Azəri
Tuesday 10th of December 2024
0
نفر 0

QURANDA MƏAD

 

Qurani-kərimdə məadın isbat olunması və onu inkar edənlərlə mübahisədən bəhs edən ayələri beş qismə bölmək olar:

1-Onlardan bir qismi təkid edir ki, məadın inkar olunmasına heç bir dəlil olmadığını bildirir. Bu ayələr inkarçıları sanki tərkisilah edir.

2-Bəzi ayələr məada oxşar hadisələri qeyd etməklə onun çox da qəribə bir iş olmadığını başa salır.

3-Bəzi ayələr də məadı inkar edənlərin şübhələrini rədd edərək onun baş verməsinin mümkünlüyünü sübuta yetirir.

4-Bəzi ayələr isə məadı Allahın mütləq baş verəcək, labüd vədəsi kimi təqdim edir və həqiqətdə məadın baş verməsini Müxbiri-sadiqin (doğruçu xəbər verənin) vasitəsilə isbat edir.

5-Bəzi ayələr isə məadın zərurətinin əqli dəlillərini göstərir.

Həqiqətdə əvvəldəki üç dəstə məadın mümkünlüyünü, sonuncu iki dəstə isə qəti surətdə verəcəyini çatdırır.

MƏADIN İNKAR EDİLMƏSİ BARƏDƏ HEÇ BİR QƏTİ DƏLİL YOXDUR

Quranın batil əqidə sahibləri ilə apardığı mübahisə üsullarından biri budur ki, onlardan dəlil gətirmələrini tələb edir ki, onların əqidələrinin əqli və məntiqi əsasda olmaması aşkara çıxsın. Belə ki, bir neçə ayədə «De: öz dəlillərinizi gətirin!» deyə buyurulur.

Buna oxşar bəzi ayələrdə buyurulur ki, düzgün olmayan bu əqidə sahiblərinin elmi, real gerçəkliklə müvafiq və dəlil əsasında olan etiqadları yoxdur. Onlar sadəcə olaraq zənn, dəlilsiz gümanlar və həqiqətlə uyğun olmayan şeylərlə kifayətlənirlər.

Məadı inkar edənlərin barəsində belə buyurulur:

«(Kafirlər) deyirlər: Bu dünya həyatından başqa heç bir həyat yoxdur; ölürük və dirilirik; bizi öldürən ancaq dəhrdir. Bu barədə onların heç bir bilikləri yoxdur. Onlar ancaq zənnə qapılırlar.

Başqa ayələrdə məadın inkar edilməsi dəlilsiz söz və düzgün olmayan bir gümandan ibarət olduğu bildirilir. Əlbəttə, dəlilsiz gümanların həvayi-nəfsə müvafiq olduğu halda həvayi-nəfsə pərəstiş edənlərin tərəfindən qəbul olunması mümkündür. Və onlarla münasib olan rəftarlar, günahlara düçar olmaq nəticəsində tədricən olaraq qəti etiqada çevrilir. Hətta bəzi şəxslər belə batil etiqadların haqq olması barədə israr da edirlər.

Qurani-kərim məadı inkar edənlərin sözlərinin və dəlillərinin əksər hallarda öz nəzərlərində çox qəribə və qəbul olunmayacaq dərəcədə məntiqsiz olduğunu bildirir və bəzən də məad barəsində olan zəif şübhələrə işarə edir. Buna görə də bir tərəfdən məada oxşar hadisələri xatırladır ki, onların nəzərində çox da qəribə və qəbul edilməyi qeyri-mümkün görsənməsin. Digər tərəfdən isə şübhələrə uyğun cavablar verir ki, heç bir şəkk-şübhəyə yer qalmasın və məadın baş verməsinin mümkünlüyü tamamilə sübuta yetsin. Lakin bu qədərlə də kifayətlənmir, bu ilahi vədənin labüd olmasına, eləcə də vəhy vasitəsilə höccətin insanlara tamamlanmasından əlavə, məadın zərurəti barəsində əqli bürhanlara da işarə edir. Bu da gələn dərslərdə qeyd olunacaqdır.

MƏADA OXŞAR HADİSƏLƏR

a) Bitkilərin cücərməsi:

İnsanın öldükdən sonra bir daha dirilməsi “ölümdən sonrakı həyat” olduğundan yer üzərində bitkilərin solaraq quruyub aradan getdikdən sonra bir daha cücərməsinə bənzəyir. Buna görə də insanlar öz gözləri qarşısında həmişə baş verən bu hadisəyə dərindən diqqət yetirdikdə və bu barədə yaxşı təfəkkür etdikdə ölümdən sonra həyatın mümkün olmasını başa düşə bilərlər. Həqiqətdə, bu hadisənin sadə nəzərə çarpmasının və onun əhəmiyyətindən qafil olmasının səbəbi camaatın bu kimi hadisələrə adət etməsidir. Amma yeni həyatın yaranması baxımından insanın öldükdən sonra dirilməsi ilə heç bir fərqi yoxdur.

Qurani-kərim bu cür adət pərdələrini aradan götürmək üçün təkrarən camaatın diqqətini bu hadisəyə cəlb edir və insanların öldükdən sonra yenidən dirilməsini buna oxşadır. O cümlədən buyurur:

«Sən Allahın rəhmət əsərlərinə bax ki, torpağı öldükdən sonra necə dirildir. Doğrudan da, O, ölüləri dirildəndir. O hər şeyə qadirdir.»

b) Əshabi-Kəhfin yuxusu:

Qurani-kərim çoxlu ibrətamiz məsələləri əhatə edən Əshabi-kəhfin qəribə hadisəsini bəyan etdikdən sonra buyurur:

“Beləliklə, camaatı onların (Əshabi-Kəhfin başına gələnlərə) beləcə tanış etdik ki, Allahın vədəsinin doğru olduğunu və qiyamətin gəlib çatacağında heç bir şəkk-şübhə olmadığını bilsinlər.»

