Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MƏADIN OLMAMASINA ƏQLİ DƏLİL YOXDUR

 

Ölümdən sonra sual-cavabın olmayacağına kimin dəlili var?! Kim iddia edə bilər ki, qəbir sıxıntısı, bərzəx və Qiyamət yoxdur?! Siz əql sahibləri özünüz mühakimə edin: bir astronomun “Marsla Merkuri arasında dörd min ulduz var” deməsi ilə Həzrət Peyğəmbərin “kafir üçün qəbirdə 99 əjdaha var” deməsinin nə kimi fərqləri var? Əgər kimsə iddia edərsə, astronom hiss vasitəsilə deyib, bilməlidir ki, Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) də hiss vasitəsi ilə xəbər verib. Dində məhşur “Mer”ac“ gecəsində o Həzrət hər şeyi gövdü və müqəddəs ruhu hər şeydən xəbərdar oldu. bəli, hissin əyri-əskiyi ola bilər, amma Həzrətin qəlb gözü yanıla bilməz.

HƏZRƏT MƏHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ SƏLLƏM) MÜTLƏQ DOĞRUÇUDUR

Bəli Həzrət (səlləllahu əleyhi və alihi və səlləm)-in buyurduqları atronomların dediklərindən qat-qat ucadır. Onun dediklərini inkar etmək əqli zəiflikdəndir. Buyurduqlarının ziddinə heç bir dəlil olmayan Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mütləq doğruçudur. Hələ İslamdan əvvəl onu Məkkədə “Əssadiqül-əmin” adlandırmışdılar. Onun peyğəmbərlik sənədi və əbədi mö”cüzəsi Qurani-Kərim hər zaman qarşımızdadır. Belə bir şəxsin qəbir sorğusu, Qiyamət barədə buyurduqlarını necə qəbul etməmək olar?!

HƏZRƏT ƏLİ (ƏLEYHİSSALAM)IN ANASININ DƏFN MƏRASİMİ

Fatimə binti Əsəd vəfat edəndə Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in hüzuruna ağlar gəlib, anam dünyadan getdi” xəbərini verdi. Bir müddət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)a analıq etmiş bu sevimli qadın haqqında Həzrət buyrdu: “Mənim anam dünyadan gedib.” Kəfən zamanı Həzrət öz köynəyini gətirib, “ona bürüyün” buyurdu. Sonra qəbirdə bir müddət uzanıb dua etdi. Dəfndən sonra qəbrin başında dayandı və birdən uca səslə “ibnəki, ibnəki, la Əqil, la Cəfər” dedi. Həzrətdən bu əməllərin səbəbini soruşulanda buyurdu: “Bir gün Qiyamətin üryanlığından söhbət düşəndə, Fatimə ağlayıb, onu öz göynəyimə bükməyimi istədi. Qəbir əzabından qorxduğu üçün qəbirdə uzanıb, dua etdim. Qəbirdə Allah və Peyğəmbər barədə olan suallara cavab verən Fatimə İmam barəsindəki sualda tutuldu (çünki İmamət əmri aşkar olmamışdı), ona görə mən dedim ki, Cəfər yox, Əqil yox, söylə oğlun Əli.”

FATİMƏ GƏLƏCƏK ƏZABDAN QORXUR

Fatimə binti Əsəd kimi əzəmətli bir şəxs, Kəbə daxilində üç gün Allaha qonaq qalmış kəs, Həzrət Əli (əleyhissalam)-ın pak vücudunu böyütmüş ana, Peyğəmbərə ikinci iman gətirmiş qadın, o sayaq ibadət əhli sonrakı əzablardan bu cür qorxursa və Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) ona bu sayaq kömək edirsə, gəlin biz də özümüzü fikirləşək.

Qayıdaq söhbətimizin davamına.

CİSMANİ BƏDƏNƏ RUHUN TƏSİRİ

Bərzəxdə nemət və ya əzab ruha aid olsa da bəzən ruhun qüvvəsindən bədən də təsirdə olur. Bəzən ruhun həyat qüvvəsindən qəbirdəki bədən min il ötsə də, çürümür, təravətini itirmir. Sübut üçün çox mövzular vardır. Məsələn, təqribən Fətəlişah döründə təmir məqsədi ilə İbn Babəveyhin (r) sərdabəsini açır və cənazənin, kəfənin zərrəcə çürümədiyinə şahid olurlar. Ən maraqlısı isə odur ki, dəfndən doqquz yüz il keçməsinə baxmayaraq, onun dırnaqlarındakı hənanın rəngi getməmişdi.

SƏDUQUN CƏSƏDİ TƏRAVƏTLİ QALMIŞDI

“Rovzatül-cənnat” kitabında yazılır: 1238-ci ildə güclü yağış Şeyx Səduqun (r) məqbərəsini uçurtdu. Təmir məqsədi ilə şərif qəbrə daxil oldular və cəsədin tamamilə səhih, salamat qaldığını gördülər. Cənazənin dırnaqlarında hənanın əlamətləri vardı. Bu xəbər Tehranda yayılıb, Fətəlişahın qulağına çatdı. Sultan özü bir dəstə alim və dövlət işçiləri ilə bu xəbəri yoxlamağa gedib, deyilənlərin həqiqiliyinə şahid oldular. Sultan binanın təmir edilib, güzgülənməsini əmr etdi.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment