Azəri
Sunday 30th of June 2024
0
نفر 0

ƏMƏLLƏRİN CƏZASINDAN QAFİL OLMA (1)


Nəql olunur ki, Buxara şəhərində su satan bir kişi vardı. Bu kişi neçə illər idi ki, bir zərgərin evinə su gətirərdi. Həmin müddət ərzində o, zərgərin ailəsinə heç vaxt xəyanət gözü ilə baxmamışdı.

Amma günlərin birində yenə həmişəki kimi zərgərin evinə su gətirdiyi vaxt məşkin (su tuluğu) suyunu boşaldandan sonra birdən zərgərin arvadının biləyindən tutub onu öpməyə başlayır, birdən nə isə fikirləşir və qadını buraxıb oradan uzaqlaşır.

Axşam zərgər kişi evə qayıdanda arvadı həmin gün bazarda nə baş verdiyi haqqında ondan soruşur. Kişi əvvəlcə həqiqəti deməyə çəkinir. Qadının çox israr etdiyini görüb düzünü deməyə başlayır. Bu gün dükana bir qadın gəlmişdi. Qabaqcadan sifariş verdiyi qolbağı biləyinə taxanda birdən gözüm qoluna sataşdı. Elə bu vaxt özümü saxlaya bilməyib onu öpməyə başladım; amma birdən böyük bir günaha düçar olduğumu fikirləşib onu özümdən uzaqlaşdırdım. Zərgərin arvadı bunu eşidən kimi təkbir deyərək, su satan kişinin bu günkü əhvalatını ərinə danışır.[1]

 

ƏMƏLLƏRİN CƏZASINDAN QAFİL OLMA (2)
Belə rəvayət edilir. Həzrət Davudun (ə) dövründə fasiq bir kişi varmış. Günlərin birində bu fasiq kişi yoxsul birinin arvadıyla yaxınlıq edir. Qadınla əlaqədə olduğu vaxt başqa bir kişinin onun arvadıyla zina etdiyi gözləri önünə gəlir. Həmin fasiq kişi tez evinə dönür. Arvadının doğrudan da yad kişi ilə zina etdiyini görür. Kişini cəzalandırmaq üçün Davudun (ə) yanına aparır.

Allah-təala tərəfindən Davuda (ə) bu şəxs haqqında vəhy nazil olur: “O şəxsə de ki, nə əkərsən, onu da biçərsən. Sən başqasının arvadıyla zina etdin, başqa birisi də sənin arvadınla.”

Hədislərin birində belə nəql olunur: “Əgər bir şəxs zina etsə, qarşılıqlı əvəzini görər. Arvadı varsa ona, yoxsa, övladlarına təcavüz edilər. (zina olunar)[2]

Üsuli-kafi kitabında buna oxşar rəvayət nəql olunmuşdur. Belə bir əhvalat Musa (ə) peyğəmbərin də dövründə baş vermişdir. Sonra Cəbrayıl (ə) Musa (ə) peyğəmbərə nazil olub ərz edir:

“Onlara de: “Hər kim zina etsə, bir gün onun öz namusu (ana və ya bacısı, qızı) ilə də zina ediləcəkdir.”

 

ŞORGÖZLÜYÜN AQİBƏTİ
Xəlifə Mö`təsimin (Abbasi xəlifəsi) vəzirlərindən biri özü üçün hündür bir saray tikdirmişdi. Bu saraydan ətraf evləri açıq-aydın görmək olurdu. Vəzir öz sarayında oturub qapı-bacadan oğrun-oğrun qonşu qız-gəlinlərinə baxardı. Bir gün təsadüfən qonşuluqdakı gözəl bir qız onu valeh etdi. Bu qız çox gözəl əndamı və şux qaməti ilə sanki vəziri ovsunlamışdı. Vəzir qızı görüb, aşiq olur.

Bir nəfəri qızın atasının yanına elçiliyə göndərir. Qızın atası tacir idi. O vəzirin təklifini rədd edərək deyir: “Biz vəzirin şə`nində deyilik və gərək özümüz kimi birisi ilə (tacir) qohum olaq.”

