Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

Mütəal Allahın yalnız möminlərə məxsus etdiyi məziyyətlərdən biri də budur ki, əgər mömin şəxs öz imanını ölümü çatan vaxta qədər qoruyub saxlasa, tövfiqin aradan getməsinə, aqibətin pis olmasına, nəhayət şəkk və tərəddüdün, inkar və inadın yaranmasına sə

Mütəal Allahın yalnız möminlərə məxsus etdiyi məziyyətlərdən biri də budur ki, əgər mömin şəxs öz imanını ölümü çatan vaxta qədər qoruyub saxlasa, tövfiqin aradan getməsinə, aqibətin pis olmasına, nəhayət şəkk və tərəddüdün, inkar və inadın yaranmasına səbəb olacaq günahlara mürtəkib olmazsa və bir sözlə, əgər dünyadan imanla gedərsə, əbədi əzaba düçar olmayacaqdır. Onun kiçik günahları böyük günahlardan çəkinmək səbəbi ilə, böyük günahları da kamil və qəbul olunan bir tövbə ilə bağışlanacaqdır. Əgər belə bir tövbə etməyə müvəffəq olmazsa dünya çətinliklərinə və müsibətlərinə dözmək onun günah yükünü yüngülləşdirər, bərzəx çətinlikləri və qiyamətin əvvəlindəki dayanacaqlarda gözləmək onun pis işlərini aradan aparar. Əgər yenə də günahlardan paklanmazsa, şəfaət vasitəsilə cəhənnəm əzabından xilas olacaq, bu da Allahın ən böyük və geniş rəhmətinin Öz övliyaları, xüsusilə, Peyğəmbəri-Əkrəm (s) və onun Əhli-beyti vasitəsilə həyata keçəcək. Çoxlu rəvayətlərə əsasən, Qurani-kərimdə Peyğəmbəri-Əkrəmə (s) vədə verilən “məqami-məhmud” məhz həmin şəfaət məqamından ibarətdir. Eləcə də «Həqiqətən sənin Pərvərdigarın sənə (o qədər) əta edəcəkdir ki, razı olasan» ayəsində Allahın bəndələri bağışlamasına işarə edilir ki, o Həzrətin (s) şəfaəti və vasitəçiliyi ilə layiqli şəxslərə şamil olacaqdır.

Deməli, günahkar möminlərin ən böyük və ən son ümidləri şəfaətdir. Lakin onlar ilahi məkrdən də arxayın olmamalı, həmişə bundan qorxmalıdırlar ki, olmaya onlarda elə bir iş çıxsın, yaxud gələcəkdə baş versin ki, axır-aqibətin pis olmasına, ölüm zamanı imanın aradan getməsinə səbəb olsun və olmaya dünyəvi işlərə məhəbbət onların qəlblərində elə bir həddə nüfuz etmiş olsun ki, (Allah eləməmiş) bu dünyadan Allahın ona qəzəbi tutduğu halda getmiş olsun. Çünki bu zaman görür ki, onunla sevdiyi şeylər arasında ölüm vasitəsilə ayrılıq salan məhz Odur.

ŞƏFAƏT MƏFHUMU

“Cüt” mənasını ifadə edən və “şəf” kökündən alınan şəfaət camaat arasında bu mənada işlənir ki, alicənab və böyük şəxsiyyətli insan daha böyük şəxsdən bir kəsin günahından güzəştə gedilməsini, yaxud xidmətçilik haqqının artırılması üçün vasitəçilik etsin. Bəlkə də şəfaət kəlməsinin bu kimi hallarda işlənməsində əsas məsələ budur ki, günahkar şəxs təklikdə bağışlanmağa, yaxud xidmətçi təklikdə əmək haqqını artırılmasına layiq deyildir. Lakin şəfaətçinin istəyinin də ona əlavə edilməsi ilə belə bir haqqa layiq olur.

