Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Allah mömünlərin üzünə şəhadət qapısın açıb

Höccətul-İslam Hacı Tale Bağırovdan yeni məktub əldə edilib.

Allah mömünlərin üzünə şəhadət qapısın açıb

Əhli Beyt xəbər agentliyi Azadxəbərə istinadən verdiyi məlumata görə, may ayının 6-sı Təhsil Nazirliyinin qarşısında "Hicaba Azadlıq!" aksiyasında həbs edilən hicab məhbusu, ilahiyyatçı, Höccətul-İslam Hacı Tale Bağırovdan yeni məktub əldə edilib.

Məktubu Hacı Tale Bağırov Nəcəf şəhərində təhsil alarkən yazıb. Məktubda İlahiyyatçı-alim vətəndən kənar olmasına baxmayaraq, ölkədə baş verən hicab qadağasını böyük narahatçılıqla qarşılayır və bunu Allahdan mömünlərə imtahan kimi dəyərləndirir.

Məktubun mətnini əziz izləyicilərimizə təqdim edirik:

 

Bağışlayan və Mehriban olan Allahın adı ilə

Salam olsun ölümün üzünə gülən Mücahidlərə!!! Hamınız üçün çox darıxmışam. Allah-Təala bizi İmam Hüseyn (ə)-la məhşur etsin! Amin! İnanın, Azərbaycanda baş verən hadisələrdən çox narahatam. Narahatam ki, Allah-Təala mömünlərin üzünə şəhadət qapısı açıb, amma mən də orada yoxam. Hicab problemi Allahın mömünlük iddiası edən namaz qılanlara bir imtahanıdır. İmam Hüseyn (ə)-ın hərəkatın başa düşən insanlar gərək bu günlərdə şəhadət qüsullarını alıb hazır olsunlar. Hicab, qapı arxasında qalan anamız Həzrəti Zəhra (s.ə.)-nın əmanətidir! Hicabı müdafiə etmək hətta zindanlarla və yaxud şəhadətlə başa gəlsə də bütün mömünlərin vəzifəsidir. Bu yolda Allahdan sizlərə kömək diləyirəm! Vəssəlamu ələykum!

 

Müqəddəs Nəcəf şəhəri dualarda bizi yaddan çıxartmayın.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Dünya çempionu: “Ailəm qarşı çıxdı – Onları dediklərinə peşman etdim”
Əsl balı necə seçməli?
Ayətullah Safi: “Keçmişin tərəqqisidən geri qalmamalıyıq”
Nazİr Elmarın qətlİlə bağlı ABŞ səfİrİnə nə deyİb?
İsrailin etirafı: Fələstinlilərin anti-İsrail hərəkətləri misilsizdir
Ayətullah Sistaninin nümayəndəsi İraqın siyasi böhranı barədə xəbərdarlıq ...
Gert Vilders ABŞ-da antiislam nümayişə qatılacaq
"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı

 
user comment