Azəri
Monday 6th of May 2024
0
نفر 0

MƏSİHİ FİRQƏLƏRİ (1)

 

Keçən iki dərsdə məsihiliyin ən əsas və məşhur məzhəbləri ilə tanış olduq. Əvvəldə qeyd etdiyimiz kimi, bu dindən ayrılmış bir çox firqələr də vardır ki, onlar qeyd olunan məşhur məzhəblərdən ayrılmışlar. Bu və gələn dərsdə həmin firqələri araşdıracağıq. əlavə Diqqət yetirmək lazımdır ki, məsihilikdə başqa firqələr də vardır; irqi, qövmi və dil müxtəlifliyi əsasında formalaşmış həmin firqələrdən danışmaq bu kitabın həcminə sığmadığı üçün onlar haqda söhbət açmırıq.

PROTESTANT FİRQƏLƏRİ

Renosans dövrünü əhatə edən müxtəlif zaman fasilələrində bir çox islahatçı cərəyanlar da formalaşdı ki, onlar məsihi təfəkkür və rəftarlarında əsaslı dəyişiklik aparmaq barədə müxtəlif təfsir və təkliflər irəli sürdülər. Bu kimi təfsirlərin müxtəlifliyi protestanizm məzhəbində ayrı-ayrı firqələrin formalaşmasına səbəb oldu. Əlbəttə, bə’zi firqələr də sonradan əsl protestanizm cərəyanından yə’ni, Luterə məxsus olan məzhəbdən ayrılmışdı. Protestant firqələrindən yaranan ən mühüm firqələr aşağıdakılardan ibarətdir:

1. KALUNİSTLƏR

Kalunistlər fransalı Jan Kalunun tərəfdarlarıdır (1509-1564). Luterin islahatçı hərəkat dövrü ilə azacıq zaman fasilə olan bu cərəyan İsveçrədə Kalunun islahatçı təfəkkürünü əks etdirən «Məsihi dininin əsasları» kitabını yazmaqla başlamışdır; O, Luterin bə’zi fikirləri ilə müvafiq və bəzilər ilə də müxalif idi.

Luter kimi Kalun da inanırdı ki, insan günaha aludə olur; amma onun əqidəsi bu idi ki, hər bir şəxs öz dini vəzifələrinə əməl etməli, nəfsani inzibatçılığın riayət olunmasına əhəmiyyət verməlidir; insan həmişə özünü Allahın hüzurunda görəcəyi bir şəkildə yaşamalıdır. Onun nəzərinə görə, öz ömrünü eyş-işrətdə keçirən əyyaş, rəqs etməyi, qumar oynamağı və bu kimi digər işləri təfəkkürdən, müqəddəs kitabı oxumaqdan üstün sayanlar şeytanın əlində oyuncağa çevrilən şəxslərdir; onlar cəhənnəm əzabına məhkum olanlardır. İffət və təqva kimi şərafətli sifətlərin əsaslı məntiqi vardır və onları nəzərə almamaq olmaz. Buna görə də Luterin icazəli hesab etdiyi rahatlıq və sərxoşluğu Kalun düzgün saymır, zahidliyi, günah və çirkin işlərdən uzaq olmağı qurtuluşun əsası hesab edirdi.

2. ANABA PETİSTLƏR

Anaba petistlər mərkəzi Avropada yaşayan yüksək saylı quruplar idi ki, onlar katoliklərin, Luter və Kalunist dəstələrin müqabilində qərar tutmuşdu. Onlar qeyd olunan bütün bu quruplar tərəfindən tə’qib edilib əzab-əziyyətə mə’ruz qalırdılar. Bu firqənin adı “ikinci dəfə tə’mid qüslü” edənlər mənasını daşıyır. Çünki bu qurup inanırdı ki, tə’mid qüslü uşaqlar və kiçik yaşlılar üçün deyil, həddi-büluğa çatanlar üçündür və tə’mid qüslünü onlar yerinə yetirməlidirlər; uşaqlıq çağlarında tə’mid qüslü verilmiş şəxslər həddi-büluğa çatan zaman yenidən bu qüslü verməlidirlər. Bu firqənin nəzərində tə’mid qüslü mərasimi mehr-məhəbbətin göstəricisi, məsihiliyə keçməyin nişanəsi və həzrət İsaya vəfalı olmaqdan ibarətdir. Bu qurupların bə’ziləri kəramət və ilham əhli idi; həzrət İsa (ə)-ın yenidən zühurunun min illiyinə inanırdılar. Bə’ziləri də ictimai şəkildə yaşayan kommunaçılar əqidəsində idilər; var-dövlətlərindən şərikli şəkildə istifadə edirdilər. Anaba petistləri inanırdılar ki, yalnız tə’mid qüslünü yerinə yetirən, yaxud həddi-büluğa çatdığı zaman onu yenidən əncam verən təqvalı və dindar şəxslər kilsə üzvləri sayıla bilər.

3. NANKONFURMİSTLƏR

Kilsənin islahatçılıq cərgəsində dayanan firqələrdən biri də nankonfurmistlər, yaxud müvafiq olmayanlar idilər. Bu qurupun inancına görə, dövlətlər əqidə və vicdan azadlığını pozmayınca, onlara qarşı üsyankarlıq etmək olmaz. Bu firqə məsihi təfəkküründən xaricdə olan əqidələrə qarşı çıxmadıqlarına görə, sair məzhəblər tərəfindən kafirlikdə müttəhim olunmurdular. Onlar “üçlük” əqidəsi ilə də müxalif deyildilər, lakin ictimai-dini işlərdəki təşkilatları rəsmi kilsələrdə mövcud olan adi təşkilatlarla tamamilə fərqli idi və onlar öz kilsələrini tam müstəqil hesab edirdilər.

4. PİVERİTENLƏR

Piveritenlər, yaxud “təmizlik sevənlər” ingilis protestantlarından bir qurupudur ki, sair Avropa ölkələrində kalunistlərə qoşulmuşlar. Bu qurup ardıcılları Yelizavetanın dövründə (1558) İngiltərəyə qayıdaraq, Kalun tə’limlərində mövcud olan zahidlik, təqva və sadə yaşamaq kimi ingilis kilsələrinin Roma təsirlərindən təmizlənməsinə, zahiri mərasim və adət-ənənələrdən uzaq olmağa və eləcə də ilahi kəlmənin moizə və mə’nalarına üz gətirirdilər.

Onlarla kalunistlər arasında olan fərq bu idi ki, piveritenlər rəsmi kilsədən ayrılmağa inanmırdılar və onların əksəriyyəti keşişlərin silsilə rütbələrini, yepiskoplar şurasını və kilsə mənsəblərini qəbul edir, bu dəyərlərin qorunması şərtilə islahatı qəbul edirdilər. Əlbəttə, onlardan bir qurupu da həmin rütbə silsilələri ilə müvafiq deyildi və keşişlərin bərabərlik prinsipinə inanırdılar. Bu müxalif qurup İngiltərə dövlətinin təzyiqləri nəticəsində Hollandiyaya köçdülər və orada Batistlər, yaxud “müstəqillik istəyənlər” adı ilə hələ də davam etməkdə olan bir firqəni yaratdılar.

5. KƏVİKİRLƏR

Bu firqə islahatçılıq ideyalarını irəli sürən dəstələrin ən ifratçısı hesab olunur. Bu, İngiltərədə formalaşmış Corc Paks (1624-1691) ardıcıllarının ayini idi. Corc Paks iddia edirdi ki, o ilham olunmaq yolu ilə yəqinə çatmışdır. Onun əqidəsinə görə, İsanın dini bir sıra kəlami üsullar və quru e’tiqadlarla İncili qəbul etməkdən ibarət deyil, qəlbə və ruha hopmuş e’tiqaddan ibarətdir; kilsəyə getmək, rəsmi keşişin sözlərinə qulaq asmaq, adi duaları təkrar etmək yolu ilə həqiqi iman hasil olmur. İman insanın qəlbini və batinini nurlandırmalıdır. Həyat mənbəyi və feyz mənşəyi olan ilahi kəlmə müqəddəs kitabın səhifələri ilə hüdudlanmır; onun mənşəyi Allahdır və birbaşa mö’min şəxsin batininə daxil olur; Allah, istədiyi şəxslərin qəlbini Öz kəlməsinin məhəlli qərar verir. Paksın əqidəsinə görə, ruhaninin, yaxud keşişin olmasına heç bir vəchlə ehtiyac yoxdur. Çünki, Allah hər kəsi iradə etsə, heç bir vasitə olmadan onunla danışacaq, qadın və kişi olmasından asılı olmayaraq, hər bir şəxs ilahi kəlamı eşidə bilər. Paks inanırdı ki, Allah qarşısında müti olan e’tiqadlı və mö’min şəxslərin hamısı bir-birilə dost və bərabərdirlər. Onun əqidəsinə görə, məsihi dostlar hansı məclisdə olsalar, yeddi ayinin heç birinə riayət etməyə məcbur deyildirlər; müqəddəsləri və peyğəmbərləri təqdis edib onlara hörmət göstərmək bir növ bütpərəstlik hesab olunur. O, xitabə və moizə etmək əvəzinə, sakit oturub təfəkkür etmək və öz nəfsindən hesab-kitab çəkməyi tövsiyə edirdi.

