Azəri
Tuesday 30th of April 2024
0
نفر 0

Beynəlxalq Hicaba Dəstək Karvanı Bakıya doğru

Beynəlxalq Hicaba Dəstək Karvanı Bakıya doğru

Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün mühakimə olunan müsəlmanlarla həmrəylik məqsədilə beynəlxalq bir karvan təşkil edilib.

Beynəlxalq Hicaba Dəstək Karvanı Bakıya doğru

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycanda hicab qadağasına etiraz etdikləri üçün mühakimə olunan müsəlmanlarla həmrəylik məqsədilə beynəlxalq bir karvan təşkil edilib. Mərkəzi İstanbulda olan Beynəlxalq İslami Ədalət və Azadlıq Komitəsi bu aksiyanın təşkilatçısıdır.

Azərbaycanda məktəblərdə hicabın qadağan edilməsini və İslami dəyərlərə istiqamətli sərgilənən təzyiqlərə etiraz etmək, hicab qadağasına etirazlarına görə həbs olunub, haqqlarında ağır cəzalar istənilən hicab məhbusları ilə həmrəylik məqsədilə, aralarında insan haqları müdafiəçiləri, jurnalistlər, hüquqçular və qeyri-hökumət təşkilatları nümayəndələrinin olduğu beynəlxalq bir karvanın Azərbaycana getməsi qərarlaşdırıldı.

Komitə tərəfindən verilən şərhdə, karvanın nə vaxt çıxacağı və haralardan keçəcəyi bildirilib.

Beynəlxalq İslami Ədalət və Azadlıq Komitəsi tərəfindən karvan ilə əlaqədar verilən şərhdə, "bu gün regional İslami oyanış hərəkətlərinin yayıldığı, zalım diktatorların aşdığı, insanların azadlıq və ədalət tələbləri ilə ayağa qalxdığı bir dövrdə, Azərbaycanda dindar insanlara tətbiq olunan təzyiq və zülmlər İslam dünyasının diqqətini çəkib və bu zülmə qarşı beynəlxalq bir etiraz həyata keçirmək qərara alınıb. Təxminən 50 maşınla idarə olunacaq bu karvan ilə həm Azərbaycandakı zülmləri dünya ictimaiyyətinə tanıtdırmaq, həm də Azərbaycanda ağır cəza tələbiylə mühakimə olunan qardaşlarımızla sona qədər həmrəy olduğumuzu göstərmək istəyirik.

Şərhin davamında, karvanın Azərbaycana girişinin qarşısının alınacağı halda lazım olan hər cür cəhdin ediləcəyi ifadə edilir: “Karvanın Azərbaycana girişinin qarşısının alınacağı halda Azərbaycandakı rəhbərliyin məsul olacağını, haqsızlıq və zülmlər qarşısında müqavimətimizin artaraq davam edəcəyini qeyd etmək istəyirik."


Başda Azərbaycan İslam Partiyasının sədri Dr. Mövsüm Səmədov olmaqla ağır cəza məhkəməsində mühakimə olunan hicab məhbusları haqqında 12 il həbs cəzası istənildiyinə diqqət çəkilən şərhdə bu xəbərdarlıqlar da göstərildi:

"İnanclarını və dinin hökmlərini müdafiə etməkdən başqa heç bir günahı olmayan insanlar üçün 12 il həbs cəzasının istənilməsi, bu ölkədə dindar insanlar üzərində nə cür barbarca bir hücumun olduğunu və despotizmin zirvəyə necə çıxdığını göstərir. Dünyanın heç bir yerində belə bir zülm görünməmişdir. Azərbaycanın paytaxtı Bakının İslam Mədəniyyətinin paytaxt şəhəri olaraq tanıdıldığı bir zamanda, müsəlman ziyalıların və İslam alimlər üçün belə cəzalar istənilməsi bizə Firon dövrünün zülmlərini xatırladır. Azərbaycan konstitusiyasının insan hüquqlarına hörmət, inanc və ibadət azadlığına yer verməsinə qarşı, dindar insanların hüquqlarının güclə qəsb edilib həbsxanalara atılması heç bir hüquq və qayda tanımayan faşist diktatorluqlarda görülən bir vəziyyətdir.

Unutulmamalıdır ki, xalqların azadlıq tələbiylə ayağa qalxdığı bir dövrdə artıq diktatorluğun ömrü də tükənmək üzrədir

Bu cəhətdən, Azərbaycan rəhbərliyini dindar insanlara istiqamətli təzyiq və zülmlərə dərhal son verməyə, İslami müqəddəsatlara hörmətli olmağa, hicab məhbuslarını dərhal buraxmağa çağırırıq.

Əks halda bunun əvəzinin ağır olacağını, müsəlman ümmətinin qəzəbinin bir qəzəb halında Azərbaycandakı diktatorları da tapacağını vurğulamaq istəyirik. "


Beynəlxalq İslami Azadlıq və Ədalət Komitəsi


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Livanın Amal hərəkatı Musa Sədrin sağ olmasına ümid edir
DEVAMM dindarlara qarşı növbəti təqib dalğasından ciddi narahatlığını bildirir
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
Rusiyada İslami kitablar sərgisi
“İŞİD” komandirilə yatağa girməkdən boyun qaçıran qızcığaz zəhər içib ...
Eskişehirdə göydən palçıq yağıb
İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu
İntifada davam edir, yəhudi işğalçıları 3 fələstinlini Şəhid etdi
Ayətullah Məkarimin ruhanilərə müraciəti
Hələb həqiqətlərini suriyalı qaçaın qadının naləli dilindən eşidin

 
user comment