Azəri
Wednesday 17th of July 2024
0
نفر 0

AİP sədr müavini: “Hökmü qəsdən cümə namazı vaxtına salıblar”

AİP sədr müavini: “Hökmü qəsdən cümə namazı vaxtına salıblar”

 İnqilab Əhədli: Məhkəmə qərarı elan olunandan sonra partiya funksionerlərinin, eləcə də İslamçıların Hüquqlarını Müdafiə Komitəsi üzvlərinin mətbuat konfransı keçiriləcək.

AİP sədr müavini: “Hökmü qəsdən cümə namazı vaxtına salıblar”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov və daha bir neçə islamçıya hökm çıxarılacaq. Dövlət ittihamçısı təqsirləndirilənlərə 11-12 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmasını təklif edib, yalnız bir nəfərə 5 il sınaq müddəti tətbiq olunmaqla 11 il şərti həbs cəzası istəyib.

Azərbaycan İslam Partiyası sədrinin birinci müavini İnqilab Əhədli oktyabrın 6-da “Media forum” saytına açıqlamasında deyib ki, məhkəmə qərarı elan olunandan sonra partiya funksionerlərinin, eləcə də İslamçıların Hüquqlarını Müdafiə Komitəsi üzvlərinin mətbuat konfransı keçiriləcək: “Mətbuat üçün açıqlamalarımızı saat 16-ya planlaşdırmışıq. Hökmün oxunması geciksə, mətbuat konfransını şənbə günü keçirəcəyik”.

İ.Əhədlinin sözlərinə görə, təqsirləndirilən islamçıların hökmünün elan edilməsini qəsdən cümə günü saat 14-ə saxlayıblar: “Cümə müsəlmanların müqəddəs günüdür. Müsəlmanlar üçün cümə namazı qılınması vacibdir. Hökmün elanını ona görə həmin vaxta salıblar ki, təqsirləndirilən islamçıları müdafiə edən dindarlar məhkəməyə gələ bilməsinlər”.

İslamçıların məhkəmə istintaqının 4 ay çəkdiyini deyən İ.Əhədli ittihamların sübuta yetirilmədiyini, qondarma şahid ifadələrinin puç olduğunun bir daha üzə çıxdığını bildirib: “Təsəvvür edin ki, şahid məhkəməyə gəlib, ondan əleyhinə ifadə verdiyi Firdovsi Məmmədrzayevi göstərməyi xahiş ediblər, o da təqsirləndirilən adamların arasında Mövsüm Səmədovu göstərib.

Hardasa dövlət ittihamçısını başa düşmək olur. O, icra hakimiyyətini təmsil edir və təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamları sübut etməlidir. Amma biz məhkəmənin ədalətli olmamasını başa düşə bilmirik. İttihamçıya nisbətdə hakim ədalətli olmalıdır. 6-7 ay prokurorluqda istintaq getdi, iş məhkəməyə veriləndə ədalətin bərpa olunacağını gözlədik. Artıq məhkəmə istintaqının gedişatından belə nəticəyə gəlmişik ki, oktyabrın 7-də hakimin çıxaracağı hökm ədalətli olmayacaq”.

İ.Əhədli hesab edir ki, Azərbaycan dövlətinin rəhbərləri hakimlərə öz hüquq və vəzifələrini olduğu kimi icra etməyə imkan versəydi, yəni onlara təzyiq göstərməsəydi, təqsirləndirilən islamçılar bəraət alaraq azadlığa buraxılardı: “Amma bu həbslər sifarişlidir, ona görə də təqsirləndirilən şəxslərə ədalətli hökm çıxarılması, onların azadlığa buraxılması mümkün olmayacaq”.

Partiya sədrinin birinci müavin onu da qeyd edib ki, hökm oxunandan sonra keçiriləcək mətbuat konfransında partiyanın bundan sonra atacağı addımlar açıqlanacaq: “Biz hansı addımlar atacağımızı, hansı mübarizə yollarına əl atacağımızı deyəcəyik. İslam Partiyasından tutulan bu şəxslərin, eləcə də digər alimlərin, dindarların hüquqları uğrunda mübarizəmizi davam etdirəcəyik”.

İ.Əhədli Azərbaycan İslam Partiyasının üzvlərinin indiyə qədər heç vaxt təxribata getmədiyini və bundan sonra da getməyəcəyini deyib: “İstər yanvar ayında həbslər başlananda, istər istintaq zamanı Azərbaycan İslam Partiyası heç vaxt təxribata getməyib. Bəzi adamlar istəyir ki, bizi təxribata çəkməklə bu gün adımıza qoşulan terrorçu ittihamını təsdiqləsinlər. Amma bu mümkün olmayacaq”.

Azərbaycan İslam Partiyasının lideri və digərləri bu il yanvar ayının əvvəllərində həbs olunublar. Onların barəsində ayrı-ayrı maddələrlə cinayət işləri başlanıb. İslamçıları müdafiə edənlərin fikrincə, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də AİP Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü
Avstriyada İranın islami sənət işləri sərgisi təşkil olunub
İranda gələn beş il ərzində 50 000 Quran məktəbi fəaliyyət göstərəcək

 
user comment