6. PİTİSTLƏR

Pitizm, yaxud “zöhd və pəhrizkarlıq” firqəsi 17-ci əsrdə Almaniyanın islahatçı dindarları arasında meydana gəlmişdir. Bu firqənin ardıcılları inanırdılar ki, hər bir insan həqiqi mənada məsihi olmaq üçün yenidən doğulmalıdır. Buna görə də həzrət İsadan yeni həyat və təzə ömür hasil olmalıdır ki, günah vadisində ölən və Allahın nəzərində yollarını azaraq əbədi əzaba məhkum olan insanların hamısı yenidən dirilib yeni həyata qayıtsınlar. İnsanlar bu həyatı əldə etmək üçün ilahi əhdə nail olmalı, günah zəncirlərindən qurtarmalı və qəlbləri Allaha qovuşmalıdır. Bu iş o vaxt müyəssər ola bilər ki, insanlar zöhd və pərhizkarlıq yoluna qədəm qoysunlar.

Bu firqənin ardıcılları qeyd olunan hədəfə çatmaq üçün çox ciddi əxlaqi üsullara əl atıb riyazət, təharət, təqva və kamil müqəddəsliklə məşğul oldular; bu yolla da kilsənin adi qayda-qanunlarından, dini mərasimlərindən və eləcə də kəlam və əqidə qanunlarından uzaqlaşdılar.

YƏSUİLƏR

Əvvəldə qeyd olunduğu kimi, katolik məzhəbi məsihilikdə ən qədim məzhəbdir; ortodoks və protestant məzhəbləri də ondan ayrılmışdır. Amma bu iki parçalanmadan əlavə, katolik dəyərlərinin qorunub saxlanılması üçün yaranan digər firqələr də meydana gəlmişdir ki, onların ən mühümü Yəsuidir. Bu firqə həqiqətdə katoliklərin dini islahatlar hərəkatında tutduğu yolu bir növ yeniləşdirmək məqsədi ilə yaradılan məzhəb sayılır. Başqa sözlə desək, bu dində islahat işləri aparmaq istəyənlər katolik təfəkkürünün əleyhinə hücuma keçdikləri zaman İqnatiyus Luyu Layi başda olmaqla bir qurup (1491-1556) Yəsui firqəsinin formalaşması ilə nəticələnən bir hərəkata başladılar.

Luyu Layi İspaniyanın zadəgan sinfindən idi və bir müddət padşah sarayında xidmətçi işləmişdi. Sonralar İspaniya ilə Fransa arasında baş verən müharibədə əsgər kimi iştirak edərək yaralanmışdı. O, xəstə olduğu illərdə məsihi qibtilərinin tərcümeyi-halını mütaliə etməklə tərkidünyalıq fikrinə düşmüşdü. Buna görə də öz silahını həzrət Məryəmin mehrabından asaraq, kilsədə ibadət və nəfsini paklaşdırmaqla məşğul oldu. Bu əməllər də sonralar Yəsui firqəsinin dini ruhani adət-ənənəsinə çevrildi. Lyu Lay müxtəlif səfərlər edərək özünə ardıcıl və şagirdlər toplamağa başladı. Nəhayət 1524-cü ildə “İsanın yoldaşları” adlı hərbi təşkilat yaratdı. O, öz nəzərinə görə kafir və yolunu azmış müsəlmanlara qarşı müharibəyə başladı və bu yolda həddən artıq canfəşanlıq etdi.

