Azəri
Sunday 28th of April 2024
0
نفر 0

Hacı Namiq Babaxan etirazın bildirdi

Hacı Namiq: “...Azana qadağa, məscidlərin sökülməsi prosesinin davamı kimi məktəblərdə hicaba qadağa qoyuldu, bu gərginlik il boyu davam etdi, həbslər, qanunlara mürtəce əlavələr və sair göstərir ki, inanclı kəsimlə hazırki iqtidar arasında gərginlik var”.

Hacı Namiq Babaxan etirazın bildirdi

Əhli Beyt  xəbər agentliyinin verdiyi xəbərə əsasən: İlahiyyatçı alim Hacı Namiq Babaxan SalamNews-a açıqlamacında deyib: "Çox təəssüf ki, 2011-ci il dini sahədə və dindarlarla iqtidar arasında ciddi gərginlik yeni ilə də ötürüldü".

O bildirib: "İstəməzdim, 2012-ci il də dini gərginliklə yadda qalsın. Gedişatdan bəlli olur ki, iqtidar dini sahədə yanlış siyasətini və ya siyasətsizliyini davam etdirmək niyyətindədir. Əlbəttə, əgər belə olsa, yeni il də gərginliklərlə dolu olacaq. Amma mən bunu heç arzulamıram və inanıram ki, iqtidar ən böyük və tarixi səhvi olan məktəblərdə dindar qız şagirdlərinin məktəbli formasına hicabı əlavə edəcək, digər dini sahədə olan problemləri islah edəcək və yeni ildə gərginlik olmayacaq".

Onun sözlərinə görə, Bakıda məktəbli formalarının tətbiqi və dindarların övladlarının, hicablı qiz şagirdlərin baş örtüyünün nəzərə alınmaması 2010-cu iln sonlarından iqtidarla inanclılar arasında ciddi gərginlik və uçurum yaratdı, azana qadağa, məscidlərin sökülməsi prosesinin davamı kimi məktəblərdə hicaba qadağa qoyuldu, bu gərginlik il boyu davam etdi, həbslər, qanunlara mürtəce əlavələr və sair göstərir ki, inanclı kəsimlə hazırki iqtidar arasında gərginlik var. Kimlərsə bu gərginliyin saxlanılmasında maraqlıdır.

N.Babaxan vurğulayıb: "Problemi iqtidar həll etməlidir, gərginliyin qarşısını almalıdır. Sözsüz ki, dindarlarda səbr, təmkin və hüquq müstəvisində mübarizə aparmalıdırlar".


source : ابنا
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Xamenei nüvə anlaşması ilə bağlı prezidentin qarşısında 5 şərt qoydu
İntifada davam edir, yəhudi işğalçıları 3 fələstinlini Şəhid etdi
Ayətullah Məkarimin ruhanilərə müraciəti
Hələb həqiqətlərini suriyalı qaçaın qadının naləli dilindən eşidin
Ümümdünya Qüds Günü ilə əlaqədar Əhli Beyt (ə) Assambleyasının bəyanatı
Berluskoni İslama hörmtəsizlik etdiyi üçün məhkəməyə çağrıla bilər
Suriyalı Hərəm müdafiəçisi olan 5 şəhid Hz. Zeynəb-lə Qonşu Oldu
Tale Bağırzadə "kars"a salınıb
Ekvadorda Ərdoğana qarşı üsyan, Terrorçu Rədd Ol! Deyə ekvadorlular şüar ...
Tehranda keçiriləcək “İslami oyanış” konfransında 500-dən çox İslam ...

 
user comment