Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ABNA İmam əl-Hadinin mövludu ilə bağlı təbrik deyir

ABNA İmam əl-Hadinin mövludu ilə bağlı təbrik deyir

İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur.

ABNA İmam əl-Hadinin mövludu ilə bağlı təbrik deyir

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Bu gün sevinclə dolu günlərdən biri idi. Bu gün Bəşər və Cin tafalarının onuncu İmamı, İmam Əli ibn Məhəmməd əl-Hadinin (əleyhis səlam) mövlud günüdür. Biz ABNA olaraq bu sevinci ilk öncə Zamanın Sahibi İmam Məhdi (Allah onun zühurunu tezləşdirsin), o həzrətin haqq naibi İmam Xamneyi və ümum dünya müsəlmanları ilə bölüşməyi özümüzə borc bilirik.

Mövzu ilə bağlı ziyarətçilərimizin hüzuruna İmam barəsində sil-siləvari qısa anlayış veririk.

İmam əl-Hadinin (ə) həyatı barədə qısa məlumat

Adı: Əli ibn Məhəmməd əl-Hadi

‌علي بن محمد الهادي

Şiələrin 10-cu imamı

835 — 868

Sələfi:  İmam Cavad

Xələfi:  İmam Həsən Əskəri

Dini: İslam

Təvəllüdü: 829-cu il

Mədinə

Şəhadəti: 868-ci il

Samirra, İraq

Atası: Məhəmməd ibn Əli

Uşaqları: oğlu: Həsən

Şiələrin onuncu İmamı

 İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz on ikinci ili zil-hiccə ayının on beşində Mədinə yaxınlığındakı Sərya adlı bir yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası isə hörmətli Səmanə xanım olmuşdur. O, elə əvvəldən fəzilətli və təqvalı bir kəniz idi.

1 Onuncu İmamın ən məşhur ləqəbləri Nəqi və Hadi olmuşdur. O Həzrətə “üçüncü Əbülhəsən” deyirlər.

2

İmam Hadi (ə) hicrətin iki yüz iyirminci ilində əziz atasının şəhadətindən sonra səkkiz yaşında ikən İmamət məqamına yetişmişdir. O Həzrətin İmamət müddəti otuz üç il, ümumi ömrü isə qırx bir il və bir neçə ay olmuş və hicrətin iki yüz əlli dördüncü ilində Samirra şəhərində şəhadətə qovuşmuşdur.

İmam Əliyyən-Nəqinin (ə) həməsri olmuş xəlifələr

İmam Əliyyən-Nəqi (ə) İmam olduğu müddət ərzində aşağıda adları çəkilmiş Abbasi xəlifələrinin həməsri olmuşdur:

Məmunun qardaşı Mötəsim (217–227 h.q);

Mötəsimin oğlu Vasiq (227–232 h.q);

Vasiqin qardaşı Mütəvəkkil (232–248 h.q);

Mütəvəkkilin oğlu Müntəsir (altı ay);

Müntəsirin əmisi oğlu Müstəin (248–252 h.q);

Mütəvəkkilin digər oğlu Mötəzz (252–255 h.q).

İmam Əliyyən-Nəqi (ə) adı sonuncu çəkilmiş xəlifənin (Mötəzzin) hakimiyyəti dövründə zəhərlənərək şəhid olmuş və evindəcə dəfn olunmuşdur.

İmam Əliyyən-Nəqinin (ə) dövründə siyasi-ictimai vəziyyət

Abbasilər hakimiyyətinin bu mərhələsi onu digər mərhələlərdən ayıran bir sıra xüsusiyyətlərə malik olmuşdur. İndi həmin xüsusiyyətlərdən bir neçəsini oxucuların nəzərinə çatdırırıq:

1. Xilafətin əzəmət və heybətinin itməsi; İstər Əməvilərin hakimiyyəti dövründə, istərsə də Abbasilər dövründə xilafətin özünəməxsus əzəməti olmuşdur. Ancaq İmam Əliyyən-Nəqinin (ə) dövründə xilafətdə türklərin və qulların nüfuz tapmasının nəticəsi olaraq xilafət öz əzəmətini itirmiş, bu ünsürlər onu istədikləri kimi idarə edirdilər. Xəlifə yalnız simvolik bir məna daşıyırdı. Ancaq buna baxmayaraq, nə vaxt müxaliflər tərəfindən bir təhlükə hiss edilirdisə, xəlifə və bütün ətrafındakılar onu dəf etmək üçün ümumi bir razılığa gəlirdilər.

2. Saraydakıların əyləncə ilə gün keçirmələri; Abbasi xəlifələri hakimiyyətdə yaranmış boşluqdan istifadə edib kef, əyləncə,eyş-işrətlə məşğul olaraq gecə məclisləri təşkil edirdilər. Hökumət başdan-başa fəsadla dolmuşdu. Tarix onların bu əyləncələrinin hamısını qələmə almışdır.

3. Zülm, haqsızlıq və özbaşnalığın yayılması; Zülm və haqsızlığın yayılması, həmçinin, beytül-malı qarət edib əyləncə və əyyaşlığa sərf etmək camaatı cana yığmışdı.

4. Ələvi qiyamlarının artması. Abbasi xəlifələri hakimiyyətlərinin bu mərhələsində çalışırdılar ki, cəmiyyət arasında Ələvilərə qarşı nifrət yaratmaqla onları tar-mar etsinlər. Ələvilərin hər hansı bir qiyamının kiçik fəaliyyəti müşahidə edilən kimi dərhal amansızcasına onun qarşısını almağa cəhd göstərilirdi. Bunun də səbəbi o idi ki, hökumət cəmiyyətdə yaratdığı qorxuya baxmayaraq, özünü qeyri-sabit, qeyri-qanuni bilib bu kimi qiyamlardan çox qorxurdu. Ələvilərin bu müddət ərzindəki fəaliyyəti belə olmuşdur ki, onlar kiminsə adını çəkmədən camaatı Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) nəslindən seçilmiş bir nəfərin ətrafında toplaşmağa dəvət edirdilər. Çünki qiyam başçıları görürdülər ki, hərbi düşərgə sayılan Samirra şəhərində məsum İmamlar təqib olunur, belə olduğu halda, onlar müəyyən bir şəxsi (yəni hər hansı bir məsum İmamı) rəhbər təyin etməklə onun həyatını təhlükə ilə üzləşdirər və hətta ölümünə səbəb ola bilərdilər. Bu qiyamlar cəmiyyətdə yaranmış zorakılıq və özbaşınalıqların nəticəsi olub birbaşa onlarla əlaqədar olmuşdur. Məsələn, digər Abbasi xəlifələri ilə müqayisədə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) ailəsinə nisbətən əlaqəsi olan və hakimiyyəti dövründə şiələr üçün heç bir təhlükə doğurmayan xəlifə Müntəsirin dövründə bir dənə də olsun belə, qiyam baş verməmişdir. Tarixçilər təkcə 219-270 hicri qəməri illəri arasında baş verən on səkkiz qiyamı qeyd etmişlər. Bu qiyamların əksəriyyəti məğlubiyyətlə nəticələnmiş və Abbasi hökuməti tərəfindən yatırılmışdır.

Qiyamların məğlubiyyətə uğramasının səbəbləri

Bu qiyamların məğlubiyyətə uğramasının səbəbini bir tərəfdən qiyam başçılarının,digər tərəfdən də, qiyam başçılarının tərəfdarlarının zəif olması ilə əlaqələndirmək lazımdır. Qiyam başçılarının hazırladıqları proqramlar kamil olmadığı üçün işlərində çatışmazlıqlar olur və ən əsası isə onların qiyamı tam şəkildə İslami bir qiyam olmurdu. Buna görə də, qiyamlar çox vaxt məsum İmamların etirazı ilə üzləşməli olurdu. Düzdür, bu qiyam tərəfdarları arasında pakməramlı və əsl şiələr də var idi ki, onlar İslamın ali məqsədləri uğrunda ölümə getməyə belə, hazır idilər. Ancaq bu cür insanların sayı çox az idi və mübarizə aparanlar əsasən, müəyyən bir İslami məqsədi olmayan şəxslər idilər. Onlar məruz qaldıqları zülm və haqsızlıqlar nəticəsində narahat olub mövqelərini dəyişmək fikrinə düşür, lakin məğlubiyyət zamanı,yaxud ölüm təhlükəsində olduqlarını hiss etdikdə, öz rəhbərlərini tənha qoyub ondan uzaqlaşırdılar. Bir daha xatırladırıq ki,əgər bu qiyamların əksəriyyəti məsum İmamların etirazı ilə üzləşirdisə, onun səbəbi, ya bu qiyamların əsl İslami qiyam olmaması, qiyamçıların, yaxud qiyam başçılarının bəzi qeyri-İslami hərəkətləri olmuş, ya da onların fəaliyyətinin məğlub olacağını qabaqcadan görmək olmuşdur. Buna görə də, əgər İmam onların qiyamına razılıq versəydi,qiyamın məğlub olacağı təqdirdə şiə və İmamət məsələsinin əsası, həmçinin, şiə məzhəbinin əsas qüvvələri təhlükə qarşısında olardı.

İmam Əliyyən-Nəqinin (ə) gizli fəaliyyətləri

İmam Əliyyən-Nəqinin (ə) İmaməti dövründəki Abbasi xəlifələri arasında hamıdan çox Mütəvəkkil o Həzrətlə həmzaman olmuşdur. Buna görə də, onun İmam Əliyyən-Nəqinin (ə) müqabilindəki mövqeyini araşdırmaq daha məqsədəuyğun olar.

Mütəvəkkil Bəni-Haşimə qarşı çox kobud və düşməncəsinə rəftar edirdi. O,Bəni-Haşimə qarşı daima bədgüman olmuş və onları həmişə müttəhəm etmişdir. Onun vəziri Übeydullah ibn Yəhya ibn Xaqan da, həmişə onun yanında Bəni-Haşimə qarşı töhmətlər qoşaraq onu bu tayfaya qarşı pis rəftar etməyə vadar edirdi. Mütəvəkkil Ələvilərə qarşı zülm və insafsızlıqda sanki bütün Abbasi xəlifələrini ötüb keçmişdi.1 Mütəvəkkilin Əli (ə) və onun övladlarına qarşı misli görünməmiş bir düşmənçiliyi var idi. Əgər bir nəfərin Əliyə (ə) rəğbət bəslədiyindən xəbər tutsaydı,bütün mal-dövlətini müsadirə edib özünü də öldürəcəkdi. Elə buna görə də, İmam Əliyyən-Nəqi (ə) Mütəvəkkilin hakimiyyəti dövründə öz fəaliyyətini gizli şəkildə aparır, şiələrlə münasibətdə son dərəcə ehtiyatla hərəkət edirdi. Bunu tarixçilərin aşağıda qeyd etdikləri hadisə də bir daha təsdiq edir.

Məhəmməd ibn Şərəf deyir: “Mədinədə İmam Əliyyən-Nəqi (ə) ilə birlikdə yol gedirdim. İmam buyurdu: “Sən Şərəfin oğlusan?” Dedim: ki, bəli. İstədim o Həzrətdən bir sual soruşam. İmam məni qabaqlayıb buyurdu: “Biz indi camaatın çox get-gəl etdiyi küçədəyik,bura sual yeri deyil.”

Bu hədisdən hakim qüvvələrin cəmiyyəti nə qədər çətinlikdə saxlaması və eləcə də, İmam Əliyyən-Nəqinin (ə) məcburi şəkildə gizli fəaliyyətini açıq-aşkar bəyan etməsi başa düşülür. İmam Əliyyən-Nəqi (ə) uzaq şəhər və kəndlərdə yaşayan şiələrlə də eynilə bu cür hərəkət edirdi. Onların göndərdiyi şəri vergiləri, hədiyyə və nəzirləri gizlincə qəbul edirdi. Tarix kitablarında qeyd olunmuş bu cür hadisələrdən birinə nəzər salaq:

