Azəri
Saturday 27th of April 2024
0
نفر 0

MƏSİHİLİK

MÜQƏDDİMƏ

Məsihilik həzrət İsa (ə)-ın ardıcıllarının dinidir. Həzrət İsa (ə) Peyğəmbəri-Əkrəmdən (s) əvvəl ilahi şəriət sahibinə malik olan bir peyğəmbər kimi tanınıb. İslam əqidələrinə əsasən, müsəlmanlar həm o həzrətə həm də sair peyğəmbərlərə inanırlar. Allah-taala Qur’ani-kərimdə mö’minlərə xitab edərək buyurur:

«(Yəhudilər və xaçpərəstlər müsəlmanlara): «Doğru yolu tapmaq üçün yəhudi, yaxud da xaçpərəst olun!» - deyirlər. (Ya Məhəmməd!) Sən de: «Biz batildən haqqa tapınan (haqq yolda olan) İbrahim dinindəyik; çünki o Allaha şərik qoşanlardan deyildi.»[1]

Bütün ilahi peyğəmbərlərə iman gətirmək, onların asimani kitablarına e’tiqad bəsləmək islam dininin tələbidir. Digər tərəfdən, peyğəmbərlərə küfr etmək də azğınlığa səbəb olur. Qur’ani-Kərimdə belə buyurulur:

«Ey mö’minlər! Allaha və Peyğəmbərinə, Onun öz Peyğəmbərinə nazil etdiyi kitaba (Qur’na) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin! Allaha, Onun mələklərinə, kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmayan şəxs, şübhəsiz ki, (doğru yoldan) çox azmışdır.»[2]

Bu bəyanla bütün müsəlmanlar ilahi peyğəmbərlərin hamısına iman gətirmişlər və onların aralarında fərq qoymamağa vəzifəlidirlər. Belə ki, Qur’ani-Kərim buyurur:

«...Biz Onun peyğəmbərləri arasında fərq qoymuruq...».[3]

Bu barədə Bəqərə surəsinin 136-cı və Ali-İmran surəsinin 84-cü ayələrinə də müraciət etmək olar. Amma həqiqi yəhudi və məsihi o kəslərə deyilir ki, həzrət İsa və Musaya iman gətirməkdən əlavə, digər peyğəmbərlərə də iman gətirmiş olsunlar. Belə nəzərə çarpır ki, yəhudi və nəsrani dedikdə, Qur’ani-Kərim məhz həmin mə’nanı nəzərdə tutmuşdur. Amma haqq dində olan şəxslərin hamısı, o cümlədən peyğəmbərlər həqiqi müsəlman kimi təqdim edilir.[4]

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR

Ulul-əzm və şəriət sahibi olan peyğəmbərlər həmişə elə bir dövrdə peyğəmbərliyə çatırdılar ki, bəşər cəmiyyətləri müxtəlif cəhətlərdən azğınlığa və tənəzzülə doğru getsin; haqqın ayırd edilməsi mümkün olmasın. Yaxud elə bir vaxtda seçilirdilər ki, əvvəlki şəriətlər dünyapərəst və mənfur şəxslərin sui-istifadəsinə məruz qalır, onların dəxaləti nəticəsində azğınlığa çəkilir və ilahi kitablar təhrif edilirdi.

Həzrət İsa (ə) da belə bir şəraitdə peyğəmbərliyə seçilmişdir. Belə ki, əvvəlki ilahi şəriət yə’ni, həzrət Musanın şəriəti iki cəhətdən təhrif və tənəzzülə mə’ruz qalmışdı. Birincisi, yəhudi alimlərindən ibarət olan Əhbarlar tərəfindən təhrif edilirdi. Yəhudiliklə əlaqədar olan bəhslərdə qeyd etdiyimiz kimi, özünü Əhbar və Rəbbani adlandıran yəhudi alimləri həzrət Musanın be’sətindən onlarla il keçdikdən sonra yəhudilərin müqəddəs kitabını yazmağa başlamış və Allahın kitabına bir çox şeylər artırmışlar; bundan əlavə, Allahın kitabında (Tövrat) ürəkləri istədiyi kimi dəyişikliklər etmişlər. Qur’an bu həqiqəti dəfələrlə xatırladaraq buyurur:

«Yəhudilərdən bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif endir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): «Eşitdik və qəbul etmədik...».[5]

Başqa bir ayədə buyurulur:

«O özlərinə zülm edənlər onlara deyilən (əmr olunan) sözü dəyişdirdilər («Bizi bağışla» mə’nasında işlədilən «hittə» sözünə gülərək onu «buğda» mə’nasında olan «Hintə» sözü ilə əvəz etilər). Biz də o zalimlərə etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.[6]

Başqa bir ayədə isə belə buyurulur:

«(Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər.»[7]

Digər bir ayədə buyurulur ki, yəhudi alimləri Allahın kitabını öz istədikləri kimi yazırdılar:

«Vay o şəxslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: Bu Allah tərəfindəndir – deyirdilər. Öz əlləri ilə (təhrif olunmuş) kitab yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına.»[8]

Qur’anın yəhudilər barəsində ifşa etdiyi digər bir gerçəklik də onların Tövratda olan həqiqətləri gizlətməsi və yalnız onun cüz’i bir miqdarını aşkar etməsidir. (Onlar yalnız Əhbarların mənafeyi ilə uyğun gələn hissələri aşkar edirdilər).