Bir çox hallarda şəfaət edənin vasitəçiliyini qəbul edən şəxs qorxur ki, əgər qəbul etməzsə şəfaət edən şəxs inciyər və onun inciməsi də onunla ünsiyyətdə olmaq və xidmət etmək ləzzətindən məhrum olmağa, yaxud, hətta şəfaətçi tərəfindən zərərə düşməyə səbəb olar. Aləmlərin Yaradınını insani xüsusiyyətlərlə, o cümlədən qəlb dostuna, həyat yoldaşına və köməkçiyə ehtiyaclı olmaq, şəriklərdən qorxmaq kimi sifətlərə malik olmasını təsəvvür edən müşriklər böyük Allahın diqqətini cəlb etmək, yaxud Onun qəzəbindən amanda qalmaq üçün xəyali məbudlara sığınır, mələklərə, cinlərə pərəstiş edir, bütlərin qarşısında əyilir və deyirdilər:

«Bunlar bizim Allah yanında şəfaətçilərimizdir.»

«Biz bunlara yalnız ona görə ibadət edirik ki, Allah yanında bizim üçün böyük bir məqam əldə etsinlər.»

Qurani-kərim belə cahilanə və yanlış təsəvvürləri rədd edərək buyurur:

«Onun üçün Allahdan başqa heç bir dost və şəfaətçi yoxdur.»

Amma diqqət yetirmək lazımdır ki, belə şəfaətçiləri və belə şəfaəti inkar etmək şəfaətin mütləq şəkildə inkar edilməsi demək deyildir. Belə ki, Qurani-kərimdə mövcud olan bəzi ayələr Allahın izni ilə olan şəfaəti isbat edir, şəfaət edənlərin, eləcə də şəfaətə layiq görülənlərin şərtlərini bəyan edir. Allah tərəfindən icazə verilən şəfaətçilərin şəfaətinin qəbul olunması da Allahın onlardan qorxması və ya onlara ehtiyaclı olması mənasına deyildir, əksinə bu, elə bir yoldur ki, əbədi rəhmətə nail olmaq üçün azacıq ləyaqətə malik olan şəxslərin üzünə açılır, onun üçün müəyyən qayda-qanunlar da təyin edir. Həqiqətdə səhih şəfaətlə şirklə qarışıq olan şəfaət arasındakı fərq Allahın izni ilə olan təqdir və vilayətlə tam müstəqil şəkildə olan təqdir və vilayətə olan etiqad kimidir ki, bu da Allahşünaslıq bölməsində qeyd olundu.

Şəfaət kəlməsi bəzən daha geniş mənada işlənir və insanda başqasının vasitəsilə zahir olan hər bir xeyir təsirə səbəb olan işlərə aid edilir. Belə ki, ata-ana öz övladlarına, yaxud, müəllim şagirdlərə və şagirdlər də müəllimlərə, hətta azan verən şəxs onun azanı ilə namazı yad edən və namaza gələn şəxslər üçün şəfaət edir və həqiqətdə dünyada malik olduqları xeyrə səbəb olan əsərlər qiyamətdə şəfaətçi və əlindən tutan şey kimi zahir olur.

Digər məsələ bundan ibarətdir ki, günahkarlar üçün istiğfar edilməsi elə bu dünyada bir növ şəfaətdir. Hətta, başqalarının barəsində dua etmək, Allahdan onların hacətlərinin yerinə yetirməsini dilmək də həqiqətdə Allah yanında şəfaət hesab olunur. Çünki bunların hamısı Allah dərgahında başqa bir şəxsə xeyir çatdırmaq, yaxud şərin ondan dəf olması üçün vasitəçilikdir.

ŞƏFAƏTİN QAYDA-QANUNLARI

Qeyd olunduğu kimi, şəfaət etmək və şəfaətə nail olmaq üçün əsas şərt Allahın iznidir. Belə ki, “Bəqərə” surəsinin 255-ci ayəsində buyurulur:

«Kimdir Allahın izni olmadan Onun dərgahında şəfaət edən?!»

“Yunis” surəsinin 3-cü ayəsində buyurulur:

«Onun izni olmadan heç bir kəs şəfaət edə bilməz.»

“Taha” surəsinin 109-cu ayəsində buyurulur:

«O gündə heç kəsin şəfaəti fayda verməz, yalnız o kəslərdən başqa ki, Mütəal Allah ona icazə versin və onun sözləri bəyənilmiş olsun.»

“Səba” surəsinin 23-cü ayəsində buyurulur:

«Allahın izni olmadan Onun dərgahında şəfaət fayda verməz.»

Bu ayələrdə ümumi şəkildə Allahın izninin şərt olması məlum olur. Lakin icazə verilən şəxslərin xüsusiyyətləri məlum olmur. Amma digər ayələrdən istifadə etməklə iki tərəf üçün daha aydın şərtlər nəzərə çatdırmaq olar. “Zuxruf” surəsinin 86-cı ayəsi:

«Allahdan başqa çağırılanlar (bütlər) şəfaət sahibi deyillər (və heç bir şəxs şəfaətə malik deyil). Yalnız haqqa şəhadət verib elm sahibi olanlar (şəfaətə sahib) ola bilər.»

Bəlkə də «mən şəhidə bil-həqqi» dedikdə məqsəd əməllərə şahid olanlardır ki, onlar Allahın təlimi ilə bəndələrin niyyət və əməllərindən agah olur və onların rəftarlarının dəyər və keyfiyyətinə şəhadət verirlər. Bu hökmə əsasən anlaşılır ki, şəfaət edənlər də elə əməl sahibləri olmalıdır ki, şəxslərin şəfaət olunması üçün səlahiyyətli olub-olmamalarını ayırd edə bilsinlər. Şübhəsiz, bu iki şərtə malik olan şəxslər Məsumlardan (ə) ibarətdir.

Digər tərəfdən, ayələrdən məlum olur ki, şəfaət olunanlar da Allahın razı olduğu şəxslər olmalıdır. “Ənbiya” surəsinin 28-ci ayəsində buyurulur:

«Allahın razı qaldığı şəxslərdən başqası şəfaət etməz.»

“Nəcm” surəsinin 26-cı ayəsində buyurulur:

«Asimanlarda o qədər mələklər vardır ki, onların şəfaətlərinin faydası yoxdur. Yalnız Allah Öz istədiyi və bəyəndiyi şəxslər üçün izn verdikdən sonra (onlar şəfaət edə bilərlər).»

Aydındır ki, “şəfaət olunan şəxs Allahın razı qaldığı şəxs olmalıdır” dedikdə məqsəd bu deyildir ki, onun bütün əməlləri bəyənilmiş olsun. Əks halda, şəfaətə ehtiyac duyulmazdı. Əksinə, rəvayətlərdə də nəql edildiyi kimi, məqsəd şəxsin din və iman nəzərindən razı olunan bir şəxs olmasıdır. Digər tərəfdən, bir neçə ayədə şəfaətə layiq görülməyən şəxslərin xislətləri bəyan olunur. “Şüəra” surəsinin 100-cü ayəsində müşriklərin dilindən belə deyilir:

«Bizim üçün heç bir şəfaət edən yoxdur.»

“Müddəssir” surəsinin 40-48-ci ayələrində qeyd olunur ki, günahkarların cəhənnəmə getmələrinin səbəbi barəsində soruşulur, onlar da cavabında namazı tərk etmək, kasıblara infaq etməmək, qiyamət gününü təkzib etmək kimi xislətləri sadalayırlar. Sonra buyurulur:

«Şəfaət edənlərin şəfaəti onlara fayda verməz.»

Bu ayələrdən məlum olur ki, Allaha ibadət etməyən, möhtac bəndələrə kömək əlini uzatmayan, düzgün əqidə sahibi olmayan müşriklər və qiyaməti inkar edənlər heç vaxt şəfaətə layiq görülməyəcəklər. Bunu da nəzərə almaq lazımdır ki, Peyğəmbəri-Əkrəmin (s) dünyada istiğfar etməsi də bir növ şəfaət sayılır. Bir kimsə o Həzrətin (s), onun üçün istiğfar etmək və şəfaətçi olmaq üçün vasitəçi olmasına razı olmazsa, o Həzrətin (s) belə şəxs barəsindəki istiğfarı qəbul olunmur. Məlum olur ki, şəfaəti inkar edən şəxs də şəfaətə layiq görülmür. Bu bəzi hədislərdən də aydın olur.

Bir sözlə, mütləq və əsl şəfaətçi Allah tərəfindən icazəli olmaqdan əlavə, özü də günah əhli olmamalı, həmçinin, başqalarının itaət və üsyankarlıq mərtəbələrini dəyərləndirmə qüdrətinə malik olmalıdır. Belə şəxslərin ardıcılları onun sayəsində şəfaətin ən kiçik mərtəbələrinə nail ola bilərlər. Belə ki, belə ardıcıllar şəhidlərin və siddiqlərin cərgəsində məhşur olacaqlar. Digər tərəfdən, yalnız o kəslərin şəfaətə çatmaq ləyaqətləri vardır ki, Allahın iznindən əlavə, Allaha, peyğəmbərlərə, qiyamət gününə, Allahın peyğəmbərlərinə nazil etdiyinə, o cümlədən, şəfaətin haqq olmasına iman gətirsin və bu imanı ömrünün axırana qədər qoruyub saxlamış olsun.

BİR NEÇƏ ŞÜBHƏNİN CAVABI

Şəfaət məsələsi ilə əlaqədar müəyyən iradlar və şübhələr irəli çəkilir ki, bu dərsdə onların ən mühümlərini cavabları ilə birlikdə bəyan edirik.

1.İlk şübhə bundan ibarətdir ki, Qurani-kərimin bir neçə ayəsi qiyamət günündə şəfaətin heç kəsin barəsində qəbul olunmamasına dəlalət edir. O cümlədən “Bəqərə” surəsinin 48-ci ayəsində buyurulur:

«Qorxun o gündən ki, heç kəs heç kəsin karına gəlməsin və heç kəsdən şəfaət qəbul olunmasın, bir kəsdən əvəz qəbul olunmasın və onlara kömək olunmasın.»

Cavab:

Bu kimi ayələr qayda-qanun üzərindən olmayan müstəqil şəfaətləri inkar edir. Bundan əlavə, bu ayələr ümumidir və şəfaətin, Allahın izni ilə və müəyyən qayda-qanunlar əsasında qəbul olunmasını göstərən ayələrdən fərqlənir. Belə ki, keçən dərsdə bunlar qeyd olundu.

2.Şəfaət düzgün olarsa, onda belə çıxır ki, Mütəal Allah şəfaət edən şəxslərin təsiri altına düşür, yəni onların şəfaət etməsi məğfirət kimi Allaha məxsus olan sifətə yiyələnmək deməkdir.

Cavab:

Şəfaəti qəbul etmək təsir altına düşmək mənasına deyil. Eləcə də tövbənin qəbul və duanın müstəcab olması da belə düzgün olmayan şeyləri gərəkli etmir. Çünki bu halların hamısında bəndələrin işləri ilahi rəhməti qəbul etmək üçün hazırlığa səbəb olur və fəlsəfəyə əsasən desək, failin failiyyət şərti deyil, qabilin qabiliyyət şərtidir.

3.Şəfaətdən belə çıxır ki, şəfaət edənlər Allahdan da mehriban olmalıdırlar! Çünki belə fərz olunur ki, əgər onların şəfaəti olmasaydı, günahkarlar əzaba düçar olar, yaxud əzabları davam edərdi.

Cavab:

Şəfaət edənlərin ürəyiyananlıq və mehribanlıqları Allahın sonsuz rəhmətindən bir nümunədir. Başqa sözlə desək, şəfaət bir vasitəsidir ki, Allah bu yolu özünün günahkar bəndələrini bağışlamaq üçün qərar vermişdir və həqiqətdə Onun rəhmətlərinin ən yüksək səviyyədə təcəllisidir ki, layiqli və seçilmiş bəndələrində cilvələnir. Eləcə də tövbə və dua hacətlərin rəva olunması və günahların bağışlanması üçün qərar verilən başqa vasitələrdir.

4.Əgər Allahın günahkarlara əzab vermək haqqında hökmü ədalətin tələbidirsə, onların barəsində şəfaətin qəbul edilməsi də ədalətin əksinə olacaqdır. Əgər şəfaətin qəbul olunmasının tələbi olan əzabdan qurtuluş ədalətli olsa, şəfaətin baş verməsindən öncə mövcud olan əzab hökmü ədalətsiz olacaqdır.

