onun bu qərarı əsil bayrama çevrildi. Deyilənə görə, «Helloyin» zamanı onlardan dördü sevincdən sərxoşluq dərəcəsinə qədər içmiş və soyunaraq, birbaşa stolun üstündə rəqs etmişdir.98
Reyqandan sonra bütün prezidentlər müxtəlif ixtisaslı okkultuçuları rəsmi olaraq dövləti məsələlərlə bağlı məsləhətləşmələrə də᾽vət edirdilər.
Ən yeni iblisanə meyillər təkcə hökuməti deyil, ən iri şirkətləri də ehtiva etdi. Belə ki, 1 mart 1990-cı ildə televiziya aparıcısı Filo Donahyunun teleşolarından birində «prokter en Gembl» şirkətinin rəhbərləri çıxış etdilər. Onlar tamaşaçılara iblis kilsəsinin davamçıları olmaları və gəlirlərinin bir hissəsini ona yardıma ayırırmaları barədə mə᾽lumat verdilər.
Donahyunun «Bu e᾽tirafla öz biznesinizə zərər vura biləcəyinizdən qorxmursunuzmu?» sualına isə bu iblissevərlər belə cavab verdilər: «ABŞ-da bizə ziyan vura biləcək qədər xristian yoxdur». Tamamilə aşkardır ki, şirkət rəhbərlərində ABŞ əhalisinin böyük hissəsində satanizmə bu və ya digər şəkildə rəğbət olması barədə əminlik var.
Bundan sonra ABŞ-da iblissevərlər şirkətinin məhsullarının baykotu üçün e᾽tiraz və imza toplamaq kompaniyası başladı. Lakin hökumət dərhal iblissevərlərin şərəfini tutaraq imza toplayanlara dini azlıqlar haqqında qanunu pozduqlarını izah etdi.99
source : الشیعه