Azəri
Friday 19th of April 2024
0
نفر 0

BƏRZƏX


Bərzəxin lüğət mənası “pərdə” deməkdir-yəni, iki şeyin arasında dayanıb, onların qovuşmasına mane olan pərdə. Məsələn, şor və şirin sular hərəkətdə olsalar da Allah onların arasında maneə qərar vermişdir ki, heç biri digərini aradan aparmasın. (54-cü surə, 19-cu ayə)

Adi mənada bu maneəyə bərzəx deyilir. Əslində isə Bərzəx Allah-Taalanın dünya və axirət arasında yaratdığı aləmdir-dünya və axirət işləri arasındakı bir aləm!

NEMƏT VƏ CƏZALARDA ORTA HƏDD

Bərzəxdə bu dünyanın zəruriyyətlərindən olan başağrı və dişağrı kimi dərdlər yoxdur. Maddi olmayan (mücərrəd) bərzəx aləmi axirət kimi də deyil-yəni, burada günahkarlar üçün mütləq zülmət və itaət əhli üçün mütləq nur yoxdur. İmamdan Bərzəxin vaxtı barədə sual olunanda buyurub: “Ölüm saatından başlamış qəbirdən ayağa qaldırılanadək.”

Qurani-Məciddə buyurulur: “...Qiyamətədək Bərzəxdir.” (“Möminun” surəsi)

MİSALİ ALƏM VƏ MİSALİ BƏDƏN

Olduğumuz aləmə oxşadığına görə Bərzəxə misali aləm də deyirlər. Bu oxşarlıq zahiri formaya görədir, maddilik və digər xüsusiyyətlərə görə isə fərqlidirlər. Ölümdən sonra elə bir aləmə daxil oluruq ki, bu dünya ona nisbətən ana bətnini xatırladır.

Bərzəxdə bədən də misali bədəndir, yəni formaca bu dünyadakı bədənin eynidir, lakin maddi deyildir. Bu bədən havadan da lətifdir. Və ona mane olası onun qarşısını alacaq bir şey yoxdur. Qərar tuduğu nöqtədə hər şeyi görür və onun üçün divarın bu tərəfi, o tərəfi yoxdur. İmam Sadiq (əleyhissalam) buyurur: “Misali bədəni görsəniz, elə həmin dünyəvi bədəndir, deyərsiniz. Əgər vəfat etmiş adamı yuxuda görsəniz, həmin dünyəvi bədəndə müşahidə edərsiniz, hansı ki, onun maddi cismi qəbirdədir. Siz gördüyünüzsə misali bədəndir. Bərzəx bədəninin bu günkü gözlərimiz şəklində gözləri var, amma bu gözlərin piyi, eləcə də göz ağrısı onda yoxdur.”

Bu gözlər Qiyamət gününədək görür, özü də yaxşı görür və dünyadakı gözlər kimi zəifləyib eynəyə möhtac olmur.

İKİ ŞƏRT DAXİLİNDƏ GÜZGÜDƏKİ SURƏTƏ OXŞATMA

Hikmət sahibləri və mütəkəllimlər iki şərt daxilində bərzəx bədənini güzgüyə düşmüş surətə oxşatmışlar: birincisi, o, güzgüdə yox, öz zatı əsasında dayanır; ikincisi isə onun dərki, şüuru vardır.

Onun oxşarı yuxudakı şəxsdir ki, bir göz qırpımında uzun məsafələri ötüb Məkkəyə, Məşhədə gedir. O aləmdə növbənöv yeməli, içməli, nuş ediləsi nemətlər və gözəl surətlər, nəğmələr vardır ki, dünya sakinlərində o vücudlara taqət yoxdur. Ruhlar həmin misali bədənlərlə bütün sadalanmışlardan bəhrələnir və ruzi yeyirlər. (3-cü surə, 169-cu ayə)

BÜTÜN QİDALAR BİR QİDADA TOPLANMIŞLAR

Əlbəttə, o aləmin bütün nemətləri maddi yox, lətifdir. Rəvayətlərdə buyurulmuşdur ki, vahid bir şey möminin istəyi ilə müxtəlif növlərə çevrilə bilər. Məsələn, bir meyvə sənin istəyinlə başqa meyvə olar.

Həzrət Rəsul (səlləllahu əleyhi və alihi və səlləm)-dan rəvayət olunmuşdur ki, (Həmzə (əleyhissalam)-ın şəhadətindən sonra) buyurdu: “Seyyidüş-şühəda əmim Həmzəni gördüm ki, qarşısında Behişt meyvələrindən bir tabaq var idi. O meyvələrdən meyl edirdi, onun istəyi ilə birdən nar üzümə döndü, üzümdən yedi, yenidən üzüm xurmaya çevrildi.”

Bəli, lətif olduğundan, bir şey başqasına çevrilir.

TƏSİR GÜCÜ

Bərzəx aləminin bu fani dünyadan üstünlüklərindən biri orada təsir gücünün böyüklüyüdür. Ali hikmətdə hamıya deyiləsi olmayan bir həqiqət vardır ki, bu həqiqətə yalnız işarə edib, ötürük. (Dərk edən və dərk olunan lətif, qeyri-maddi olduqca idrak da güclənir).

Dünyadakı meyvələr, şirnilər onlardan aldığımız ləzzət bərzəx aləminin meyvə, şirni, ləzzətlərinin bir damlasıdır. Deyilənlərin əsli isə bərzəxdədir. Əgər hurül-eynin surətindən bir qədər açılarsa, gözlər qamaşar. Əgər huri bu dünyada görünsə, nuru günəşi kölgədə saxlayar. Bəli, mütləq cəmal oradadır. Rəbbimiz Quranda buyurur: “Biz yerdə olanları ona zinət qərar verdik. Bir zinət ki, imtahan üçündür.” (18-ci surə, 6-cı ayə)

Bəli, kiçik böyükdən, uşaq aqildən seçilsin, bu oyuncağa kimin sevindiyi bilinsin. Bütün bunlara aldanmayan şəxsləri həqiqi ləzzət, gerçək cəmal, doğru səadət gözləyir.

QƏBİR SAHİBİNİN DƏ”VƏTİ

Beləcə, bərzəx aləmində təsir gücü, təsir qüvvəsi bu dünyadakı təsirlərə müqayisə olunası deyil. Bəzən bu dünya sakinlərinin qarşısına mövzumuzla əlaqəli nümunələr çıxır ki, başqaları üçün ibrət olsun.

Mərhum Nəraqi “Xəzain”də, inanılmış səhabəsindən belə nəql edir: “Mən cavanlıq dövründə, İsfahanda Novruz bayramı münasibətilə atam və dostlarımla gəl-get edirdik. Çərşənbə axşamı dostlardan biri ilə görüşə getdik. Onun mənzili qəbirstanın yaxınlığında olurdu. Azca dincəlmək və dünyasını dəyişənləri ziyarət etmək üçün yolüstü qəbirstanlığa döndük. Oturduğumuz yerdə dostlardan biri zarafata üzünü bir qəbirə tutub dedi: “Ey qəbir sahibi, Novruz bayramıdır”? Qəfildən bir səs ucaldı: “Gələn çərşənbə axşamı hamınız mənə qonağsınız.” Dəhşətə gəldik. Fikirləşdik ki, yə”qin gələn çərşənbə axşamınadək ölüm bizi haqlayacaq. İşlərimiz sahmanlayıb, vəsiyyətimizi etsək də ölümdən bir xəbər çıxmadı.

Deyilən gün bir az günortadan ötmüş toplaşıb, fikirləşdik ki, həmin qəbirin üstünə gedək. Bəlkə heç məqsəd bizim ölümümüz deyilmiş. Qəbirə yetişəndə aramızdan bir nəfər dilləndi: “Ey qəbir sahibi, öz Vədənə əməl et”! Bir səs ucalıd ki: “Buyurun”! (bəzən ibrət xatirinə Allah bərzəxin görünməsi üçün gözlərdən pərdələri götürər). Gözlərimizin önü dəyişdi. Məlakuti (bəsirət) gözlərimiz açıldı. Son həddə təravətli, səfalı bir bağ göründü. Bu bağda nəhrələrdən saf sular axırdı. Ağaclarda bütün fəsillərə məxsus, növbənöv meyvələr vardı. Bu ağaclarda xoşsəsli, növbənöv quşlar oxuyurdu. Son həddə zinətli bir imarət bu bağın ortasında idi. İmarətə daxil olduq. Nəhayət həddə gözəl bir şəxs əyləşmişdi. Bizi görüb ayağa qalxdı, üzr istədi. Dünyada görüb təsəvvür etmədiyimiz nemətləri orada müşahidə etdik.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İMAMƏT (2)
İMAMƏT (1)
Səadət və bədbəxtlik əvvəlcədən müəyyən edilibmi?
Bilal haqqında
İSLAM FƏLSƏFƏSİ
Islami rəvayətlərdə bayram günləri
Зејд ибн Әли (рәһмәтуллаһ) Әһли-Бејтдән ...
MƏAD BARƏSİNDƏKİ ƏQİDƏMİZ
ƏHLİ-BEYT (ƏLEYHİMÜS-SALAM) NƏZƏRİNDƏN HƏQİQİ ŞİƏ
İslam Peyğəmbəri (s) Mədinəyə köçdükdən və o şəhər əhalisinin (onlara ...

 
user comment