Cavab:

İlahi hökmlərdən hər biri – istər şəfaətdən qabaq əzaba dair hökm olsun, istərsə də şəfaətdən sonra əzabdan qurtuluşa dair – ədalət və hikmətlə müvafiqdir. Hər ikisinin hikmətli və ədalətli olmasının mənası «zidd»ləri bir yerə toplamaq deyildir. Çünki onların mövzuları bir-birindən fərqlənir. Belə ki, günahkarların haqqında şəfaətin gerçəkləşməsi və onun qəbul olunmasına səbəb olan vasitələri nəzərə almadıqda əzaba hökm olunması günah iş görməyin tələbidir. Eləcə də əzabdan xilas olunmağa dair hökm verilməsi yuxarıdakı ziddiyyətdən irəli gəlir.

Mövzuya əlavə olaraq qeyd olunan məsələnin dəyişməsinə əsasən hökmün dəyişilməsinin hökmdə, təkvini təqdirdə, əhkamda və şəriət qanunlarında da çoxlu nümunələri vardır. Eləcə də öz zəmanəsinə nisbətən nəsx olunmuş (qüvvədən düşmüş) bir hökmün ədalətli olması nəsx edən hökmün ondan sonrakı dövrlərdə ədalətli olması ilə zidd deyildir. Dua etməkdən öncə bəlanın hikmətə uyğun olması da onun dua etdikdən və sədəqə verdikdən sonra aradan qaldırılmasının hikmətə uyğun olması ilə zidd deyildir. Şəfaətdən sonra günahın bağışlanmasına hökm etmək də şəfaətin gerçəkləşməsindən qabaq əzaba hökm edilməsi ilə zidd olmayacaqdır.

5.Mütəal Allah şeytana itaət etməyi cəhənnəm əzabına düçar olmaq səbəbi bilir və “Hicr” surəsinin 42-43-cü ayələrində buyurur:

«Həqiqətən sən (ey İblis) Mənim bəndələrimə müsəllət olmayacaqsan (onlar üzərində heç bir hökmranlığın olmayacaq). Yalnız sənə itaət edən azğınlardan başqa. Onların hamısının vədəgahı cəhənnəmdədir.»

Həqiqətdə, axirət aləmində günahkarlara əzab verilməsi ilahi qanunlardan biridir və bildiyimiz kimi ilahi qanunlar da dəyişilmir. “Fatir” surəsinin 43-cü ayəsində buyurulur:

«Allahın qanununda heç vaxt bir dəyişiklik tapmazsan.»

Bəs şəfaətin vasitəsilə bu qanunun dəyişilməsi necə mümkün ola bilər?

Cavab:

Məlum şərtlər malik olan günahkarlar barəsində şəfaətin qəbul edilməsi Allahın dəyişiklik qəbul etməyən qanunlarından biridir. Yəni, ilahi qanun real meyarlara tabedir və heç bir ilahi qanun onun vücudi (varlıq) və ədəmi (yoxluq) şərtlərinin yaranması ilə dəyişilmir. Lakin bu qanunlarda dəlalət edən ibarələr əksər hallarda mövzunun bütün və ya müxtəlif şərtlərinin bəyan edilməsi demək deyildir. Buna görə də elə hallar tapılır ki, bir neçə müxtəlif qanun ilə əlaqədar olan ayələrin zahiri onlara şamil olur. Halbuki, gerçəkdə ayənin xarici nümunəsi əxəs (dəlalət etmə həddi-hüdudu daha kiçik) və daha güclü meyara tabedir. Deməli, hər bir qanun onun öz mövzusunun həqiqi şərtlərinə diqqət yetirməklə (nəinki təkcə ibarələrdə qeyd olunan şərtlərə) sabit qalacaq və dəyişkənlik qəbul etməyəcəkdir. Onlardan biri də şəfaət qanunudur ki, müəyyən olunmuş şərtlərə malik olan xüsusi günahkarlara şamildir və bu barədə dəyişkənliyə yol yoxdur.

