Azəri
Thursday 18th of July 2024
0
نفر 0

HİSS OLUNMAYAN VARLIĞA ETİQAD

 

İlahiyyat barəsində icad edilən ən sadə şübhələrdən biri budur: hiss duyğuları və orqanları ilə dərk olunmayan bir şeyin varlığına necə inanmaq olar?

Bu şübhənin sadəlövh insanların zehnində qəbul olunması çox uzaq nəzərə çarpır, lakin öz təfəkkürlərinin əsasını hissiyyata üstünlük vermək əsasında quran, hiss olunmayan şeyin varlığını inkar edən, yaxud heç olmazsa onun yəqin şəkildə tanınmağa qabil olmamasını deyən bəzi alimlər də vardır.

Həmin şübhənin cavabı bundan ibarətdir ki, hissi idraklar bədən üzvlərinin cismlər və cismani şeylərlə təmasda olmasından hasil olur. Bizim duyğu üzvlərimizdən hərəsi bir növdən olan və özünə münasib maddi varlıqları, özü də müəyyən şərtlər daxilində dərk edir. Məsələn, gözün səsləri eşitməsi, yaxud qulağın rəngləri görməsini istəmək düzgün deyildir ki, bizim hiss orqanlarımızın məcmusu bütün varlıqları dərk edə bilsin.

Əvvəla, maddi varlıqlar arsında elələri vardır ki, hisslə dərk oluna bilmir. Məsələn, bizim hiss orqanlarımız ultrabənövşəyi və infraqırmızı şüaları, elektromaqnit dalğalarını və s. dərk etməkdə acizdir.

İkincisi, biz həqiqətlərin çoxunu zahiri hiss orqanlarından başqa yollarla dərk edir, onların varlığına yəqin olan bir etiqad tapırıq. Halubki onlar hiss üzvləri ilə dərk oluna bilmir. Məsələn, bizim hamımız özümüzün qorxu və məhəbbətindən, yaxud iradə qərarından agahıq, onların varlığına etiqadımız vardır. Halbuki bu ruhi halətlər ruhun özü kimi hissi yollarla dərk olunmağa qabil deyil. Əsas etibarı ilə idrakın özü də qeyri-maddi və hiss olunmayan bir işdir.

Deməli, hər hansı bir şeyin hiss orqanları vasitəsilə dərk olunmaması nəinki onun yoxluğuna bir dəlil ola bilməz, hətta onu zehnlərdən uzaq hesab etmək də olmaz.

ALLAHA ETİQAD BƏSLƏMƏKDƏ QORXU VƏ CƏHALƏTİN ROLU

Bəzi sosioloqlar digər bir şübhəni irəli sürərək iddia edirlər ki, “Allahın varlığına etiqad təhlükələrdən, xüsusilə zəlzələ, ildırım və s. kimi təbii hadisələrdən yaranan qorxudan əmələ gəlmişdir, həqiqətdə bəşər özünə ruhi aramlıq və təskinlik vermək üçün (nəuzibillah) xəyali bir varlıqdan Allah düzəldərək ona pərəstiş etməyə başlamışdır. Buna görə də həmin hadisələrin təbii amilləri və təhlükələrdən amanda qalmaq üçün yollar nə qədər artıq kəşf olunsa, Allahın varlığına olan etiqad da bir o qədər zəifləyəcəkdir.”

Marksistlər bu şübhəni öz kitablarında çox hay-küylə “sosiologiyanın nailiyyətlərindən biri” kimi irəli çəkir və ondan agah olmayan insanları aldatmaq üçün bir vasitə kimi istifadə edirlər.

Onların cavabında demək lazımdır:

Əvvəla, bu şübhənin əsası sadəcə bir fərziyyədir ki, onu sosioloqların hamısı deyil, bəziləri irəli çəkmişlər və onun düzgünlüyünə heç bir elmi dəlil yoxdur.

İkincisi, elə yaşadığımız bu əsrdə hadisələrin səbəbinə başqalarından daha artıq agah olan böyük alimlərdən çoxu hikmətli Allahın varlığına yəqin etmişlər və etməkdədirlər. Deməli, Allahın varlığına etiqad bəsləmək cəhalət və qorxudan irəli gəlmir.

Üçüncüsü, əgər bəzi hadisələrdən qorxmaq, yaxud bəzi hadisələrin təbii amillərini tanımamaq Allaha inanmağa səbəb olsa, bunun mənası “Allah insanın cəhalət və qorxusunun yaratdığı bir şeydir” demək olmayacaqdır. Necə ki, ləzzəttələblik, şəhvətpərəstlik və s. kimi psixi məqsədlərdən çoxu da elmi və fəlsəfi səylərə səbəb olur, lakin onların dəyər və etibarına xələl yetirmir.

Dördüncüsü, əgər müəyyən şəxslər Allahı səbəbi məlum olmayan hadisələrin yaratdığı bir şey ünvanı kimi tanısalar və hətta əgər onların təbii amillərinin kəşf olunması ilə imanları azalsa belə, bunu Allaha etiqadın etibarsız olduğunu deyil, onların öz nəzəriyyə və imanlarının zəifliyi hesab etməliyik. Çünki həqiqət bundan ibarətdir ki, Allah-taalanın, dünya varlıqlarına nisbətən olan səbəbkarlığı (illiyyəti) təbii səbəblərdən və onlarla eyni səviyyədə deyildir. Əksinə, daha geniş miqyaslı səbəb olub bütün maddi və qeyri-maddi səbəblərin hamısının fövqündədir. (Gələn dərslərdə bu barədə daha artıq məlumat veriləcəkdir.) Təbii səbəblərin kəşf olunub-olunmaması da onun isbat və ya inkar olunmasına əsla təsir göstərmir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI
QANUNUN ZӘIFLIYI

 
user comment