Məhəmməd ibn Davud Qummi və Məhəmməd Təlhi deyir: “Qum və onun yaxınlıqlarından yığılmış xüms, hədiyyə və nəzirləri İmam Əliyyən-Nəqinin (ə) hüzuruna aparırdıq. Yolda o Həzrətin köndərdiyi qasid yetişib bizə xəbər verdi ki, geri qayıdaq. O bildirdi ki, indi bunları İmama (ə) təqdim etmək üçün münasib vaxt deyil. Biz geri qayıdıb bütün yükümüzü də özümüzdə saxladıq. Bir müddət keçdikdən sonra o Həzrətin əmrilə ona çatdırmaq istədiyimiz şeyləri onun öz göndərdiyi dəvələrə yükləyib sarbansız hüzuruna göndərdik. Bundan bir qədər keçdikdən sonra o Həzrətin hüzuruna getdikdə, bizə buyurdu: “Göndərdiklərinizə baxa bilərsiniz.” Biz onlara baxdıqda gördük ki, göndərdiyimiz şeylər olduğu kimi qalıb.” Düzdür, bu hadisənin İmam Əliyyən-Nəqinin (ə) Mədinədə, yoxsa Samirrada olduğu müddətdə baş verməsi məlum olmasa da (Samirrada hökumətin nəzarəti daha çox olmuşdur), ancaq bu, şiələrin İmama gizli və dövlət məmurlarından xəbərsiz əlaqələrindən bir nümunədir.

Vəkillik əlaqə vasitəsi kimi Şiə İmamlarının Abbasi xəlifələri dövründə üzləşdiyi böhranlı vəziyyət onları şiələrlə əlaqə saxlamaq üçün başqa bir vasitə axtarmağa məcbur etdi. Bu da İmamların şiələrlə əlaqə vasitəsi təşkil edib müxtəlif şəhər və kəndlərdə vəkillər və nümayəndələr təyin etməsindən ibarət olmuşdur. Bu hərəkətdən əsas məqsəd vəkillər vasitəsilə müxtəlif yerlərdən xüms, zəkat, nəzir, hədiyyə və bu kimi şeylərin yığılaraq İmama çatdırılması, həmçinin, şiələrin fiqhi və əqidəvi suallarına İmam tərəfindən cavab verilməsi və vəkillərin bu çətinlikləri siyasi nöqteyi-nəzərdən hazırkı vəziyyətlə uyuğunlaşdırması olmuşdur. İmamların fəaliyyətində bu hərəkətin böyük rolu olmuşdur. Samirra şəhərində ciddi nəzarət altına alınmış İmam Əliyyən-Nəqi (ə) atası İmam Cavadın (ə) icra etdiyi vəkil və nümayəndə təyinetmə işini davam etdirərək müxtəlif şəhər və kəndlərə vəkil və nümayəndələr təyin edirdi. Doğru yola yönəlmiş bu vəkillər yuxarıda qeyd olunmuş məqsədləri tam şəkildə təyin edirdilər.

İmam Əliyyən-Nəqi (ə) ilə şiələr arasında bilavasitə əlaqənin olmaması vəkillərin məzhəbi və siyasi rolunu gücləndirdi, belə ki, onların, işləri səliqə-səhmana salmaqda məssuliyyətləri daha da artdı. Vəkillər get-gedə şiələrin işini idarə etməkdə dəyərli təcrübələr əldə edirdilər. Bir çox tarixi faktlar göstərir ki, vəkillər müxtəlif məntəqələrə əsasən, şiələri aşağıdakı dörd qrupa bölmüşdülər:

Bağdad, Mədain və Kufə (İraq) məntəqəsi;

Bəsrə və Əhvaz məntəqəsi;

Qum və Həmədan məntəqəsi;

Hicaz, Yəmən və Misir məntəqəsi.

Bu məntəqələrin hər biri üçün xüsusi vəkil təyin edilir, onlar da özlərinə yerli əhalidən işçilər seçirdilər. Bu nümayəndəliyin fəaliyyətini İmam Əliyyən-Nəqinin (ə) nümayəndələrə verdiyi göstərişlərdə müşahidə etmək olar. Rəvayət olunmuşdur ki, İmam Əliyyən-Nəqi (ə) hicrətin iki yüz otuz ikinci ilində öz məntəqə (Bağdad) vəkili Əli ibn Bilala yazmışdır: “...Mən Əbu Əli ibn Raşidi Əli ibn Hüseyn ibn Əbdürrəbbihin yerinə vəkil təyin edirəm. Bu məsuliyyəti ona görə onun öhdəsinə qoyuram ki, o, bu iş üçün lazımi səlahiyyətə kifayət qədər malikdir. Belə ki, bu işdə heç kəs ondan üstün ola bilməz. Bilirəm ki, o məntəqənin böyüyü sənsən, buna görə də, səni bu işdən xəbərdar etmək istədim. Eyni zamanda sən də ona tabe olmalı və toplanmış şəri vergiləri ona göndərməlisən. Bütün şiələri bu işdən xəbərdar et və o, öz vəzifəsini layiqincə yerinə yetirsin deyə, onları da ona tabe olmağa və ona kömək etməyə dəvət et...”

Həmçinin, İmam Əliyyən-Nəqi (ə) Bağdad, Mədain və Kufədəki vəkilinə yazmışdır: “Ey Əyyub ibn Nuh! Mənim göstərişim sənə çatdıqdan dərhal sonra Əbu Əli ilə müxalifətçilikdən əl çək. Hər ikiniz öz məntəqənizdə öhdənizə düşən vəzifəni yerinə yetirməlisiniz. Belə olduğu halda, öz vəzifənizi mənimlə məsləhətləşmədən də yerinə yetirə bilərsiniz. Ey Əyyub, mənim göstərişimə əsasən, bundan sonra Bağdad və Mədain camaatından heç bir şeyi (şəri vergini) qəbul etmə və onlardan heç birinə mənimlə görüşməyə icazə vermə! Əgər sənin öz məsuliyyət çərçivəndən kənar olan bir şəxs sənə şəri vergi versə, ona de ki, aparıb öz məntəqə vəkilinə versin.

Ey Əbu Əli! Sənə də göstəriş verirəm ki, eynilə Əyyuba verdiyim göstərişi yerinə yetirəsən.”

İmam Əliyyən-Nəqi (ə) Əbu Əli ibn Raşidin vasitəsilə Bağdad, Mədain və Kufədəki şiələrinə də bir məktub göndərir

Məktubda deyilir: “...Mən Əbu Əli ibn Raşidi Hüseyn ibn Əbdürrəbbih və digər keçmiş vəkillərimin yerinə vəkil təyin edirəm. O, mənim yanımda artıq Hüseyn ibn Əbdürrəbbih vəzifəsini daşıyır. Şəri vergilərin toplanması baxımından digər vəkillərin də ixtiyarını ona verərək, bu işə layiq olduğuna görə onu sizin işlərinizi idarə etmək üçün təyin edirəm. Siz şəri vergilərinizi ona verin. Öz əlaqənizi əsla onunla pozmayın və ona qarşı çıxmaq fikrini başınızdan çıxarın. Allaha itaət etməyə, əmlakınızı təmizləməyə tələsin, bir-birinizin qanını tökməyin, xeyir işlərdə, təqvada bir-birinizə əl tutun. Allah rəhmətinə nail olmaq istəyirsinizsə, təqvalı olun! Hamılıqla Allahın ipindən (dinindən) yapışın və müsəlman halında ölün. Ondan (Əbu Əlidən) itaət etmək mənə itaət etmək, onun sözündən çıxmaq mənim sözümdən çıxmaq deməkdir. İşinizi elə bu cür davam etdirin, Allah da sizə xeyir verər və Öz mərhəməti sayəsində vəziyyətinizi yaxşılaşdırar. O, (Allah) həddən artıq səxavətli, bəndələrinə münasibətdə isə həddən artıq mehribandır. Biz və siz Onun himayəsi altındayıq. Bu məktubu öz xəttimlə yazıram. Sonsuz şükr və həmd təkcə Allaha məxsusdur.”

Bağdad ətrafındakı Hamiya kəndinin sakini Əli ibn Cəfər də İmam Əliyyən-Nəqinin (ə) vəkillərindən biri idi. Onun fəaliyyəti barədə Mütəvəkkilə xəbər çatmış, Mütəvəkkil onu tutaraq həbs etmişdi. Uzun müddət həbsdə qaldıqdan sonra azad olmuş, sonra da İmam Əliyyən-Nəqinin (ə) sifarişi ilə Məkkəyə gedib orada yaşamağa başlamışdır.

İmam Əliyyən-Nəqinin (ə) nümayəndələri arasında İbrahim ibn Məhəmməd Həmədaninin də adını qeyd etmək lazımdır. İmamın ona yazdığı məktubda deyilir: “Göndərdiyin şəri vergilər gəlib çatdı. Allah səndən qəbul etsin, şiələrimizdən də razı qalsın və onları dünya və Axirətdə bizimlə bir yerdə qərar versin...”

Bu məktubdan açıq-aşkar məlum olur ki, İmam, İbrahimi nümayəndə təyin etmiş və (ola bilsin ki, öz vəzifəsindən əlavə) şiələrdən toplanmış şəri vergiləri də, o Həzrətə çatdırırmış. İmam Əliyyən-Nəqi (ə) onun bu fəaliyyətini təqdirəlayiq bilib mövqeyini möhkəmlətmək üçün ona yazır: “Nəzr ibn Məhəmməd Həmədaniyə bir məktub yazıb tapşırdım ki, həm sənə e᾽tiraz etməsin, həm də sənə qarşı çıxmasın. Sənin mənim yanımda olan mövqeyini ona bildirdim. Əyyub ibn Nuh Fərraca da eynilə bu tapşırığı tapşırdım. Həmçinin, Həmədandakı şiələrimizə məktub yazıb onlara tapşırdım ki, sənə itaət etsinlər. Həm də onlara bildirdim ki, mənim o məntəqədə səndən başqa nümayəndəm yoxdur.”

Bir sözlə, nümayəndələrin apardığı fəaliyyət, xüsusən də, Mütəvəkkilin hakimiyyəti dövründəki fəaliyyətləri göz qabağındadır. Mütəvəkkil Ələvilərlə düşmənçiliyi olan şəxsləri özünə tərəf cəlb edərək onları, Ələvilərin gizli şəkildə apardığı fəaliyyətini dayandırmağa sövq edirdi. O, şiələri tutub həbs etmək məqsədilə bir sıra nizami hərəkətə əl atır və özü də bu hərəkətini çox ciddiyyətlə həyata keçirirdi. Onun bu hərəkəti İmamın Bağdad, Mədain və Kufədəki bəzi vəkillərinin ölümünə, bəzilərinin isə həbs edilməsinə gətirib çıxarır.Mütəvəkkilin bu hərəkəti vəkillik əlaqəsinə ciddi sarsıntılar varid etsə də, İmam Əliyyən-Nəqi (ə) öz gözəl təcrübələri nəticəsində bu əlaqəni daima fəal saxlayırdı.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

"Diqqət! "MÖVLUD OLİMPİADASI"na qeydiyyatın bitməsinə 1 gün qaldı!
Moskvada elektirik qalmaqalı
Pakistanda terror qurbanlarının sayı 23-ə çatdı
BMT Bəhreyndə qətlə yetirilən etirazçılar barədə araşdırma aparılmasını ...
Tunis əlaqələrinin İsrail rejimi ilə adiləşdirilməsini qadağan edən qanun ...
Seyyid Həsən Nəsrullah Bir Daha Çıxış Edəcək
Fəllucə əməliyyatı davam edir, İraq Ordusu terrorçuları belə darmadağın edir
33 günlük İsrail-Hizbullah müharibəsinin ildönümü günü Seyyid Həsən ...
İraq sakini kamikadzeni qucaqlayaraq onlarla insanı xilas edib - FOTOLAR
Sudan prezidentin Ayətullah Xamenei ilə görüşü

 
user comment