Azəri
Saturday 21st of December 2024
0
نفر 0

Qum Tələbələrinin Beynəlxalq Konfransdakı Bəyanatı

Biz, 40-dan artıq ölkədən olan ruhani və tələbə Azərbaycan hökumətinin anti-islami siyasətini məhkum edir və Bakıdan qəti şəkildə tələb edirik ki, islami bahar oyanışında bütün vicdan məhbuslarını, o cümlədən Azərbaycan İslam Partiyasının sədri doktor Səmədovu həbsdən azad etsin və Bin Əli, Hüsni Mübarək, Qəzzafi kimi diktatorların acı aqibətindən ibrət götürsün. Anti-islami və anti-bəşəri siyasətlərin davamı yetər.

Qum Tələbələrinin Beynəlxalq Konfransdakı Bəyanatı

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: 20 Oktyabırda, Müqəddəs Qum şəhərində, Camiətul Mustəfa Akademiyasında, “Azərbaycan Respublikasında İslami Oyanışa dayaq və anti-islam siyasətlərinin məhkum edilməsi” Beynəlxalq Konfransı  keçirilmişdir. Keçirilmiş konfransda BƏYANAT qəbul edilmişdir.

Bəyanatın mətnin saytımızın ziyarətçilərinə təqdim edirik:

 

 

Rəhman və Rəhim Allahın adı ilə

 

 

 

 

وَنُرِيدُ أَنْ نَمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

 “Biz istədik ki, orada zəif düşüb əzilənlərə mərhəmət göstərək, onları rəhbər və (yer üzünə) varislər edək.” (Qurani-Kərim, Qəsəs surəsi, ayə5)

 

On aya yaxındır ki, dindarlar, xüsusilə tanınmış ruhanilər Azərbaycan Respublikasının həbsxanalarında hakim diktatorların əsiri olub. Onların yeganə günahı (əgər belə demək olarsa) hicabın, dini dəyərlərin müdafiəsidir.

Azərbaycan kommunist rejiminin cəngindən çıxdıqdan sonra sionizmin əsirinə çevrilmişdir. Bu müsəlman məmləkət anti-islami siyasətlər, məscidlərin uçurulması, hicab qadağası üçün bir meydan olmuşdur. Bir ili ötüb ki, təhsil nazirliyi məktəblərdə hicab qadağasını tətbiq edir. Azərbaycan hökuməti nəinki təqlid mərcələri, imam-cümələr, müsəlman xalq, qonşu xalqların etirazlarına əhəmiyyət vermədi, hətta hicab qadağasına etiraz edənləri saxta ittihamlarla şərləyərək həbsxanalara doldurdu.

Bir neçə ay öncə Gəncə şəhərinin tanınmış ruhaniləri höccətül-islam Azər Cəbiyev, höcətül-islam Fəxri İlyasov, ötən həftə isə başqa bir qrup ruhani və islamçı, o cümlədən höccətül-islam doktor Mövsüm Səmədov, höccətül-islam Fəramərz Abbasov uzunmüddətli həbsə məhkum edildi. Hazırda Bakıda höccətül-islam Tale Bağırov, Abgül Süleymanov da daxil olmaqla başqa bir qrup ruhani və islamçı saxta ittihamlar əsasında həbsxanada məhkəmə hökmünü gözləyir.

İslam Partiyasının sədri hacı Mövsüm Səmədov Azərbaycan Respublikasının nüfuzlü din xadimlərindəndir. Cari ilin yanvar ayında hakimiyyətə qarşı tarixi çıxışı ilə böyük etiraz dalğası yaratmış Səmədov hazırda bir qrup ruhani və dindarla həbsxanada saxlanılır. Bu həbslər ölkə müsəlmanları və digər qardaş ölkələrin müsəlmanlarının qəlbini ağrıdır.

Biz, 40-dan artıq ölkədən olan ruhani və tələbə Azərbaycan hökumətinin anti-islami siyasətini məhkum edir və Bakıdan qəti şəkildə tələb edirik ki, islami bahar oyanışında bütün vicdan məhbuslarını, o cümlədən Azərbaycan İslam Partiyasının sədri doktor Səmədovu həbsdən azad etsin və Bin Əli, Hüsni Mübarək, Qəzzafi kimi diktatorların acı aqibətindən ibrət götürsün. Anti-islami və anti-bəşəri siyasətlərin davamı yetər.

Biz Azərbaycandakı müsəlman qardaş və bacılarımıza elan edirik ki, müsəlman xalqlar Azərbaycan Respublikasında dini haqlar və dini dəyərlərin müdafiəsində onlarla birlikdədirlər və Allahın yer üzündə məzlum zümrənin zalımlar üzərində qələbəsi vədinə dərindən inanırlar.

HHQM MK-nın mətbuat xidməti


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İlham Əliyevin Şiə Ruhanilərinə divanı səngimir, Zülfüqar Mikayılzadə, Elman ...
Amerikada kilsədən 250 illik Quran tapılıb
“FATİMEYİ-ZƏHRA” MƏSCİDİNİN MƏSƏLƏSİ ALİ MƏHKƏMƏNİN PLENUMUNA ...
Əbu-Dabi islami bankı dünyanın ən yaxşı islami bankı seçilib
ABŞ Raqqada dinc əhalini bombaladı
İslamda zülm etmək və zülmə baş əymək yoxdur
BƏƏ-də şagirdlər məscid tikintisinə 1,4 milyon dirhəm yardım toplayıb
İnsan danışdığı sözlərə görə hesab verəcəyini bilsə...
Forum on “Islamic media and Their Role in Thailand Society”
Beynəlxalq Quran sərgisində mobil telefonlar üçün 7 dildə Quran proqramları

 
user comment