Ayətullah Nuri Həmədani: Xoşbəxtlikdən bu gün İran İslam Respublikası hərtərəfli surətdə təhlükəsiz bir ölkədir.
İranın nailiyyəti imperialistləri qorxudur
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qum təqlid mərcəyi İran İslam Respublikasının nailiyyətlərinin imperializmi qorxutduğunu deyib.
İRNA-nın məlumatına əsasən, Ayətullah Nuri Həmədani Qum bəsicləri ilə görüşdə deyib: İran xalqının iradəsi və gözəçarpacaq dərəcədə nailiyyətləri imperialistlərin İran İslam Respublikasından qorxmasına səbəb olub.
Ayətullah Nuri Həmədani İran İslam Respublikasının iqtidarı və izzətinin sirrini iman və hərtərəfli surətdə inkişafı olduğunu vurğulayıb və deyib: Bu cəhətdən də imperialist və düşmənlərin İrana hər hansı bir hücuma cürətləri yoxdur.
Bu təqlid mərcəyi həmçinin İranın inkişafını şəhidlərin qanı nəticəsində qazanmasına işarə edərək deyib: Xoşbəxtlikdən bu gün İran İslam Respublikası hərtərəfli surətdə təhlükəsiz bir ölkədir.
İran İslam Respublikası embarqolara rəğmən, öz milli mütəxəssislərinin səyləri ilə elm, sənaye və hərbi sahələrdə uca zirvələr kəsb edir.
source : ابنا