Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MƏSUMLARIN NURLU KƏLAMLARINDAN-5




Hədis 201: Həzrət Əli (ə) buyurur: “Cahilin ehtiyacsızlığı malına görədir.” * * *
Hədis 202: Həzrət Əli (ə) buyurur: “İntizarı çəkiləsi ən layiqli (səlahiyyətli) şey gizli ölümdür ki, hər şeydən tez gəlib yetişir.” * * *
Hədis 203: Həzrət Əli (ə) buyurur: “Dost çətinlik zamanı tanınar.” * * *
Hədis 204: Həzrət Əli (ə) buyurur: “Gözün kor olması bəsirətin kor olmasından daha yüngüldür.” * * *
Hədis 205: Həzrət Əli (ə) buyurur: “Bircə saatlıq qısa düşünmək uzun-uzadı ibadətdən üstündür.” * * *
Hədis 206: Həzrət Əli (ə) buyurur: “O şəxs nicat tapar ki, faydasız həvəslərinə qalib gəlmiş, nəfsinin istəklərinə hakim olmuşdur.” * * *
Hədis 207: Həzrət Əli (ə) buyurur: “Büdrəməmək üçün əvvəlcə düşün, sonra danış.” * * *
Hədis 208: Həzrət Əli (ə) buyurur: “Az tapılır ki, insan qarınqulu olduğu halda, xəstələnməsin.” * * *
Hədis 209: Həzrət Əli (ə) buyurur: “Hər kəsin dəyəri onun biliyi qədərindədir.” * * *
Hədis 210: Həzrət Əli (ə) buyurur: “Az yemək bədəni bir çox xəstəliklərdən qoruyur.” * * *
Hədis 211: Həzrət Əli (ə) buyurur: “Əməl edilən az elm, əməl edilməyən çox elmdən üstündür.” * * *
Hədis 212: Həzrət Əli (ə) buyurur: “Axmağın qəlbi dilinin, aqilin dili isə qəlbinin arxasındadır (yə`ni, aqil əvvəlcə düşünər sonra danışar).” * * *
Hədis 213: İmam Sadiq (ə) buyurur: “Böyüklərimizə ehtiram göstərməyən, kiçiklərimizə isə rəhm etməyən kəs bizdən deyildir.” * * *
Hədis 214: İmam Sadiq (ə) buyurur: “Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.” * * *
Hədis 215: İmam Sadiq (ə) buyurur: “Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.” * * *
Hədis 216: İmam Sadiq (ə) buyurur: “Qardaşına quyu qazan özü düşər.” * * *
Hədis 217: İmam Sadiq (ə) buyurur: “Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.” * * *
Hədis 218: İmam Sadiq (ə) buyurur: “Mö`min başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.” * * *
Hədis 219: İmam Sadiq (ə) buyurur: “Dolanışıqda orta həddi gözləyən şəxs heç vaxt fəqir olmaz.” * * *
Hədis 220: Həzrət Əli (ə) buyurur: “Çox vaxt bir saatlıq şəhvət ləzzətindən uzun qəm-qüssə yaranır.” * * *
Hədis 221: İmam Sadiq (ə) buyurur: “İnsanın daxili islah olarsa, zahiri rəftarı möhkəmlənər.” * * *
Hədis 222: İmam Sadiq (ə) buyurur: “Tənbəllik və hövsələsizlikdən uzaq ol. Çünki bu iki hal bütün pisliklərin başlanğıcıdır.” * * *
Hədis 223: İmam Baqir (ə) buyurur: “Allah-təala - pis danışan, lə`nət deyən və tə`nə vuranları sevmir.” * * *
Hədis 224: İmam Baqir (ə) buyurur: “Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.” * * *
Hədis 225: İmam Baqir (ə) buyurur: “Sənə zülm etmişlərsə də, sən zülm etmə.” * * *
Hədis 226: İmam Baqir (ə) buyurur: “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.” * * *
Hədis 227: İmam Baqir (ə) buyurur: “Səni tə`rif etsələr, sevinmə.” * * *
Hədis 228: İmam Baqir (ə) buyurur: “Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.” * * *
Hədis 229: İmam Baqir (ə) buyurur: “Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.” * * *
Hədis 230: “Saleh insanların məclisi insanı islaha vadar edər.” * * *
Hədis 231: İmam Səccad (ə) buyurur: “Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.” * * *
Hədis 232: İmam Səccad (ə) buyurur: “Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.” * * *
Hədis 233: İmam Səccad (ə) buyurur: “Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.” * * *
Hədis 234: İmam Səccad (ə) buyurur: “Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.” * * *
Hədis 235: Həzrət Əli (ə) buyurur: “Hər kim orta həddi gözləsə, həlak olmaz.” * * *
Hədis 236: İmam Səccad (ə) buyurur: “Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.” * * *
Hədis 237: İmam Həsən (ə) buyurur: “Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”
Hədis 238: İmam Hüseyn (ə) buyurur: “Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.” * * *
Hədis 239: İmam Hüseyn (ə) buyurur: “Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.” * * *
Hədis 240: İmam Hüseyn (ə) buyurur: “Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.” * * *
Hədis 241: İmam Hüseyn (ə) buyurur: “Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.” * * *
Hədis 242: İmam Hüseyn (ə) buyurur: “Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mö`min nə pis iş görər, nə də üzr istəyər.” * * *
Hədis 243: İmam Hüseyn (ə) buyurur: “Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.” * * *
Hədis 244: İmam Hüseyn (ə) buyurur: “Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.” * * *
Hədis 245: İmam Əli (ə) buyurur: “Nə çoxdur dilin üzündən həlak olanlar!” * * *
Hədis 246: İmam Əli (ə) buyurur: “Çox çətinliklər mülayimliklə asanlaşır.” * * *
Hədis 247: İmam Əli (ə) buyurur: “Çoxları axirət üçün olan əməli o qədər tə`xirə salır ki, axırı ölüm onun yaxasından yapışır.” * * *
Hədis 248: İmam Əli (ə) buyurur: “Çoxlarının orucu susuz qalmaqdan başqa bir şey deyildir.” * * *
Hədis 249: Həzrət Əli (ə) buyurur: “Çoxlarının namazı, əziyyət və yorğunluqdan başqa bir şey deyildir.” * * *
Hədis 250: Həzrət Əli (ə) buyurur: “Əcəli çatdığı halda, mal toplamaqda olan bədbəxt nə çoxdur.” * * *

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİӘ MӘZHӘBİNDӘ SӘHABӘLӘRӘ MÜNASİBӘT
İİR kanal 1-in verdiyi bəyanatda Ramazan Ayının hilalı görünüb
MƏRVANIN ƏSIRLIYI
Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ

 
user comment