Azəri
Wednesday 24th of April 2024
0
نفر 0

MATERİALİST DÜNYAGÖRÜŞÜ NƏZƏRİYYƏSİ VƏ ONUN TƏNQİDİ

 

Materialist dünyagörüşü üçün aşağıdakı prinsipləri qeyd etmək olar:

Birincisi: Varlıq maddə ilə, yaxud maddi şeylərlə bərabərdir və yalnız o şeyləri mövcud (var) hesab etmək olar ki, ya maddə olub həcmə və en, uzunluq və hündürlüyə malik olsun, ya da maddənin xassələrindən sayılsın və maddəyə tabe olaraq kəmiyyətə malik olub bölünə bilsin. Bu prinsipin əsasında Allahın varlığı, qeyri-maddi və təbiətin fövqündə olan bir varlıq ünvanı ilə, inkar olunur.

İkincisi: Materiya əzəli, əbədidir, bir kəs tərəfindən yaradılmayıb, heç bir səbəbə ehtiyacı yoxdur və bizim fəlsəfi terminlə desək, materiya “vacibül-vücud”dur.

Üçüncüsü: Materiya aləm üçün heç bir hədəf və əsli (əsasi) səbəb olduğuna inanmaq (qəbul etmək) olmaz, çünki onun şüurlu və iradəli faili yoxdur ki, hansısa hədəfi ona nisbət verə bilək.

Dördüncüsü: Kainatın fenomenləri (nəinki maddənin əsli) maddənin zərrələrinin nəql olunması və onların bir-birinə təsir qoyması nəticəsində əmələ gəlir, buna görə də əvvəlki fenomenləri sonrakı fenomenlər üçün bir növ şərt və edadi səbəb (vasitə rolunu oynayan səbəb) hesab etmək olar, ən çoxu da maddiyyat arasında təbii failiyyət kimi qəbul etmək olar. Məsələn, ağacı meyvə üçün təbii fail hesab etmək olar, yaxud fiziki və kimyəvi fenomenləri onların amillərinə nisbət vermək olar, lakin heç bir fenomen ilahi və varlıq bağışlayan failə ehtiyaclı deyildir.

Bu qeyd olunanlara beşinci bir müddəanı da əlavə etmək olar. Bu da mərifətşünaslıqla əlaqədardır və bir baxımdan sair prinsiplərdən ilkindir. O da bundan ibarətdir ki, yalnız o mərifətin etibarı vardır ki, təcrübi hisslərdən qaynaqlanmış olsun. Hissi təcrübələr də yalnız materiyanı və maddi varlıqları isbat etdiyindən, bundan başqa heç bir şeyin varlığı qəbul olunmur.

Amma bu prinsipin düzgün olmaması keçən dərsdən aşkar oldu. Onun yenidən araşdırılıb tənqid edilməsinə ehtiyac yoxdur. Buna görə də qalan prinsipləri araşdırırıq.

BİRİNCİ PRİNSİPİN ARAŞDIRILMASI

Materialist təfəkküründə ən əsas bir prinsip sayılan bu pirinsip dəlilsiz iddiadan başqa bir şey deyildir. Onun vasitəsi ilə təbiətin fövqündə olan varlıqların inkar olunmasına heç bir dəlil gətirmək olmaz, xüsusilə də hiss və təcrübənin ilkin olması əsasında qurulan materialist mərifətşünaslığı əsasında. Çünki, aydındır ki, heç bir hissi təcrübə özünün maddə və maddi şeylərdən ibarət olan hüdudlarından kənarda bir şeyi isbat və ya inkar edə bilməz. Hissin əsl qərar verilməsi əsasında, uzağı, bunu izhar etmək olar ki, onun əsasında təbiətin fövqündə olan şeyləri isbat etmək olmaz. Belə isə, ən azı, onun (yəni təbiətin fövqündə olan şeylərin) varlığına ehtimal vermək olar. Əvvəllər də qeyd etdik ki, insan, maddə və onun xüsusiyyətlərinə malik olmayan şeylərin çoxunu, o cümlədən, öz ruhunu özünün hüzuri elmi ilə dərk edir. Mücərrəd varlıqların mövcudluğuna dair çoxlu əqli dəlillər də gətirilmişdir ki, bu da fəlsəfə kitablarında qeyd olunmuşdur. Mücərrəd ruhun varlığına dair ən yaxşı dəlil düzgün yuxular, murtazların (yoqların) bir çox işləri, eləcə də peyğəbərlərin (ə) və ilahi övliyaların (ə) möcüzə və kəramətlərini göstərmək olar. Ümumiyyətlə, Mütəal Allahın varlığına və Onun cismani olmamasına dair gətirilən dəlil və bürhanlar bu prinsipin batil edilməsinə kifayətdir.

İKİNCİ PRİNSİPİN ARAŞDIRILMASI

Deyilən prinsipdə əvvəlcə materiyanın əzəli və əbədi olmasına təkid edilir və onun kimsə tərəfindən yaradılmaması iddia olunur.

Amma əvvəla, bunu qeyd etmək lazımdır ki, materiyanın əzəli və əbədi olması elmi və təcrübi dəlillər əsasında isbat oluna bilməz, çünki təcrübənin dairəsi məhduddur və heç bir təcrübə dünyanın zaman və məkan baxımından sonsuz olmasını isbat edə bilməz.

İkincisi, materiyanın, onun əzəli olması fərz olunduqda belə, Yaradana ehtiyacsız olması lazım gəlmir, necə ki, əzəli bir mexaniki hərəkətin fərz olunması onun mühərrik qüvvəsindən ehtiyacsız olmasını deyil, sadəcə əzəli mühərrik qüvvəsinin fərz olunmasını tələb edir.

Əlavə, madənin yaradılan olmaması onun vacibül-vücud olması deməkdir və biz, səkkizinci dərsdə maddənin vacibül-vücud olmasının qeyri-mümkünlüyünü isbat etdik.

ÜÇÜNCÜ PRİNSİPİN ARAŞDIRILMASI

Üçüncü prinsip dünyanın hədəfli olmasının inkar edilməsidir ki, bu da Yaradanın inkar olunmasının təbii nəticəsidir. Təbiidir ki, hikmət sahibi olan Allahın varlığının isbat olunması ilə bu prinsip də batil edilir (qüvvədən salınır). Bundan əlavə, belə bir sual yaranır ki, əql sahibi olan bir insan dünyanın heyrətamiz nizamını, onun varlıqları arasında mövcud olan sıx uyğunluğu və qırılmaz bağlılığı, bunun ardınca gələn saysız-hesabsız faydaları müşahidə edə-edə dünyanın hədəfli olmasını necə dərk edə bilməz?

DÖRDÜNCÜ PRİNSİPİN ARAŞDIRILMASI

Materialist dünyagörüşün dördüncü prinsipi səbəbiyyətin, fenomenlərin yalnız maddi əlaqələrdə məhdudlaşdırılmasıdır ki, bu prinsiplə əlaqədar çoxlu iradlar yaranır, onların ən mühümləri aşağıdakılardır:

Birincisi, bu prinsipə uyğun olaraq dünyada heç vaxt yeni bir varlıq yaranmamalıdır, halbuki, xüsusilə insanlar arasında və heyvanlar aləmində yeni-yeni varlıqların yaranmasının şahidiyik ki, onların ən mühümü həyat, şüur, ülvi-insani duyğular, hislər, fikir və iradədir.

Materialistlər belə deyirlər: «Bu kimi fenomenlər də materiyanın xassələrindən başqa bir şey deyildir!» Cavabında deməliyik ki, əvvəla, materiya və maddiyyatın ondan heç vaxt ayrıla bilməyən xüsusiyyəti imtidad (dartılma) və bölgüyə məruz qamasıdır, halbuki, bu xüsusiyyətlər yuxarıda qeyd olunan fenomenlərdə yoxdur.

