Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Yeni tədris ilinin astanasında dindar azərbaycanlı ailələrin narahatçılığı artır

İslam qanunlarına inanan və əməl edən azərbaycanlı dindar ailələr hicablı müəllim və şagirdlərin orta məktəblərdə dərsə buraxılmamasına görə yeni tədris ilini narahatlıqla gözləyirlər.

  Quran Xəbər Agentliyi  : Arannews xəbər agentliyinin verdiyi məlumata görə, keçən ilin noyabr ayından hicablı müəllim və şagirdlərin orta məktəblərdə dərsə buraxılmaması yeni tədris ilində yenidən dindar ailələri narahat edir.

 

Keçən bu müddət ərzində bu qadağanın aradan qaldırılması istiqamətində dindar əhali bir çox yollardan istifadə etməklə öz narahatçılıqlarını bildiriblər, lakin bunların hələ də müsbət nəticəsi olmayıb. Bu yöndə keçirilən aksiyalarda fəal ruhanilər və partiya nümayəndələri həbs edilib, əsassız ittihamlarla mühakimə ediliblər.

 

Həmçinin son aylarda məsələnin həlli üçün dindar əhali imzatoplama aksiyasına start verərək 130 mindən çox imza toplayaraq ölkə rəhbərliyinə ünvanlamışlar.

 

Hal-hazırda ölkə əhalisinin fəal islamçılarının əksəriyyəti rəsmi Bakının dinə qarşı fəaliyyətinin ardında siyonist rejimin durduğunu bildirirlər. Buna görə də Beynəlxalq Qüds Günündə hakimiyyətin təhlükəsizlik tədbirlərini gücləndirməsinə baxmayaraq, ölkə ərazisində geniş aksiyalar həyata ekçirilmişdir.

 

Əhali rəsmi Bakının Türkiyədən ibrət alaraq İsrail rejimi ilə münasibətləri kəsməsinə və şiəliyə qarşı siyasətə son qoymasına ümid edir.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı
BƏƏ-də “Müsəlmanlar gələcəkdə” mövzusunda seminar keçiriləcək

 
user comment