Tehranda keçirilən 19-cu Beynəlxalq Quran Sərgisində Azərbaycan Respublikasında təhsildən məhrum edilmiş hicablı qızları himayə pavilyonu təşkil edilib.
Azərbaycanlı hicablı qızlara dəstək
Beynəlxalq Quran Sərgisinin Hicab və Həya bölməsinin müdiri Səid Abbasi təhsildən məhrum edilmiş hicablı qızlar üçün təhsil burslarının nəzərdə tutulmasından xəbər verərək, deyib: Azərbaycan Respublikasında təhsildən məhrum edilmiş hicablı qızları müdafiə pavilyonu da Hicab və İffəti Müdafiə bölməsinin bu istiqamətdə atdığı digər addımlardandır.
Səid Abbasi əlavə edib: İslami hicaba malik olanları himayə proqramı Beynəlxalq Quran Sərgisinin Hicab və İffəti Himayə bölməsində icra olunmaqdadır. Bu pavilyonda hicabla bağlı müxtəlif kitab və CD-lər nümayiş etdirilir.
O, sonda deyib: Bu pavilyonda Hicab və İffət mövzusu ilə bağlı uşaq rəsmləri bölməsi də fəaliyyət göstərir ki, sonda iştirakçılara hədiyyələr veriləcək.
source : ابنا