İkincisi, “Materiyanın xassələri” adlandırılan bu fenomenlər şəksiz, cansız materiyada mövcud olmamışdır. Başqa sözlə desək, nə vaxtsa materiya bu xassələrə malik olmamış və sonradan onlarda olmuşdur. Deməli, “materiyanın xassələri” adlandırılan bu fenomenlərin vücuda gəlməsi onu yaradana, vücuda gətirənə ehtiyaclıdır ki, onları materiyada yaradıb əmələ gətirsin. Bu da məhz icad edən, yaradan, varlıq bağışlayan illətdir.

Bu nəzəriyyənin ən mühüm iradlarından biri də budur ki, onun əsasında dünyanın bütün varlıqları icbari olmalıdır, çünki, materiyanın təsir qoyması və təsirlənməsində ixtiyara və seçkiyə əsla yer qalmır. İxtiyarın inkar olunması da zərurət və bədahətin əksinə olmaqla yanaşı, hər növ məsuliyyətin, əxlaqi və mənəvi dəyərin də inkar olunmasını tələb edir. Bunların da insan həyatında nə kimi acınacaqlı hallara gətirib çıxaracağı gün kimi aydındır.

Nəhayət, materiyanın vacibül-vücud ola bilməsinin qeyri-mümkünlüyünə diqqət yetirməklə onun varlığı üçün bir səbəbi qəbul etməliyik. Belə səbəb də təbii və idadi (vasitə yönlü) səbəb qəbilindən olmayacaqdır. Çünki bu kimi əlaqə və bağlılıqlar yalnız maddiyyatın arasında, onların bir-biri ilə əlaqəsində təsəvvür olunur. Amma maddə öz illəti ilə belə bir rabitəyə malik ola bilməz. Deməli, maddəni yaradan illət onu icad edən, təbii amillərin fövqündə olan bir varlıqdır.

DİALEKTİK MATERİALİZM VƏ ONUN TƏNQİDİ

-Tarixi və dialektik materializm

-Əksliklərin vəhdəti və mübarizəsi qanunu və onun tənqidi

-Kəmiyyətin keyfiyyətə keçməsi qanunu və onun tənqidi

-İnkarı inkar qanunu və onun tənqidi

DİALEKTİK VƏ TARİXİ (MEXANİKİ) MATERİALİZM

Materializmin müxtəlif qismləri vardır ki, onların hər biri dünya və onun varlıqlarını, fenomenlərini xüsusi şəkildə izah etmişdi. Müasir əsrin əvvəllərində materialistlər yeni fizikanın məfhumlarından istifadə edərək dünyanın yaranışını mexaniki hərəkət əsasında izah edir və hər bir hərəkəti, xaricdən mütəhərrik (hərəkət edən) cismə daxil olan xas bir mühərrik (hərəkət verən) qüvvəsinin nəticəsi (məlulu) hesab edirdilər. Başqa sözlə desək, dünyanı “böyük bir maşın” kimi təsəvvür edirdilər ki, mühərrik qüvvəsi onun bir hissəsindən digər hissəsinə ötürülür və nəticədə bu “böyük maşının” hər bir hissəsi hərəkətə gəlir.

“Mexaniki materializm” adlanan bu fərziyyədə mövcud olan nöqsanlı hallara görə müxaliflər tərəfindən tənqid atəşinə tutulurdu. O cümlədən: Əgər hər bir hərəkət xarici qüvvə nəticəsində yaranarsa, dünyanın ilkin maddəsinin hərəkəti üçün də bir qüvvə nəzərdə tutumaq lazımdır ki, xaricdən ona daxil olmuş olsun. Bu da təbiətin fövqündə dayanan bir varlığın qəbul edilməsini gərəkli edir ki, heç olmazsa, maddə aləmində ilkin hərəkətin mənşəyi ola bilsin.

Digər irad budur ki, yalnız məqsədyönlü və yerdəyişmə əsasında olan hərəkəti mexaniki qüvvə ilə izah etmək olar. Halbuki, dünyanın bütün varlıqlarını (fenomenlərini) yalnız mexaniki dəyişikliklərdə məhdudlaşdırmaq olmaz, başqa fenomenlərin yaranışı üçün mütləq digər bir amil və səbəb olduğunu qəbul etməliyik.

