Partlayış nəticəsində Ayətullah Sistaninin nümayəndəsinə xətər dəyməsə də onun zövcəsi və bir övladı şəhid olublar.
Ayətullah Sistaninin nümayəndəsinə hücum edildi
Əhli Beyt xəbər agentliyinin verdiyi xəbərə əsasən: İraqın Babil əyalətində mərcei-təqlid Ayətullah Seyyid Əli Sistaninin nümayəndəsinin evinə hücum edilib. Hücum zamanı onun evinə qumbara atılıb. Partlayış nəticəsində Ayətullah Sistaninin nümayəndəsinə xətər dəyməsə də onun zövcəsi və bir övladı şəhid olublar.
Xatırladaq ki, son vaxtlar İraqda Ayətullah Sistaninin nümayəndələrinə qarşı sui-qəsd halları çoxalıb. Bir müddət öncə onun bir nümayəndəsi şəhid edilmiş, digəri isə terror nəticəsində yaralanaraq xəstəxanaya qaldırılmışdı.
Qeyri-rəsmi məlumatlara görə, təkfirçilər qarşılarına məqsəd qoyublar ki, Ayətullah Sistaninin nümayəndələrinin hamısına qarşı terror aktları həyata keçirsinlər.
source : ابنا