Azəri
Friday 19th of July 2024
0
نفر 0

Fransada İslam simvolu qadağan edildi

Marseldə Cümə məscidinin tikintisi yerli sionist təfəkkürlü və millətçi, qatı xristian sakinlərin məhkəməyə müraciətinə görə dayandırılıb.

Fransada İslam simvolu qadağan edildi

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: Özünü demokratiyanın anası adlandıran Fransada Məscidə qadağa qoyuldu. Belə ki, Fransanın cənubundakı Marsel şəhərində inşa edilən Cümə Məscidinin tikintisi qadağan edilib. Fransa rəsmilərinin qeyri demokratik layihələrinə qanun donu geyindirməkdən ötrü yerli şəhər inzibati məhkəməsinin qərar verib. Qərara əsasən, güya Məscidin tikintisi şəhərsalma tələblərinə uyğun deyil.

Marsel Cümə məscidinin layihəsi 18 ay bundan əvvəl təsdiqlənmişdi. Bu layihənin təsdiqlənməsini “Fransada yüksəlməkdə olan İslamın simvolu” adlandırırdılar. 2009-cu ildə tikinti başlasa da, yerli sionist təfəkkürlü və millətçi, qatı xristian sakinlərin məhkəməyə müraciətinə görə inşa prosesi dayandırılmışdı.

22 milyon avro dəyərində olan bu layihə çərçivəsində Cümə məscidi üçün 25 metrlik minarə tikiləcəyi planlaşdırılmışdı. Burada eyni zamanda 7 min müsəlman ibadət edə biləcəkdi. Məscid ərazisində həm də Quran məktəbi, kitabxana, çayxana və restoran fəaliyyət göstərəcəkdi.

Fransanın ikinci böyük şəhəri olan Marseldə 250 min müsəlman yaşayır. Onlar fərdi evlərdə, zirzəmilərdə yığışıb namaz qılırlar. Buna görə də yerli müsəlmanlar Cümə məscidinin layihəsinin təsdiqlənməsini “Fransanın İslama simvolu” kimi dəyərləndirmişdilər.

Layihənin memarı Maksim Repaux məhkəmə qərarını təəccüblə qarşılayıb.

“Qəribədir, biz ona görə məscid tikirdik ki, insanların küçələrdə, qarajlarda namaz qılmasına son qoyaq. Məhkəmə isə deyir ki, dayanacaqda yer olmayacaq!...”

Qeyd edək ki, Fransada İslam atıq ölkənin ikinci dini səviyyəsinə qədər gəlib çatıb. Məhz bu ölkədə ilk dəfə olaraq çadrada gəzmək qadağan edilib.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...

 
user comment