İslam həmkarlar təşkilatının baş katibi Fələstini Yuneskoya üzv olması münasibətilə təbrik etdi.
İran Quran Xəbər Agentliyi : Əmirliklərin “VAM” xəbər bürosunun məlumatına əsasən, İslam həmkarlar təşkilatının baş katibi Əkmaləddin Ehsanoğlu Fələstinin 107 səslə YUNESCO-ya üzv seçilməsi münasibətilə bu ölkə xalqını və rəhbərliyini təbrik etdi.
Bu hesabata əsasən, İslam Həmkarlar Təşkilatının baş katibi aban ayının 8-i müxtəlif ölkələrin yuneskoya üzv seçilməsi ilə əlaqədar keçirilən səs vermədə iştirak etmək üçün Parisə daxil oldu və həmin təşkilatın üzvləri və nümayəndələri ilə söhbət etdi.
Qeyd etmək lazımdır ki, bu təşkilatda Ərəb, Afrika, Latın Amerikası kimi ölkələrdən ibarət 107 üzv Fələstinə müsbət , Amerika, Almaniya, Kanada və s. kimi 14 ölkə Fələstinə mənfi , 52 digər ölkə isə qeyri-leqal səs verdilər.
source : ایکنا