Eşq alovuyla yanan vəzir əlacsız qalıb sirrini yaxın adamlarından birinə danışır. Həmin şəxs onu bu sevdaya qovuşdurmaq üçün min dinar pul istəyir. Sonra qazinin yanında inanılmış şəxslərdən on nəfər tapıb bir yerə yığır, onların hər birinə 100 dinar verib bunun əvəzində tacirin qızının vəzirin kəibnlisi olduğuna şəhadət vermələrini istəyir.

Yalançı şahidlər qazinin yanına gedib vəzirin tacir qızıyla kəibnli olmasına şəhadət verirlər. Onlar bu işi vəzirin canı təhlükədə olduğuna görə, qızı və atasını başı uca etmək üçün gördüklərini vurğulayırlar.

Bu mərasim başa çatdıqdan sonra vəzir arvadını gətirmək üçün bir nəfəri tacirin evinə göndərir. Məsələnin nə yerdə olduğunu bilməyən tacir vəzirlə birlikdə qazinin yanına yollanır.

Qazinin rə`yinə əsasən vəzir qızın mehriyəsini atasına (tacirə) verib, arvadını evinə aparmalı idi. Bütün baş verənlərə mat-məəttəl qalan tacirin az qala başına hava gələcəkdi.

Tacir şikayət etmək üçün xəlifə Mö`təsimin hüzuruna getmək qərarına gəlir. Amma xəlifənin hüzuruna getmək asanlıqla düzələn bir iş deyildi. Dostlarından birinin məsləhətinə görə çıxış yolu ancaq saray adamlarının libasını geyinib xəlifənin hüzuruna getmək idi.

Tacir, dostunun dediyi kimi saray adamlarından birinin libasını geyinib özünü xəlifə Mö`təsimə çatdırır. O, başına gələnlərin hamısını xəlvətcə xəlifə üçün nəql edir.

Xəlifə vəziri hüzuruna çağıtdırdı. Vəzir işin nə yerdə olduğunu artıq başa düşmüşdü. Bütün olanları doğru-düzgün danışmaqla xəlifənin onu bağışlayacağını sanan vəzir, tam yanılmışdı. Çünki, o tacirin qızı üçün çoxlu mehriyə tə`yin etmişdi və şahidlər də bunu təsdiq edirdilər. Onlardan hər biri öz günahını e`tiraf edəndən sonra, Mö`təsim şahidlərin onunu da saray önündə dar ağacından asmalarını əmr edir. Xəlifənin əmri ilə vəziri təzə kəsilmiş inəyin dərisinə büküb dəmir əmudla o ki var vurdular. Onun bütün sümükləri ovulub bir-birinə qarışdı.

Mö`təsim əmr etdi ki, tacir qızını evə aparsın və vəzirin qız üçün tə`yin etdiyi mehriyəni mənimsəməkdə heç kimin onu qınamağa haqqı yoxdur.[3]

Peyğəmbər buyurmuşdur: “Küçədən ötərkən başqasının evinə boylanaraq qadın kişinin bədəninə və ya kişi də qadının saçlarına nəzər salsa, belə bir adamı qiyamət günü münafiqlərlə məşhur etmək Allah-təalaya vacib olur. Həmin şəxsi Allah-təala bu dünyada rüsvay etməmiş öldürməz və qiyamət günü o şəxs çılpaq şəkildə məşhur olacaqdır. Bu dünyada öz çirkin adəti üzrə naməhrəmə baxmaqdan usanmayan adamın gözlərinə alovdan düzəldilmiş mıxlar sancılacaq, sonra isə Allahın qəzəb alovuna atılacaqdır.”[4]

 

ŞORGÖZÜ ÇUVALA SALDILAR
Nəql olunur ki, Mö`təsim Abbasinin xilafəti dövründə yaşayan mö`min bir dərzi varmış. O, hər gün öz dükanının yaxınlığındakı məsciddə azan deyərdi. (Digər Abbasi xəlifələrindən fərqli olaraq, Mö`təsim Abbasinin xəlifəlik etdiyi dövrdə dövlət və idarəetmə işləri nisbətən yaxşı idi.)

Haqqında söz açdığımız bu dərzi kişi günlərin birində namazdan sonra məsciddən çıxarkən Mö`təsim Abbasinin məmurlarından biri ilə rastlaşır. Bu iri cüssəli və qorxulu heybəti olan əmir beş min döyüşçüyə rəhbərlik edirdi.