Mexaniki materializmin bu etirazlara qaneedici bir cavab verə bilməməsi nəticəsində materialistlər dünyada baş verən dəyişikliklər üçün digər bir amil tapmaq, heç olmazsa, bəzi hərəkətləri dinamiki surətdə təfsir etmək və maddə üçün bir növ “özündən hərəkətetmə” nəzərə almaq qərarına gəldilər.

O cümlədən, materializmin banilərindən olan Marks və Engels Hegelin fəlsəfi məfhumlarından istifadə etməklə hərəkətin amilini maddi fenomenlərdəki daxili təzad kimi qələmə verdilər, materiyanın əbədiliyini, heç kəs tərəfindən yaradılmamasını, hərəkətin ümumi olmasını və təbiətdə bütün varlıqların bir-birinə təsir qoymasını qəbul etməkdən əlavə, öz fərziyyələrini bəyan etmək üçün aşağıdakı üç əsli müddəanı da irəli sürdülər:

1.Əksliklərin vəhdəti və mübarizəsi

2.Kəmiyyətin keyfiyyətə keçməsi

3.İnkarı inkar qanunu

Burada, qeyd olunan müddəaların hər birini qısa şəkildə izah edir, sonra onların irad və çatışmayan cəhətlərini bəyan edəcəyik.

ƏKSLİKLƏRİN VƏHDƏTİ VƏ MÜBARİZƏSİ

Dialektik materialistlər inanırlar ki, hər bir fenomen bir-biri ilə zidd olan iki ünsürdən (tez və anti tez) təşkil olunmuşdur, onların arasındakı təzad da onların hərəkət və dəyişikliyinə səbəb olur. Nəhayət “anti tez” qəlbə çalır və onların sintezindən ibarət olan yeni bir varlıq əmələ gəlir. Məsələn, yumurtadakı nütfə tədrici olaraq inkişaf edir, daxilindəki qida maddələrini həzm edir, sonra onların sintezi olan cücə əmələ gəlir. Mənfi və müsbət elektrik sahəsi fiziki fenomenlərdə təzadın nümunələrindəndir. Eləcə də toplama və çıxma ibtidai riyaziyyatda, inteqral və törəmə də ali riyaziyyatda təzadın nümunəsidir.

Bu cərəyan ictimai və tarixi fenomenlərdə də mövcuddur, o cümlədən, kapitalizm cəmiyyətlərində kapitalistlərin anti tezi olan proletar (fəhlə) sinfi inkişaf edir və tədricən ona qələbə çalır, onların sintezi olan sosializm və kommunizm cəmiyyəti (quruluşu) kerçəkləşir.

MÜLAHİZƏLƏR VƏ TƏNQİDLƏR

Əvvəlcə buna diqqət yetirmək lazımdır ki, iki maddi varlığın bir-birinin yanında – birinin digərini zəiflətməsi və onun məhv olması ilə nəticələnməsi şəklində yerləşməsini heç kəs inkar etmir. Bunu su ilə atəşin misalında görmək olar. Lakin əvvəla, bu cərəyan ümumi deyildir və bunu bütün kainat miqyasında gerçəkləşə biləcək bir qanun kimi qəbul etmək olmaz. Çünki dünyada bunun yüzlərlə, minlərlə əksini tapmaq olar.

İkincisi, bəzi maddi fenomenlərin arasında belə bir təzadın, varlığı metafizik fəlsəfədə və klassik məntiqdə qeyri-mümkün sayılan təzadla heç bir əlaqəsi yoxdur. Çünki qeyri-mümkün sayılan şey “vahid mövzu”da olan ziddiyyətlərdir, amma qeyd olunan misallarda mövzu vahid deyildir. Marksistlərin ziddlərin bir yerə toplanmasına dair gətirdikləri toplama-çıxma, törəmə-inteqral kimi məzhəkəli misalları, həmçinin kapitalist ölkələrində fəhlə sinfi tərəfindən təşkil olunacaq proletar hökuməti barədə verdikləri “qeybi xəbərlər”i bir tərəfə qoyaq.

Üçüncüsü, əgər onların dedikləri fenomenlər bir-biri ilə zidd olan iki ünsürdən təşkil olunsalar, onda onlardan biri üçün deyil, həm tez, həm də anti-tezin hər ikisi üçün digər bir tərkib nəzərdə tutmalıyıq. Çünki onların hər biri fenomendir və qeyd olunan prinsipə görə iki ziddən təşkil olunmalıdır. Nəticədə hər bir məhdud fenomen sonsuz sayda ziddlərdən təşkil olunmalıdır!

Amma onların varlığın daxilindəki təzadı hərəkətin amili hesab etmələrinə və bununla da mexaniki materializmin zəif və çatışmayan cəhətlərini aradan qaldırmaq istəklərinə gəlincə, onun ən kiçik iradı budur ki, belə bir fərziyyənin düzlüyünə heç bir elmi dəlil yoxdur. Bundan əlavə, xarici qüvvə nəticəsində yaranan mexaniki hərəkətlərin varlığı heç bir vəchlə inkar oluna bilməz. Əks halda, futbol topunun, futbolçunun ayaq zərbəsi nəticəsində deyil, onun daxilindəki təzad nəticəsində hərəkət etdiyini deməliyik!!!

KƏMİYYƏTİN KEYFİYYƏTƏ KEÇMƏSİ

Bunu nəzərə alaq ki, dünyada baş verən bütün dəyişikliklər tədricidir və vahid bir xətt üzrə baş vermir. Çox hallarda yeni bir varlıq yaranır ki, əvvəlki varlığa heç oxşamır və onu sabiq hərəkətin və dəyişikliyin davamı hesab etmək olmaz. Lakin marksistlər “sıçrayış”, yaxud “kəmiyyətin keyfiyyətə keçməsi” prinsipi adı altında belə iddia edirlər ki, kəmiyyət dəyişiklikləri xüsusi bir mərhələyə (nöqtəyə) çatdıqda növdə və keyfiyyətdə bir dəyişikliyin yaranmasına səbəb olur. Məsələn, qızdırılan suyun temperaturu müəyyən bir dərəcəyə çatdıqda su buxara çevrilir. Hər bir metalın müəyyən ərimə dərəcəsi vardır. Temperaturu həmin dərəcəyə çatdıqda maye halına keçir. Cəmiyyətdə də ixtilaflar şiddətlənərək müəyyən bir həddə çatdıqda inqilab baş verir.

TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR

Əvvəla, heç bir halda kəmiyyət keyfiyyətə çevrilmir. Uzağı budur ki, xüsusi bir fenomenin vücuda gəlməsi müəyyən bir kəmiyyətin yaranması ilə şərtlənsin. Məsələn, suyun temperaturu buxara çevrilmir, əksinə, suyun buxara çevrilməsi istiliyin müəyyən dərəcədə olması ilə şərtlənir.

İkincisi, lazım olan bu kəmiyyətin sabiq kəmiyyətlərin tədrici artımı nəticəsində hasil olmasının heç bir zərurəti yoxdur. Hətta əvvəlki kəmiyyətin azalması nəticəsində gerçəkləşməsi də mümkündür. Belə ki, buxarın suya çevrilməsi tumperaturun azalması ilə şərtlənir.

Üçüncüsü, keyfiyyət dəyişikliyi həmişə sıçrayışla deyildir. Hətta çox hallarda belə tədrici şəkildə hasil olur. Mumun və şüşənin tədriclə əriməsini buna misal göstərmək olar.

Deməli, təbii fenomenlərdən bəzilərinin vücuda gəlməsi üçün xas bir kəmiyyətin zəruriliyini qəbul etmək olar, nəinki kəmiyyətin keyfiyyətə çevrilməsini və ya kəmiyyətin tədrici artmasının zərurətini, yaxud da belə bir şərtin bütün növ və keyfiyyət əsasında olan dəyişikliklərin hamısı üçün ümumi olmasını. Deməli, “sıçrayış”, yaxud “kəmiyyətin keyfiyyətə keçməsi” adlı dünya səviyyəli ümumi bir qanun mövcud deyilidir.

İNKARI İNKAR QANUNU

Bəzən “ziddlərin təkamülü” adlandırılan “inkarı inkar” qanunu dedikdə məqsəd budur ki, ümumi dialektik dəyişikliklər cərəyanında «tez» daim «anti tez»in vasitəsi ilə inkar olunur və anti tez də öz növbəsində sintezin vasitəsilə inkar edilir. Məsələn, bitki (ondan cücərmiş olduğu) toxumu inkar edir, onun özü də yeni bir toxumla inkar olunur. Nütfə yumurtanı inkar edir, onun özü də cücə vasitəsilə inkar olunur. Amma hər bir yeni fenomen köhnədən daha kamildir. Başqa sözlə desək, dialektik seyr, həmişə üzüyuxarı, təkamülə doğrudur. Bu prinsipin əhəmiyyəti də elə bundadır ki, dəyişikliyin seyretmə istiqamətini göstərir və dəyişiklik cərəyanının təkamül istiqamətində olduğunu təkidləndirir.

TƏNQİDLƏR VƏ MÜLAHİZƏLƏR

Şübhəsiz, hər bir dəyişiklik zamanı sabiq vəziyyət və mövqe aradan gedir, yeni bir vəziyyət yaranır. Əgər inkarı-inkar qanununu bu mənaya götürsək, onda bu, dəyişikliyin zərurətindən başqa bir şeyi bəyan etməyəcəkdir. Amma bu prinsip üçün irəli sürülən və onu hərəkətin cəhəti və təkamülünün bəyanedicisi kimi edilən açıqlamaya diqqət yetirməklə, demək lazımdır ki, dünyada baş verən bütün hərəkət və dəyişikliklərin təkamül yönünə malik olması, yəni “hər bir yeni varlıq (fenomen) mütləq əvvəlkindən daha kamil olmalıdır” sözü qəbul olunası deyildir. Radioaktiv çevrilmə nəticəsində qurğuşuna çevrilən uran, daha da kamilləşirmi? Buxara çevrilən su, yaxud suya çevrilən buxar təkamülə çatırmı? Quruyan və heç bir dənəsi və meyvəsi qalmayan bir ağac kamilləşirmi? Qəbul oluna biləcək yeganə şey budur ki, təbii varlıqlardan bəziləri hərəkət və dəyişiklik nəticəsində daha da kamilləşir. Deməli, təkamülü də bütün dünya varlıqları üçün ümumi bir qanun kimi qəbul edə bilmərik.

Mövzunun sonunda bir daha xatırladırıq ki, bütün bu qanunların hamısı, hətta dünya miqyaslı və ümumi qanun şəklində qəbul edilsə belə, sadəcə olaraq təbiət elmlərində sübuta yetmiş digər qanunlar kimi varlıqların necə yaranmasını bəyan edə bilər, amma dünyada ümumi və sabit qanunların varlığı mövcud olanların Yaradandan, varlıq bəxş edən illətdən ehtiyacsız olması mənasına deyildir. Keçən dərslərdə də qeyd etdiyimiz kimi, maddə və maddi varlıqlar mümkünül-vücud olduğundan zəruri olaraq vacibul-vücuda ehtiyaclı olacaqlar.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Allah dostlarının düşmənləri
Yахşı söz vә ruzinin аrtmаsı
Allah qorxusu insana nə üçün lazımdır?
Tövhid və onun mərtəbələri
Haram yeməyin təsirləri
ŞӘRLӘRIN FAYDASI
YOL VӘ ÜSLUBLAR
MƏSİHİ FİRQƏLƏRİ (1)
ŞƏFAƏT
Səkkizinci imam Həzrət Musa Rza (ə)

 
user comment