Azəri
Friday 19th of July 2024
0
نفر 0

Mərakeşdə İslamda Məzhəblərarası Yaxınlaşma Ali Komissiyası görüş keçirir

İslamda Məzhəblərarası Yaxınlaşma Ali Komissiyası 14-15 sentyabrda Mərakeşin paytaxtı Ribat şəhərində bir araya gələcək.

  Quran Xəbər Agentliyi  : İSESCO-nun mətbuat xidmətindən verilən məlumata görə, bu yığıncaq quruma üzv ölkələr üçün İslamda məzhəblərarası yaxınlaşma mövzusunda dərs kitablarının hazırlanması məqsədilə İslam Ölkələri Təhsil, Elm və Mədəniyyət Təşkilatı (İSESKO) tərəfindən təşkil edilib.

Təşkil ediləcək proqram çərçivəsində qurumun baş katibi Əbdüləziz Osman, Mərakeş Dini İşlər naziri Əhməd Tofiq və İslam Konfransı Təşkilatı yanında Beynəlxalq Fiqh Akademiyasının rəhbəri Xalid Əhməd Babekr çıxış edəcək.

Oman müftisinin müavini Kəhlan ibn Nəbhan Xurusi, Dünya Müsəlman Alimlər Birliyinin baş katibi Əli Muhyiddin Qaradağlı, İslam Konfransı Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının sədri Mahmud İrvil, Mədinə İslam Universiteti nümayəndəsi Əbdüləziz Tuyan, Mərakeşin “Hüseyniyyə” hədis evinin müdiri Əhməd Xəmlişi, Misir müftisinin elmi müşaviri Məcdi Muhəmməd, Yəmənin “Bədr” elm və mədəniyyət mərkəzinin rəisi Mürtəza ibn Zeyd Məhturi, Mavritaniya İslam Respublikasının “Müasir Şingetti” Universitetinin rəhbəri Muhəmməd Muxtar, Livanın şiə alimlərindən Şeyx Əli Əmin və İslamda Məzhəblərarası Yaxınlaşma Ali Komissiyasının sədr müavini Muhəmməd Həsən kimi bir çox yüksək səlahiyyətli şəxslər iştirak edəcək.

İslamda Məzhəblərarası Yaxınlaşma yığıncağı İslam məzhəblərinin dəyərlərinə təhqirin qadağan olunmasını ehtiva edən bəyanatla sona çatacaq.


source : ایکنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment