Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

Tehranın cümə namazı xütbələri

Tehranın cümə namazı xütbələri

Tehranın cümə namaz xətibi müqəddəs müdafiə dövrünü İİR-nin müxtəlif sahələrdəki inkişaflarının əsasının qoyulmasına səbəb olduğunu bildirib.

Tehranın cümə namazı xütbələri
Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: Tehranın cümə namazı xətibi  Ayətullah Əhməd Cənnəti İrana qəbul etdirilmiş 8 illik müharibə dövrü olan, müqəddəs müdafiə həftəsində xalqı təbrik edərək deyib: Müqəddəs müdafiə İİR-nin elmi, sənaye, siyasi və hərbi inkişaflarının əsasının qoyulmasına səbəb oldu.

Ayətullah Əhməd Cənnəti deyib: İnkişaflardan əlavə, müqəddəs müdafiə dövrü islami İranın istiqlaliyyətinin tam şəkildə möhkəmlənməsinə səbəb oldu və İİR-na izzət və qüdrət bəxş etdi.

Belə ki, hazırda İranın müdafiə və hərbi qüdrəti, düşmənləri aciz və passiv vəziyyətə salıb.

İrandakı müqəddəs müdafiə dövründə müharibə əlillərinin rəşadətlərini yüksək dəyərləndirən Tehranın cümə namazı xətibi sonra deyib: Regionda islami oyanışın formalaşması İranda müqəddəs müdafiə dövrünün müharibə əlillərinin şücaətlərinin nəticəsi, bu dövrün bərəkətlərindəndir.

Ayətullah Əhməd Cənnəti sonra deyib: Allah Talanın Lütfü ilə islami oyanış genişlənməkdədir və diktatorlar bir-birinin ardınca devrilir və ədalətsevər zəfər çalırlar.

Tehranın cümə namazı xətibi öz sözlərinin davamında Bəhreyn xalqının müqavimətini də alqışlayıb və Ali Xəlifə və Ali Səud amillərinin Bəhreynin inqilabçı xalqı xüsusilə bəhreynli qadınlarla aqressiv formada davranmalarını pisləyib.

 


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment