Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MƏRVANIN ƏSIRLIYI

MƏRVANIN ƏSIRLIYI

OTUZ BİRİNCİ HEKAYƏT

MƏrvanIn Əsirliyi

Mərvan ibni Həkəm İslam tarixi başlanğıcında yaşamış ən çirkin və alçaq şəxsiyyətlərdən idi ki, hələ böyük islam Peyğəmbəri səlləllahu əleyhi və alihi və səlləm öz vaxtında onu və atasını Mədinədən sürgün etmişdi. Mərvan və atası Tərid ibni Tərid və Münafiq ibni Münafiq və lə”in ibni Lə”in ünvanıyla (sürgün olunmuş atanın sürgün olunmuşu və Münafiq oğlu Münafiq və Məl”un oğlu Məl”un) deyə yad olunurdular. Osmanın əmisi oğlu sayılan Mərvan Osmandan sonra zahirdə Həzrət Əli (əleyhissalam)-la beyət etməsinə baxmayaraq ilk beyət pozanların başçıları cərgəsində dururdu. O Cəməl müharibəsində Bəsrəyə gələrək düşmən ordusu sıralarına keçib Əli (əleyhissalam)-ın qoşununun əleyhinə vuruşurdu. Elə həmin müharibədə Əli (əleyhissalam) ordusu tərəfindən əsir alındıqda İmam Həsən və İmam Hüseyn (əleyhissalam) onun azadlığı üçün atalarından xahiş etdilər. İmam Əli (əleyhissalam) da onu azad etdi. Həsən və Hüseyn (əleyhissalam) atalarından soruşdular: “Mərvan səninlə beyət edəcək.” İmam cavabında buyurdu:

“Məgər o, Osman öldürüləndən sonra mənimlə beyət etmədimi? (ancaq beyətini sındırdı).

Mənim onun beyətinə ehtiyacım yoxdur. Onu əli yəhudinin əli kimidir. (hiylə və iki üzlülüyə adət edibdir) əgər Əli ilə beyət etsə, öz arxası ilə beyəti sındırmağa çalışar.”

Sonra İmam gələcək üç mövzuda xəbər verib buyurdu ki; “Agah olun Mərvan:

1-Gələcəkdə qısa hökumətlik edəcək ki, bunun da vaxtı bir itin öz burnunu dili ilə təmizləyən Müddətə qədərdir.

2-O, dörd qoçların atasıdır.

3-Müsəlman xalqı onun özü və oğlanlarının əlindən qan ağlayacaqdır.

Hadisələr Əli (əleyhissalam)-ın xəbər verdiyi kimi baş verdi. O, Əməvilərin 4-cü xəlifəsi ünvanıyla Müaviyət ibni Yeziddən sonra xilafət kürsüsünə əyləşdi. Mərvanın xilafət müddəti dörd ay on gün çəkdi. Onun Əbdül Məlik Boşr Məhəmməd və Əbdül Əziz adında 4 oğlu var idi ki, 1-ci si Mərvandan sonra xilafətə yetişdi. 2-cisi İraqın hakimi seçildi. 3-cüsü Əlcəzirənin, və 4-cüsü isə Misir hakimi təyin oldu. Bu beş nəfər müsəlmanları öz zülm çəkmələri altında var gücləri ilə əzdilər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yerinə yetirməyə əmin olmadığın vəd vermə
QURAN — QURAN VƏ HƏDİS BAXIMINDAN
İslam dini və elm
İnsan niyə ölümdən qorxur
MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ
SUİ-ZƏNN VƏ BƏDBİNLİKLƏ MÜBARİZƏ!
SUİ-ZƏNN VƏ BƏDBİNLİYİN İCTİMAİ ZƏRƏRLƏRİ
HƏZRƏTİ ӘLI (Ә)IN ŞӘXSIYYӘTI
VƏHHABİLİK (8)
İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ

 
user comment