Şübhəsiz, bir neçə nəfərin 300 ildən artıq yatdıqdan sonra yenidən oyanması məsələsinə diqqət yetirmək insana məadın mümkünlüyünə işarə etməklə onun çox da qəbul ediləcək bir məsələ olmadığını çatdırır. Çünki hər bir yuxu ölümə oxşayır (“yuxu ölümün qardaşıdır”), hər bir oyanmaq da ölümdən sonrakı diriliyə bənzəyir. Adi yuxularda bədənin biokimyəvi prosesləri təbii olaraq davam edir və ruhun yenidən bədənə qayıtması insanda təəccüb oyatmır. Amma 300 il su və qida maddələrindən istifadə etmədən yatan bir bədən təbiətdə cərəyan edən quruluş və qanunlara əsasən ölməli, çürüməli və ruhun qayıtması üçün öz imkanını əldən verməli idi. Deməli, belə xariqüladə bir hadisə insanın diqqətini adi və təbii sistemlərdən kənarda yerləşən başqa bir aləmə yönəltməlidir. O, başa düşməlidir ki, ruhun bədənə qayıtması heç də həmişə adi, təbii şərait və səbəblərin mövcudluğu ilə şərtlənmir. Deməli, insanın yeni həyatı da, hətta, bu aləmdəki ölüm və həyat qanunlarının əksinə olsa belə, qeyri-mümkün olmayacaq və Allahın vədəsinə görə hökmən gerçəkləşəcəkdir.

q) Heyvanların dirilməsi:

Qurani-kərim bir neçə heyvanın qeyri-adi yolla dirilməsinə işarə edir ki, onlardan biri də həzrət İbrahimin (ə) əli ilə dörd quşun dirildilməsidir. Eləcə də peyğəmbərlərdən birinin ulağının yenidən dirilməsi də qeyd olunur. Əgər Qurana əsasən bir heyvanın yenidən dirildilməsi mümkündürsə, insanın dirildilməsi heç də qeyri-mümkün olmayacaqdır.

ğ) Elə bu dünyada bəzi insanların yenidən dirilməsi:

Daha mühüm məsələ bəzi insanların elə bu dünyada dirilməsidir ki, Qurani-kərim onlardan bir neçə nümunəni qeyd etmişdir. O cümlədən, Bəni-İsrail peyğəmbərlərindən biri barəsində qeyd olunur ki, səfər edərkən yolu bütün əhalisi evlərinin içərisində ölüb çürümüş bir şəhərə düşür, “Allah bu camaatı yenidən necə dirildəcək?” - deyə fikirləşir. Mütəal Allah onun canını alır. Yüz ildən sonra onu dirildir və ona buyurur: “Bu yerdə neçə müddət dayandın?” O sanki yuxudan qalxmış kimi deyir: “Bir gün, yaxud günün bir hissəsini.” Xitab olunur: “Xeyr, sən yüz il burada qalmısan! Bax gör: bir tərəfdən sənin suyun və çörəyin salamat qalıb, digər tərəfdən isə mindiyin heyvan çürüyüb aradan gedib! İndi bax gör Biz onun sümüklərini necə bir-birinə birləşdirib yenidən onun üzərinə ət çəkir və onu dirildirik!”

Digər bir hadisə isə Bəni-İsraildən bir qrupun həzrət Musaya (ə) “Biz Allahı aşkar şəkildə görməyincə heç vaxt iman gətirməyəcəyik!” - deyə israr etdikləri zaman baş vermişdir. Bu zaman Allah onları ildırımla həlak edib, sonra Musanın (ə) duası ilə yenidən dirildir.

Eləcə də həzrət Musanın (ə) dövründə Bəni-İsraildən bir nəfər qətlə yetirilir və Allahın əmri ilə bir inək kəsib ətindən ona vurulması ilə dirilir. Bunun təfsilatı “Bəqərə” surəsində qeyd olunur. Bu surə də məhz həmin səbəbə görə “Bəqərə” (inək) adlandırılmışdır. Həmin hadisənin sonunda buyurulur:

“Allah ölüləri də beləcə dirildir və Öz ayə və nişanələrini sizə göstərir ki, bəlkə əqlinizi işə salasınız.»

Həmçinin həzrət İsanın (ə) möcüzəsi ilə bəzi ölülərin dirilməsini də məadın mümkünlüyünə sübut kimi gətirmək olar.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Bilal haqqında
Bəqərə surəsinin 228- ci ayəsində, kişinin qadından üstün olmasını deməsi, ...
Nə üçün Quran ayə-ayə nazil olmuşdur? Hansı surələr bir dəfəyə və bir ...
Hәr növ riyа kiçik şirkdir. Bаşqаlаrının rаzılığı üçün iş görәn ...
İqtisadi cəhətdən qurbanlığn fəlsəfəsi
IMANSIZ SALEH ӘMӘL
Cümə gününün fəziləti
ŞӘR NISBIDIR
Haqq Yolu Elm və Mədəniyyət İnstitutunun BƏYANATI
Vahabilərin nəzərincə ölüm nə deməkdir

 
user comment