Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Mübariz Ruhanilər Cəmiyyətinin bəyənatı

Mübariz Ruhanilər Cəmiyyətinin bəyənatı

Həqiqətən möminlər o kəslərdir ki Allah və onun Rəsuluna iman gətirib sonra da əqidələrin dəyişmiyib öz canlarıynan və mallarıynan Allah yolunda cihad ediblər. Həqiqətən onlar sədaqətli şəxslərdədəndirlər.
 

 


Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən:

 


Mübariz Ruhanilər Cəmiyyəti Azərbaycan Hakimiyyətinin məmurlarının iki mömin qardaşımız, nüfuzlu Ruhani Haci Abgül Süleymanov və İslamazeri.az internet qəzetinin Baş redaktoru Hacı Ramin Bayramova qarşı elədiyi həyasızcasına və kobud şəkildə qanunsuz olaraq həbs etməyi və möhtərəm ailə üzvlərinə qarşı hörmətsizliyi sərt şəkildə pisləyir. Bunu mübarək Ramazan ayında hakimiyyətin möminlərə hədiyyəsi sayırıq. Prezidentin iki gün ərzində çıxışlarında islami dəyərləri müdafiə etdiyinə baxmayaraq atılan İslam əleyhinə addımları və həbsləri çıxışlarının tam əksini göstərir. Burdan da belə qənaətə gəlmək olar ki, ya ölkə başçısının bu həbslərdən xəbəri yoxdur ya da ki onun islamdan mudafiəsi nifaq əlamətidir.

Qeyd edək ki, dünən 11.08.2011-ci il tarixində Hacı Abgül İsmayıllı rayonunun Lahıc kəndində qaynatasının evində olarkən həbs edilib

Daxil olan məlumata görə, bir neçə dəqiqə öncə ölkənin tanınmış ruhanisi Hacı Abgül Süleymanov polis tərəfindən saxlanılıb.

Polislər Abgül Süleymanovun olduğu evə basqın edərək onu zorakılıqla polis avtomobilinə mindiriblər.

Polis evdə vəhşilik törədib; ev əşyaları sındıraraq yararsız hala salınıb.

Həmçinin dünən İslamazeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov saat 15:30 radələrində mülkü geyimlilər tərəfindən naməlum istiqamətdə aparılıb.

Onu Nizami metrosunun yaxınlığından aparıblar.

4 mülkü geyimli şəxs Ramin Bayramovu BMW markalı "NOL 557-C" nömrə nişanlı avtomobilə mindirib və naməlum istiqamətə aparıb.

Ramin Bayramovun vəkili Elçin Namazov müvəkkili ilə bağlı olayları rəsmi olaraq danışdı: "Bu gün (11.08.2011) islam-azeri.az internet qəzetinin baş redaktoru Ramin Bayramov həbs olunub. Onu günorta saatlarında MTN-nin 2-ci bölməsinin əməkdaşları "oğurlayaraq" MTN-nin binasına aparıblar. Orada cibinə narkotik qoyulub. Oruc olan Hacı Ramin birinci dəfə narkotiki cibindən çıxarıb atmağa müvəffəq olub. Ancaq təkrar olaraq həmin narkotiki cibinə zorla qoyaraq, sənədləşdiriblər. Daha sonra onun Xırdalan şəhərində yerləşən mənzilinə baxış keçirildi. Mən baxışın sonuna çatdım. Raminin evinə bir ədəd tapança 2 ədəd f-1 qumbara qoyub sonra çıxardıblar. Protokol saxtalaşdırıldı. Bizim etirazlarımız qeyd olunmadı. Bu cümlələri yazarkən məni Milli Təhlükəsizlik Nazirliyinə çağırdılar. Allah köməyimiz olsun!"


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment