Azəri
Thursday 18th of July 2024
0
نفر 0

HÜZURİ VƏ HÜSULİ MƏRİFƏT

Dinin əsasını dünyanı yaradan Allahın varlığına etiqad təşkil edir, ilahi dünyagörüşlə maddi dünyagörüş arasında əsas fərq də məhz həmin etiqadın olması və ya olmamasıdır. Buna əsasən həqiqət axtaran şəxs üçün irəli çıxan və hər şeydən əvvəl düzgün cavab verilməsi lazım olan ilk məsələ “Allah vardır, ya yox?” sualıdır. Bu sualın cavabını tapmaq üçün, əvvəlki dərsdə bəyan olunduğu kimi, əql qüvvəsini işə salmaq lazımdır ki, qəti bir nəticə hasil olsun – istər mənfi nəticə olsun, istərsə də müsbət.

Nəticənin müsbət olduğu təqdirdə onun fəri məsələlərini (Allahın sifətləri, vəhdət, ədalət və s.) araşdırmağın növbəsi gəlib çatır. Nəticənin mənfi olduğu fərz olunduqda maddi dünyagörüş sübuta yetir və artıq dinlə əlaqədar başqa məsələlərin araşdırılmasına ehtiyac qalmır.

HÜZURİ VƏ HÜSULİ MƏRİFƏT

Mütəal Allah barəsində iki növ mərifət mövcuddur: hüzuri və hüsuli mərifət.

Allah barəsində “hüzuri mərifət” dedikdə insanın Allahı zehni məfhumların və heç bir yardımçı vasitənin köməyi olmadan batini idrak və qəlbi müşahidə ilə tanınması nəzərdə tutulur.

Aydındır ki, bir şəxs Allah barəsində agahlıq üzündən şühuda malik olsa, (belə ki, yüksək irfan mərtəbəsi bunu iddia edir) əqli bürhanlara və dəlillərə ehtiyac olmayacaqdır. Amma əvvəldə qeyd olunduğu kimi, belə hüzuri və şühudi elm adi şəxslər üçün irfani seyri-süluk mərhələlərini ötüb ruhu aludəliklərdən, rəzil sifətlərdən paklandıqdan sonra müyəssər olur. Amma onun zəif mərtəbələrinin adi şəxslərdə də olmasına baxmayaraq, bu həmin şəxslərdə agahlıqla yanaşı olmur və buna görə də onlarda olan hüzuri elm agahlıq üzündən olan dünyagörüşü əldə etməyə kifayət etmir.

Hüsuli mərifət dedikdə isə məqsəd budur ki, insan müəyyən məfhumlar vasitəsilə, məsələn, yaradan, ehtiyacsız, hər şeyi bilən, hər şeyə qadir olan və s. kimi ümumi məfhumların vasitəsilə Mütəal Allah haqqında qaibanə mənada olan zehni bir mərifət tapır və belə bir varlığın olması “O kəs ki, dünyanı yaradıb və...” etiqadına malik olur. Daha sonra hasil olan digər mərifətləri ona əlavə edir ki, mütənasib etiqadi bir sistemə (dünyagörüşə) nail olsun.

Əqli tədqiqatlardan və fəlsəfi bürhanlardan birbaşa əldə olunan məlumat, elə hüsuli mərifətdir, lakin belə bir mərifət hasil olduğu zaman insan agahlıq üzündən olan hüzuri mərifət tapmaq fikrinə düşür.

FİTRİ MƏRİFƏT

Din rəhbərlərinin, ariflərin və hikmət sahiblərinin sözlərinin çoxunda aşağıdakı ifadələrlə rastlaşırıq: “Allahı tanımaq fitridir”, “İnsan fitri olaraq Allahı tanıyır”. Bu cümlələrin mənasını düzgün başa düşmək üçün fitrət kəlməsi barədə bir qədər izah verməyi lazım görürük.

Fitrət kəlməsi ərəb mənşəli söz olub “yaradılış növü” deməkdir. O işləri fitri (fitrətə məxsus olan) hesab etmək olar ki, hər hansı bir varlığın yaradılışı onları tələb etsin. Buna görə də onlar üçün üç xüsusiyyəti nəzərə almaq lazımdır:

1.Varlıqlardan hər bir növün fitri işləri həmin növün bütün fərdlərində mövcuddur, baxmayaraq ki, zəif və ya güclü olmaq baxımından fərqli ola bilər.

2.Fitri işlər bütün tarix boyu sabit olmuşdur. Hər hansı bir varlığın fitrətinin tarixin müəyyən dövründə xüsusi bir şeyi tələb etməsi, başqa dövrdə isə başqa bir şeyi tələb etməsi mümkün deyildir.

3.Fitri işlər varlığın yaradılışının tələbi olduğundan onların öyrənib-öyrədilməyə ehtiyacı yoxdur, amma onlar gücləndirilib istiqamət verilməkdə yol göstərənə ehtiyaclı ola bilər.

İnsanın fitri işlərini iki qismə bölmək olar:

a) Fitri mərifətlər: Belə ki, hər bir insan təlimə ehtiyac olmadan onlardan bəhrələnir.

b) Fitri meyllər. Belə ki, bu hər bir fərdin yaradılışının tələbidir.

Deməli, əgər hər bir fərd üçün Allah barəsində sübut olunsa və öyrənib təlim görməyə ehtiyacı olmasa, onu fitri allahşünaslıq adlandırmaq olar. Əgər Allaha bir növ meyletmə və Ona pərəstişetmə hissi hər bir insanda tapılsa, onu fitri allahpərəstlik adlandırmaq olar.

İkinci dərsdə qeyd olundu ki, nəzər sahibləri və mütəxəssislərdən çoxu dinə və Allaha olan meyli insanın ruhi xüsusiyyətlərindən hesab edərək onu dini hiss, yaxud dini atifə adlandırmışlar. Bunu da əlavə edirik ki, Allah mərifəti də insan fitrətinin tələbi hesab edilmişdir. Amma Allaha pərəstiş fitrəti agahlıq üzündən olan meyl olmadığından Allahı tanımaq fitrəti də agahlıq üzündən olmayan mərifətdir. O mərifətdir ki, adi şəxsləri Mütəal Allahı tanımaq üçün əqli səylərdən ehtiyacsız edir.

Lakin unutmaq olmaz ki, hər bir fərd, heç olmazsa, fitri-hüzuri mərifətin zəif mərtəbəsindən bəhrələndiyindən azacıq fikir və istidlalla Allahın varlığını qəbul edə bilər. Tədricən agahsızlıq üzündən olan şühudi mərifəti gücləndirərək onu agahlıq mərtəbəsinə çatdıra bilər.

Bir sözlə, “Allah barəsində mərifət kəsb etmək fitridir”, dedikdə mənası budur ki, insanın qəlbi (ruhu) Allahla tanışdır və ruhunun dərinliklərində agahlıq üzündən Allahı tanımaq üçün bir vasitə vardır ki, bu da inkişaf edib çiçəklənmək qabiliyyətinə malikdir. Amma bu fitri sərmayə adi insanlarda elə bir səviyyədə deyildir ki, onları əqli istidlal və təfəkkürdən tamamilə ehtiyacsız edə bilsin.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment