Azəri
Thursday 18th of July 2024
0
نفر 0

Hüsnü Mübarəkin mühakiməsində media qadağası

Misirlilərin böyük bir maraqla izlədiyi Mübarəkin mühakimə prosesi davam etdiyi bir zamanda məhkəmə heyəti mühakiməyə media qadağası tətbiq edib.

  Quran Xəbər Agentliyi : Əl-Fəcr xəbər agentliyinin verdiyi məlumata görə, Misirin keçmiş dövlət başçısı Hüsnü Mübarək dünən yenidən hakim qarşısına çıxarıldı. Məhkəmə başçısı Əhməd Rəfət, Mübarək haqqındakı iddianın keçmiş Daxili İşlər naziri Həbib Adilinin iddiasıyla birləşdirilməsinə qərar verib.

 

Qərarın açıqlanmasının ardından bəzi şikayətçilər və vəkilləri, Mübarəkin oğulları Camal və Əlanın olduğu qəfəsin önünə gedərək şüarlar səsləndiriblər. Məhkəmə heyəti tərəfindən 5 sentyabra təxirə salınan duruşmanın canlı olaraq yayımlanması isə qadağan edildi. Duruşmanın bundan sonrakı mərhələləri bağlı qapılar ardında davam edəcək.

 

Hüsnü Mübarək vəzifəsindən sui-istifadə və nümayişçilərin üzərinə atəş açılması əmrini verməklə mühakimə olunduğu halda, oğullarına nisbət verilən ittiham yalnız sui-istifadə etməklə məhdudlaşdırılır.

 

Qeyd edək ki, ötən iclaslarda olduğu kimi Mübarək tərəfdarlarıyla əleyhdarları arasında məhkəmə binası qarşısında yenə də insident yaşanıb.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub

 
user comment