“Əl-Hüda” nəşriyyta müəssisəsi 20 iranlı naşirin müxtəlif dillərdə olan 220 kitabı ilə Pekində keçirilən 17-ci Beynəlxalq sərgidə iştirak edir.
Quran Xəbər Agentliyi : Bu müəssisə ingilis, çin və fars dillərində ədəbi, tarixi, bədii, iranşünaslıq, fars dili və ədəbiyyatının təlimi, İmam Xomeyninin (r h) və Rəhbərin düşüncələri mövzularını əhatə edən 220 adda kitabla sərgiyə qatılacaq. Bu kitablarla yanaşı Quran nümunələri, iranşünaslığa aid posterlər, İranın miniatür və sair əl işləri də baxışda olacaq.
Qeyd edək ki, avqustun 31-dən sentyabrın 4-ə qədər Pekində davam edəcək 17-ci Beynəlxalq kitab sərgisində dünyanın 58 ölkəsindən 1841 naşirin 200.000 kitabı nümayiş olunacaq. Bu sərgi 1986-2002-ci illər arasında vaxtaşırı, 2002-ci ildə indiyə kimi isə hər il təşkil olunur.
source : ایکنا