Bu firqənin təşkilatı tamamilə hərbi sistem şəklində idi. Burada ona qeydsiz-şərtsiz itaət edənlər toplanırdı. Onlar icazə verilməyən hər növ xoşagəlməz işləri məxfi şəkildə və (onların nəzərində) bəyənilən və düzgün işin müqəddiməsi olduğu halda caiz bilirdilər. Yalan, haqqı gizlətmək, hətta yalandan and içmək belə, onlar üçün düzgün sayılırdı.

Bu firqənin nəzərində ümumi prinsip hər bir Yəsui fərdin özündən yüksəkdə duran şəxsə tam sədaqətlə və kamil şəkildə itaət etməsi idi. Onların cərgəsinə daxil olan hər bir yeni şəxsə dörd həftə müddətində bir sıra ruhani-mə’nəvi tə’limlər öyrədilir, daha sonra isə, ləyaqət və çıxarına uyğun olaraq ona müəyyən vəzifə və tapşırıqlar verilirdi. O, heç bir qeyd və şərt olmadan öz mə’muriyyət yerində, hətta uzaq ölkələrdə olsa belə, hazır olmalı, ardıcıl və müntəzəm surətdə öz gördüyü işlər barədə yuxarı məqamlara mə’lumat verməli idi.

Yəsuilər firqəsi qurduqları bu təşkilat, rütbələr silsiləsi və üzvlərindən aldıqları ağır iltizamlara görə müxtəlif məntəqələrdə böyük işlər görə bildilər. Onlar təbliğatçılar göndərməklə Asiyanın ucqar yerlərində, xüsusilə Çin, Yaponiya, eləcə də Afrikada çoxlu müvəffəqiyyətlər əldə etdilər. (Can bi nas, tarixi cameyi ədyan).

NURMUNLAR

Nurmun kilsələri adı ilə məşhurlaşan son dövrlərin qibti məsihi kilsələri 1830-cu ildə Jozef İsmit Cunivur (1805-1844) tərəfindən yaradılmışdır. İlk əvvəldə yalnız 6 nəfər ardıcılı olan bu firqənin hal-hazırda Amerikada 3 milyondan artıq üzvü vardır.

Bu firqənin başçısı olan Cuniver 1820-ci ildə iddia edirdi ki, ona bir sıra ilhamlar olunmuşdur və o, Allahla və İsa Məsihlə görüşmüşdür. Bu sözlərdən sonra o, ilahi hidayətdən bəhrələnmək üçün meşələrə çəkilmişdi. Orada səmavi varlıqlar ona demişlər ki, bütün kilsələr Allahın nəzərində çirkin və bəyənilməz bir yerdir; Allah yer üzündə İncilin yeniləşdirilməsi tapşırığını ona verəcəkdir. Sonrakı mükaşifədə Murini adlı mələk ona yol göstərdi ki, iki daş üzərində və qızılı səhifələrdə yazılan kitabı kəşf edə bilsin. Tərəfdarlarının iddia etdiyinə görə o, 1823-cü ildə Nyu-York yaxınlığındakı təpədə yerləşən mağarının içində bu kitabı kəşf etmişdir. Murmunların inancına görə, bu kitab təqribən 1500 il bundan əvvəl qədim Amerika sakinlərinə oxunan həqiqi İncildir.

Murmun kitabı müqəddəs kitabdan əlavə, əqidələr və peymanlar, dəyərli mirvarid kimi iki kitaba da şamildir ki, murmunlar kilsəsinin əsas e’tiqad və tə’limləri orada yerləşdirilib və o bu firqənin müqəddəs kitabı kimi tanınıb.

Murmunların əqidəsinə uyğun olaraq, Rəbblərdən bir qurupu dünyaya nəzarət etməyi öhdələrinə alıblar. Bu Rəbblər müəyyən dövrlərdə torpaqdan ibarət olan göy cismlərdə yaşayan adi fərdlər olmuşlar. Onlar özlərini ruhi cəhətdən paklaşdırmış ilahlar idi ki, hələ də təkamül mərhələsini qət etməkdədirlər. Amma müxtəlif aləmlərin Rəbbləri arasında yalnız bu dünyanın Rəbbi pərəstişə layiq görülür. Bu dünyanın Rəbbi üç müxtəlif şəxsdə təcəlli etmişdir:

Ata, oğul və Ruhul-qudus. Bunların hər biri digərlərinə nisbətən müstəqildir; cöhvər baxımından da vahid deyildirlər. Murmunlar inanırlar ki, ata və oğul qanı olmayan sümük və ətdən təşkil olunan bədənə malikdir, lakin Ruhul-qudus ruh cinsindəndir.

