Azəri
Sunday 22nd of December 2024
0
نفر 0

Hicab məhbusların azad edin!

Bakı Apelyasiya Məhkəməsi Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevə Nərimanov Rayon Məhkəməsinin oktyabrın 7-də çıxardığı hökmü qüvvədə saxlayıb.

Hicab məhbusların azad edin!

Əhli Beyt   xəbər agentliyinin verdiyi xəbərə əsasən: 2011 mayın 6-da Bakıda, Təhsil Nazirliyinin binası qarşısında keçirilən “Hicaba azadlıq” aksiyasında iştirak edən və polis tərəfindən şərlənərək saxlanan bir qism vətəndaşların Bakı Apelyasiya Məhkəməsində yenidən işləri gündəmə gətirilmişdir

Belə ki, Bakı Apelyasiya Məhkəməsi Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevə Nərimanov Rayon Məhkəməsinin oktyabrın 7-də çıxardığı hökmü qüvvədə saxlayıb. Apelyasiya şikayətinə hakim Əmir Bayramovun sədrlik etdiyi hakimlər heyəti baxıb.

Qeyd edək ki, Nərimanov Rayon Məhkəməsi Araz İsmayılovu 2 il 6 ay, Nurani Məmmədov və Rüfət Miriyevin hər biri 2 il müddətinə azadlıqdan məhrum edib.

İndiyə qədər 13 nəfər haqqında birinci instansiya məhkəməsinin hökmü oxunub.

Vəkil Anar Qasımlı qeyd edib ki, Ali Məhkəməyə kasasiya şikayəti hazırlamaq üçün Araz İsmayılovun qohumları onunla yeni müqavilə bağlayıb: “Dekabrın 22-də Bakı İstintaq Təcridxanasında saxlanılan Araz İsmayılovla görüşdüm. Kasasiya şikayətinin müəyyən elementlərini müzakirə etdik”.


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Fransada islami iqtisadiyyatının öyrədilməsi kursları təşkil olunacaq
Şeyx Yusif Əl Qərdavi: “Türkiyənin yanındayıq”
Azərbaycanda yəhudi uşaqlar üçün təhsil mərkəzinin açılışı olub
Mövlud bayramı kino-teatrda - "Pozitiv" Gənclər Platformasında
Taylandda Qədr gecələri mərasimi təşkil olundu
Türk xəyanətkarlarının Azərbaycan Səfəvilər dövlətini dağıtması
Hicab İngiltərə məktəblərində rəsmi geyim formasının tərkib hissəsidir
Kaliforniyada cühüd irqçiləri Qurani Kərimə qarşı görünməmiş təhqir ediblər
Mənə Əli Həsənovun heç nəyi lazım deyil, oğlumu qaytarsınlar”
Tacikistanda "Vəhdət" konfransı

 
user comment