«...De ki: Musanın insanlara bir nur və hidayət yol olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz...»[9]

Yəhudi alimlərinin bu kimi təhrifləri nəticəsində insaniyyətə böyük zərbə dəydi; hidayət və nur mənbəyi olan kitab mövhumat və xurafatlarla dolduruldu; ilahi peyğəmbərlərə yaramaz, əxlaqsız və nalayiq nisbətlər verildi. Bunlardan daha dözülməz olan işlər qarşıya çıxdı; onlar bu kimi üzdəniraq xüsusiyyətləri Allaha da aid etdilər.[10] Allahın kitabı Bəni-İsrail qövmünün tarix kitabına və onların sərgüzəştlərini əks etdirən dastanlar məcmuəsinə çevrildi. Bu iş elə bir səviyyədə aparıldı ki, yəhudi böyükləri müqəddəs kitabın mühüm əqidəvi bəhslərini, o cümlədən məad və sair əqidələr barədə olan mətləbləri oradan çıxartdılar. Bütün bu təhriflər azmış kimi, yəhud qövmünün firqələrə parçalanması ilə müqəddəs kitabın nüsxələrində də ixtilaflar yarandı; firqələrdən hər biri kitabın bir hissəsini azaldıb-artırır, digər hissələrini isə rədd və ya qəbul edirdilər.

Bu kimi işlər nəticəsində şəriətin qorunması və ilahi hökmlər üçün müəyyən bir me’yar təyin edilməsi mümkün olmadı; düzgün və haqq əqidənin tə’yin edilməsi üçün heç bir imkan qalmadı ki, əgər Allahın bəndələri həqiqət və qurtuluş yolu ilə getmək istəsələr, heyrət və sərgərdançılığa düçar olmasınlar. Belə bir vəziyyət şəriət sahibinə malik olan digər bir peyğəmbərin zühurunu tələb edirdi.

İkinci cəhət romalıların istilası idi. Miladdan 63 il qabaq Fələstin ölkəsi Roma imperatorluğu tərəfindən işğal edildi. Romalılardan əvvəl yunanlar da Fələstini işğal etmişdilər. Yunanıstan elm, mədəniyyət və svilizasiya mərkəzi olduğundan, ora elmi-mədəni şəxsiyyətlər tərəfindən idarə olunduğundan Fələstin əhalisi nisbətən dinc şəraitdə və müəyyən qədər ədalətli şəraitdə yaşaya bilirdi. Amma romalılar Fələstini istila etdiyi vaxt yerli əhaliyə divan tutdu və camaatın çoxu başqa ölkələrə köçməyə məcbur oldu.

Həzrət İsa (ə)-ın təvəllüdü ilə eyni zamanda romalılar tərəfindən Fələstinə padşah tə’yin edilən Herodosi Kəbir vəfat etdi. Onun üç oğlu var idi. Herodosun ölümündən sonra Fələstin ölkəsi üç oğulun arasında bölüşdürüldü. Yəhudiyyə, Samirə və İumiyyə hissələri böyük oğul Yerusəlimə çatdı, Cəlil gölü və Hərya ikinci oğul Herodos Antipasa düşdü; Cəlil gölünün şimalı isə kiçik oğul Flippə aid edildi. Ölkənin bölüşdürülməsi və bunun ardınca üç qardaşın yerli camaatla kəskin və amansız rəftarları nəticəsində Fələstində hərc-mərclik yarandı; nəticədə ictimai-siyasi böhranlar hər tərəfi bürüdü.

Belə bir şəraitdə təbiidir ki, yəhudi qövmü məğlub edilmişdi və yadların təzyiqləri altında olan qövm kimi çox ağır və dözülməz şəraitdə yaşayırdı; onlar mütəmadi olaraq həzrət Məsihin zühurunu gözləyirdilər. Yəhudilərin müqəddəs kitabının bir neçə yerində həzrət Məsihin zühuru müjdəsi verilmişdi. O cümlədən, Davudun Məzamirində, ikinci məzmurda 2-7-ci ayələr; Əş’iya Nəbi peyğəmbərin kitabının 9-cu fəslinin 6-cı ayəsində; Həzqil peyğəmbərin kitabının 32-ci fəslinin 23-cü ayəsində və 37-ci fəslin 32-ci ayəsində qeyd olunub.

Buna görə də həzrət Məsihin zühur etməsi yəhudilər üçün əvvəlcədən mə’lum və məqbul bir məsələ idi. Onlar inanırdılar ki, Məsih Bəni-İsrail qövmündəndir və bu qövmün xilası üçün zühur edəcəkdir. Buna görə də ən ağır və böhranlı şəraitlərdə onun intizarını çəkirdilər. Belə bir şəraitdə həzrət Məsih (ə) Fələstin diyarında Bəni-İsrail qövmü arasında dünyaya gəlib peyğəmbərliyə seçildi.

 

--------------------------------------------------------------------------------

[1] Bəqərə-136.

[2] Nisa-136.

[3] Bəqərə-285.

[4] Bəqərə-128-130-131, Ali-İmran-67-68, Yunis-72-84, Maidə-111, Yusif-101 və Qəsəs-50-53.

[5] Nisa-46.

[6] Bəqərə-59.

[7] Bəqərə-75.

[8] Bəqərə-79.

[9] Ən’am-91.

[10] On üçüncü dərsdə bunun nümunələri verildi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

IMANSIZ SALEH ӘMӘL
Ilahi ədalət bəhsində araşdırılan mövzulardan biri də müsəlman olmayan ...
IKINCI ÇAPIN MÜQӘDDIMӘSI
Aclığın dəyəri nədir?!
BӘDBӘXTLIKLӘR XOŞBӘXTLIKLӘRIN ANASIDIR
Islami rəvayətlərdə bayram günləri
ÖVLIYALAR ÜÇÜN BӘLA
FӘLSӘFI BӘDBINLIK
İBTİDAİ DİNLƏR (2)
ALLAHIN VARLIĞININ FƏLSƏFİ YOLLA İSBAT EDİLMƏSİNİN NÜMUNƏLƏRİ

 
user comment