6.Şəfaət vədəsi insanların günaha mürtəkib olmaqda və yollarını azmaqda daha da cürətlənmələrinə səbəb olar.

Cavab: Tövbənin qəbul olunması və pis əməllərin üstünün örtülməsi ilə əlaqədar da irəli çəkilən belə şübhənin cavabı budur: şəfaətə və məğfirətə nail olmağın müəyyən şərtləri vardır ki, günahkar şəxsin onlara nail olub-olmadığına yəqini yoxdur. Şəfaətə nail olmağın şərtlərindən biri də budur ki, öz imanını, həyatının son anlarına qədər qoruyub saxlaya bilsin. Biz də bilirik ki, heç kəs belə bir şərtə malik olmasına tam şəkildə əmin ola bilməz. Digər tərəfdən də əgər günaha batan bir kimsənin bağışlanmağa heç bir ümidi olmazsa, ümidsizliyə düçar olub məyus olar və bu da onun günahları tərk etmə məqsədini zəiflədər, onu azğın yola tərəf çəkər. Məhz buna görə də ilahi mürəbbilərin (tərbiyəçilərin) tərbiyə metodu belə olmuşdur ki, onlar insanları həmişə ümidlə qorxu arasında saxlamışlar: nə ilahi rəhmətə o qədər ümidvar etmişlər ki, nəticədə “ilahi məkrdən əmin-amanlıq, arxayınlıq hissi” keçirsinlər, nə də onları ilahi əzabdan o qədər qorxutmuşlar ki, “ilahi rəhmətdən məyus olub ümidsizliyə” düçar olsunlar. (Çünki bunların hər ikisi – ilahi məkrdən əminamanlıq hissi keçirib arxayın olmaq və Allahın rəhmətindən tam ümidsiz olmaq böyük günahlardandır.)

7.İlahi əzabdan xilas olmaqda şəfaətin təsiri başqalarının (şəfaət edənlərin) işinin əbədi səadət və ya bədbəxtçilikdə təsirli olması mənasınadır. Halbuki, bu məsələ “və ən ləysə lil-insani illa ma səa – İnsanı səadətə çatdıran yeganə şey onun öz səy və fəaliyyətləridir” ayəsinin məfhumu ilə ziddir.

Cavab: Şəxsin öz məqsəd və məramına çatmaq üçün göstərdiyi səylər bəzən birbaşa həyata keçir və yolun axırına qədər davam edir. Bəzən də birbaşa deyil, müəyyən vasitələrlə, müqəddimə və şərtlərin hazırlanması ilə baş verir. Şəfaətə layiq görülən şəxsin səy və fəaliyyətləri də səadətin müqəddimələrini əldə etmək üçün sərf edilir. Çünki iman gətirmək və şəfaətə layiq görülmək üçün şəraitin əldə edilməsi də, hərçənd natamam və naqis şəkildə olsa belə, səadətə çatmaq yolunda göstərilən səylər hesab olunur. Buna görə də bərzəx aləmində və məhşər səhnəsinin ilk dövrlərindəki çətinliklərə, əzaba düçar olacaq. Hər halda o öz qəlbində iman ağacını əkdiyinə, onu saleh əməllərlə inkişaf etdirdiyinə, dünyəvi həyatının axırına qədər bu ağacı qurutmadığına görə səadətin əsasını qoymuş olur. Deməli, yekun səadət onun öz səy və faliyyətlərinə istinadən verilir. Hərçənd şəfaət edən də bu ağacın ərsəyə çatmasında müəyyən qədər rol oynayır. Belə ki, dünyada bəzi şəxslər də insanların hidayət olunmasında və düzgün tərbiyələnməsində təsirli olurlar. Onların təsiri fərdlərin özlərinin səy və faliyyətlərinin inkar olunması mənasında deyildir.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ƏXLAQ VƏ RƏFTAR PRİNSİPLƏRİ (NORMALARI)
Peyğəmbərdən sonra xilafət
Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri
Haram yeməyin təsirləri
ŞӘRLӘRIN FAYDASI
YOL VӘ ÜSLUBLAR
MƏSİHİ FİRQƏLƏRİ (1)

 
user comment