Şərabın tə`sirindən ağlı başında olmayan əmir küçədə bir qadının çadrasından tutub, çəkə-çəkə öz evinə aparırdı. Zavallı qadın nə qədər qışqırıb: “Ay camaat! Mən namussuz qadın deyiləm. Filankəsin qızı və filankəsin arvadıyam. Evim də filan məhəllədədir. Əgər bu gecə evə getməsəm ərim məni boşayacaq.” desə də bədheybət əmirin qorxusundan kimsə yazıq qadının sözlərinə əhəmiyyət vermirdi.

Dərzi kişi deyir: İrəli keçib haray-həşir salmağa başladım. Amma o biqeyrətə heç bir söz tə`sir etmirdi. Vicdanım bu haqsızlığa göz yummağa imkan vermirdi. Ona görə də şəhərin ağsaqqal və böyükləri ilə yığışıb həmin əmirin qapısına getdik. Onun evinin qabağında hay-küy salıb dedik:

“Məgər bu şəhərdə bir müsəlman qalmayıb ki, günün-günorta vaxtı xəlifənin sarayının önündə namuslu bir qadının abır-həyasını ayaq altına ataraq öz evinə aparırsan? Səninçün çox yaxşı olar ki, o qadını elə bu dəqiqə evinə buraxasan. Yoxsa elə bu dəqiqə xəlifə Mö`təsim Abbasinin yanına gedib səndən şikayət edəcəyik.”

Bu sözləri eşidəndə əmir əsəbiləşib əlindəki böyük bir çomaqla bizim üstümüzə cumdu. Birinin başı, birinin qolu və digərinin ayağı sındı.

Vəziyyəti belə görəndə hamımız oradan qaçdıq. Məscidə gedib xiftən namazını qılandan sonra evə qayıtdım. Yatağa uzandım. Amma nigarançılıqdan gözümə yuxu getmədi. Düşünürdüm ki, bu gecə həmin qadın evinə getməsə, sabah əri onu mütləq boşayacaq. Eşitdiyimə görə içki içən adam məst halda tez yuxuya gedir. Yuxudan ayılanda gecədən nə qədər keçdiyini bilmir. Məscidə gedib əzan verməyi düşündüm. Çünki əmir əzan səsini eşidəndə sübh olduğunu güman edib, qadını buraxacaq. Qadın əmirin evindən çıxanda mən məscidin önündə onu gözləyərəm. Onu tez evinə çatdıraram ki, əri onu boşamasın. Təsadüfən həmin gecə xəlifə oyaq olur. Azan səsini eşidəndə çox əsəbiləşir və deyir: Vaxtsız azan deyən kəs fasid adamdır. Çünki azan səsini eşidən hər bir şəxs sübh namazının vaxtı olduğunu güman edəcəkdir. Namaz qılmaq üçün evdən çıxanda gecə qaravulları onu saxlayıb sorğu-sual edəcəklər. Xəlifə qulluqçularından birini çağırıb deyir: “Get qapıçıya de ki, azan verən şəxsi mənim hüzuruma gətirsin. Gərək ona elə bir dərs verəm ki, bir də yersiz əzan verməsin.”

Dərzi kişi deyir: “Azanı deyib qurtarandan sonra məscidin qapısında dayanıb həmin qadının o alçaq əmirin evindən çıxmasını gözləyirdim. Elə bu vaxt xəlifənin qapıçısının əlində məş`əl mənə tərəf gəldiyini gördüm.

Qapıçı məni görüb soruşdu: “Azan verən sən idin? Heç bilirsən ki, bu işinlə xəlifənin narahatçılığına səbəb olmusan? Xəlifə məni sənin dalınca göndərib.

–“Bəli, vaxtsız azan deyən mən idim. Xəlifə narahat olmağa çox haqlıdır. Amma məni bu işə əxlaqsız və heysiyyətsiz bir şəxs vadar etmişdir”–deyə cavab verdim.

Qapıçı dedi: Söylədiyin əxlaqsız və heysiyyətsiz adam kimdir?

Dedim: “O, çox alçağın birisidir, nə Allahdan qorxur və nə də xəlifədən.”

“O kimdir ki, nə Allahdan qorxmur və nə də xəlifədən”–deyə qapıçı təəccüblə soruşdu.

Dedim: Bunu ancaq xəlifənin hüzurunda deyəcəyəm. O zaman mə`lum olacaq ki, mən yersiz azan vermişəm, yoxsa yerində. Saray xidmətçisi ilə birlikdə xəlifənin hüzuruna getdik. Öncə xidmətçi içəri girib xəlifəyə nə isə dedi. Xəlifənin əmri ilə məni içəri çağırdılar.

Xəlifə üzünü mənə tutub dedi: De görüm vaxtsız azan verməyinin səbəbi nədir?

Mən sərxoş əmirin namuslu qadının başına gətirdiklərini, onun bu iyrənc əməlinə e`tiraz edənləri döyməsini və mənim vaxtsız azan verməyimin əsas səbəbini bütünlüklə nəql etdim.”

Xəlifə məni dinləyəndən sonra saray xidmətçisinə dedi: Get qapıçıya de ki, bir neçə mə`murla birlikdə filan əmirin evinə gedib, onu mənim hüzuruma gətirsinlər. Desinlər ki, xəlifənin səninlə tə`cili işi var. Həmçinin dünən axşamçağı evinə apardığı qadını da özü ilə gətirsin. Qadını evdən çıxaranda şəhər mö`təmidlərindən bir neçəsi onu evinə aparıb, ərinə desinlər: Xəlifənin sənə xüsusi salamı var və bu qadına zamin durub deyir: O, günahsızdır və bundan sonra onunla daha da mehriban davran.”

Əmiri isə mənim yanıma gətirin. Xəlifə üzünü dərziyə tutub deyir: “Hələlik sən də burada qalsan yaxşı olar.”

Xəlifənin tapşırığına əsasən mə`murlar əmiri saraya gətirdilər. Xəlifə əmiri görəndə dedi:

“Müsəlmanlardan bir qrupu rumlulara əsir düşəndə, onlara kömək etmək üçün Bağdaddan Ruma gedib düşmən qoşununu məğlub etdim. Çıxılmaz vəziyyətdə qalan Rum padşahı qaçmağa məcbur oldu. Altı il həmin diyarda qaldım. Müsəlman ordusu hətta Konstantinopola qədər irəliləmişdi. Mən Rumda böyük bir məscid də tikdirdim. Hal-hazırda orada qurdla-quzu birlikdə su içirlər. Yə`ni sülh və əminamanlıq içində yaşayırlar.

Sonra əlavə etdi: Ey xain əmir! Yə`ni sən o qədər qudurmusan ki, Bağdadda, mənim qulağımın diibndə, zorla bir qadını evinə aparıb haram iş görmək istəyirsən? Camaat bu pis işinə görə sənə xəbərdarlıq edəndə də vurub onların əl-ayağını qırırsan?

Xəlifənin əmri ilə xain əmiri bir kisəyə salıb, ağzını möhkəm bağladılar. İki mə`mur əllərindəki böyük çomaqlarla kisənin içindəki əmiri o qədər vurdular ki, əti ilə sümüyü əzilib bir-birinə qarışdı. Sonra əmirin əzilmiş bədənini elə kisənin içində Dəclə çayına atdılar.

Xəlifə üzünü dərzi kişiyə tutub dedi:

“Ey ağsaqqal! Hər vaxt Allahdan qorxub çəkinməyən, camaata zülm edən və İslam dininə xəyanət edən birini görsən, məscidin minarəsinə çıxıb, vaxtsız azan ver ki, mən də eşidim. Bu vasitə ilə səni çağırtdırıb baş verənlərdən xəbərdar olum.

 

--------------------------------------------------------------------------------

[1] “Xəzinətül-cəvahir”, səh. 180.

[2] “Əl`ənvarun-nə`maniyə”, səh. 342.

[3] “Şeytanşinasi”, səh, 24.

[4] “İqabül-ə`mal”, səh, 45.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

SİONİZM İMPERİALİZMİN ƏLALTISIDIR
Oruc tutmağın ruha və bədənə faydası nədir?
Xanım Zeynəb (ə) - Aşura qiyamının fəryadı...
İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ
Etika və dini əxlaq
Namaz haqqında bir neçə söz
ORUCLUQ AYƏSİNİN NƏSXİ
Cütlüyün təhlükəsi

 
user comment