Murmunlar məsihiyyətin dini qayda-qanunları arasında yalnız rəbbani gecəni dini müqəddəs şüarlar kimi qəbul edir və hər bazar günü onu təşkil edirlər. Amma tə’mid qüslü və izdivac mərasimini dini hökmlər sırasında qəbul etmirlər.

YƏHÜVƏH (ŞAHİDLƏR)

Bu firqə Çarliz Taze Rasselin tərəfindən 1370-ci ildə müqəddəs kitabın tələbələrinin beynəlxalq toplantısı adı ilə Amerikada təşkil olunmuşdur. 1931-ci ildən e’tibarən Yəhüvəhin (Yeqovanın) şahidləri adı ilə tanınmışdır. Rassel həzrət İsanın zühurunun çox yaxın vaxtlarda olacağına inanırdı.

Müqəddəs kitabın sözlərinə çox tə’kid edən Yəhüvəh şahidləri müqəddəs kitabın ilham və vəhy əsasında olan gələcək xəbərlərini və sair mətləblərə xüsusi diqqət yetirir, dünyanın axırında yaxşı və pis qüvvələr arasında baş verəcək son mübarizənin çox yaxın olduğuna göz dikmişlər. Həzrət Məsihin tərəfdarları ilə bu firqənin e’tiqadına görə bütün dünyanın nəzarətini öz əllərinə keçirən şeytani qüvvələr arasında son müharibə baş verəcəkdir. Həzrət İsanın qələbəsi bir növ dini hökuməti dünyaya hakim edəcəkdir ki, şəxsən həzrət Məsih bu hökumətin hakimi olacaqdır. Bu firqənin ardıcılları inanırlar ki, həzrət Məsihin yenidən zühur etdiyi vaxta qədər insanın nicat tapıb qurtuluşa nail olması elm və mə’rifət yolu ilə əldə olunur və həqiqət müqəddəs kitabda və dini ədəbiyyatlarda gəlmişdir. Həmçinin bu firqənin nəzərində həzrət İsanın yenidən zühuruna qədər kilsə hökumətləri və ticarətin nəzarəti şeytanın əli ilə olacaqdır.

MUNİZM

İttihad kilsəsi adlanan bu firqə Songmyung tərəfindən yaradılmışdır. O, 1926-cı ildə iddia etmişdir ki, mükaşifə aləmində həzrət İsa ilə görüşmüşdür; həzrət ona göstəriş vermişdir ki, o, sona çatmamış işi təkmilləşdirmək və dünyanı xilas etmək üçün seçilmişdir. Songmyung bu mükaşifədə anlamışdı ki, həzrət İsa Məsih insanların xilası üçün öhdəsinə aldığı vəzifəni təkmilləşdirmədən öncə dara çəkilmişdir. Buna görə də iyirminci əsrdə başqa bir Məsih Koreyadan zühur edəcəkdir. O, bu məqsədlə 1944-cü ildə bir neçə nəfəri öz ətrafına toplayıb, özünə vəhy olunduğunu iddia etdiyi şeyləri onlara öyrətdi.

Monun əqidə və tə’limləri onun yazdığı «İlahi əsas» kitabında şərh olunmuşdur. Onun ardıcıllarının inancına görə, bu kitab müqəddəs kitabın mətləblərindəki sirləri bəyan edir. Bu kitabda Allahın, bəşəriyyətin bünövrəsini yenidən qurub tə’mir etmək planı izah olunur.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Şükür - ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət
QЕYBӘTİN HÖKMLӘRİ
MÜHACİR VƏ ƏNSARIN QARDAŞLIĞI
KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
İbadətdə tövhid və şirk
Vahabilərin digər dəlili
NAMAZ
Xəlifəlik və xəlifələr
Zəkat

 
user comment